DƏLMƏK

f.
1. Bir şeylə deşmək, dəlik açmaq, oymaq. Taxtanı dəlmək. Dəmiri dəlmək. – Ağacdələn öz yuvasını ağac koğuşlarında qayırır. Bunun üçün o, ağacda olan hazır koğuşlardan istifadə edir və ya qurumaqda olan ağacları dələrək, yekə koğuş açır.
// Deşib keçmək, dəlib keçmək. Güllə torpaq barını dəldi.
[Atakişi] lap yaxında, yol üstündə əyləşib odlu miskənə ilə rels dələn bir oğlanı dindirdi. Mir Cəlal.

// Məc. mənada.
Bir qələm əsrlik hicran yaratdı; Bir xalqı yarıya böldü qılınc tək; … Dəldi sinəsini Azərbaycanın. B.Vahabzadə.
Arasıra günəş işıqları [buludları] yarır və iti oxlar kimi göy qübbəsini dəlirdi. M.İbrahimov.

2. məc. Adətən “bağrını”, “qəlbini”, “canını” sözlərlə – mənən incitmək, ruhən əziyyət vermək.
Yandırdı şövqün canımı; Dəldi fəraqın bağrımı. Nəsimi.
Başıma mənim bir iş gəlibdir; Eşq atəşi ürəyimi dəlibdir. Xətayi.
Zalım oğlu onu qoyub nişana; Dəlib ürəyini, boyayıb qana. Aşıq Ələsgər.

Синонимы

  • DƏLMƏK dəlmək bax deşmək
  • DƏLMƏK deşmək — oymaq — qazmaq

Этимология

  • DƏLMƏK Tatar dilində telqeç, telqelerqe, teleqre (axtalamaq) sözləri var. Onların kökü “kəsmək” deməkdir. Dəlmək sözünün ilk mənası “kəsmək” demək olub (bili
DƏLMƏGÖZLÜ
DƏLMƏKÇƏ

Значение слова в других словарях