Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bulanlıq (Miyanə)
Bulanlıq (fars. بولانليق‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 456 nəfər yaşayır (84 ailə). == Coğrafi yerləşməsi == Miyanə şəhristanının Mərkəzi bölgəsinin Kələboz kəndistanında, Miyanə şəhərindən 27 km cənubdadır.
Bulanıq
Bulanıq (türk. Bulanık) — Muş ilinin ilçəsi.
Bulanıq məntiq
Qeyri-səlis məntiq, həmçinin bax bulanıq məntiq və ya qeyri-səlis çoxluq nəzəriyyəsi — dəyişənlərin həqiqət dəyərinin 0 və 1 arasında istənilən həqiqi ədəd ola biləcəyi çoxqiymətli məntiq forması. Qismən həqiqət anlayışını idarə etmək üçün istifadə olunur. Burada həqiqət dəyəri tamamilə doğru və tamamilə yalan arasında dəyişə bilər. Bunun əksinə olaraq, Bul məntiqində dəyişənlərin həqiqət dəyərləri yalnız 0 və ya 1 tam ədədlər ola bilər. Qeyri-səlis məntiq termini 1965-ci ildə Azərbaycan riyaziyyatçısı Lütfi Zadənin qeyri-səlis çoxluqlar nəzəriyyəsi təklifi ilə təqdim edilmişdir. Qeyri-səlis məntiq 1920-ci illərdən, xüsusilə Lukaseviç və Tarski tərəfindən sonsuz qiymətli məntiq kimi öyrənilmişdir. Qeyri-səlis məntiq insanların qeyri-dəqiq və rəqəmi olmayan məlumatlara əsaslanaraq qərarlar qəbul etməsinin müşahidəsinə əsaslanır. Qeyri-səlis modellər və ya qeyri-səlis çoxluqlar qeyri-müəyyənliyi və qeyri-dəqiq məlumatı təmsil edən riyazi vasitələrdir. Bu modellər qeyri-müəyyən olan məlumatları tanımaq, təmsil etmək, manipulyasiya etmək, şərh etmək və istifadə etmək qabiliyyətinə malikdir. Qeyri-səlis məntiq idarəetmə nəzəriyyəsindən süni intellektə qədər bir çox sahəyə tətbiq edilmişdir.
Bulanıq (Qars)
Bulanıq — Türkiyənin Qars vilayətinin Mərkəz rayonunda kənd. Əhalisi 97 nəfərdir (2022).
Bulanıq (dəqiqləşdirmə)
Bulanıq — Muş ilinin ilçəsi.
Gülanlıq dağı
Gülanlıq — Quba rayonu ərazisində dağ. == Toponimikası == Buduq kəndindən ş.-də yerləşir. Hündürlüyü 2141 m. Coğrafi ədəbiyyatda Qulanlıq variantında da qeydə alınmışdır. Oronim gülan (yaylaqda topa halında bitən ot növü) sözündən və -lıq şəkilçisindən düzəlib, "gülan otu çox olan dağ, gülan bitən dağ" mənasındadır. == Həmçinin bax == Yerfi dağı Dəmirçitəpə (dağ) == İstinadlar == == Xarici keçid == quba-ih.gov.
Dumanlıq
Dumanlıq və ya Nebula — astronomik səma cisimləri yığını. Bizim Qalaktikanın tərkibində hətta teleskopda belə ləkələr kimi görünən, əsasən qaz və tozdan ibarət olan dumanlıqlar da vardır. === Növləri === ==== Planetar dumanlıqlar ==== Bəzi dumanlıqlar formasına görə planetlərə bənzəyir və buna görə də planetar dumanlıq adlanır. Bu tip dumanlıqlara Lira bürcündə yerləşən dumanlıqları nümunə göstərmək olar. ==== Diffuz dumanlıqlar ==== Qeyri-müntəzəm formaya malik olan dumanlıqlardır. Bu tip dumanlıqlara nümunə olaraq Orion bürcündəki dumanlıqları göstərmək olar. == Tarixi rəvayət və əfsanələr == Nebula insanlar üçün ən ağır, ən ciddi və ən pis təhlükə sayılır. Nebulanın yerə yaxınlaşacağı və bunun da çox pis nəticələrə səbəb olacağını qədim maya təqvimi ilə yanaşı, mayaların rəvayətləri ilə əfsanələrində də əks olunduğu iddia edilir. Mayaların "Xibalba" dedikləri Nebula çox qədimlərdə "qorxu yeri" adlandırılırdı. Maya sivilizasiyası məhv oldu, Nebula unuduldu.
Qulaqlıq
Qulaqlıq — Radio, musiqi dinləmək üçün qulaqlara keçirilən cihaz. Baş Üçün Qulaqlıq ing. Headphones bu qulaqlıq ümumiyyətlə kompüterlər üçün istifadə edilir. Çox yer tutduğundan və portativ olmadığına görə mobil cihazlarda çox üstünlük verilmir. Qulaqlıq firmaları bu problemi həll etmək üçün qulaqlıqlara qatlanma və dönmə xüsusiyyətləri əlavə edir. Bundan başqa, qulaqlıqlar səsyazmalar üçün də istifadə olunurlar. "qulaqlıqlar" adı "baş telefonlar" termininin danışıq sinonimidir. "telefon" adı (telephone, yunan. tele — uzağa, uzaqda, və phone — səs) ilk dəfə hələ Filipp Reysi (Philipp Reis) 1861-ci ildə tətbiq etdi. Amma birinci radioqəbuledicilərdən birində 1899-cu ildə, yaradılmışlar.
Sultanlıq
Sultanlıq — Azərbaycanda xandan asılı olan və sultanın idarə etdiyi xırda mülk.
Susanlıq
Susanlıq — Azərbaycan Respublikasının Xocavənd rayonunun Tuğ kənd inzibati ərazi dairəsində kənd. 2 oktyabr 1992-ci ildən 9 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. Susanlıq kəndi 9 noyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. Tədqiqatçılara görə, yaşayış məntəqəsini orta əsrlərdə, İranın Zuzan əyalətindən gəlmiş Azərbaycan ailələri salmışlar. Oykonim "Zuzandan gələnlər, zuzanlı" mənasındadır. Susanlıq kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidələri qeydə alınmışdır: Kənd dağətəyi ərazidə yerləşir. Kənddə mədəniyyət müəssisəsi mövcud deyil. Kənddə təhsil müəssisəsi mövcud deyil. Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır. Kənddə səhiyyə müəssisəsi mövcud deyil.
Bulaqlı
Bulaqlı (Sabirabad) — Azərbaycan Respublikasının Sabirabad rayonunun inzibati ərazi vahidində kənd. Bulaqlı (Zəngibasar) — İrəvan quberniyasının İrəvan qəzasında, indi Zəngibasar (Masis) rayonunda kənd. Bulaqlı — Borçalıda kənd.
Planetar dumanlıq
Planetar dumanlıq — ionlaşmış qaz örtüyündən və mərkəzi ulduzdan ibarət olan astronomik obyekt. Ulduzlararası mühit və dumanlıqlar, Scientific.ru (rus.) Astroqalaktika saytı (rus.) Dumanlıqlar.
Qulancıq (Sayınqala)
Qulancıq (fars. قولانجق‎‎) — İranın Qərbi Azərbaycan ostanının Sayınqala şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 186 nəfər yaşayır (39 ailə).
Yengəcəbənzər dumanlıq
Xərçəng dumanlığı (NGC 1952) — Messier cisimlərindən biri. Yeni Baş Kataloqda qeydə alınmış qalaktik dumanlıqdır. Göy üzündə Buğa bürcü istiqamətində yerləşir. SNR tipli qalaktikadır. İngilis astronomu John Bevis tərəfindən 1731-ci ildə 7.62 sm (3 inç) ölçülü refraktor vasitəsilə kəşf edilmişdir. Diffuz dumanlıqlar içərisində daha çox maraq doğuran qaz lifləri ilə "toxunmuş" bəzəkli-torlu quruluşa malik Xərçəngə bənzər dumanlıqdır. O, 1054-cü ildə Buğa bürcündə alışmış İfrat yeni ulduzun (enerjisi bitən ulduzların şiddətlə partlamasına verilən ad) qalığı hesab edilir. Xərçəngə bənzər dumanlıq optik, radio, rentgen diapazonunda güclü şüalanma mənbəyi olmaqla yanaşı, həm də qamma kvantları mənbəyidir.
Bulaqlı (Sabirabad)
Bulaqlı — Azərbaycan Respublikasının Sabirabad rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 17 fevral 1993-cü il tarixli, 514 saylı Qərarı ilə Sabirabad rayonunun faktiki mövcud olan "Tinglik sovxozu" yaşayış məntəqəsi Kürkəndi kənd Sovetinin tərkibində rayonun yaşayış məntəqələri siyahısına Bulaqlı kəndi adı ilə daxil edilmişdir. == Din == Kənddə Bulaqlı kənd məscidi dini icması fəaliyyət göstərir.
Bulaqlı (Zəngibasar)
Bulaqlı (Həbilkənd) — İrəvan quberniyasının İrəvan qəzasında, indi Zəngibasar (Masis) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 8 km cənubda yerləşir. 1969 - cu ilə kimi, Zəngibasar (Masis) rayonu təşkil edilənədək, Qəmərli (Artaşat) rayonunun tərkibində olmuşdur. Toponim X əsrdə yaşamış yağma türk tayfasının bir boyunu təşkil edən bulaq etnoniminə mənsubluq bildirən -lı şəkilçisinin artırılması ilə düzəlib «bulaq tayfasına məxsus yaşayış yeri» mənasını ifadə edir. Etnotoponimdir. Quruluşca düzəltmə toponimdir. Kəndin adı 1920-ci ildə dəyişdirilib Həbilkənd, sonra yenidən dəyişdirilib Kalinin qəsəbəsi qoyulmuşdur. == Əhalisi == Kənddə 1831-ci ildə 85 nəfər, 1873 - cü ildə 183 nəfər, 1886-cı ildə 222 nəfər, 1897-ci ildə 234 nəfər, 1908-ci ildə 256 nəfər, 1914 - cü ildə 376 nəfər, 1916-cı ildə 228 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni təcavüzünə məruz qalaraq deportasiya olunmuş, yalnız indiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalan kənd sakinləri 1923-25-cı illərdə ata yurdlarına dönə bilmişdir. Burada 1926-cı ildə 36 nəfər, 1931-ci ildə 75 nəfər azərbaycanlı yaşamışdır.
Bulalı (Əcəbşir)
Ağacəri (fars. بولالو‎) — İranın Şərqi Azərbaycan ostanının Əcəbşir şəhristanı ərazisinə daxil olan kənd. == Coğrafi yerləşməsi == Marağa şəhristanının Əcəbşir bölgəsinin Düzcərud kəndistanında, Əcəbşir qəsəbəsindən 3,5 km. şimal-şərqdə, Marağa-Azərşəhr avtomobil yolunun kənarındadır. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 406 nəfər yaşayır (66 ailə).
Tuğanlıq beynəlxalq festivalı
Tuğanlıq beynəlxalq teatr festivalı (başq. «Туғанлыҡ» — Qohumluq) — türkdilli teatrların beynəlxalq festivalı. Festival Rusiya Federasiyası Mədəniyyət Nazirliyi və Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) təsisçiliyi ilə baş tutur. Festival Başqırdıstan Respublikasının paytaxtı Ufa şəhərində kiçirilir. İlk Festival dəfə 1991-ci ildə keçirilmişdir. Türkdilli teatrların beynəlxalq "Tuğanlıq" festivalı Başqırdıstanın paytaxtı — Ufa şəhərində 1991-ci ildən başlayaraq keçirilir. Beynəlxalq Türkdilli Teatrlar Festivalının təsisçiləri Rusiya Federasiyası Mədəniyyət Nazirliyi, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY), Başqırdıstan Respublikasının Mədəniyyət Nazirliyi, Rusiya Federasiyası Teatr Xadimləri İttifaqı, Başqırdıstan Respublikası Teatr Xadimləri İttifaqıdır. Festivalın əsas məqsədləri Rusiya Federasiyası və xarici ölkələrin türkdilli xalqlarının yaradıcılıq və mədəni əlaqələrini qorumaq, möhkəmlətmək və s.-dir. Tuğanlıq festivalının nəticələrinə görə "Ən yaxşı festival tamaşası", "Ən yaxşı rejissor işi", "Ən yaxşı aktrisa", "Ən yaxşı aktyor" və "Ən yaxşı səhnə tərtibatı" kimi 5 əsas nominasiya üzrə mükafatlar verilir. Bundan əlavə olaraq iştirakçılara aşağıdakı mükafatlar da verilir: "Bəstəkarın ən yaxşı əsəri", "Ən yaxşı dram", "Ən yaxşı ikinci rol", "Debüt", "Ümid", "Tarixi ənənələrə və yaşlı nəslin ideallarına hörmət", "Tamaşaçı Seçimi Mükafatı" və s.
Baranlıq-i Hüseynxan (Miyanə)
Baranlıq-i Hüseynxan (fars. برنليق حسين خان‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 145 nəfər yaşayır (36 ailə).
Baranlıq-i Mədədxan (Miyanə)
Baranlıq-i Mədədxan (fars. برنليق مددخان‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 294 nəfər yaşayır (70 ailə).
Sultanlıq soydan gəlir (kitab)