– [Nurəddin] bulanıq su ilə islanmış halda … [çaydan] kənara çıxdı.
Bulanıq lehməli sudan camaatın yaxası qurtaracaq, bütün evlər ağac, gül və yaşıllıq içində itəcəkdi.
// Tutqun, pozulmuş, buludlu. Bulanıq hava.
// məc. Heç bir şey ifadə etməyən, öz təbii halını itirmiş, aydın olmayan.
Axır Mahmud əmi ağır-ağır başını qaldırıb, daşın dalından müəllimə tərəf çevirərək, bulanıq gözlərini axıtdı…
Gülsənəm qarın içində ayıldı. Bulanıq gözləri ilə hər yana baxdı.
Əsirlər lagerində bizi qızartdağ saçlı, bulanıq gözlü topal bir alman qarşıladı.
◊ Bulanıq suda balıq tutmaq – fürsətdən istifadə etmək, vəziyyətin qeyri-müəyyənliyindən, birinin çətin vəziyyətdə olmasından istifadə edərək məqsədinə çatmağa çalışmaq.