BULAŞMAQ

f.
1. Bulanmaq, batmaq; ləkələnmək. Üz-gözü palçığa bulaşdı. Üstü yağa bulaşdı.
– Ayaqdan bulaşan tozu süpürgə ilə təmizləmək mümkündür. Ə.Haqverdiyev.

// Kirlənmək, zığlanmaq. Gözləri bulaşmaq.
2. Pozulmaq, qarışmaq, tutulmaq, qaralmaq. Hava bulaşdı, deyəsən, yağacaq.
– Lakin günəşdə etibar görünmürdü: yerdən buğ qalxır, dağların başı dumanlanır, üfüqlər bulaşmağa başlayırdı. Çəmənzəminli.

3. Qoşulmaq, qarışmaq, əlaqə saxlamaq, ünsiyyət bağlamaq, durub oturmaq.
Bəzi əfsanəçilərlə yarışırsan, deyəsən! Büsbütün müfsidələrlə bulaşırsan, deyəsən! M.Ə.Sabir.

Синонимы

  • BULAŞMAQ bulaşmaq bax batmaq 3
  • BULAŞMAQ batmaq — ləkələnmək
  • BULAŞMAQ pozulmaq — qarışmaq — tutulmaq — qaralmaq

Антонимы

  • BULAŞMAQ BULAŞMAQ – AÇILMAQ ...Dağların başı dumanlıdır, üfüqlər bulaşmağa başlayır (Çəmənzəminli); Gəlsin bahar fəsli, açılsın yazlar (Aşıq Qurbani)
BULAŞMA
BULDÓQ

Значение слова в других словарях