Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Boatwr.
Ceyms Botrayt (ing. James Stephen Boatwright) — CAR botaniki.Bioqrafiya == Elmi fəaliyyəti == 360-a qədər takson təsnif etmiş Ceyms Botrayt toxumlu bitkilər üzrə ixtisaslaşmışdır. == Əsərləri == Kyalangalilwa, B., Boatwright, J. S., Daru, B. H., Maurin, O. & Bank, M. 2013. Phylogenetic position and revised classification of Acacia s.l. (Fabaceae: Mimosoideae) in Africa, including new combinations in Vachellia and Senegalia. Botanical Journal of the Linnean Society 172(4): 500–523. DOI: 10.1111/boj.12047 J. S. Boatwright, M. M. le Roux, M. Wink, T. Morozova, B. Van Wyk less. Phylogenetic Relationships of Tribe Crotalarieae (Fabaceae) Inferred from DNA Sequences and Morphology. 2008. DOI:10.1600/036364408786500271.
İneke Botter
Barter
Barter və ya dəyişmə müqaviləsi — bir tərəfin əmlakının alınması müqabilində həmin tərəfə onun əmlakı dəyərində başqa bir əmlakın verilməsini öhdəsinə götürməklə bağlı vətəndaş hüququ növüdür.
Baster
Fransa Qvadelupası inzibati mərkəzi Bas-Ter şəhəri ilə qarışdırmamalı Baster (ing. Basseterre, keçmiş Sent-Kristofer) — Sent-Kits adasının cənub hissəsində yerləşən şəhər, Sent-Kits və Nevis dövlətinin paytaxtı. Vest-Hindin ən qədim şəhərlərindən biri, 1627-ci ildə əsası qoyulub. Əhalisi 11 min nəfər (2003). 1867-ci ildə baş vermiş yanğından ciddi zərər çəkmişdir. O zaman cəmi bir neçə bina salamat qalmışdı. Şəhərin mərkəzi fontanı olan balaca ictimai parkdır, Müstəqillik meydanı adlanır. 1790-cı ildə bura qul bazarı kimi istifadə edilirdi. Təsərüffatından yeyinti sənayesi inkişaf etmişdir (şəkər, içkilər). Tarixi əşyalar saxlanan sent-Kristofer_Xeritic_Sisayeti muzeyi vardır.
Bozyer
Bozyer (yüksəklik) — Goranboy rayonunda yüksəklik. Bozyer (Türkiyə) — Türkiyədə kənd.
Krater
Krater (vulkan) — Yer kürəsi və digər nəhəng səma cismlərinin səthi üzərində, bir neçə səbəbdən yaranan relyef forması. Krater (qab) — çaxır və suyu qarışdırmaq üçün antik qab.
Poster
Poster, plakat (fr. placard) və ya afişa (fr. affiche) — bir şey elan etmək və ya xud tanıtmaq üçün hazırlanmış, kütlənin görə biləcəyi bir yerə asılmış, ümumiyyətlə rəsmli divar elanıdır,şəkilidir. == Tarix == XIX əsrin 2-ci yarısına qədər posterlərə yalnız reklam xarakteri daşıyan plakatlar kimi yanaşırdılar. Almaniyada XVI əsrdə reformasiya zamanı agitasiya xarakterli uçan vərəqlər adlandırılan posterlər işlənirdi. Fransada XVIII əsrdə siyasi xarakter daşıyan posterlər işlənirdi.
Volter
Volter (fr. Voltaire; d. 21 noyabr 1694, Paris — ö. 30 may 1778, Paris) — XVIII əsr Fransa maarifçilərinin görkəmli nümayəndəsi, şair, publisist, tarixçi, insan hüquqları müdafiəçisi. Əsl adı Fransua-Mari Aruedir. Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib. == Həyatı == Volter üçüncü silkə məxsus olan ailədə anadan olmuşdur. O, feodal qaydalarına və katolik kilsəsinə qarşı çıxışları ilə şöhrət qazanmışdı. Volter yaradıcılığının əsas məqsədi maarifi yaymaq, xalqın beynindən dini xürafatları çıxarmaq vəzifəsini həyata keçirməkdən ibarət idi. Volter mövcud köhnəlmiş qaydaların dəyişdirilməsini inqilabda deyil, "maariflənmiş monarxdan" gözləyirdi.
Router
Marşrutlaşdırıcı (Ruter və ya Router ingilis dilindən tərcüməsi ing. router /ˈɹu:tə(ɹ)/ və ya /ˈɹaʊtəɹ/, /ˈɹaʊtɚ/) — şəbəkə trafikinə yol göstərir (istiqamətləndirir). Şəbəkədə göndərilən verilənlər kiçik paketlərə bölünür. Paketlərin hamısı eyni yolla (marşrutla) hərəkət etmir; paketlərin biri bir yolla, digəri isə başqa bir yolla gedə bilər. Paketlər təyinat yerinə çatdıqda ilkin formada birləşdirilir. Mürəkkəb, yəni çoxlu hissəsi olan şəbəkələrdə yönləndiricilər göndərilmiş paketləri qəbul edir və onları mövcud marşrutlardan ən səmərəli olanı (ən qısası) üzrə göndərir. Şəbəkənin hər hansı bir hissəsində nasazlıq olarsa, yönləndirici paketləri alternativ yollara istiqamətləndirə bilər. Marşrutlaşdırıcının şəbəkə kommutatorundan (Switch) və şəbəkə qovşağından (HUB) əsas fərqi OSİ modelinin şəbəkə (3-cü) səviyyəsində işləməsindədir. Beləki digər 2 avadanlıq uyğun olaraq 1 və 2-ci səviyyəli OSİ modelləri ilə işləyirlər. == İş prinsipi == Adətən marşrutlaşdırıcı paket başlığında göstərilən ötürülən ünvandan istifadə edir və marşrutlaşdırma cədvəlindən məlumatların ötürüləcəyi yolu müəyyənləşdirir.
Batler
Batler (dairə, Pensilvaniya) — ABŞ-ın Pensilvaniya ştatında dairə. Batler qraflığı (Alabama) — ABŞ-nin Alabama ştatında qraflıq.
Bajer
Bajer (fr. Bagert) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Aryej. Sent-Krua-Volvestr kantonuna daxildir. Kommunanın dairəsi — Sen-Jiron. INSEE kodu — 09033. == Əhalisi == 2008-ci il üçün kommunanın əhalisi 58 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 30 yaşdan yuxarı (15-64 yaş arasında) 16 nəfər iqtisadi cəhətdən fəal, 14 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 53,3%, 1999-cu ildə 58.1%). Aktiv olan 16 nəfərdən 14 nəfər (8 kişi və 6 qadın), 2 nəfər işsiz (1 kişi və 1 qadın) idi. Aktiv olmayan 14 nəfər arasında 1 nəfər tələbə və ya tələbə, 3 nəfər - təqaüdçü, 10 nəfər digər səbəblərə görə fəaliyyətsizdir..
Baker
Con Gilbert Beyker (ing. John Gilbert Baker; 13 yanvar 1834 – 16 avqust 1920, Riçmond-apon-Tems[d], Böyük London) – İngilis botaniki. == Çap olunmuş əsərləri == A supplement to Baines' Flora of Yorkshire. London, Pamplin, 1854 (ing.) The flowering plants and ferns of Great Britain. London, Cashs, 1855 (ing.) A new flora of Northumberland and Durham. London, Williams & Norgate, 1868 (ing.) A flora of the English Lake District. London, Bell, 1885 (ing.) Handbook of the fern-allies. London, Bell & sons, 1887 (ing.) Flora of Mauritius and the Seychelles. London, Reeve, 1877 (ing.) Handbook of the Amaryllideae, including the Alstroemerieae and Agaveae. London, Bell & sons, 1888 (ing.) Handbook of the Bromeliaceae.
Baler
Baler — Filippinin Aurora vilayətində şəhər və bələdiyyə və bu vilayətin mərkəzi.
Bator
Batur — türk, altay və monqol mifologiyasında, monqol/moğol mənşəli bator/baatar Türkcə "bat" sözünün kökündən gəlir, monqolcada olduğu kimi başqa Türk dillərində də dəyişik formaları var, əfsanələrdə, nağıllarda ümumi olaraq qəhrəman mənasında istifadə edilən söz. Batır, Bağatur, Bogatur, Bagatır, Batar, Bağatar, Bahadır olaraq da deyilir. Vuruşçu, igid adam. Monqolustanın Paytaxtı Ulan-Bator (Ulağan Bağatur)un adının mənası "Qırmızı Qəhrəman" deməkdir. Bu ad hər nə qədər sosialist dövlət tərəfindən qoyulmuş olsa da, monqol tarixi ilə də əlaqəlidir. Qəhrəmanlıq anlayışı bəşəriyyətin və insan olmağın ortaq nəticələrindən biridir. == Etimologiya == Türkcə (Bat/Mat) kökündən törəmişdir. Yıxmaq mənası vardır. Böke köküylə də əlaqəlidir. Böke, daim qazanan deməkdir.
Adlinda (krater)
Adlinda – Yupiterin təbii peyki Kallistoda yerləşən ən böyük üçüncü çoxqatlı struktur (zərbə krateri). Diametri təxminən 1000 kilometrdir. Kallistonun cənub yarımkürəsində yerləşir. Adını İnuit mifologiyasından almışdır. Nisbətən daha gənc olan böyük Lofn krateri Adlindanın üzərində yerləşir. Bu kraterin parlaq səthi Adlindanın səthinin 30%-ni tutur və onun ətraflı tədqiqini əngəlləyir. Lofn da zərbə krateridir.
Arkad (krater)
Arkad – Yupiterin təbii peyki Kallistoda yerləşən krater. Ölçüsü 60 kilometr təşkil edir. Mərkəzi çuxur zərbə krateri olduğu güman olunur. Kraterin yaxınlığında Qinandi adlı başqa krater yerləşir. Krater Yunan mifologiyasında Kallistonun oğlu Arkadın şərəfinə adlandırılmışdır.
Asqard (krater)
Asqard — 1600 km diametri olan Yupiter ayının Callisto üzərində ikinci ən çox zəngin quruluşu kraterdir. Bu, Norveç mifologiyasında tanrıların əsası olan Asqard adlanır. Asqardın mərkəzi hissəsi qübbəli Doh təsir kraterinin üstünlük təşkil edir. Asqardın şimal hissəsində kiçik bir çox ringli quruluş üstünlük təşkil edir. O, Utqard (həmçinin Norse mifologiyasından) və 600 km diametrində tədbirlər görür. Utqard Callisto üzrə dördüncü ən çox ringli xüsusiyyətdir. Utqardın mərkəzi rayonunun əhəmiyyətli bir hissəsi nisbətən gənc Burr kraterinin yataqları ilə örtülmüşdür.
Bananlı foster
Bananlı foster- Dondurmalı desert. == Hazırlanması == Banan,vanilli dondurma, sous, kərə yağı,qəhvəyi şəkər tozu, darçın, tünd romdan və bananlı likördan hazırlanır.Bananla yüngülcə kərə yağında qızardılır, biraz şəkər tozu əlavə edilir daha sonra alkoqollu içki əlavə edilib yandırılır. Bananlar hazır olandan sonra üzərinə dondurma əlavə edilir. == Yaranma tarixi == Desert 1951-ci ildə hazırlanıb. ABŞ-ın Luiziana ştatının Yeni Orlean şəhərində Brennan restoranında Polem Blonje tərəfindən hazırlanıb. Desert Ouena Brennanın dostu Riçard Fosterin şərəfinə adlandırılıb.O Yeni Orleanın dustaqlar üzrə komisiyanın rəhbəri idi.İndiyə kimi bu desert Yeni Orleanın ən bahalı restoranlarında təqdim olunur. Dünyanın bir çox ölkələrində də geniş yayılmaqdadır.
Barakvil-Sovter
Barakvil-Sovter (fr. Baraqueville-Sauveterre) — Fransada kanton , region — Cənub-Pireneylər, departament — Averon. Rodez dairəsinə daxildir. Kantonun INSEE kodu — 1239. Barakvil-Sovter kantonuna cəmi 10 kommuna daxildir, onlardan ən əsası Barakvil kommunasıdır. == Kantonun kommunları == == Əhali == 2006-cı ildə əhalinin sayı 8 433 nəfər təşkil edirdi.
Baster Kiton
Cozef Frenk Kiton, səhnə adı Baster Kiton (ing. Buster Keaton; 4 oktyabr 1895[…] – 1 fevral 1966[…], Vudlend-Hillz[d], Kaliforniya) — amerikalı komediya aktyoru və rejissoru, səssiz kinonun ən tanınmış komiki, əfsanəvi "Şerlok-kiçik" , "Naviqator" və "General" filmlərinin yaradıcısı. == Bioqrafiya == Kitona "Baster " (ing. Buster-dəliqanlı) təxəllüsünü məşhur illuzionist Harri Hudini vermişdir. Ona bu təxəllüsün verilməsinin səbəbi Kitonun 6 aylığında pilləkandan yıxılaraq heç bir xəsarət almaması olmuşdur. 3 yaşından səhnədə "3 Kiton" şousunda iştirak etmiş və çox sevilmişdir. Buster Keaton Production kinokompaniyasını yaratmışdır. Atası, Con Kiton "Tibbi şou"da Harri Quddininin tərəf yoldaşı olmuşdur. Basterin atası rəqs edir və salto aşırdı. Baster isə anasının saksafonda ifa etdiyi zaman kart fokusları göstərərək tamaşaçıları heyrətləndirirdi.
Baster şəhəri
Fransa Qvadelupası inzibati mərkəzi Bas-Ter şəhəri ilə qarışdırmamalı Baster (ing. Basseterre, keçmiş Sent-Kristofer) — Sent-Kits adasının cənub hissəsində yerləşən şəhər, Sent-Kits və Nevis dövlətinin paytaxtı. Vest-Hindin ən qədim şəhərlərindən biri, 1627-ci ildə əsası qoyulub. Əhalisi 11 min nəfər (2003). 1867-ci ildə baş vermiş yanğından ciddi zərər çəkmişdir. O zaman cəmi bir neçə bina salamat qalmışdı. Şəhərin mərkəzi fontanı olan balaca ictimai parkdır, Müstəqillik meydanı adlanır. 1790-cı ildə bura qul bazarı kimi istifadə edilirdi. Təsərüffatından yeyinti sənayesi inkişaf etmişdir (şəkər, içkilər). Tarixi əşyalar saxlanan sent-Kristofer_Xeritic_Sisayeti muzeyi vardır.
Bokser mühərriki
Yastı mühərrik olaraq da bilinən bokser mühərriki (boxer), yerə paralel olan porşenli daxili yanma mühərrikidir. Boksör mühərrikində silindrlər tək bir krank milinin hər iki tərəfinə 2 sıra qoyulur və beləliklə bütün porşenlərin hərəkətinin tək bir müstəvidə olmasını təmin edir. Üfüqi formada porşenləri qarşılıqlı olan bu daxili yanma mühərrikinin patent hüququ 1896-cı ildə Karl Benz tərəfindən alınmışdır. Boxer mühərriklərinin pistonları üfüqi və qarşılıqlı düzülmüşdür və krank mili ortada və müştərəkdir. Bununla birlikdə, əksər vaxt bu mühərrikləri başqa bir mühərrik tipində olan və yenə də porşenləri qarşılıqlı, ancaq bu dəfə əks olan əks pistonlu mühərriklərlə qarışdırırlar. Bununla birlikdə, bu iki mühərrik növünün ən açıq fərqi, boxer mühərrikində müştərək və ortada olan krank milinin digər növdə ayrı (əsasən) və kənarda olmasıdır. Alfa Romeo, Porsche, Subaru və Volkswagen kimi markaların bir müddət istifadə etdikləri və hələ də Porsche və Subaruda istifadə edilməyə davam edən bu mühərrik növü, dar yerdə minimum müqavimətlə maksimum güc əldə etmək üçün qısa piston çubuğunun istifadəsinə imkan verir. Lakin bu gün yüksək yanacaq sərfiyyatına görə bu mühərriklərə üstünlük verilmir. Bu yaxınlarda Subaru bir dizel boxer mühərriki inkişaf etdirməyi bacarmış və ilk olaraq Legacy modelində istifadə etmişdir.
Boris Blaxer
Boris Blaxer (ing. Boris Blacher) (19.1.1903, Çin, Nü-Çan – 30.1.1975, Berlin) — alman bəstəkarı, pedaqoq. == Fəaliyyəti == İlk musiqi təhsilini Xarbin və İrkutskda almışdır. F. E. Koxun tələbəsi (1922–26, Berlin) olmuş, musiqi nəzəriyyəsi fənlərini Berlin Universitetində öyrənmişdir (1927–31). 1938–39-cu illərdə Drezden konservatoriyasında dərs demişdir. Qərbi Berlin Ali Musiqi Məktəbinin professoru (1948-ci ildən) və direktoru (1953–70) vəzifəsində işləmiş, Qərbi Berlin İncəsənət Akademiyasının prezidenti (1968–71) olmuşdur. Blaxerin ilk instrumental əsərlərində İ. F. Stravinskinin təsiri hiss olunur. "Orkestr üçün konsert musiqisi" əsərində (1937) caz stilistikasını tətbiq etmişdir. Orkestrə və polifonik texnikaya dərindən bələd olan Braxerə Paqanini mövzusunda yazdığı orkestr variasiyaları (1947) dünya şöhrəti qazandırmışdır. 1940-cı illərin sonundan 12 tonlu kompozisiya metodundan istifadə etmiş, özünün "dəyişən vəzn" (variable Metren) yaradıcılıq texnikasını işləyib hazırlamışdır.
Batur
Batur — türk, altay və monqol mifologiyasında, monqol/moğol mənşəli bator/baatar Türkcə "bat" sözünün kökündən gəlir, monqolcada olduğu kimi başqa Türk dillərində də dəyişik formaları var, əfsanələrdə, nağıllarda ümumi olaraq qəhrəman mənasında istifadə edilən söz. Batır, Bağatur, Bogatur, Bagatır, Batar, Bağatar, Bahadır olaraq da deyilir. Vuruşçu, igid adam. Monqolustanın Paytaxtı Ulan-Bator (Ulağan Bağatur)un adının mənası "Qırmızı Qəhrəman" deməkdir. Bu ad hər nə qədər sosialist dövlət tərəfindən qoyulmuş olsa da, monqol tarixi ilə də əlaqəlidir. Qəhrəmanlıq anlayışı bəşəriyyətin və insan olmağın ortaq nəticələrindən biridir. == Etimologiya == Türkcə (Bat/Mat) kökündən törəmişdir. Yıxmaq mənası vardır. Böke köküylə də əlaqəlidir. Böke, daim qazanan deməkdir.
Barter adası
Barter adası (ing. Barter Island, iny. Qaaktuġvik) — Bofort dənizində, Amerikanın Alyaska ştatı ərazisinə daxildir. Əhalisi 247 nəfər təşkil edir. == Coğrafiyası == Adanın ölçüləri 6 – 3 km nisbətindədir. Materikdən 250 metr aralıda yerləşir. Adada çoxlu sayda Ağ ayıya rast gəlmək olar. 1980-ci ildən Milli Arktika qoruğunun ərazisinə daxil edilmişdir. == Tarixi == Ada ilk dəfə 4 avqust 1826 ildə ildə kəşf edilmişdir. XIX əsrin sonrarına qədər ada İnyupiklər və İnuitlər arasında barter üçün əsas məskən olmuşdur.
Bövlər
Bövlər (lat. Solifugae) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinə aid heyvan dəstəsi. 50–70 mm, az qismi 10–15 mm ölçüdə olurlar. Qonur-sarı, sarımtıl, nadir hallarda alabəzək və ya tünd rəngdə olurlar. "Solpuqi" sözü latın dilindən tərcümədə "günəşdən qaçan deməkdir. == Ümumi quruluşu == Baş-döş şöbədə xeliser, pedipalplar və 4 cüt yürüş ayaqları yerləşir. Xeliserləri iridir, güclü qısqaclara malikdir. Bövlərin pedipalpları quruluşuna görə ayaqlara oxşayır, lakin caynaqları yoxdur. Pedipalplar müxtəlif funksiyalar yerinə yetirir. Onlar hərəkətə, şikarın tutulmasına xidmət edir, həmçinin hissetmə orqanıdır.
Brüs Bötler
Brüs Bötler (ing. Bruce Beutler) — yəhudi əsilli amerikan immunoloqu, 2011-ci ildə Jül Hofmanla birgə anadangəlmə immunitetin aktivləşməsinə dair kəşflərinə görə Nobel mükafatına layiq görülüb. == Həyatı == 1957-ci ildə Çikaqoda Almaniyadan Adolf Hitlerin zülmündən Amerikaya qaçmış yəhudi ailəsində anadan olub. Daha sonra ailəsi Kaliforniyada yaşayır. 1976-cı ilədək Kaliforniya Universitetində biologiya fakültəsində, daha sonra Çikaqo Universitetində tibb fakültəsində oxuyur. 1981-ci ildə tibbi diplomunu alır. 1985-1986-cı illərdə Rokfeller Universitetində yardımçı dosent (assistant professor) kimi, ardından 2000-ci ilədək Texas Universitetinin Dallas Cənub-Qərb Tibbi Mərkəzində və Howard Hughes Tibbi Institutunda müxtəlif vəzifələrdə çalışıb. 2000-2007-ci illərdə Bötler La Hoyadakı (ing. La Jolla, Kaliforniya) Scripps Tədqiqat Institutunda immunologiya bölməsində , 2007-ci ildən bəri genetika bölməsində işləyir. 2011-ci ildən həm də Texas Universitetində Sahib İmmuniteti Genetika Mərkəzinin direktorudur .