Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Boyayıcı dazıotu
Boyayıcı murdarça
Boyayıcı flyuggeya
Boyayıcı flyuggeya (lat. Flueggea tinctoria) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin fillantkimilər fəsiləsinin flyuggeya cinsinə aid bitki növü. == Təbii yayılması == Avropa, Karpat, Balkan yarımadası, Moldovada rast gəlinir. == Botaniki təsviri == Hündürlüyü 1-1,5 m olan, düz dayanan, şaxələnmiş budaqlı, cavan budaqları qonur, nazik tükcüklü, yarpaqları möhkəm, üstü tünd yaşıl, tutqun, alt tərəfi açıq yaşıl, kənarları nazik tükcüklü, uzunsov-əks-yumurtavaridən ellipsvari-ovaladək, uzunluğu 1,5-5 sm, eni 1,8-3 sm, oyuqvari-dişli, 2-3 yan damarcıqları ucunda birləşir. Meyvələri yetişmiş, qara və ya sarı, 2-3 (4) qabarcıq hissəli, uzunluğu 5-7 mm; toxumların uzunluğu 4-5 mm, qonur, tutqundur. Çiçəkləri ensiz-zəngvari, uzunluğu 4-5 mm, dəstələrdə 5-10 ədəddir. May-iyulda çiçəkləyir, sentyabr-oktyabrda meyvə verir. Toxumlarla çoxalır. == Ekologiyası == İşıqlı meşələrdə, çınqıllı, əhəngli yamaclarda, kolluqlarda bitir. == Azərbaycanda yayılması == Balakən-Zaqatalada bölgəsində aşağı dağ yamaclarında rast gəlinir.
Boyayıcı lent kartrici
Boyayıcı lent kartrici (en. Ribbon cartridge ) – zərb printerlərində (məsələn, matrisli printerlərdə) kağıza toxunaraq orada simvolların izini qoymaq üçün istifadə olunan mürəkkəbli lent. Bax: CARTRIDGE, DOT-MATRIX PRINTER, IMPACT PRINTER. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Yayıcı
Azərbaycanda Yayıcı (Ağdərə) — Azərbaycan Respublikasının Ağdərə rayonunda kənd. Ermənistanda Yayıcı (Göyçə) — Göyçə mahalının Yelenovka rayonunda kənd.
Yayıcı (Culfa)
Yaycı — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda kənd. Kəndin adı "Yəyci" variantında da qeydə alınmışdır. Oykonim mənşəcə oğuz tayfalarından olan qədim türkdilli yaycı tayfasının adı ilə bağlıdır. Bu tayfa hələ qədimdən Naxçıvan, Cənubi Azərbaycan, Şərqi Anadolu və indiki Ermənistan ərazisində yaşamışdır. Yaycı kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidələri qeydə alınmışdır: Əhalisi 6343 nəfərdir.
Yayıcı (Göyçə)
Yayıcı (Zovaber) — İrəvan xanlığının Dərəçiçək mahalında, sonralar İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Sevan rayonunda kənd. Rayon mərkəzindən 16 km məsafədə, Zəngi çayının yanında, Göyçə gölünün sahilində yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim oğuz tayfalarından olan yayıcı etnonimi əsasında əmələ gələn etnotoponimdir. Quruluşca sadə toponimdir. Erm. SSR AS RH-nin 25.l.1978-ci il fərmanı ilə adı dəyişdirilib Zovaber (Dzovaber) qoyulmuşdur. 1978-ci ildə kənd ermənicə Tsovabert adlandırılmışdır. XVII əsrə aid erməni mənbəyinə görə adı Yaycılar idi XIX əsrin 70-ci illərində kəndin əhalisi qovulmuş və xaricdən gəlmə ermənilər yerləşdirilmişdir. 1886-cı ilə aid məlumata görə kəndin əhalisi ermənilər idi.
Yayıcı (Kəlbəcər)
Yayıcı (əvvəlki adı: Qoçoqot) — Azərbaycan Respublikasının Ağdərə rayonunun Heyvalı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Qoçoqot kəndi Kəlbəcər rayonunun inzibati tərkibinə verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Kəlbəcər rayonunun Qoçoqot kəndi Yayıcı kəndi adlandırılmışdır. 1993-cü ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Yayıcı kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 2023-cü il sentyabrın 19–20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatı nəticəsində Yayıcı kəndi Azərbaycanın nəzarətinə qayıtmışdır. Yayıcı kəndi əvvəllər Dağlıq Qarabağ Muxtar Vilayətində Ağdərə rayonu inzibati ərazisinə aid idi, lakin 1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürüldü. Yayıcı kəndi də Kəlbəcər rayonuna birləşdirilən kəndlərdən biridir. 5 dekabr 2023-cü ildə kənd Ağdərə rayonunun tərkibinə daxil edilib.
Süməyyə Boyacı
Süməyyə Boyacı (türk. Sümeyye Boyacı; 5 fevral 2003, Əskişəhər) — Türkiyə üzgüçü-paralimpiyaçısı. 5 fevral 2003-cü ildə Əskişəhərdə anadan olmuşdur. O, omba displaziyası ilə doğulub və qolları yoxdur. O, doğma şəhərində xüsusi məktəbdə oxumuş, orada ayaqları ilə yazmağı öyrənmişdir. Dörd yaş yarım ikən ayaqları ilə rəsm çəkməyi öyrənib. O, Aleksandr Puşkinin "Balıqçı və balıq nağılı" əsəri üçün illüstrasiya çəkib. Türkiyənin baş naziri Abdullah Gül Rusiyaya səfəri zamanı bu rəsm əsərini özü ilə aparıb. 2009-cu ilin aprelində Boyacının akvarel rəsmləri Rusiyanın paytaxtı Moskvada fərdi sərgidə nümayiş etdirilib. 2010-cu ildə Boyacının rəsmlərindən biri Rusiya prezidenti Dmitri Medvedevin həyat yoldaşı Svetlana Medvedevaya təqdim edilmişdir.
Yayıcı (Ağdərə)
Yayıcı (əvvəlki adı: Qoçoqot) — Azərbaycan Respublikasının Ağdərə rayonunun Heyvalı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Qoçoqot kəndi Kəlbəcər rayonunun inzibati tərkibinə verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Kəlbəcər rayonunun Qoçoqot kəndi Yayıcı kəndi adlandırılmışdır. 1993-cü ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Yayıcı kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 2023-cü il sentyabrın 19–20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatı nəticəsində Yayıcı kəndi Azərbaycanın nəzarətinə qayıtmışdır. Yayıcı kəndi əvvəllər Dağlıq Qarabağ Muxtar Vilayətində Ağdərə rayonu inzibati ərazisinə aid idi, lakin 1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürüldü. Yayıcı kəndi də Kəlbəcər rayonuna birləşdirilən kəndlərdən biridir. 5 dekabr 2023-cü ildə kənd Ağdərə rayonunun tərkibinə daxil edilib.
Boyacı Məscidi
Boyacı Məscidi — Boyacıoğlu Məscidi olaraq da bilinən, Qaziantepin Şahinbəy rayonunda yerləşən məsciddir. Qaziantep şəhərinin ən qədim tikililərindən biridir. Bir rəvayətə görə Kadı Kəmaləddin, bir rəvayətə görə isə Boyacı Yusuf tikdirmişdir. Məscidin tikilmə tarixi dəqiq bilinməsə də, minbərin üzərində Məmlüklər dövründə bir hissəsinin 1357-ci ildə tamamlandığını bildirən yazı var. Başqa bir yazıda isə onun 1575-ci ildə təmir edildiyi bildirilir. Məscid Həmdi Kutlar küçəsində yerləşir. == Memarlıq xüsusiyyətləri == Bu məscidin ən mühüm xüsusiyyətlərindən biri də dünyada nadir rast gəlinən minbərə sahib olmasıdır. Bu minbər rels vasitəsilə divara tikilmişdir. Cümə günləri bu relslərdən dartılaraq minbər açılır və imam xütbə oxuduqdan sonra yenidən yerinə sıxışdırılır. Beləliklə, yerə qənaət edilir.
Xilaskar kilsəsi (Yayıcı)
Xilaskar kilsəsi — Kəlbəcər rayonunun Yayıcı kəndində yerləşən tarix-memarlıq abidəsi. Ehtimal ki, Xilaskar kilsəsi XI əsrin sonlarında inşa edilmiş, XIII əsrdə isə yenidənqurma işləri aparılmışdır. Xilaskar kilsəsi monastır kompleksindən dövrümüzə çatmış yeganə tikilidir. Kilsə xaçvari plana malikdir. Kilsənin divarları daxildən əhəng məhlulu ilə üzlənmişdir. Döşəmə kimi isə yonularaq düzləşdirilmiş qayadan istifadə edilmişdir. Kilsənin giriş portalının timpanında onun sifarişçisinin adı qeyd edilmiş kitabə vardır: "…Həsənin oğlu Vaxtanqın hakimiyyəti dövründə biz, Arbasayrın oğlanları İohann, Sərkis, Qriqor və Serob öz hesabımıza Xilaskar kilsəsini inşa etdirdik." Kitabədə inşa tarixi qeyd edilməsə də, 1214-cü ildə vəfat etmiş Xaçın knyazı Vaxtanqın qeyd edilməsi abidənin inşa tarixini müəyyən etməyə imkan verir. Ehtimal ki, Xilaskar kilsəsi XI əsrin sonlarında inşa edilmiş, XIII əsrdə isə yenidənqurma işləri aparılmışdır. Xilaskar kilsəsi monastır kompleksindən dövrümüzə çatmış yeganə tikilidir. O, Tərtər çayının sağ sahilində, yerləşir.
Boğaziçi Universiteti
Boğaziçi Universiteti — İstanbulda mövcud olan dövlət universiteti. == Xarici əlaqələri == Utrext Şəbəkəsinin üzvüdür. == Kitabxana == Boğaziçi Universitetinin kitabxanası qurulduğu tarixdən bu yana inkişaf edən bir kolleksiyaya sahibdir. Kitabxanaın ilk kitabları 1863-cü ildə Harvard Universitetindən ianə olaraq gələn 200 ədəd kitabdır. Günümüzdə Şimali Korpusda xidmət göstərən kitabxana binası 1983-də açılmış və binaya qurucu rektor Abdulla Quranın adı verilmişdir. Kitabxana təqribən 663 982 materialı ehtiva edir və 10.000 m2 sahədə min nəfərlik oturma tutumlu açıq rəf sistemləri əsaslı işləyən akademik bir kitabxanadır. Gündə ortalama olaraq 4500 nəfər giriş edir, 660 kitab verilir. Hər il təqribən 10.000 yeni kitab satın alınaraq, 15.000 kitab da ianə olaraq kitab fonduna əlavə olunur. Universitein ayrıca "Boğaziçi Universiteti Yayımevi" adıyla fəaliyyət göstərən nəşriyyatı var.
Boğaziçi körpüsü
Boğaziçi körpüsü və ya Bosfor körpüsü (türk. Boğaziçi Köprüsü, Boğaz Köprüsü; ing. Bosphorus bridge, First Bosphorus Bridge) — Bosfor boğazı üzərindən salınan ilk asma körpü. Körpü İstanbulun Avropa və Asiya hissələrini birləşdirir.Körpünün uzunluğu 1560 metr, əsas aşırımın uzunluğu 1074 metr, körpünün eni 33 metr, suyun üstündə dayaqların hündürlüyü 165 metr, yoldan ötən hissədən suyun səthinə qədər 64 metrdir.Hər gün körpüdən təxminən 600 000 sərnişin daşıyan 200 000-dən çox nəqliyyat vasitəsi keçir. Uzunluğuna görə körpü dünyada 13-cü yerdədir. Körpüdən geçiş pulludur, piyada keçişi isə qadağandır (körpüdən özünü atıb intihar etməyə cəhd göstərənlərin sayının çoxluğu üzündən). Osmanlı İmperatorluğu dövründən bəri boğazı körpü ilə keçmək fikri Boğaziçi körpüsünün inşasına qədər illər ərzində tez-tez gündəmə gəlmişdir. Cümhuriyyətin ilk illərində varlı bir iş adamı olan Nuri Demirağ körpü üçün fərdi layihələr hazırladı və 1931-ci ildə San Fransiskoda Qızıl Qapı körpüsünü inşa edən Bethlehem Polad Şirkəti üçün bir layihə çəkdi. Demirağın həyata keçirilməyən layihəsindən başqa, 1951-ci ildə bir alman şirkəti tərəfindən hazırlanan bir layihə də reallaşmadı. == Körpünün tikintisi == Dövlət 1953-cü ildə edilən bir araşdırmadan sonra körpünün inşasında maraqlı oldu.