1. Duruluğunu, saflığını, şəffaflığını, bərraqlığını itirmək. Arxın suyu bulandı.
// Tutqunlaşmaq. Mayenin rəngi gah ağarır, gah da bulanırdı.
2. Bulaşmaq, batmaq, kirlənmək. Uşağın üst-başı palçığa bulandı.
3. Mədəsi qarışmaq, qusmaq ehtiyacı hiss etmək. Mədəsi bulanmaq. Ürəyi bulanmaq.
4. məc. Pozulmaq, xarablaşmaq, qarışmaq, tutulmaq.
// Hava haqqında. Hava bulandı.
// Coşmaq, həyəcanlanmaq.
// məc. Ölgünləşmək, hissiz bir hala gəlmək, tutqunlaşmaq. Zehni bulanmaq. Gözləri bulanmaq.