Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bolero
Bolero Moris Ravelin orkestr ifası üçün yazdığı ən məşhur musiqi kompozisiyasıdır. Bolerodan əvvəl Ravel bir sıra baletlər, suitalar bəstələmişdir. Bolero Ravelin rəqs hərəkətlərinə musiqi olaraq yeni bir yanaşması idi. Əsər orekstrada iki nəfərin ifası ilə başlayır, bütün orkestrın ifası ilə tamamlanır. == Musiqisi == Bolero böyük bir orkestranın ifası üçün bəstələnmişdir.
Kolera
Vəba (lat. cholera) — Vibrio cholerae adlı bakteriyanın səbəb olduğu nazik bağırsağın infeksion xəstəliyidir. Bağırsaq infeksiyası, sərt və şiddətli ishal ilə müşahidə edilir. Bu xəstəlik üçün güclü zəhərlənmə, qusma, ishal, orqanizmin kəskin susuzlaşması və nazik bağırsağın zədələnməsi xarakterik cəhətlərdir. Vəba xəstəliyində ölüm halları yüksəkdir. Günəş işığı bu törədicilərə məhvedici təsir göstərir. Vibrion (vəba törədicisi) qaynadıldıqda, habelə xlorlu əhəng və xloramin məhlulunun təsirindən tez məhv olur. Xəstəlik, ümumiyyətlə, nəcis bulaşmış çirkli su ya da bu suyla yuyulmuş qidalar vasitəsilə yayılır. Buna görə kanalizasiya və ya su təmizləmə sistemlərindəki hər hansı bir səhv vəbanın qısa müddətdə geniş əraziyə yayılmasına yol aça bilər. Vəbanı asanlıqla müalicə etmək mümkündür, lakin müalicə edilməzsə, %50 nisbətində ölümlə nəticələnə bilər.
Monero
Monero — kriptovalyutalardan biri. == Tarixi == Monero 2014-cü ildə yaranmışdır. Həmin il o CryptoNote protokolunun yaratmış olduğu ilk rəqəmsal valyuta olan Bitcoinin forku olaraq meydana çıxmışdır.Moneronu əsas məqsədi qarşılıqlı mübadilə idi. == Mayning == Monero, əməliyyatları yoxlamaq üçün RandomX performans test alqoritmindən istifadə edir. RandomX, ASIC-dən qorunan bir mayning alqoritmidir. Üsul 2019-cu ilin noyabr ayında əvvəlki CryptoNightR alqoritmini əvəz etmək üçün təqdim edildi. Hər iki alqoritmlər, ASIC mayninginə davamlı olmaq üçün ümumiyyətlə Bitcoin kimi digər kriptovalyutalardan istifadə olunur. Monero, X86, X86-64, qol və qrafik prosessorları, Asic Mining tərəfindən yaradılan Monero Mərkəzləşdirmə Layihəsinin sayğacına əsaslanan bir dizayn həlli kimi, istehlakçı sinifinin avadanlıqları üzərində kifayət qədər səmərəli şəkildə əldə edilə bilər, Lakin bu, həm də pis proqramlardan istifadə edərək Monero mayningçilərinin populyarlığına razılıq verdi. == Gizliliyi == Monero Bitcoinlə müqayisədə fərqli kriptoqrafik alətlərdən istifadə edir. Buna görə də o izlənməsi mümkün olmayan təhlükəsiz, gizli valyuta hesab edilir.
Moyero
Moyero (rus. Мо́йеро, Моньеро, Монюра) — Rusiyanın Krasnoyarsk ölkəsinin Evenk muxtar mahalında çay, Kotuy çayının sağ qolu. Uzunluğu 825 km, hövzəsinin sahəsi 30,900 km2-dir. Yağış və qar suları ilə qidalanır. Oktyabrdan iyuladək donmuş olur. Əsas qolu Moyerokondur. Aşağı axını gəmiçiliyə yararlıdır. == İstinadlar == == Xarici keçidlər == МОЙЕРО // Большая российская энциклопедия. Электронная версия (2017) "Туризм в НН: Река Мойеро". www.turizmvnn.ru (rus).
QOELRO
QOELRO (rus. Госуда́рственная комиссия по электрифика́ции Росси́и, azərb. Rusiyanın Elektrikləşdirilməsi üzrə Dövlət Komissiyası‎) — 1917-ci il Oktyabr İnqilabından sonra Sovet Rusiyasının elektrikləşdirilməsi üçün dövlət planı. V.İ.Lenin təlimatı və rəhbərliyi altında Rusiyanın Elektrikləşdirilməsi üzrə Dövlət Komissiyası tərəfindən hazırlanmışdır. VIII Ümumrusiya Elektrotexniki Konqresi tərəfindən təsdiq edilmiş, Xalq Komissarları Sovetinin fərmanı ilə çağırılmışdır. Bir sıra qeyd və əlavələri olan QOELRO planı, 21 dekabr 1920-ci ildə "Rusiyanın elektrikləşdirilməsi planı haqqında" bir qərar qəbul edən Xalq Komissarları Şurası tərəfindən qəbul edildi. Qısaltma tez-tez Rusiyanın Elektrikləşdirilməsinin Dövlət Planı, yəni QOELRO Komissiyasının məhsulu olaraq deşifrə olunur və Rusiyada inqilabdan sonra qəbul edilən, həyata keçirilən ilk uzunmüddətli iqtisadi inkişaf planı olmuşdur. == Tarixi == === İnqilabdan əvvəlki Rusiyada elektrik enerjisi sənayesinin inkişafı === Bəzi mənbələrə görə, Rusiyanın genişmiqyaslı elektrikləşdirilməsi üçün bir layihənin hazırlanması 1917-ci il inqilabından əvvəl, Sankt-Peterburq Elektrik Şirkətində işləyən alman mühəndisləri tərəfindən, Birinci İl ərzində. Dünya Müharibəsi (1914-1918), yüksək hərbi xərclər səbəbindən tətbiqə başlamaq mümkün deyildi. Digər mənbələrə görə, GOELRO planı, 1916-cı ildə yaradılan və 1930-cu ildə Enerji İnstitutuna çevrilən Rusiyanın Təbii Məhsul Qüvvələrinin Araşdırılması üzrə SSRİ Elmlər Akademiyası Komissiyanın Enerji Departamentinin inkişafına əsaslanır.
Toledo
Toledo (isp. Toledo) — İspaniyanın mərkəzi hissəsində yerləşən şəhər, Toledo və Kastiliya – La-Mança əyalətinin paytaxtı. Madriddən cənub-qərbdə Taxo çayının üzərində yerləşir. Əhalisinin sayı 2007-ci ildə 78 618 nəfər olub. 1986-cı ildə Toledo şəhəri Yuneskonun Ümumdünya irsi siyahısına daxil edilib.
Xolera
Vəba (lat. cholera) — Vibrio cholerae adlı bakteriyanın səbəb olduğu nazik bağırsağın infeksion xəstəliyidir. Bağırsaq infeksiyası, sərt və şiddətli ishal ilə müşahidə edilir. Bu xəstəlik üçün güclü zəhərlənmə, qusma, ishal, orqanizmin kəskin susuzlaşması və nazik bağırsağın zədələnməsi xarakterik cəhətlərdir. Vəba xəstəliyində ölüm halları yüksəkdir. Günəş işığı bu törədicilərə məhvedici təsir göstərir. Vibrion (vəba törədicisi) qaynadıldıqda, habelə xlorlu əhəng və xloramin məhlulunun təsirindən tez məhv olur. Xəstəlik, ümumiyyətlə, nəcis bulaşmış çirkli su ya da bu suyla yuyulmuş qidalar vasitəsilə yayılır. Buna görə kanalizasiya və ya su təmizləmə sistemlərindəki hər hansı bir səhv vəbanın qısa müddətdə geniş əraziyə yayılmasına yol aça bilər. Vəbanı asanlıqla müalicə etmək mümkündür, lakin müalicə edilməzsə, %50 nisbətində ölümlə nəticələnə bilər.
Baler
Baler — Filippinin Aurora vilayətində şəhər və bələdiyyə və bu vilayətin mərkəzi.
Aleksander Molerio
Aleksander Molerio (19 sentyabr 1991) — Kubalı atıcı. Aleksander Molerio Kubanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Aleksander Molerio birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 10 m məsafəyə pnevmatik tapança yarışında iştirak etdi. Ümumilikdə 607.2 xal toplayaraq 49-cu yeri tutdu və finala vəsiqə qazana bilmədi.
Amaya Romero
Amaya Romero Arbisu (isp. Amaia Romero Arbizu; d. 3 yanvar 1999, Pamplona, Navarra, İspaniya) — İspaniya müğənnisi və Operación Triunfo yarışmasının qalibi. O, Alfred Qarsiya ilə duet şəklində ifa etdiyi "Tu canción" mahnısı ilə İspaniyanı 2018 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. == Həyatı == Amaya Romero 3 yanvar 1999-cu ildə İspaniyanın Navarra muxtar ərazisində yerləşən Pamplona şəhərində anadan olmuşdur. O, universitetdə fortepiano ixtisası üzrə təhsilinin sonuncu ilindədir. == Musiqi karyerası == 2010-cu ildə Amaya Romero İspaniyanın Telecinco telekanalında yayımlanan Cántame una canción adlı uşaqlar üçün keçirilən məharət yarışmasında iştirak etmişdir. 2012-ci ildə isə o, Antena 3 telekanalının təşkil etdiyi El Número Uno məharət yarışmasında iştirak etmişdir. Romero yarışmanın altıncı həftəsində iştirakını dayandırmışdır. 2017-ci ildə Amaya İspaniyanın ən çox baxılan musiqi yarışması Operación Triunfo-nun dinləmələrinə qatılmışdır.
Anna Boleyn
Anna Boleyn (1507[…] – 19 may 1536, London qalası) — İngiltərə kraliçası, VIII Henrinin ikinci arvadı, I Yelizavetanın anası. == Həyatı == Anna Boleyn 1507-ci ildə Londonda anadan olub. Öz dövrünə görə mükəmməl təhsil alan Anna 1514-cü ildə ingilis şahzadəsi Mariya Tüdorun rəiyyəti tərkibində Fransaya köçərək Fransız kral sarayında təhsilini davam etdirir. 1520-ci ildə isə siyasi problemlərə görə ingilislər vətənlərinə dönməli olurlar. Onların sırasında 13 yaşlı Anna da olur. Vətənə qayıdan Anna kral sarayında diqqəti gözəlliyi ilə deyil ağlı və davranışı ilə cəlb edir. 1522-ci ildə o ilk dəfə olaraq kral VIII Henrinin gözünə dəyir. Cavan və ağıllı Anna kralı heyran edir, lakin Anna kralın məşuqələrindən biri olmaq istəmir və ona görə də kralın diqqətinə laqeyd qalır. Kral isə ailə həyatından razı deyildi, həyat yoldaşı Araqonlu Ketrin dünyaya oğlan gətirmirdi. Bircə sağ qalan övladları isə Mariya idi.
Bernat Lomero
Corc Romero
Corc Endryu Romero (ing. George Andrew Romero; 4 fevral 1940 - 16 iyul 2017) — ABŞ rejissorudur. Çəkdiyi ən uğurlu film Yaşayan ölülərin gecəsi" filmidir. Atası əslən ispan olan Kubalı və anası isə Litva əsillidir. Romero ilk klassik nəzərə çarpan və çoxlu sayda qorxulu filmlər çəkdiyinə görə "Xaç atası" ləqəbi qazanmışdır.
Culiya Qorlero
Culiya Qorlero (d. 26 sentyabr 1990) — İtaliyanı təmsil edən su poloçusu. == Karyerası == Culiya Qorlero, İtaliya yığmasının heyətində 2012-ci ildə Birləşmiş Krallığın London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Yeddinci pillə uğrunda görüşdə Birləşmiş Krallıq yığmasını 11:8 hesabı ilə məğlub edən İtaliya yığması, London Olimpiadasını yeddinci pillədə başa vurdu. Daha sonra Culiya Qorlero, İtaliya yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə ABŞ yığmasına 5:12 hesabı ilə məğlub olan İtaliya yığması, Rio-de-Janeyro Olimpiadasının gümüş medalına sahib oldu.
Dalbergia bojeri
Dalbergia bojeri (lat. Dalbergia bojeri) — paxlakimilər fəsiləsinin dalbergiya cinsinə aid bitki növü.
Datura bojeri
Hindistan dəlibəngi (lat. Datura metel) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinin dəlibəng cinsinə aid bitki növü. == Sinonimləri == Brugmansia waymanii Paxton Datura aegyptiaca Vis. Datura alba Rumph. ex Nees Datura alba F.Muell. Datura alba var. africana Mattei Datura bojeri Delile Datura chlorantha Hook. Datura cornucopia Pitcher & Manda Datura dubia Rich. Datura dubia Bianca ex Tod. Datura fastuosa L. Datura fastuosa var.
Eugenia bojeri
Eugenia bojeri (lat. Eugenia bojeri) — mərsinkimilər fəsiləsinin evgeniya cinsinə aid bitki növü.
Ficus bojeri
Ficus bojeri (lat. Ficus bojeri) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin tutkimilər fəsiləsinin əncir cinsinə aid bitki növü.
Kolera (dəqiqləşdirmə)
Kolera — Vibrio cholerae adlı bakteriyanın səbəb olduğu nazik bağırsağın infeksion xəstəliyi. Bağırsaq infeksiyası, sərt və şiddətli ishal ilə müşahidə edilən bir xəstəlik. Kolera (musiqiçi) — Türkiyəli rep musiqi sənətçisi.
Kolera (musiqiçi)
Esen Güler ya da daha çox tanınan səhnə adıyla Kolera (23 sentyabr 1983, İstanbul), Türk repçi.
Mariya Boleyn
Mariya Boleyn (İngiliscə: Mary Boleyn) (d. 1499/1500 - ö. 19 iyul 1543) — İngiltərə kralı VIII Henrinin hakimiyyəti boyunca böyük gücə sahib olan Boleyn ailəsinə mənsub olan Kraliça Anna Boleynin bacısı. 1521-1526 tarixləri arasında Kral VIII Henrinin sevgililərindən biri olmuşdur. Kralın iki övladını dünyaya gətirsə də, kral bu uşaqların heç birini qəbul etmədi. Hətta bəzi şayələrə görə Mariya Boleyn 1515-1519 tarixlərində VIII Henrinin rəqibi Fransa kralı I Fransiskin də sevgilisi olmuşdur. Mariya Boleyn iki dəfə evləndi: 1520-ci ildə William Carey ilə və 1534-cü ildə William Stafford ilə gizlicə evləndi. Mariya Boleynin gizlicə baş tutan ikinci evliliyi isə həm bacısı Kraliça Anna Boleyni, həm də Kral VIII Henrini hirsləndirdi və nəticədə Mariya kral sarayından sürgün edildi. Həyatının geri qalanı haqqında məlumat çox azdır. Bacısı Anna Boleynin edamından sonra daha 7 il yaşadı.
Mazama bororo
Mazama bororo (lat. Mazama bororo) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin marallar fəsiləsinin mazama cinsinə aid heyvan növü.
Pterocaulon bojeri
Neojeffreya (lat. Neojeffreya) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi.
Sezar Romero
Sesar Xulio Romero (ing. Cesar Julio Romero; 15 fevral 1907, Nyu-York, Nyu-York ştatı, ABŞ - 1 yanvar 1994, Santa Monika, Kaliforniya, ABŞ) — ABŞ aktyoru.
Silbo Qomero
Silbo Gomero - İspaniyanın Kanar adaları arxipelaqına aid La Qomera adasında istifadə olunan sadəcə fitdən ibarət ünsiyyət vasitəsi. Yerlilər tərəfindən El Silbo olaraq adlandırılan fit dili məişətdə hələ də aktiv şəkildə istifadə olunur. İki sait və 4 samitdən ibarət fit dili dərin vadilər və sıldırımlı qayalara malik adada mükəmməl ünsiyyət vasitəsidir. 3.2 km məsafəni qət etməyə qadir olan fit bu cəhətdən adi nitq imkanlarını üstələyir. Dilin yaranması barədə dəqiq məlumat yoxdur. Lakin məlumdur ki, 15-ci əsrdə, avropalıların La Qomerada məskunlaşmağa başladığı dövrdə adanın Şimali Afrika mənşəli sakinləri fit dilindən istifadə ediblər. Yerlilərin dilini əks etdirən fit sonradan mənimsənilərək İspan dilinə uyğunlaşdırılıb. La Qomera sakinləri fit dilinin 1940 və 1950-ci illərdə geniş işlədildiyini xatırlayırlar. İkinci Dünya Müharibəsindən sonrakı illərdə iqtisadi çətinliklər üzündən yerlilər adanı tərk etməyə başlayıblar. Eyni zamanda rabitə ilə yol şəbəkəsinin inkişafı ilə fit dilinə olan ehtiyac da get-gedə azalmaqda idi.
Bövlər
Bövlər (lat. Solifugae) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinə aid heyvan dəstəsi. 50–70 mm, az qismi 10–15 mm ölçüdə olurlar. Qonur-sarı, sarımtıl, nadir hallarda alabəzək və ya tünd rəngdə olurlar. "Solpuqi" sözü latın dilindən tərcümədə "günəşdən qaçan deməkdir. == Ümumi quruluşu == Baş-döş şöbədə xeliser, pedipalplar və 4 cüt yürüş ayaqları yerləşir. Xeliserləri iridir, güclü qısqaclara malikdir. Bövlərin pedipalpları quruluşuna görə ayaqlara oxşayır, lakin caynaqları yoxdur. Pedipalplar müxtəlif funksiyalar yerinə yetirir. Onlar hərəkətə, şikarın tutulmasına xidmət edir, həmçinin hissetmə orqanıdır.
Brüs Bötler
Brüs Bötler (ing. Bruce Beutler) — yəhudi əsilli amerikan immunoloqu, 2011-ci ildə Jül Hofmanla birgə anadangəlmə immunitetin aktivləşməsinə dair kəşflərinə görə Nobel mükafatına layiq görülüb. == Həyatı == 1957-ci ildə Çikaqoda Almaniyadan Adolf Hitlerin zülmündən Amerikaya qaçmış yəhudi ailəsində anadan olub. Daha sonra ailəsi Kaliforniyada yaşayır. 1976-cı ilədək Kaliforniya Universitetində biologiya fakültəsində, daha sonra Çikaqo Universitetində tibb fakültəsində oxuyur. 1981-ci ildə tibbi diplomunu alır. 1985-1986-cı illərdə Rokfeller Universitetində yardımçı dosent (assistant professor) kimi, ardından 2000-ci ilədək Texas Universitetinin Dallas Cənub-Qərb Tibbi Mərkəzində və Howard Hughes Tibbi Institutunda müxtəlif vəzifələrdə çalışıb. 2000-2007-ci illərdə Bötler La Hoyadakı (ing. La Jolla, Kaliforniya) Scripps Tədqiqat Institutunda immunologiya bölməsində , 2007-ci ildən bəri genetika bölməsində işləyir. 2011-ci ildən həm də Texas Universitetində Sahib İmmuniteti Genetika Mərkəzinin direktorudur .