Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bostanlı (Duzluca)
Bostanlı — Türkiyənin İğdır ilinin Duzluca ilçəsində kənd. == Tarixi == Kəndin adı 1928-ci il qeydlərində Həşəri kimi qeyd olunur.
Bostançı
Bostançı (Xaçmaz)
Bostandık üsyanı
Bostandık üsyanı (qaz. Бостандық көтерілісі) — yüksək vergilərə və sovet hökuməti tərəfindən "çörək hazırlama kampaniyası" çərçivəsində baş vermiş məcburi hərəkətlərə qarşı Qazaxıstan Muxtar Sovet Sosialist Respublikasının Sır Dərya dairəsinin Bostandık bölgəsinin (Müasir Özbəkistan ərazisi) sakinləri tərəfindən qaldırılmış üsyan. T.Musabaev, U.Maylıbaevin rəhbərlik etdiyi üsyanda 500 nəfər iştirak edirdi. Briçmolla qışlağında baş tutmuş döyüşdə üsyançıların köməyinə İ.Canıbəyovun basmaç dəstəsi köməyə gəlir. Üsyan Birləşmiş Dövlət Siyasi İdarəsi tərəfindən yatırılır, üsyançıların 50 nəfəri öldürülür, 2 nəfər isə güllələnməyə məhkum edilir. 36 nəfər 10 il müddətinə islah əmək düşərgələrinə, 7 nəfər isə 5 il müddətinə sürgün edilir.
Bostançı (Xaçmaz)
Bostançı — Azərbaycan Respublikasının Xaçmaz rayonunun Dədəli inzibati ərazi vahidində kənd. Bostançı bələdiyyəsinin mərkəzidir. == Coğrafiyası == Kənd Samur-Dəvəçi ovalığındadır. == Oykonimi == Oykonimi etnotoponim hesab edən tədqiqatçıların fikrincə, toponim bostan (qırğızlarda və özbəklərdə boston) tayfa adından və -"çı" mənsubiyyət şəkilçisindən düzəlib. Bostançı oykoniminin bu kənddə yaşayan əhalinin qədim məşğuliyyəti (tərəvəz yetişdirmə) ilə də bağlı olması da ehtimal olunur.Kəndin adı bəzi mənbələrdə Osmanlı imperiyasını idarə edən sultanların saray işlərini idarə edən bostançıbaşı ailəsinin Azərbaycana köçməsi ilə əlaqələndirilir. Ermənistanda da Bostançı Xaraba, Gürcüstanda Bostançı, Özbəkistanda Bostanlık, Bustan, Tacikistanda Bustankala toponimləri qeydə alınmışdır. == İnfrastruktur == Kənddə tam orta məktəb, kitabxana, tibb məntəqəsi, mədəniyyət klubu vardır. Kəndin mərkəzində məscid yerləşir.
Bostançı bələdiyyəsi
Xaçmaz bələdiyyələri — Xaçmaz rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Bostancı (Silopi)
Bostancı — Türkiyənin Şırnak vilayətinin Silopi rayonunda kənd. == Tarixi == Kəndin köhnə adı 1916-cı il qeydlərində kürd dilində "reyhanlı" mənasını verən Rihani, 1946-cı il qeydlərində isə Reyhanlı kimi xatırlanır. Əvvəllər Mardin vilayətinin Silopi rayonuna bağlı olan kənd 1990-cı ildə Şırnak vilayətinin yeni qurulan Silopi rayonuna birləşdirilib.
Bostançı (İstanbul metropoliteni)
Bostançı metrostansiyası (türk. Bostancı metro istasyonu) — İstanbul metropoliteninin M4 xəttində yerləşən metrostansiya. Stansiya Kadıköyün Bostançı səmtində D-100 şosesi üzərində yerləşir. Stansiya 17 avqust 2012 tarixində ictimai istifadəyə açılmışdır. Digərlərindən fərqli olaraq, bu stansiyada 2 platforma və 3 paralel rels yerləşir. Stansiyanın asma mərtəbə səviyyəsi Bostancı qovşağının hər iki tərəfində cəmi beş çıxışa sahibdir.
Bostançı Xəlil Paşa
Bostançı Xəlil Paşa (ö. 1 aprel 1633) — IV Murad səltənətində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi, Misir bəylərbəyi. == Həyatı == == Mənbə == Holt, P. M. (1961) "The beylicate in Ottoman Egypt during the seventeenth century" Bulletin of the School of Oriental and African Studies 24(2): pp.
Bostancı Cəfər Paşa
Bostancı Cəfər Paşa (v. 28 may 1635, Budin əyaləti, Osmanlı imperiyası) — IV Murad səltənətində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi. Həyatının ilk illəriylə bağlı yetərli məlumat yoxdur. Əndərun bostancılar ocağında təlim-tərbiyə gördükdən sonra bostancıbaşı, 1633-cü ilin iyulunda isə vəzir rütbəsi alaraq kaptan-ı dərya təyin olundu. Bu vəzifədə ikən 1633-cü ildə Sultan Əhmədin qızlarından Burnaz Atikə Sultanla evləndirildi. Toy mərasiminin ardından Egey dənizində indiki Kassandra sahillərində dəniz quldurlarıyla girdiyi mübarizədə gəmisi yandırılmış, özü isə gəmidən qaçaraq xilas olmuşdur. Ardından Qara dənizdə səyahətə çıxmış, bu səyahətinin də uğursuzluqla nəticələnməsinin ardından 30 iyun 1634-cü ildə vəzifədən alınmışdır. Eyni zamanda paşanı bacısı Burnaz Atikə Sultandan da boşayan Sultan Muradın əmriylə həmin ilin iyulunda Budin bəylərbəyi təyin edilərək paytaxtdan uzaqlaşdırıldı. Ancaq Sultan Muradın əmriylə 28 may 1635-ci ildə yerinə təyin edilən Nasuhpaşazadə Hüseyn Paşa tərəfindən edam olundu.
Mərdəkan Bağçılıq və Bostançılıq Məktəbi
Mərdəkan Bağçılıq və Bostançılıq Məktəbi — 1896-cı ilin 27 oktyabr tarixində mesenat Hacı Zeynalabdin Tağıyevin şəxsi vəsaiyti hesabına Bakının Mərdəkan kəndində açılmışdır. birinci il məktəbdə 40 şagird təhsil almışdır. Təhsil müddəti 5 il olmuşdur. Tədris planına azərbaycan, rus dilləri, hesab və hüsnxətt fənnləri daxil edilmişdi. Məktəbin nəzdində internat vardı. Kənd icması tərəfindən ayrılmış 10 ha-dan artıq təqris-təcrübə sahəsində yerli şəraitə uyğun gül-çiçək, dərman bitkiləri və texniki bitkilər becərilirdi. Hətta şitillik təşkil olunmuşdu.
Nəsirabad (Şərqi Azərbaycan ostanlığı)
Nəsirabad (fars. نصيراباد‎) — İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 114 nəfər yaşayır (23 ailə).