BOYATMAQ
BOYCA
OBASTAN VİKİ
Boyayıcı dazıotu
Boyaq dazı (lat. Hypericum androsaemum) — dazıkimilər fəsiləsinin dazı cinsinə aid bitki növü. Hündürlüyü 40-100 sm, gövdəsi qəhvəyitəhər, adətən düzduran və az budaqlanmış yarımkoldur. == Yarpaq == Yarpaqları oturaqdır, çılpaqdır, uzunsov və enli yumurtavari, uzunluğu 4-10 sm, eni 2-6 sm olub, kütdür, oyuqlu və ya qısa itiucludur, qaidə hissəsi dəyirmidir, alt tərəfdən tünd-göydür. == Çiçək == Çiçəkləri uzunluğu 2-6 sm olan, qalxanşəkilli və ya çətirşəkilli çiçək qrupunda toplanmışdır, yuxarı yarpaqların yaxınlaşmasından əmələ gəlmiş qını vardır. Ləçəkləri uzunsov-yumurtaşəkilli olub, kütdür. == Meyvə == Qutucuq giləmeyvəşəkillidir, demək olar ki, qara rəngdədir, kasacığa bərabərdir, açılan deyil, tez töküləndir. Toxumlarının uzunluğu 1 mm-dir, qısa silindrşəkilli və ya ovaldır, tor kimi deşiklidir, buruncuğu vardır. == Çiçəkləməsi == May == Meyvə verməsi == İyun-İyul (Avqust) == Azərbaycanda yayılması == BQ (Quba), BQ şərq, BQ qərb, Lənkəran dağlıq. Aşağı və orta dağ qurşağında.
Boyayıcı murdarça
Boyayıcı flyuggeya
Boyayıcı flyuggeya (lat. Flueggea tinctoria) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin fillantkimilər fəsiləsinin flyuggeya cinsinə aid bitki növü. == Təbii yayılması == Avropa, Karpat, Balkan yarımadası, Moldovada rast gəlinir. == Botaniki təsviri == Hündürlüyü 1-1,5 m olan, düz dayanan, şaxələnmiş budaqlı, cavan budaqları qonur, nazik tükcüklü, yarpaqları möhkəm, üstü tünd yaşıl, tutqun, alt tərəfi açıq yaşıl, kənarları nazik tükcüklü, uzunsov-əks-yumurtavaridən ellipsvari-ovaladək, uzunluğu 1,5-5 sm, eni 1,8-3 sm, oyuqvari-dişli, 2-3 yan damarcıqları ucunda birləşir. Meyvələri yetişmiş, qara və ya sarı, 2-3 (4) qabarcıq hissəli, uzunluğu 5-7 mm; toxumların uzunluğu 4-5 mm, qonur, tutqundur. Çiçəkləri ensiz-zəngvari, uzunluğu 4-5 mm, dəstələrdə 5-10 ədəddir. May-iyulda çiçəkləyir, sentyabr-oktyabrda meyvə verir. Toxumlarla çoxalır. == Ekologiyası == İşıqlı meşələrdə, çınqıllı, əhəngli yamaclarda, kolluqlarda bitir. == Azərbaycanda yayılması == Balakən-Zaqatalada bölgəsində aşağı dağ yamaclarında rast gəlinir.
Boyayıcı lent kartrici
Boyayıcı lent kartrici (en. Ribbon cartridge ) – zərb printerlərində (məsələn, matrisli printerlərdə) kağıza toxunaraq orada simvolların izini qoymaq üçün istifadə olunan mürəkkəbli lent. Bax: CARTRIDGE, DOT-MATRIX PRINTER, IMPACT PRINTER. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.

Значение слова в других словарях