Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Botanika
Botanika — biologiyanın mühüm tərkib hissəsi olub, müstəqil bir elm kimi bitkilərin quruluşunu, təbiətdə yayılmasını, həyat tərzini, çoxalmasını, inkişafını, mənşəyini və s. tədqiq edən elm. Biologiya elmləri sisteminə daxildir. Botanikanın əsas bölmələri: sistematika (bitkiləri qohumluq baxımından qruplaşdırır və tarixini öyrənir), morfologiya (xarici görünüşü öyrənir), anatomiya (daxili quruluşunu öyrənir), embriologiya (mayalanma və toxum inkişafını öyrənir), biokimya (kimyəvi maddələr və kimyəvi prosesləri öyrənir) və s. == Tarixi == Botanika bir elm kimi qədim dövrlərdə yaranmışdır. Elmin meydana gəlməsi insan cəmiyyətinin bitkilərdən istifadə etməsi ilə əlaqədardır. E.ə 5–6-cı əsrlərdə yaşamış həkim Hippokrat 200-dən artıq dərman bitkisinə dair məlumat vermişdir. Qədim yunan alimləri Aristotel və Teofrast botanika elminin baniləri sayılır. E.ə. 4–3-cü əsrlərdə yaşamış filosof Teofrast 10 cildlik "Bitkilərin təbii tarixi" adlı əsərində 450 növ bitkini təsvir etmiş və onların təsnifatını vermişdir.
Batika
Batika (yav. mumla çəkmək) — möhürləyici məhlulların istifadəsi ilə aparılan qumaş üzərində nəqqaşlıq. Şərq ölkələrində (İndoneziya, Hindistan, Çin, Azərbaycan və s.) yayılmışdır. 2009-cu ildə İndoneziya batikası UNESCO-nun Bəşəriyyətin Toxunulmaz Mədəni İrsi Listəsinə daxil olub. == Söz açımı == == Tarixçə == Batikanın vətəninin Malaziya və İndoneziya olduğu söylənilsə də, araşdırmalar bu ölkələrdə sənət növünün Azərbaycanla eyni dövrdə yarandığını təsdiqləyir. Batika Azərbaycan xalqının qədim ənənələrə malik kəlağayı sənətinin çağdaş varisi kimi inkişaf edib zənginləşməkdədir. Orta əsrlərdən başlayaraq Şirvan, Basqal və Gəncədə ipəkçiliyin inkişafı ilə əlaqədar xalq sənətkarlarının, əsasən də qadınların məşğuliyyət növü kimi bu sənətlə məşğul olanların sayı yüzlərlə olmuşdur. Şərq ölkələrində (Hindistanda, Çində, İndoneziyada və s.) batika texnikasında əsas etibarilə ipək və pambıq parça üzərində fırça ilə rəsm çəkərdilər. Batikanın vətəni olan cənub-şərqi Asiyada bir neçə texnika geniş yayılmışdı. Yavada hər bir rəngin üstü daim isti mumla örtülür, Malayziyada isə rəsmin əsas hissəsi nəfis şəbəkəli ornamentlə xüsusi möhürün köməyi ilə basılır.
Qotika
Qotik və ya Qotika — özünə xas xüsusiyyəti olan bir sənət anlayışı və yazı şəkli. Qotik yazılar ilk təzyiq sınaqlarında sınanmış, əksəriyyətlə Almanlar tərəfindən istifadə edilən bir yazı stilinin. Qotik sənəti XII əsrin ikinci yarısında Romanesk sənətinin dəyişməsiylə, Latın sənətinə bir reaksiya olaraq ortaya çıxmışdır. Orta Çağı bağlayan, İntibahı başladan axındır. Qotik tərzi, yalnız memarlıqda təsirli olmayıb; heykelcilik, şəkil, yazi, bəzək və hətta gündəlik əşyada da təsirli olmuşdur. == Qotik memarlığı == Arxitekturada Qotik tərzinin ilk çıxış yeri Fransa deyənlər varsa da Avropanın çox yerində eyni zamanda rast gəlinmiş və bütün Xristian qərb dünyasına yayılmışdır. Hər ölkə Qotik sənətində zövqünə uyğun dəyişikliklər etmişdir. Avropanın sənət mərkəzi qəbul edilən İtaliyada isə çox təsiri görülməmişdir. İngiltərədə sütunları çoxaldan və qübbənin altında onları yelpik kimi açan bir şaquli üsluba bağlıdır.İspaniyada Qotik sənətinin Ərəb təsvirləri birləşməsindən meydana gələn müdeccer (mudejar) üslubu doğulmuşdur. Qotik arxitektura sənəti Avropanın şimalında XVI əsrin başlanğıcına qədər davam etdi.
Botanika bağı
Botanika bağı — yerli və başqa ölkələrin bitkilərini becərən və öyrənən, botaniki elmləri təbliğ edən elmi-tədqiqat və mədəni-maarif müəssisəsidir, əsas vəzifəsi bitki ehtiyatlarını öyrənib zənginləşdirmək məqsədilə faydalı bitkiləri öyrənmək və onların təsərrüfat üçün qiymətli olanlarını müəyyənləşdirməkdir. Bununla əlaqədar, Botanika bağı bitkilərin introduksiyası, iqlimləşdirilməsi, eləcə də bitki kolleksiyaları toplamaqla məşğul olur. == Azərbaycanda == Azərbaycanda Botanika bağı 1934-cü ildə Bakının dağlıq hissəsində, Badamdarda Qurd Qapısının yaxınlığda salınmışdır. 41 ha ərazisi var. Mərdəkanda digər Botanika bağı yerləşir.
Botanika İnstitutu
Botanika İnstitutu — Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil olan elmi-tədqiqat institutu. Baş direktor: Biologiya elmləri doktoru, professor Səyyarə Cəmşid qızı İbadullayeva. İcraçı direktor: biologiya elmləri doktoru Şakir Nəbi oğlu Qasımov == Fəaliyyət istiqamətləri == Antrogen və fiziki amillərin təsiri ilə əlaqədar florogenezin, biomüxtəlifliyin, bitki örtüyü strukturunun coğrafiyası, faydalı bitkilərin fitogenezi və texnologiyasının öyrənilməsi Bitkilərin həyat fəaliyyətinin molekulyar-genetik və fiziki-kimyəvi əsasları == Tarixi == Botanika İnstitutu 1936-cı ildə təsis olunmuşdur. İlk direktoru Qafqaz florasının görkəmli tədqiqatçısı akad. İ.A.Qrossheym olmuşdur. Botanika sahəsində kadr hazırlanmasında V.İ.Ulyanişev, L.İ.Prilipko, İ.M.İsayev, Müzəffər Heydər oğlu Abutalıbov (1947-49; 1962-78 illərdə İnstitutunun direktoru), V.X.Tutayuq, Q.E.Kapinos, Ş.O.Barxalov və başqalarının böyük xidmətləri olmuşdur. Molekulyar-biologiya və bitki genetikası sahəsində yeni elmi istiqamətlərin inkişafında İnstitutun dünya elminə inteqrasiyasında qazanılmış böyük nailiyyətlər akademik C.Ə.Əliyevin adı ilə bağlıdır və bilavasitə onun xidmətidir.
Boyanka Kostova
Boyanka Kostova — Bolqar əsilli Azərbaycan ağır atletidir. Boyanka Kostova 2015-ci ildə Amerika Birləşmiş Ştatlarının Hyuston şəhərində keçirilən Dünya Çempionatının qızıl medalçısıdır. Boyanka Kostova həmçinin 2012-ci ildə Türkiyənin Antalya şəhərində, 2015-ci ildə Gürcüstanın Tbilisi şəhərində və 2016-cı ildə Norveçin Forde şəhərində baş tutan Avropa Çempionatlarının qızıl medalçısıdır. 2021-ci ildə Moskvada keçirilən Avropa çempionatında da birinci yeri tutan atletin dopinq testinin müsbət çıxması səbəbindən titulu əlindən alınıb. Bu, 29 yaşlı idmançının ikinci anti-dopinq qayda pozuntusu olduğu üçün onun yarış hüququ 8 il müddətinə dayandırılıb. 2022-ci ildə narkotik maddələrin satışında təqsirləndirilərək həbs edilib. == Həyatı == Boyanka Kostova 10 may 1993-cü ildə Bolqarıstanın Plovdiv şəhərində anadan olmuşdur. Ailənin yeganə qız övladı Boyanka Kostova 2008-ci ildən idman ilə məşğul olur. == Karyerası == === 2009 Avropa Çempionatı === Boyanka Kostova birinci dəfə Avropa Çempionatına 2009-cu ildə qatıldı. Aprelin 3-dən 12-nə gədər keçirilən və Rumıniyanın paytaxtı Buxarest şəhərində baş tutan Avropa Çempionatına Boyanka Kostova Bolqarıstan bayrağı altında qatıldı.
Flora (botanika)
Flora (lat. Flora – Roma mifologiyasında çiçək və bahar tanrısı) — bitki növlərinin, mikroorqanizmlərin və göbələklərin müəyyən vilayət, zona, rayon, bitki tipi, formasiya və ya biosenoz daxilində onların müasir təbii şəraiti və geoloji keçmişi ilə bağlı tarixən təşəkkültapmış məcmusu. Flora müxtəlif bitki qruplaşmalarının cəmidir. Florada növ əmələgəlmə prosesləri, bir növün digərini sıxışdırması, bitkilərin miqrasiyası və s. hadisələr səciyyəvidir. Hər hansı flora özünə məxsus müxtəlifliyi, yaş tərkibi, endemikliyi ilə fərqlənir. Müəyyən ərazilərin lorası arasında fərqlər bu regionların geoloji tarixləri, həmçinin torpaq və iqlim şəraitlərinin müxtəlifliyi ilə bağlıdır.Məs. Qafqazın florası, Azərbaycanın florası, sporlu bitkilərin florası, mamırların florası (brioflora), yosunların florası (alqoflora) və s. Hər bir floranın təyin əsası onun növ və cins tərkibinin aşkar edilməsidir. Flora haqqında məlumat (bilik) bitki örtüyünün təsnifatını düzgün tərtib etmək (qurmaq), geobotaniki məsələlərin həlli üçün vacib şərtdir.
Katinka Xossu
Katinka Xossu (mac. Katinka Hosszú; 3 may 1989, Peç) — Macarıstan üzgüçüsü. == Karyerası == 2004, 2008, 2012 və 2016-cı ilin Yay Olimpiya oyunlarında oynamışdır. Vasa SC klubunun tərkibində idman fəaliyyətini davam etdirir. “Dərmir qadın” ləqəbi ilə tanınır. 3 dəfə Olimpiya çempionu və 7 dəfə dünya çempionu olmuşdur. Vasas SC (2012–) və Bajai Spartacus SC (–2012) klublarının tərkibində fəaliyyət göstərmişdir. Kollec komandası Cənubi Kaliforniya Universiteti olmuşdur.
Müxtəliflik (botanika)
Müxtəliflik - botaniki adlandırmalarda var. (lat. varietas sözünün qısaldılmış forması) növdən də kikik taksonomik vahidi göstərir və bu zaman həmin taksonomik vahid 3 adın köməyilə yazılır.
Rodinka (Arxangel)
Rodinka (başq. Родинка, rus. Родинский) — Başqırdıstan Respublikasının Arxangel rayonunda yerləşən kənd. Kənd Bakaldı kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Arxangel): 23 km, kənd sovetliyindən (Bakaldı): 16 km. ən yaxın dəmiryol stansiyasından (Priural stansiyası): 32 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (86%) üstünlük təşkil edir.
Vole Şoyinka
Akinvande Vole Babatunde Şoyinka (ing. Akinwande Oluwole "Wole" Soyinka; 13 iyul 1934[…], Oqun ştatı) — Nigeriya yazıçısı, dramaturq, şair, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1986)/ == Həyatı == Nigeriya dramaturqu, şair və nasir Akinvande Vole Babatunde Şoyinka qara qitənin Nobel mükafatı alan ilk təmsilçisidir. Şoyinka mənşə etibarı ilə Qərbi Afrikanın yoruba tayfasındandır. Bu tayfanın mifologiyaya, ritual rəqslərə, teatrlaşdırılmış səhnələrə bağlılığı, orijinal əsatir və əfsanələri Vole Şoyinkanın yazıçı-dramaturq kimi yetişməsinə ciddi təsir göstərmişdi. İngilis dilində təhsil alması, Qərb mədəniyyətini mənimsəməsi və xristianlığın təsiri də öz rolunu başqa bir istiqamətdən oynamış, ədəbi sintez üçün geniş imkanlar yaratmışdı. İbadandakı kolleci bitirdikdən sonra Şoyinka təhsilini İngiltərənin Lids Universitetində (1954) davam etdirmişdi. Burada ingilis ədəbiyyatını və dram nəzəriyyəsini öyrənmiş, habelə yeni nəsil Britaniya yazıçıları ilə tanış olmuşdu. 1957-ci ildə gənc afrikalı "Bataqlıq sakinləri", "Şir və mirvari" kimi sonrakı yaradıcılığı üçün mühüm olan iki dram əsərini başa çatdırmışdı. Londonun "Royal Kort Tietr"inin heyəti sonuncu əsərlə tanışlıqdan sonra onu tamaşaya qoymaq qərarına gəlmişdi. Lidsdə magistratura təhsili alan və Yucin O`Nil yaradıcılığı haqqında dissertasiya yazan Vole Şoyinka bu xəbəri eşidəndə elmi araşdırmalarını bir tərəfə buraxıb Londona köçmüşdü.
Beynəlxalq qotika
Beynəlxalq Qotika — 14-cü əsrin sonlarında və 15-cü əsrin əvvəllərində Burqundiya, Fransa və İtaliyanın şimalında başlayan Qotik incəsənət dövrüdür. Daha sonra Qərbi Avropa boyunca geniş yayılmışdır və dolayısı ilə 19-cu əsrin sonunda Fransız sənətşünası Louis Courajod tərəfindən təqdim edilən dövrün adıdırRəssamlar və onların əlyazmaları, portativ işləri qitənin ətrafında geniş yayılmışdı. Saray adamları və ali zadəganlar arasında ortaq yaranmış və elita üçün hazırlanmış əsərlər, arasında milli üslubda dəyişiklikləri əhəmiyyətli dərəcədə azaldırdı.Əsas təsirlər Şimali Fransa, Niderland, Burqundiya Hersoqluğu, Praqa İmperiya məhkəməsi və İtaliya idi.Bohemiya kraliçası Anne və İngiltərə kralı II Riçard arasında evlilik nikahları üslubun yayılmasına kömək etdi.Bu başlanğıcda məhkəmə qabiliyyətinin bir üslubudur və kiçik zadəganların sifarişi ilə sənətə yayılmışdır. Şimali Avropada "Late Gothic" üslubunun davamlılığı, xüsusən dekorativ elementləri hələ 16-cı əsrin əvvəlinə qədər gedə bilərdi, çünki klassikizmin bərpası əvvəl Rönesansın bərpası idi. Müasir dövrlərdə sənət tarixçiləri tərəfindən şərtlərin istifadəsi bir qədər dəyişir, bəziləri termini digərlərindən daha məhdud şəkildə istifadə edir .Bəzi sənətşünaslar hiss terminini məhz "bir çox istiqamətlərdə araşdırdılar. == İnkişafı == Üslubun mühüm Çex versiyası IV Karl, qısa müddət ərzində Praqada Müqəddəs Roma İmperatoru, məhkəməsində Avropa sənətinin inkişafında qabaqcıl qüvvə oldu.
Botnik dənizi
Botnik dənizi - Şimalda Botnik körfəzi ilə Şimali Kvarken boğazı, cənubda Aland dənizi və Arxipelaq dənizi ilə isə Cənubi Kvarken boğazı vastəsilə birrləşir. Bir çox mənbələrdə dəniz Botnik körfəzinin akvatoriyası hesab edilir və dəniz hesab edilmir. Şərqdə Finlandiyanın qərbi, qərbdə isə İsveçin şərq hissəsini yuyur. Dənizin sahəsi 79,000 km² təşkil edir. Maksimum dərinliyi 230 m, orta dərinlik 68 metrdir. Həcmi 4,340 km³, uzunluğu 350 km təşkil edir. Sahillərində Rauma və Rari (Finlandiya), Gövle və Sundsvall (İsveç) şəhərləri yerləşir. Ən iri limanları Umea (İsveç) və Vaasa (Finlandiya).
Qotika (dəqiqləşdirmə)
Qotika (memarlıq)
Qotika (memarlıq)
Qotika (it. gotica) — german qəbiləsi qotların adından götürülmüşdür) — Qərbi Avropa ölkələrinin bir çoxunda yayılmış 12-13-cü əsr memarlıq üslubudur. Yüksəklərə millənən memarlıq formalarının üstünlük təşkil etməsi ilə, çatma günbəzləri olan daş karkasın səciyyəvi konstruktiv sistemi ilə, daş üzərində naxışların, heykəllərin bölgüsü ilə, rəngli şəbəkələrin istifadəsi ilə xarakterizə olunur.
Qotika memarlığı
Qotika (it. gotica) — german qəbiləsi qotların adından götürülmüşdür) — Qərbi Avropa ölkələrinin bir çoxunda yayılmış 12-13-cü əsr memarlıq üslubudur. Yüksəklərə millənən memarlıq formalarının üstünlük təşkil etməsi ilə, çatma günbəzləri olan daş karkasın səciyyəvi konstruktiv sistemi ilə, daş üzərində naxışların, heykəllərin bölgüsü ilə, rəngli şəbəkələrin istifadəsi ilə xarakterizə olunur.
AMEA Botanika İnstitutu
Botanika İnstitutu — Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil olan elmi-tədqiqat institutu. Baş direktor: Biologiya elmləri doktoru, professor Səyyarə Cəmşid qızı İbadullayeva. İcraçı direktor: biologiya elmləri doktoru Şakir Nəbi oğlu Qasımov == Fəaliyyət istiqamətləri == Antrogen və fiziki amillərin təsiri ilə əlaqədar florogenezin, biomüxtəlifliyin, bitki örtüyü strukturunun coğrafiyası, faydalı bitkilərin fitogenezi və texnologiyasının öyrənilməsi Bitkilərin həyat fəaliyyətinin molekulyar-genetik və fiziki-kimyəvi əsasları == Tarixi == Botanika İnstitutu 1936-cı ildə təsis olunmuşdur. İlk direktoru Qafqaz florasının görkəmli tədqiqatçısı akad. İ.A.Qrossheym olmuşdur. Botanika sahəsində kadr hazırlanmasında V.İ.Ulyanişev, L.İ.Prilipko, İ.M.İsayev, Müzəffər Heydər oğlu Abutalıbov (1947-49; 1962-78 illərdə İnstitutunun direktoru), V.X.Tutayuq, Q.E.Kapinos, Ş.O.Barxalov və başqalarının böyük xidmətləri olmuşdur. Molekulyar-biologiya və bitki genetikası sahəsində yeni elmi istiqamətlərin inkişafında İnstitutun dünya elminə inteqrasiyasında qazanılmış böyük nailiyyətlər akademik C.Ə.Əliyevin adı ilə bağlıdır və bilavasitə onun xidmətidir.
Botanika küçəsi (Tbilisi)
Botanika küçəsi (gürc. ბოტანიკურის ქუჩა) — Tbilisi şəhərin qədim hissəsində yerləşən küçə. Abanotubani rayonuna aiddi və Narikala dağından Abano küçəsinə qədər uzanır. Qədim Tiflisin əsas turizm marşrutlarından biridir. == Tarixi == Adı 1841-ci ildən gec olmayaraq qoyulub. Küçənin belə adlandırılmasının səbəbi burada yerləşən Tbilisi botanika bağı ilə bağlıdır. Şəhərin qocaman küçələrindən biridir. Küçənin rayonunda şəhər qala divarının Qanci qapıları yerləşirdi. Burada Tbilisinin köhnə müsəlman qəbiristanlığında (indiki Botanika bağının ərazisində yerləşir) bastırılan Azərbaycan teatrının klassiki İbrahim İsfahanlının xatirə lövhəsi qoyulub.2007-ci ildən küçənin miqyaslı yenidənqurma işləri keçirilir.
Botanika İnstitutu (Azərbaycan)
Botanika İnstitutu — Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil olan elmi-tədqiqat institutu. Baş direktor: Biologiya elmləri doktoru, professor Səyyarə Cəmşid qızı İbadullayeva. İcraçı direktor: biologiya elmləri doktoru Şakir Nəbi oğlu Qasımov == Fəaliyyət istiqamətləri == Antrogen və fiziki amillərin təsiri ilə əlaqədar florogenezin, biomüxtəlifliyin, bitki örtüyü strukturunun coğrafiyası, faydalı bitkilərin fitogenezi və texnologiyasının öyrənilməsi Bitkilərin həyat fəaliyyətinin molekulyar-genetik və fiziki-kimyəvi əsasları == Tarixi == Botanika İnstitutu 1936-cı ildə təsis olunmuşdur. İlk direktoru Qafqaz florasının görkəmli tədqiqatçısı akad. İ.A.Qrossheym olmuşdur. Botanika sahəsində kadr hazırlanmasında V.İ.Ulyanişev, L.İ.Prilipko, İ.M.İsayev, Müzəffər Heydər oğlu Abutalıbov (1947-49; 1962-78 illərdə İnstitutunun direktoru), V.X.Tutayuq, Q.E.Kapinos, Ş.O.Barxalov və başqalarının böyük xidmətləri olmuşdur. Molekulyar-biologiya və bitki genetikası sahəsində yeni elmi istiqamətlərin inkişafında İnstitutun dünya elminə inteqrasiyasında qazanılmış böyük nailiyyətlər akademik C.Ə.Əliyevin adı ilə bağlıdır və bilavasitə onun xidmətidir.
Missuri Botanika Bağı
Missuri Botanika Bağı (ing. Missouri Botanical Garden) — ABŞ-nin Missuri ştatındakı Sent-Luiz şəhərində yerləşən botanika bağı. Bağın sahəsi 32 ha-dır.
Tbilisi botanika bağı
Tbilisi botanika bağı (gürc. თბილისის ბოტანიკური ბაღი; 1845 ilə qədər Çar bağı) Tbilisinin tarixi mərkəzində, Sololaki silsiləsindən cənubda yerləşir. Bağ 1845 ildə, yaşı bir neçə əsr olan çar bağların yerində yaradılıb. Buranı ilk dəfə 1671 ildə fransız səyyah Jan Şarden öz yazılarında qeyd etmişdi. Narikala qalasının yanında yerləşən bağların təsviri fransız təbiətşunas Jozef Turneforun yazılarında əks olunmuşdur. Həmçinin bu botanika bağı Şahzadə Vaxuştinin 1735-ci ildə tərtib etdiyi xəritədə göstərilmişdir. 1896-1904-ci illərdə bağın ərazisi qərbə genişləndirilmişdir, XX əsrin ortalarında isə bağın ərazisinə köhnə müsəlman qəbiristanlığını bağladılar, hansında ki M.F.Axundov, M.Ş.Vazeh, Mehdiqulu xan Vəfa, Fətəli xan Xoyski, Həsən bəy Ağayev, Məmməd Həsən Hacınski və s. kimi Azərbaycanın görkəmli tarixi şəxsləri dəfn olunub. Ümumi sahəsi 128 hektardan çox olan Botanika bağında nadir və nəsli kəsilməkdə olan bitki növləri yetişir. Bağın diqqətəlayıq və turistləri ən çox cəlb edən güşələrindən biri də 42 metrlik şəlalədir.Bağın əsas girişi Botanika küçəsinin sonunda, Narıkala qalasının yerləşdiyi dağın ətəyindədi.
İrəvan Botanika Bağı
İrəvan Botanika Bağı (erm. Երևանի բուսաբանական այգի) — Ermənistan Milli Elmlər Akademiyasına aid və Ermənistan Respublikasındakı bitki kolleksiyasının məsul orqanıdır. Paytaxt İrəvanın şimal-şərqi hissəsində yerləşən Avan rayonunda, təxminən 80 hektarlıq yarı-boş bir sahəni əhatə edir. Kolleksiyada 200-dən çox endemik, nadir və azalan bitki növləri mövcuddur. İrəvan Botanika Bağında bir botanika institutu yerləşir. == Tarixi == İrəvan Botanika Bağı 1935-ci ildə İrəvan şəhərinin şimal-şərqi hissəsində açılmışdır. Botanika institutu bundan üç il sonra açılmışdır. Kollektiv istixana, 1939-cu ildə 25 kvadrat metrlik bir sahədə qurulmuşdur. 1944-ci ildə yeni bir istixana inşa edilmişdir. Bu istixanın ümumi sahəsi 610 kvadrat metr idi.
Pusa hispida botnica
Baltik dənizi halqaşəkilli suitisi (lat. Pusa hispida botnica) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin əsl suitilər fəsiləsinin nerpa cinsinin halqaşəkilli suiti növünə aid heyvan yarımnövü. Əsasən Baltik dənizinin buzlu, soyuq sularında yaşayır. Əsasən İsveç, Finlandiya Estoniya və Rusiya dövlətlərinin Baltik dəniz sahilləri boyunca rast gəlinir. Onların sayı 6000–9000 arası qiymətləndirilir. Fin körfəzində isə 200 baş müəyyən edilmişdir. Ən böyük yerləşim yeri Xanqeloda adasıdır. Tükənmə təhlükəsi olan növlər siyahısına daxil edilmişdir. Yetkin fərdin uzunluğu 100–160 sm, çəkisi isə 45–90 kq təşkil edir.
Amblyseius boina
Amblyseius boina (lat. Amblyseius boina) — phytoseiidae fəsiləsinin amblyseius cinsinə aid heyvan növü. == İstinadlar == Amblyseius boina Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Tinka Kurti
Tinka Kurti (alb. Tinka Kurti; 17 dekabr 1932, Sarayevo) — alban əsilli aktrisa, Albaniya xalq artisti. İş təcrübəsi təxminən 60 ildir. 50-dən çox filmdə rol almış və 150-dən çox teatr əsərində rol oynamışdır. == Həyatı == Tinka Kurti Bosniya və Herseqovinanın (o zamanki Yuqoslaviyanın bir hissəsi) Sarayevo şəhərində qarışıq ailədə anadan olub: atası alban, anası macar idi. Ailənin ilk övladı olmuşdur. Uşaqlıqda ailəsi Albaniyanın şimalındakı Şkodra şəhərinə köçmüşdür. Şkodrada ömrünün çoxunu keçirmiş və teatr karyerasına başlamışdır. 1947-ci ildə Tinka incəsənət məktəbindən qovulur və ali təhsil ala bilmir. Sonra teatr sənəti ilə məşğul olmağa qərar verir.
Qriqori Kosınka
Qriqori Mixayloviç Kosınka (ukr. Григо́рій Миха́йлович Косинка; əsl soyadı Strelets, ukr. Стрілець; 17 (29) noyabr 1899, Kiyev quberniyası[d] – 15 dekabr 1934, Kiyev) — Ukrayna-sovet yazıçısı və tərcüməçisi. Ukraynanın edam edilmiş İntibahının nümayəndələrindən biri. == Həyatı == Qriqori Strelets 1899-cu ildə Rusiya imperiyasında, indiki Ukraynanın Kiyev vilayətinin Obuxov rayonuna bağlı Şerbanivka kəndində bir kəndli ailəsində anadan olmuşdur. O, ikiillik məktəbi bitirmiş və 1914-cü ildə Kiyevə köçmüşdür. Strelets drada dolanışığını təmin etmək üçün müxtəlif işlər görərək altı illik məktəbi bitirmişdir. Nəhayət, o, qısaməzmunlu nəsr əsərləri yazmağa başlamışdır. Strelets ilk dəfə 1919-cu ildə Qriqori Kosınka təxəllüsündən istifadə etmişdir.Rusiyada vətəndaş müharibəsi illərində əvvəlcə Daniil Terpilo ilə, sonra isə Ukrayna Xalq Respublikasının ordusu ilə döyüşmüşdür. Hər ikisi bolşeviklərə qarşı mübarizə aparırdı.
Stınka-Kosteşti
Stınka-Kosteşti suanbarı (rum. Lacul Stânca - Costești) — süni göl Prut çayı üzərində, Moldova və Rumıniya sərhədində 1973-1978 ci illərdə inşa edilmişdir. Sahəsinə görə Rumıniyanın ikinci ən böyük suanbarıdır. Suanbarının Rumıniya hissəsi xüsusi qorunan ərazi (ing. special protection area, SPA) elan edilmişdir. Ərazinin qorunma statusunun verilməsinin səbəbi ərazidə çoxlu sayda nafir quş növlərinin yaşaması ilə əlaqədardır. == Coğrafiyası == Suanbarı Prut çayının Dunay çayına töküldüyü yerdən 580 kilometr yuxarıda yerləşir. Suanbarı elektrik enerjisinə olan ehtiyacdan irəli gələrək 1973-1978 illərdə inşa edilir. Suanbarının önündə suelektrik stnansiya fəaliyyət göstərir. Su anbarının bəndlərinin hündürlüyü 47 metr, uzunluğu 3000 metrdir.