Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Başlatmaq
Başlatmaq (en. initialize ~ ru. инициализировать ~ tr. başlangıç durumuna getirmek) – istifadə üçün hazırlamaq. Verilənlər daşıyıcılarına, məsələn, disklər və ya lentlərə aid edildikdə, başlangıc durumuna gətirməkdə daçıyıcının səthinin keyfiyyətinin yoxlanılması, blokların nişanlanması, yükləmə informasiya blokunun yazılması və faylların yerləşdirilmə cədvəlinin yaradılması ola bilər. Proqramda dəyişənlərə aid edildikdə, başlatma, dəyişənə başlanğıc qiymətin mənimsədilməsini bildirir. Kompüterin özünə aid edildikdə başlatma, sadəcə, onun işə salınması deməkdir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Bulama
Bulama — "bulanmaq" sözündən olub, təzə doğan sağmal heyvanların 2-3 gündən sonrakı bir neçə gün ərzində sağılan südüdür. Bulama sözünə Azərbaycan Şifahi Xalq Ədəbiyyatında daha tez-tez rast gəlinir; Heyvanın bala verməsinin 2-3-cü günündən sonra təxminən 4-5 gün ərzində sağılan südündən alınır. Bulama ağuz südündən sonra olan süd məhsuludur. bulama ağuzdan duru, süddən bir qədər qatı olmaqla yanaşı açıq sarımtıl rəngdə olur. Bulamanı bişirərkən qab od üzərinə qoyulduğu andan bişənə qədər oxlovla bulanır (qarışdırılır). Belə edilməsə bulama çürüyər. Elə bu səbəbdən də bu süd məhsulu bulama adlanır və o kətəməz kimi bərkimir. Bulama bişirilərkən ona duz atılmır. Uşaqlar üçün hazırlandıqda azca (zövqə uyğun) şəkər tozu əlavə edilir. Bulamanı süni yolla da hazırlamaq olar.
Bulamac (Xoy)
Bulamac (fars. بولاماج‎) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 399 nəfər yaşayır (97 ailə). Əhalisini azərbaycanlılar təşkil edir.
Rolan Blatman
Rolan Blatman (20 fevral 1941) — Fransanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri (2004–2006). Rolan Blatman 20 fevral 1941-ci ildə anadan olmuşdur. O, filologiya üzrə Lisans, Ali fəlsəfə təhsili, Ali İnformasiya və Kommunikasiya İnstitutunun diplomlarını almışdır. Paris Universitetinin magistraturasını bitirmişdir. 1966–1974-cü illərdə tədris sahəsində çalışmışdır. 1974–78-ci illərdə Velinqtonda mədəniyyət və texniki əməkdaşlıq attaşesi, Port-of-Speyində vitse-konsul, 1979-cu ildə həmin nümayəndəlikdə üçüncü katib, 80-ci ildə ikinci katib işləmişdir. 1980–82-ci illərdə Fransanın SSRİ-dəki səfirliyində mətbuat xidmətinin rəhbəri olmuşdur. 1982–83-cü illərdə həmin səfirlikdə birinci katib işləmişdir. 1983–84-cü illərdə Fransanın Xarici İşlər Nazirliyində mərkəzi idarədə (nazirin kabinetində), 1984–86-cı illərdə Baş nazirin kabinetində çalışmışdır. 1986–89-cu illərdə Turin və Genuyada, 1989–91-ci illərdə Fesdə, 1991–94-cü illərdə Sankt-Peterburqda baş konsul kimi fəaliyyət göstərmişdir.
Yenidən başlatmaq düyməsi
Yenidən başlatmaq düyməsi (ing. Reset button) – elektrik enerjisiylə təchizatı kəsmədən kompüteri yenidən başlatmaq üçün nəzərdə tutulmuş düymə. IBM əsaslı kompüterlərin əksəiyyətində yenidən başlatmaq düyməsi sistem blokunun qabaq panelində yerləşir. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.