Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Quantum Break
Quantum Break — 2016-cı ilin döyüş-macəra oyunu. Remedy Entertainment şirkəti tərəfindən hazırlanan oyun Microsoft Studios tərəfindən yayınlanıb. Oyun 21 may 2013 Xbox One tədbirində elan olunub. Eyni zamanda Quantum Break Serialının çəkilişlərinə də başlanılıb. Oyun, Jack Joyce, Beth Wilder, ve Paul Serene adındakı zamanı yönləndirə bilən 3 insan üzərinə qurulmuşdur. Məsələn Paul Serene gələcəyi görə bilmə bacarığına sahibdir. Oyundakı hadisələr ABŞ-nin şimal şərqində Riverport Üniversitetində aparılan Zamanda Səyahət təcrübəsinin səhv getməsi ilə daha da sürətlənir. Oyunun hazırlanması sırasında şirkət CERN-də işləyən bir nəfər nəzəri fizikaçıdan da faydalanıb.
Prison Break
"Prison Break" — ABŞ dram serialı. Pol Şyorinq tərəfindən hazırlanıb. Premyerası 2005-ci ilin avqustun 29-da Foks Broadkastinq Kompanidə olub. Serialın baş rollarında Wentworth Miller, Dominic Purcell, Sarah Wayne Callies, Amaury Nolasco yer alır. Təxminən 42 ölkədə nəşr olunan 22 bölümlük ilk mövsüm, ABŞ-də 29 avqust 2005 tarixində FOX kanalında göstərilməyə başlanmışdır. Eyni mövsüm, 15 may 2006 tarixində sona çatmışdır. 2. mövsüm 21 avqust 2006-cı ildə başlanmışdır. 2 aprel 2007 tarixində sona çatmışdır. 3.
Out (jurnal)
Out — ABŞ-nin homoseksual və biseksual auditoriyasına yönəlmiş, 1992-ci ildə təsis edilmiş populyar qlyants brend jurnal. Maykl Hoff tərəfindən əsası qoyulub. The New York Timesa görə jurnal ən oxunan jurnallar siyahısına daxil edilib. Jurnalın tiraj sayı 190 min nüsxədir.
Wiped Out!
Wiped Out! — amerikan rok qrupu The Neighbourhood-un ikinci studiya albomu. 30 oktyabr 2015-ci ildə Columbia Records tərəfindən buraxılıb. Alboma daxil olan "Daddy Issues" mahnısı 2020-ci ildə TikTok tətbiqində populyarlıq qazanmışdır.
Break My Silence
Break My Silence — 2010-cu ilin aprel ayında Azərbaycanda yaradılmış metalcore qrupu. Qrupun ilk demo mahnısı - "Blind To The Truth" 2011-ci ildə dinləyicilərə təqdim olunmuşdur. Yeni vokalist "Vita" ilə birlikdə qrupun "Boundary Of Emptiness" adlı ilk debüt studio albomu 2012-ci il mayın 21-də dinləyicilərin ixtiyarına verilmişdir.
Pilot (Prison Break)
Fall Out Boy
Fall Out Boy (azərb. Çöküntü-oğlan‎) – ABŞ rok qrupu. 2001-ci ildə İllinoys ştatının Uilmett qəsəbəsində yaradılmışdır. Qrup vokalist və gitarist Patrik Stamp, bassçı Pit Vents, gitarist Co Troman və təbilçi Endrü Hörlidən ibarətdir. Qrup Çikaqonun hardkor-pank mənzərəsindən təsirlənmişdir. Musiqi qrupu əvvəlcə Vents və Troman tərəfindən qrupun üzvlərinin aid olduqları hardkor qruplarla yanaşı əlavə pop-pank layihəsi kimi yaradılmışdı. Stamp isə qısa müddətdən sonra qrupa qoşulmuşdur. Hörli qrupa qoşulana qədər qrupda bir sıra təbilçi çıxış etmişdir. 2003-cü ildə qrup debüt albomu olan "Take This to Your Grave" albomunu buraxmışdır. Albom böyük səs gətirmiş və uğur qazanmışdır.
Walking Out (mahnı)
Walking Out (azərb. Çölə çıxmaq‎) — Ermənistanın 2019 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Srbuk "Walking Out" mahnısı ilə Ermənistanı İsrailin Tel-Əviv şəhərində keçirilən Avroviziya 2019-da təmsil etmişdir. Mahnının musiqisi Lost Capital və tokionine, sözləri isə Qarik Papoyana aiddir.
Dig Me Out
Dig Me Out — ABŞ rok qrupu Sleater-Kinney-nin üçüncü studiya albomu. 8 aprel 1997-ci ildə Kill Rock Stars tərəfindən buraxılıb.
Let Me Out
Let Me Out — Böyük Britaniyanın virtual musiqi qrupu olan Gorillaz-ın sayca beşinci studiya albomu "Humanz"-da səsləndirilmiş mahnı. Bu mahnıda Çikaqodan olan gospel ifaçısı Meyvis Steypls və Nyu-Yorkdan olan repçi Pusha T xüsusi qonaq qismində çıxış edir. Mahnı 6 aprel 2017-ci ildə albomdan beşinci sinql kimi buraxılıb.
I Won't Break
I Won't Break (azərb. Mən sınmayacağam‎) — Rusiyanın 2018 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Yuliya Samoylova "I Won't Break" mahnısı ilə Rusiyanı Portuqaliyanın paytaxtı Lissabonda keçirilən Avroviziya 2018-də təmsil etmək hüququ əldə etmişdir. Mahnı Leonid Qutkin, Netta Nimrodi və Ari Burşteyn tərəfindən bəstələnmişdir. Bəstəkarlardan Leonid Qutkin daha öncə Rusiyaya Avroviziyada 2013-cü ildə 5-ci yeri qazandıran "What If" və 2015-ci ildə ikinci yeri qazandıran "A Million Voices" mahnılarını bəstələmişdir.
Burn This Disco Out
Burn This Disco Out — Maykl Ceksonun "Off the Wall" albomundakı mahnılardan biri.
Come Out and Play
"Come Out and Play" — amerikalı müğənni Billi Aylişin mahnısı. 20 noyabr 2018-ci ildə Darkroom və Interscope Records tərəfindən sinql kimi rəqəmsal formatda buraxılıb. Mahnı həmçinin onun ilk studiya albomu "When We All Fall Asleep, Where Do We Go?"nun Yaponiya buraxılışında yer alıb.
Tiny Toon Adventures: Babs’ Big Break
Tiny Toon Adventures: Babs’ Big Break - Yaponiyanın "Konami Corporation" oyun şirkəti tərəfindən 1992-ci ildə yaradılan macəra oyunu.
She's Out Of My Life
She's Out Of My Life — Maykl Ceksonun "Off the Wall" albomundakı mahnılardan biri.
Breaka
Breaka (ing. Breaca) — irland rahibə, xristian müqəddəsi. Kornoull və Cənubi Qərbi İngiltərədə ehtiram olunur. Adını daşıyan Briq kəndi və kilsə var. Müqəddəs Breakanın Dumnoniya kralı Gerentin qızı olduğuna inanılır.
In and Out of Consciousness: The Greatest Hits 1990–2010
In and out of Consciousness: Greatest Hits 1990-2010 (Azerbaycanca:Şüurun İçi və Dışı) İngilis müğənni söz yazıçısı Robbi Vilyamsın ikinci greatest hits'i toplama albomudur. Albom 39 parça ehtiva edən albom, 2010 Ekimi'nde satışa çıxarıldı və EMI şirkətiylə etdiyi bu ankı kontratında çıxan son albomdur. Albomun baş təklisi "Shame", Take That 'dən Gary Barlow'la yazıldı və səsləndirildi. Mahnı Vilyams'ın ayrıldığı Take That'le 15 il aradan sonra ilk birlikdə çalışması oldu. Vilyams'ın rəsmi saytı onun xitlərini ehtiva edəcək bu albomun; Vilyams'ın 55 milyon albom satışı, 11 milyon təkli satışı, Birləşmiş Krallıqda 7 ədəd bir nömrəli albom (onu UK'nin ən çox satan solo artis edən), ən sürətli bilet satışı Guiness Dünya Rekordu və Brit Mükafatları tərəfindən qazandığı "Musiqiyə Üstün Katkı Mükafatı" kimi musiqi həyatında qazandığı nailiyyətləri qeyd etmək üçün bu albomu çıxardığı ifadə etdi. Albom qapağı, "Reality Killed the Video Star" və "Bodies"'in albom qapağı fotoqrafı Julian Broad tərəfindən 2010-ci ilin May ayında Kaliforniya Malibu sahillərində çəkildi.
Domnall Brekk
I Domnall (şot.kelt Domnall I, ing. Donald I), Domnall mak Exdax (şot.kelt Domnall mac Echdach), Domnall Brekk (şot.kelt Domnall Brecc), I Çilli Domnall (ing. Donald The Freckled; VII əsr – 642) — Dal Riada kralı (629–642). == Həyatı == I Domnall I Eoxaydın oğlu idi. Onun adı tarixi mənbələrdə ilk dəfə 622-ci ildə qeyd edilmişdir. O, Konall Qutbinn ilə birlikdə bir döyüşdə qalib olmuşdur. 629-cu ildə atasının ölümündən sonra Dal Riada kralı olan I Domnall İrlandiya klan rəhbəri Kenel Konayll ilə olan ittifaqını pozmuş, ona hücum etmişdir. I Domnall 637-ci ildə Olster kralı Yalançı Konqal ilə birlikdə Domnall mak Edo rəhbərliyindəki koalisiyaya Maq Rot döyüşündə məğlub olmuşdur. Domnall mak Exdax 635-ci ildə və daha sonra 638-ci ildə piktlərə məğlub olmuşdur. Əlavə olaraq, Domnall Brekk Alt Klut kralı Euqeyn ap Beliyə Stratkarron döyüşündə məğlub olmuşdur.
Kristina Brenk
Kristina Brenk (sloven. Kristina Brenk; 22 oktyabr 1911, Horyul[d] – 20 noyabr 2009, Lyüblyana) — Sloven yazıçısı, şairəsi, tərcüməçisi və redaktor. == Bioqrafiyası == Kristina Brenk 1911-ci ildə o vaxtkı Avstriya-Macarıstan imperiyasının Qorculi şəhərində anadan olmuşdur. Uşaqlığını Qorculi şəhərində keçirir, burada ibtidai məktəbin dörd sinifini bitirir. Mariborda oxumağa davam edir, burada müəllimlik məktəbini bitirir. Lyublyana Universitetində psixologiya və pedaqoqika üzrə təhsil alır və 1939-cu ildə doktorluq dərəcəsi alır. Təhsil aldığı müddətdə bir dram məktəbinə qatılır. Gənclər teatrı yaratmaq qərarına gəlir, buna görə 1938-ci ildə Praqada gənclər teatrı nəzəriyyəsini öyrənir. 1939-cu ildə pedaqoji elmlər doktoru elmi adı alır. Müharibədən əvvəl Kristina Brenk sərbəst işçi olur.
Fut
Fut (İngiliscə tək formada: foot (fût), cəm formada: feet; abreviaturası: ft) İngilis ölçü vahidləri sistemində bir uzunluq ölçüsü vahididir. ′ simvolu ilə də göstərilir. 30,48 santimetrə bərabərdir. 1 yard 3 futa bərabər olub, 1 fut da öz növbəsində 12 düyümə bərabərdir. 1958-ci ildə ABŞ və İngilis Millətlər Cəmiyyəti dövlətləri tərəfindən, 1 yardın uzunluğu 0,9144 metr olaraq müəyyənləşdirilmişdir. Dolayı yol ilə 1 fut 0,3048 metrə bərabər (30,48 cm) vəziyyətə gəlmişdir.
Lut
Lut peyğəmbər — İslam dinində Sodom və Qomora şəhərlərinin əhalisini çirkinliklərdən çəkindirmək və Allahın birliyini təbliğ etmək üçün göndərilən bir peyğəmbər, Yəhudilik və Xristianlıqda isə bir din böyüyü olaraq qəbul edilir. == Yəhudilikdə Lut peyğəmbər == Tövratın Yaradılış bölümündə keçən ifadələrə görə Lutun babası Terah atası isə Harandır. Terah hələ həyata ikən Haran vəfat etmişdir. Lakin bir müddət sonra babası Terah, əmisi İbrahim (Avram) və əmisinin yoldaşı Sara ilə birlikdə Kəldanilərin Ur şəhərindən Harrana köçmüşdür. Daha sonra isə Rəb (Allah) İbrahimdən Kənana getməsini istəmiş və İbrahim də Lutu, arvadı Saranı, uşaqlarını və vardövlətini götürüb Kənara getmişdir. Lakin Kənanda qıtlıq baş verdiyi üçün bir müddət sonra Misirə yollanmışdır. Daha sonra böyük sərvətlə yenidən qardaşı oğlu Lut ilə birlikdə Kənana qayıtmışdır. Lakin sürülərinin çoxluğu nəticəsində çobanlar arasında savaş çıxmışdır. Buna görə də İbrahim qardaşı oğlu Luta: “biz qohumuq" dedi. Buna görə nə, biz nə də çobanlarımız arasında savaş olmasın.
Mut
Mut - Qədim Misir mifologiyasına görə müharibə tanrısı. O İsis və Hathor kimi fironların simvolik anası sayilir. Teben də isə o Amonun həyat yoldaşı kimi təsvir edilmişdir. O eyni zamanda Xonsunun da anası sayılır. Məbəd divarlarındakı təsvirlərdə o Amonun həyat yoldaşı kimi göstərilmişdir. Rəngli rəsmdə Mut başında leşyeyən kərkəs düzümlü başlıqlı və Yuxarı, Aşağı Misirin tacları ilə əlində anıx tutmuş şəkildə təsvir edilmişdir. Digər bir rəsmdə isə qolları lələklərlə, qanadlı təsvir edilmişdir. Mut, Amon və Xon ilə Teben triosunu (üçlüyünü) təşkil edir. Mut mifik olaraq Amonun həm anası həm də qızı sayılır. O, "tanrının anası və qızı", həm də İşru gölünün sahibəsi kimi tərənnüm edilir Mut oğlu Xonsu dan başqa Montu oğulluğa götürərək onu da fivan məbədinin tərkibinə aid etməklə özünü ana ilahə kimi təsdiqləmişdir.
Nut
Nut - Qədim Misir mifologiyasına görə səma ilahəsi.
Ost
Oui
Oui (fr. hə) həmçinin digər mənalarda işlənir: Oui, Burkina Faso, şimali Burkinada bir kənd. Oui, René Lévesque tərəfindən, 1980 Oui, Marc-Edouard Nabe tərəfindən, 1998 Oui: Salvador Dali və Robert Descharnes tərəfindən Paranoidal-tənqidi Revalusiya(1971) Oui, Alman romanının Thomas Bernhard tərəfindən 1978-ci ildə yazılmış Fransızca tərcüməsi Oui, bir kişi jurnalı Oui (film), 1996-cı ildə çəkilmiş Fransız filmi. Ouï FM, Fransız radiostansiyası Oui, dəniz və tort qrupu tərəfindən 2000-ci ildə yaradılan bir albom Oui, Pierre de Bethmann (fr) tərəfindən 2007-ci ildə yaradılan caz albomu Oui, Enzo Enzo (fr) tərəfindən 1997-ci ildə yaradılan uşaq albomu Oui, Avant-Garde á Chance,Skyclad tərəfindən bir albom(1997) Oui Oui, Si Si, Ja Ja, Da Da, 2012-ci il Madness tərəfindən yaradılan bir albom "Oui", Ceremi tərəfindən yaradılıb (2015-ci ildə) "Oui", Stéphane Grappelli və Django Reinhardt yaradıblar.Alix Combelle və Louis Gasté isə mahnının bəstəkarlarıdırlar. "Oui", Charles Aznavour tərəfindən yaradılıb "Oui", Pierre d'Aragon və Claude Nicolas yaradıb "Oui", Zazie tərəfindən, (2004) "Oui mais...
Qut
Qut - türk, monqol və altay şamanizmində və xalq inancında müqəddəs enerji. Kut, Hut, Kud, Gut da deyilir. Monqollar Kutag, Hutag deyərlər. Müqəddəs həyat gücü, bərəkət. Həyatverici, mübarəklik, canlılıq kimi mənaları vardır. İgidlər qut sayəsində ölümdən xilas olar və ya həyata dönər. Bu güc Tanrıdan qaynaqlanır. Tanrı bu gücü geri çəksə, xaqanlar taxtı və həyatlarını itirərlər. Padşahların və nəsillərinin qanı müqəddəs sayıldığından, xanədandan biri edam ediləcəyi zaman boynu qılıncla vurulmaz, boğularaq öldürülər. İnsanın qutu doğulmadan əvvəl səmada iştirak edər.
Tut
Tut (lat. Morus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin tutkimilər fəsiləsinə aid bitki cinsi.
OTT
Over-the-top (OTT) media xidməti — İnternet vasitəsilə birbaşa tamaşaçılara təklif olunan media xidməti. OTT kabel, yayım və peyk televiziya platformalarından — ənənəvi olaraq bu cür məzmunun nəzarətçisi və ya distribütoru kimi çıxış edən şirkət növlərindən yan keçir. O həmçinin inhisarçı rəqabətdən yayınaraq, bütün kommunikasiya növlərinin data olaraq ödənildiyi daşıyıcısız mobil telefonları və ya digər zəng üsullarını əvəz edənlər və proqram təminatını yeniləyənlər də daxil olmaqla məlumatları bu şəkildə ötürən telefonlarda proqramları təsvir etmək üçün istifadə edilmişdir. Bu termin film və televiziya məzmununa giriş təklif edən abunə əsaslı video (SVoD) xidmətləri (məzmun sahibindən hüquqları alınmış mövcud şoular və filmlər, həmçinin xidmət üçün xüsusi olaraq hazırlanmış orijinal məzmun daxil olmaqla) ilə sinonimdir. OTT xidmətlərinə həmçinin kabel kanallarının canlı yayımlarına çıxışı təmin edən bir sıra "kiçik" televiziya təklifləri də daxildir. Bu xidmətlər ənənəvi peyk və ya kabel televiziya provayderlərinə bənzəyir, lakin məzmun set-top box (pristavka) kimi avadanlıqla qapalı və özəl şəbəkə yerinə ictimai internet vasitəsilə çatdırılır. OTT xidmətlərinə adətən fərdi kompüterlərdəki veb-saytlar, həmçinin mobil cihazlardakı proqramlar (məsələn, smartfonlar və planşetlər), rəqəmsal media pleyerləri (video oyun konsolları daxil olmaqla) və ya inteqrasiya olunmuş Smart TV platformaları olan televizorlar vasitəsilə daxil olur. "FCC Adopts 15th Report On Video Competition". U.S. Federal Communications Commission. 22 July 2013.
Jorj Brak
Jorj Brak (fr. Georges Braque, 13 may 1882[…], Arjantöy – 31 avqust 1963[…], Paris) — fransız rəssam, qrafikçi, heykəltaraşçı və dekarator. Kubizm istiqamətinin banisi (Pablo Pikasso ilə birlikdə). == Bioqrafiyası == Jorj Brak Val-d'Uaz departamentinin Arjantöy şəhərində anadan olmuşdur. Sənətkar ailəsində dünyaya gəlmişdir. O, Havr şəhərində böyümüşdür rəssamlıq və dekorator sənətində təhsil almışdır, atası və babası kimi. Lakin, 1897-ci ildən 1899-cu ilədək İncəsənət Məktəbində (Şarl Luyinin sinifində) axşam saatlarına kimi rəssamlıq sənətini ciddi şəkildə öyrənməyə başlamışdır. 1900-cü ildə Parisə köçdükdən sonra dekorativ sənətinin təhsili almış və 1902-ci ildə sertifikat verilmişdi. Daha sonra Parisdə Amber Akademiyasına daxil oldu və 1904-cü ilə qədər orada işləmişdir. Burada Mari Loransen və Fransisa Pikabiailə tanış olmuşdur.
Piter Brek
Cozef Piter Brek (d. 13 mart 1929; Roçester Nyu- York – ö. 6 fevral 2012; Vankuver), Amerikalı aktyor. The Big Valley və Mavericksdə bir neçə hissə rol alan Piter Brek, bundan başqa həmin sıralar başqa Vestern seriallarında da qonaq oyunçu olaraq yer aldı.
Cut
Cut (lat. Corchorus) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinin əməköməcikimilər fəsiləsinə aid bitki cinsi.
Özüt
Özüt - türk və altay xalq inancında can. Üzüt və ya Öz (Ös) də deyilir. Məşhur olaraq istifadə edilən və bir-biriylə əlaqəli iki mənası var: Həyat gücü. Adamın həyatda olmasının göstəricisi. Ən çox quş, ilan və balıq olaraq təmsil edilər. Ruh anlayışıyla yaxından əlaqəlidir. Dörd qanadlı Bürküt quşu ordular döyüşərkən üzərlərində gəzər, çünki bu quş bütün bir ordunun ruhudur. "Öz Yerinə Öz" (Aylanu) anlayışı isə bir adamın başqasının yerinə ölməyi qəbul etməsidir və ən gözəl və ən mükəmməl nümunəsi Dəli Dumrul əfvalatında iştirak edər. Özütlerin öldükdən sonra toplandığı yerə gedən iki çaydan bəhs edilir. Bu çay yeni ölənlərin ruhlarını ora aparar.