Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bolşevizm
Bolşevizm — "əksəriyyətdən yana" mənasını verən rusca siyasi termini ifadə edən siyasi ideologiya. 1903-cü ildə təşkil edilən Rusiya Sosial Demokrat Fəhlə Partiyasının İkinci Konqresində Vladimir Lenin və Yuli Martov arasında yeni qurulmaqda olan partiyanın üzvlük tərifi üzərində başlayan fikir ayrılığı nəticəsində fraksiyalara bölünmədən sonra tərəflərdən Lenin tərəfdarı qrup. Qurultayda Lenin tərəfdarları çox olduğu üçün rusca əksəriyyət mənasını verən "Bolşevik" olaraq, azlıqdakı Martov tərəfdarları isə "Menşevik" olaraq adlandırıldı. Qurultaydan sonra iki fraksya arasında birləşmə cəhdləri olsa da birləşmə reallaşmadı və 1912-ci ildə qəti ayrı-seçkilik yaşandı. Bolşeviklər Oktyabr inqilabı ilə iqtidarı ələ aldılar və SSRİ-ni təsis etdilər. == Haqqında == Bolşeviklər, kütləvi fəhlə inqilabında çar rejimini devirəcək mərkəzləşmiş və intizamlı bir partiya təşkil etməyə çalışdılar. Bolşeviklər, rus fəhlələrini üsyana apara biləcək kütləvi və sinfi öncüllü mübariz fəhlələr partiyası yaratmağa çalışdılar. Bolşevik partiyası lider partiya olmasa da, demokratik mərkəzçilik çərçivəsində mərkəzi komitədə təcəssüm olunan partiya rəhbərliyi ilə sıx əlaqədə idi. Menşeviklər tərəfindən tətbiq olunan partiya üzvlüyü daha çevik idi və digər siyasi partiyalarla daha asan əməkdaşlıq edirdilər. Bolşeviklər isə liberal partiyalarla əməkdaşlıq etmir, əksinə digər sosialist partiyalarla müəyyən ittifaqlara girdi.
Mədəni bolşevizm
Kulturbolşevizm və ya mədəni bolşevizm (alm. Kulturbolschewismus‎) — alman mədəniyyətində alman milli ruhuna zərərli və nasional sosializm ideologiyasına uyğun olaraq alman dövlətinə düşmən hesab edilən cərəyanları bolşevizmin və Oktyabr inqilabının təxribatçı təsiri ilə əlaqələndirən termin. == Mənşəyi və əhatə dairəsi == 1920-ci illərdə Almaniyanın sağçı burjua dairələrində yaranmış və 1929-cu ildə dünya iqtisadi böhranının başlaması ilə alman cəmiyyətində geniş yayılmışdır. Bu, nasistlər tərəfindən 1933-cü ildən hakimiyyətə gəldikdən sonra bədii avanqard və modernizmi yatırmaq, sonradan bu cür sənətkarları təqib etmək üçün fəal şəkildə istifadə olunmuşdur. "Baubolschewismus" (tikintidə bolşevizm), "Kunstbolschewismus" (incəsənətdə bolşevizm) terminləri də istifadə edilmişdir. Təsviri incəsənətdə bunun sinonimi "Entartete Kunst" (degeneratuv incəsənət), musiqidə isə "Entartete Musik" (degenerativ musiqi) termini idi. 1930–1950-ci illərdə SSRİ-də, daha sonra isə 1950-ci illərdə müharibədən sonra formalaşmış sosialist ölkələrində oxşar rolu " burjua formalizmi" termini oynamışdır. == İstinadlar == == Ədəbiyyat == Castoriadis, C., Crossroads in the Labyrinth, Harvester Press, 1984, ISBN 978-0-85527-538-9 Williams, R. C. Chapter 5: Bolshevism in the West: From Leninist Totalitarians to Cultural Revolutionaries // Russia Imagined: Art, Culture and National Identity, 1840-1995. Peter Lang. 1997.
Bolşevik
Bolşevizm — "əksəriyyətdən yana" mənasını verən rusca siyasi termini ifadə edən siyasi ideologiya. 1903-cü ildə təşkil edilən Rusiya Sosial Demokrat Fəhlə Partiyasının İkinci Konqresində Vladimir Lenin və Yuli Martov arasında yeni qurulmaqda olan partiyanın üzvlük tərifi üzərində başlayan fikir ayrılığı nəticəsində fraksiyalara bölünmədən sonra tərəflərdən Lenin tərəfdarı qrup. Qurultayda Lenin tərəfdarları çox olduğu üçün rusca əksəriyyət mənasını verən "Bolşevik" olaraq, azlıqdakı Martov tərəfdarları isə "Menşevik" olaraq adlandırıldı. Qurultaydan sonra iki fraksya arasında birləşmə cəhdləri olsa da birləşmə reallaşmadı və 1912-ci ildə qəti ayrı-seçkilik yaşandı. Bolşeviklər Oktyabr inqilabı ilə iqtidarı ələ aldılar və SSRİ-ni təsis etdilər. == Haqqında == Bolşeviklər, kütləvi fəhlə inqilabında çar rejimini devirəcək mərkəzləşmiş və intizamlı bir partiya təşkil etməyə çalışdılar. Bolşeviklər, rus fəhlələrini üsyana apara biləcək kütləvi və sinfi öncüllü mübariz fəhlələr partiyası yaratmağa çalışdılar. Bolşevik partiyası lider partiya olmasa da, demokratik mərkəzçilik çərçivəsində mərkəzi komitədə təcəssüm olunan partiya rəhbərliyi ilə sıx əlaqədə idi. Menşeviklər tərəfindən tətbiq olunan partiya üzvlüyü daha çevik idi və digər siyasi partiyalarla daha asan əməkdaşlıq edirdilər. Bolşeviklər isə liberal partiyalarla əməkdaşlıq etmir, əksinə digər sosialist partiyalarla müəyyən ittifaqlara girdi.
Bolşevik adası
Bolşevik — Şimal Torpağı arxipelaqına daxil adaların cənubunda yerləşir. Materikdən Vilkiç boğazı, Oktyabr İnqilabı adası ilə isə Şokalski boğazı vastəsi ayrılır. Sahillərini Kara dənizi və Laptevlər dənizinin suları ilə yuyulur. == Coğrafiyası == Adanın sahəsi — 11 312 km² (Şimal Torpağı arxipelaqının 30,6 %), ən hüdür nöqtəsi — 935 m təşkil edir. Adanın cənubunda təpəli düzənliklər vardır ki, onun üzəri buzlaqlarla örtülüdür. Qalan hissə isə Tundra biktiləri ilə və Arktik səhralarla örtülüdür. === Dağlar və buzlaqlar === Adanın müəyyən hissəsi buzlaqlarla örtülüdür və onlara misal: Leninqradski, Semyon-Tyan-Şanski, Kropotkina, Muşketova və Aerosemki. Bolşevik adasında bütün Şimal Torpağında yerləşən ən qalın buzlağı (600 m) yerləşir. Buzlaqların çoxu dənizə çatmır. === Sahil xətti === Adanın sahilləri parçalıdır, xüsusi ilə şimalı seçilir.
Bolşevik İnqilabı
Oktyabr inqilabı, Böyük oktyabr sosialist inqilabı və ya Oktyabr çevrilişi (rus. Октябрьская революция; SSRİ-də rəsmi adı — Böyük Oktyabr Sosialist inqilabı) – Yulian təqvimi ilə 1917-ci ilin 25 oktyabrında Rusiyada baş vermiş, tarixdəki ən önəmli hadisələrdən biri adlandırılan və Sovet İttifaqının qurulmasına təməl atmış böyük inqilab. İnqilab zamanı Vladimir İliç Lenin, Lev Trotski, Yakov Sverdlov, Dıbenko və b. təşkilatçılığı ilə baş vermiş silahlı üsyan nəticəsində Müvəqqəti hökumət devrilmiş, hakimiyyətə bolşeviklər və onların müttəfiqi sol eserlərdən ibarət Fəhlə və əsgər deputatları soveti gəlmişdir. Üsyanları Petroqrad sovetinin hərbi-inqilabi komitəsi istiqamətləndirmişdir. == Zəmin == XIX əsrin sonlarında Rusiyada daxili vəziyyət olduqca gərgin idi, belə ki, daxildə maliyyə problemi yaşanırdı və torpaqların geniş olması da rus çarı üçün ölkənin idarəsini çətinləşdirirdi. Ölkədə böhran baş vermişdi. Hökumətdə narazılıq təkcə aşağı sosial təbəqə arasında deyil, həm də varlı təbəqə arasında baş verirdi. O zaman rus hökuməti çarəni həmin vaxt üçün çox da populyar olmayan II Nikolayın qardaşı Mixail ilə əvəzləməyi düşündülər. Lakin bunun üçün çox gec idi.
Kirovabad bolşeviki (qəzet)
"Gəncənin səsi" qəzeti == Tarixi == 1920-ci ildə “Qırmızı Gəncə” adı ilə nəşrə başlayan, sonralar “Zərbə” (1929-1935), “Kirovabad bolşeviki”, “Kirovabad fəhləsi”, “Kirovabad kommunisti” və nəhayət, “Gəncənin səsi” adı ilə fəaliyyət göstər 2011-ci ildən böyük və rəngli formada çıxan qəzet bu gün 2000 tirajla ayda bir dəfə olmaqla çap olunur.
Utyos-Bolşevik burnu
Utyos-Bolşevik burnu — qayalıq burun Vrangel adasının şərqində yerləşir. Burun 1929-cu ildə Vrangel ada rəhbəri olan А. İ. Mineev tərəfindən adlandırılmışdır. Xəritəyə isə ilk dəfə Konstantin Alekseyeviç Salişev tərəfindən qeydə alınmışdır. Burnun ən hündür nöqtəsi 79 metrdir.
Rusiya Kommunist (bolşevik) Partiyası
Sovet İttifaqı Kommunist Partiyası (qısaca Sov.İKP) — (Коммунистическая партия Советского союза КПСС), Sovet İttifaqının bütün tarixi boyu yeganə, hakim siyasi partiyası. Fəaliyyəti ilk qurucularından olan Vladimir İliç Lenininin adı ilə bağlı olub. == Tarixi == === Fraksiya === Xələfi olan Rusiya Sosial Demokrat Fəhlə Partiyasının I qurultayı Minskdə 13–15 mart 1898-ci ildə keçirilib. Rusiya Sosial Demokrat Fəhlə Partiyasının II Qurultayında Rusiya Sosial Demokrat Fəhlə Partiyasının iki fraksiyasının — Vladimir Leninin başçılıq etdiyi bolşeviklər və Georgi Plexanov və Yuli Martovun başçılıq etdiyi menşeviklər meydana gəldi. Parçalanmanın əsas səbəbi partiya nizamnaməsinin əhəmiyyətsiz görünən maddəsi idi; Lenin partiya üzvlərindən "şəxsi iştirak", Martov isə "şəxsi yardım" tələb etməyi təklif etdi. Əslində söhbət partiya binasında icazə verilən mərkəzçilik dərəcəsindən gedir; Lenin tabeçiliyində olanların yuxarıdakıların direktivlərini yerinə yetirmək məcburiyyəti ilə sərt bir şəkildə mərkəzləşmiş bir təşkilat yaratmağa çalışdı. Martov isə Qərbi Avropa Sosial Demokratiya modelində, xüsusən o zaman ən nüfuzlu Alman partiyası modelində sərbəst birləşmə prinsipini müdafiə etdi. Artıq 1903-cü ilin sentyabrında tərəflər partiya təşkilatları — Mərkəzi Komitə, "İskra" qəzetinin redaksiyası, Xarici İnqilabçı Sosial Demokratiya Birliyi , yerli partiya təşkilatları üzərində nəzarət uğrunda kəskin bir mübarizəyə başladılar. Lenin Mərkəzi Komitədə çoxluğu saxlamağı bacardı, menşeviklər isə İskra redaksiya heyətində və Partiya Şurasında çoxluq qazandı. Mərkəzi Rusiyada, eləcə də Odessa və Qafqazdakı partiya təşkilatlarının əksəriyyəti bolşevikləri dəstəklədi, Donetsk, Kiyev və digər partiya təşkilatları isə menşeviklərə qoşuldu.
İkinci Bolşevik Baharı (1931)
İkinci bolşevik baharı (film, 1931)
Azərbaycan Kommunist (bolşevik) Firqəsi Mərkəzi Komitəsinin əxbarı
Azərbaycan Kommunist (bolşevik) Firqəsi Mərkəzi Komitəsinin əxbarı (Азәрбајҹан Коммунист (болшевик) Фиргәси Мәркәзи Комитәсинин әхбары) — Azərbaycan SSR-də Azərbaycan Kommunist Partiyasının rəsmi partiya jurnalı, partiyanın mərkəzi komitəsinin mətbuat orqanı. == Tarixi == "Azərbaycan Kommunist (bolşevik) Firqəsi Mərkəzi Komitəsinin əxbarı" 1920-ci ilin noyabrında Bakıda Azərbaycan, rus və erməni dillərində çıxmışdır. 1921-ci ilin oktyabrında isə yalnız Azərbaycan və rus dillərində nəşr edilmişdir. 1922-ci ilin fevralında "Azərbaycan Kommunist (bolşevik) Firqəsinin Mərkəzi və Bakı Komitələrinin əxbarı" adı ilə çıxmışdır. 1923-cü ilin dekabrından 1925-ci ilin oktyabrınadək "Kommunist yolu" adı ilə nəşr edilmişdir. 1928-ci ilin mayında yenidən ilkin adı ilə buraxılmış, oktyabrda nəşri dayandırılmışdır. Jurnalda rəsmi partiya sənədləri, Azərbaycan Kommunist (bolşevik) Firqəsi Mərkəzi Komitəsinin hesabatları, Ümumittifaq Kommunist (bolşevik) Partiyası Mərkəzi Komitəsinin qərarları dərc edilmişdir.