Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Batanta
Batanta (ind. Pulau Batanta) — Raja Ampat adalarının ən böyük 4 adasından biri. Misool, Salavati və Vayqeo ilə birlikdə "4 kral" adlandırılırlar. Sahəsi 455,9 km²-dir. Ən yüksək nöqtəsi 1183 metr; sahil xəttinin uzunluğu 226,6 km-dir.
Blaband
Blaband — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 809 nəfərdir. == Tarixi == Bilabənd və ya Bilaband Lerik rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Gəncəvü çayının (Lənkəran çayının qolu) sol sahilindən bir qədər aralı, Peştəsər silsiləsinin ətəyindədir. 1933-cu ildə Bılaband variantında qeydə alınmışdır. Türkdilli xalqların toponimiyasında bil/bıl/bile/bilə variantlarında rast gəlinən birinci komponent "çıxıntı", "sıldırım", "ucurum", "yarğan" mənası daşıyır. Bu soz bir cox Qafqaz dillərində də işlənir. Bənd komponenti isə müxtəlif fonetik variantlarda (band/bend/bent) Qafqaz, Orta Asiya, Balkanlar və Yaxın Şərq regionlarında geniş yayılmışdır. "Sədd", "istehkam", "dağ" (TalıŞərq), "zirvə", "liman", "tərsanə" (fars.), "təpə" və s. mənaları bildirir.
Bratanq
Bratanq (ing. Baratang Island) — Böyük Andaman adaları qrupuna daxil olan ada. Öz növbəsində Hindistanın müttəfiq Andaman və Nikobar adaları ərazisinə daxildir. Adanın sahəsi 238 km² təşkil edir. Orta Andamandan cənubda Cənubi Andamandan şimalda yerləşir. Adadan 20 km şərqində Riççi arxipelaqı yerləşir. Arxipelaqın inzibati mərkəzi Cənubi Andaman adasının cənub-şərqində yerləşən Port Bler şəhərindən 100 km cənubda yerləşir. Adada palçıq vulkanları vardır. 2004-cü il Hind okeanında zəlzələ və sunami hadisəsinin baş verməsini bu vulkanlarla əlaqələndirməyə çalışırlar. Burada güçlü püskürmə 18 fevral 2003-cü ildə qeydə alınmışdır.
Brabant adası
Brabant adası (ing. Brabant Island) — Palmera arxipelaqının ən böyük adası. Antarktik yarımadası yaxınlığında Anvers adası ilə Lej adası arasında yerləşir. Adanın uzunluğu 53 km, eni isə 25 km təşkil edir. Adanın sahəsi 976,8 km²-dir. Brabantın ən hündür zirvəsi Perri dağıdır. Dağın hündürlüyü 2522 metrdir. Ada Belçika Antarktik ekspedisiyasının rəhbəri Andrien de Jerlaş tərəfindən Brabant vilsəti şrəfinə adlandırılmışdır. Səbəb isə bölgənin əhalisi tərəfindən ekspedisiyaya göstərilən kömək olmuşdur. Ekspedisiya üzvləri burada qışlamış və ilk dəfə Perri dağına çıxmışlsr.
Kobi Brayant
Kobi Brayant (ing. Kobe Bean Bryant; 23 avqust 1978, Filadelfiya, Pensilvaniya – 26 yanvar 2020) — Amerikalı peşəkar basketbolçu idi. Ləqəbi Qara Mamba (ing. Black Mamba) idi. Hücumameylli müdafiəçi olan Brayant bütün 20 illik karyerasını Milli Basketbol Assosiasiyasında (NBA) Los-Anceles Leykersdə oynayıb. Orta məktəbdən birbaşa NBA-ya gəlmiş və beş NBA finalını qazanmışdır. Brayant 18 qat All-Star, 15 qat All-NBA Komandasının üzvü, 12 dəfə All Defensive Team komandasının üzvü və 2008-ci ildə NBA Ən Dəyərli Oyunçu Mükafatçısı (MVP) idi. Bütün dövrlərin ən yaxşı basketbolçularından hesab edilən Brayant ardıcıl iki mövsüm topladığı xalların sayına görə NBA-da birinci yeri tutumuş, həmçinin bütün dövrlərin müntəzəm mövsümlərində və pley-offlarında qazanılan xalların sayına görə dördüncü yaxşı oyunçusu olmuşdur. Brayant, NBA tarixində ən az 20 mövsüm oynayan ilk müdafiəçi idi. "Forbes"-un məlumatına görə, Brayantın xalis dəyəri 2016-cı ildə 350 milyon dollar qiymətləndirilib.
Rolan Blatman
Rolan Blatman (20 fevral 1941) — Fransanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri (2004-2006). == Həyatı == Rolan Blatman 20 fevral 1941-ci ildə anadan olmuşdur. O, filologiya üzrə Lisans, Ali fəlsəfə təhsili, Ali İnformasiya və Kommunikasiya İnstitutunun diplomlarını almışdır. Paris Universitetinin magistraturasını bitirmişdir. 1966-1974-cü illərdə tədris sahəsində çalışmışdır. 1974-78-ci illərdə Velinqtonda mədəniyyət və texniki əməkdaşlıq attaşesi, Port-of-Speyində vitse-konsul, 1979-cu ildə həmin nümayəndəlikdə üçüncü katib, 80-ci ildə ikinci katib işləmişdir. 1980-82-ci illərdə Fransanın SSRİ-dəki səfirliyində mətbuat xidmətinin rəhbəri olmuşdur. 1982-83-cü illərdə həmin səfirlikdə birinci katib işləmişdir. 1983-84-cü illərdə Fransanın Xarici İşlər Nazirliyində mərkəzi idarədə (nazirin kabinetində), 1984-86-cı illərdə Baş nazirin kabinetində çalışmışdır. 1986-89-cu illərdə Turin və Genuyada, 1989-91-ci illərdə Fesdə, 1991-94-cü illərdə Sankt-Peterburqda baş konsul kimi fəaliyyət göstərmişdir.
Vallonskiy Brabant
Vallonskiy Brabant- (fr. Brabant wallon, nid. Waals-Brabant, alm. Wallonisch-Brabant‎) Belçikanın 10 əyalətindən biridir. Belçika əyalətləri içərisində ən kiçiyidir. 1 yanvar 1995-ci ildə Brabant və Vallonsk əyalətlərinin birləşməsindən əmələ gəlib. Eno, Namyur, Lej və Flamand Brabantı ilə sərhədlənir. İnzibati ərazi mərkəzi-Vavr şəhəridir. == Əsas göstəriciləri == Sahəsi: 1091 кm² Əhalisi: 379 515 nəfər.
Şimali Brabant
Şimali Brabant — Niderlandda yerləşən və Belçika ilə hüdudlanan ərazidir. Ən böyük şəhəri Eyndhovendir.
Baltan (Sərdəşt)
Baltan (fars. بالتان‎) - İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 33 nəfər yaşayır (7 ailə).
Zlatan İbrahimoviç
Zlatan İbrahimoviç (isv. Zlatan Ibrahimović; 3 oktyabr 1981[…]) — İsveçli futbolçu. İtaliyanın Milan klubunda çıxış edir. İbrahimoviç futbola 1990-cı illərin sonunda "Malmö" klubunda başlayıb. 1999–2001-ci illərdə bu klubun heyətində çıxış edib. Daha sonra o, Niderlandın "Ayaks" klubu ilə müqavilə imzalayıb. 2001–2004-cü illərdə "Ayaks"ın futbolçusu olub. 2004-cü ildə 16 milyon avroya İtaliyanın "Yuventus" klubuna transfer olunub. "Yuventus"dakı karyerası 2006-cı ilə kimi davam edib. 2006-cı ildə "Yuventus"la bağlı İtaliya futbolundakı qalmaqala görə klubu tərk edib və digər İtaliya klubu "İnter"lə müqavilə imzalayıb.
Lemorn Brabant yarımadası
Lemorn Braban (fr. Le Morne Brabant) — Mavriki adasının cənub-qərbində yerləşən yayımada. Yarımadada hündürlüyü 556 metr olan bazalt qatası vardır. Ərazi turistik mərkəz kimi fəaliyyət göstərir. Ərazi XIX əsrdən məşhurdur. Belə ki, qaya asıllıqdan qaçmış qullar məhz burada gizlənirdilər. Yarımadanın lanşaftı 2008ci ildən UNESCOnun Ümumdünya irsi siyahısına daxil edilmişdir. Le Morn — dünyanın su üzərində həyata keçirilən idman növlərinin həyata keçirilməsi üçün ən əlverişli yerdir.
Batan adası
Batan adası (ing. Batan Island) — Filippinin Lusonkom boğazı ilə Cənubi Çin dənizi arasında yerləşən vulkanik mənşəli adadır. İnzibati cəhətdən Batanes əyalətinə (Kaqayan vadisi regionu, Filippin) aiddir. Sahəsinə görə Filippində yerləşən 43-cü adadır. == Coğrafiyası == Batan adası cənub-qərbdən şimal-şərqə qədər 19 kilometr uzunluğa malikdir. Adanın eni 2 kilometrdən 5 kilometrə qədər dəyişə bilir. Sahəsi 95,18 km²-dir. Adanın ən yüksək nöqtəsi — İraya dağıdır. Dağ 1009 metr dəniz səviyyəsindən yüksəklikdə yerləşmişdir. Son dəfə 1454-cü ildə püskürmüşdür.
Emili Blant
Emili Oliviya Laura Blant (ing. Emily Blunt; 23 fevral 1983[…]) — Böyük Britaniya aktrisası. 23 fevral 1983-cü ildə Londonda anadan olmuşdur. 2006-cı ildə "Gideonun qızı" televiziya filmində ifa etdiyi 2-ci plandakı roluna görə "Qızıl Qlobus" mükafatına layiq görülmüşdür.
Qramafonçiçək batat
Qramafonçiçək batat (lat. Ipomoea batatas) – i̇pomeya cinsinə aid bitki növü. Batat şirin kartof da adlanır. Kartofa oxşayır, əsasən Çində, Cənubi Amerikada, Yaponiyada, Hindistanda, Yeni Zelandiyada, Türkmənistanda və Şimali Qafqaz bölgəsində yayılmışdır. Batat istisevən çoxillik bitkidir. Uzunsov formalıdır, çəkisi 0,3-dən 1,5 kq-a qədərdir. Tərkibində orta hesabla 72,5% (7-175%) su, 3,75% zülal, 24% karbohidrat, o cümlədən 15-20% nişasta və 1,2-2% şəkər, 0,8-1,5% mineral maddə, 1% sellüloza vardır. 100 qr batat 466 kCoul enerji verir. Tərkibində 397 mq% K, 49 mq% P, 1 mq% Fe, vitaminlərdən mq%-lə: C – 23, B1 – 0,10, B2 – 0,05, P – 0,5 və 0,3 mq% karotin vardır. Batatın ətli hissəsi ağ-qırmızı və ya çəhrayı olur.
Blaunt qraflığı (Alabama)
Blaunt dairəsi (ing. Blount County) ― ABŞ-nin Alabama ştatında qraflıq. 2010-cu il əhalinin siyahıyaalınması məlumatına görə əhalisi 57,322 nəfər olmuşdur. Qraflıq mərkəzi Oneonta şəhəridir.
Zlatan İbrahimoviçin milli komandada vurduğu qolların siyahısı
Zlatan İbrahimoviç — 2001-2016-cı illər aralığında beynəlxalq səviyyədə İsveç millisində oynamış peşəkar futbolçu. O, həmçinin Bosniya və Herseqovina və ya Xorvatiya millisinin şərəfini qoruya bilərdi. İsveç millisində debüt matçı 2001-ci ilin 31 yanvar tarixində, 0-0 hesabı ilə başa çatmış Farer adaları yığmasına qarşı oyun olmuşdur və İbrahimoviç ilk beynəlxalq qoluna məhz həmin il Azərbaycan millisinə qarşı keçirdiyi oyunda imza atmışdır. 2009-cu ilin oktyabr ayında İsveç millisi 2010-cu il FİFA Dünya Kuboku turnirindən kənarda qaldıqdan sonra o, millidə çıxışını başa vurduğunu elan etsədə, növbəti ilin avqust ayında millinin kapitanı kimi yenidən komandaya geri qayıtmışdır. Beynəlxalq karyerası dövründə o, meydana çıxdığı 116 matçda ümumilikdə 62 qola imza ataraq İsveç yığmasında ən çox qola imza atan futbolçu olmuşdur ki, 2014-cü ildə Frends Arena stadionunda Estoniya yığması ilə keçirilən yoldaşlıq oyununda 2 qol vuraraq Sven Ryüdellin rekordunu qırdı. 2016-cı ilin iyunun 21-də UEFA Avro 2016 turnirindən sonra İbrahimoviç milli səviyyəsində karyerasını bitirdiyini bəyan etdi və növbəti gün sonuncu dəfə Belçika yığması ilə oyunda milli formasını geyindi.İbrahimoviç millidə ilk het-trikə 2004-cü ilin 4 sentyabr tarixində imza atmışdır ki, Malta millisinə qarşı keçirdiyi bu oyunda o, ümumilikdə dörd qol vura bilmişdi. Yekunda isə İbrahimoviç milli karyerasında ən çox qolu (6) məhz Malta yığmasının qapısından keçirmişdir. O, milli karyerasında ümumilikdə 4 dəfə het-trikə imza atmışdır ki, bunlardan biri Malta millisinə qarşı, ikincisi 2012 UEFA Avropa Kubokunun seçmə mərhələsi çərçivəsində Finlandiya millisinə qarşı dörd qolu, 2012-ci ildə yoldaşlıq oyunu çərçivəsində İngiltərə millisinə qarşı və sonuncu het-trik isə 2013-cü ildə Norveç millisinin qapısından keçirmişdi. İbrahimoviç millidə vurduğu qolların yarıdan çoxuna məhz ev oyunlarında imza atmış, 12 qolu yoldaşlıq oyunlarında, 11 qolu Rasunda stadionunda, 5 qolu Ullevi stadionunda, 2 qolu Svedbank stadionunda, birini isə Qamla Ullevi stadionunda rəqib qapısından keçirmişdir.İbrahimoviç millidə vurduğu qolların böyük hissəsi seçmə mərhələlərdə vurulmuşdur. O, 19 dəfə UEFA Avropa Çempionatının seçmə mərhələləsində fərqlənmişdir ki, bu topların 11-i 2016-cı il seçmə mərhələlərində qeydə alınmışdır və yekunda o, qol sayına görə Polşa millisinin hücumçusu Robert Levandovskidən 2 qol geri qalmışdı.