Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Entoni Burden
Entoni Burden (ing. Anthony Michael Bourdain; tam adı: Entoni Maykl Burden; d. 25 iyun, 1956, Nyu-York, ABŞ – ö. 8 iyun 2018, Kayzersberq-Vinobl, Yuxarı Reyn, Fransa) — ABŞ aşpazı, yazarı və televiziya personası.
Burdenis buzlağı
Burdenis buzlağı (bolq. ледник Бурденис, ‘Lednik Burdenis’ \'led-nik bur-'de-nis\) — 6 km uzunluğu və 1.7 km eni olan, Antarktidanın Elsuort dağlarına daxil olan buzlaqdır. Buzlaq Delyo buzlağından şimalda, Gerila buzlağından cənubda yerləşmişdir. Sentinel dağlarının şimal mərkəzində yerləşmişdir. Buzlaq cənubi Bolqarıstanda yerləşən Qədim Roma şəhəri olan Burdenisin adını daşıyır. == Yerləşməsi == Burdenis buzlağı 78°14′00″ c. e. 86°03′00″ q. u. koordinatlarında yerləşmişdir.
Nikolay Burdenko
Nikolay Nilovic Burdenko (Tam adı: rus. Никола́й Ни́лович Бурде́нко; 22 may (3 iyun) 1876, Kamenka, Penza quberniyası[d] – 11 noyabr 1946, Moskva) — Rusiya cərrahı, SSRİ Elmlər Akademiyasının akademiki (1939), SSRİ Tibb Elmlər Akademiyasının akademiki (1944) və ilk prezidenti (1944– 46), tibb xidməti general-polkovniki (1944), Sosialist Əməyi Qəhrəmanı (1943), SSRİ Dövlət mükafatı laureatı (1941). == Həyatı == Yuryev Universitetini bitirmişdir (1906). 1906–18-ci illərdə həmin universitetdə assistent, privat-dosent, cərrahiyyə klinikasının professoru işləmişdir. Birinci dünya müharibəsi illərində müxtəlif cəbhələrdə cərrah-məsləhətçi, Rusiya ordusunun hərbi-sanitariya müfəttişi olmuşdur. 1918–22-ci illərdə Voronej Universitetinin, 1923-cü ildən 1-ci MDU-nun cərrahiyyə professoru işləmişdir. Eyni zamanda (1929-cu ildən) Rentgen İn-tunun neyrocərrahiyyə klinikasının direktoru olmuşdur. Klinikanın bazasında 1934-cü ildə Mərkəzi Neyrocər rahiyyə institutu (indiki Rusiya Tibb Elmlər Akademiyasının N.N.Burdenko adına Elmi Tədqiqat Neyro cərrahiyyə İnstitutu) yaradılmışdır. == Fəaliyyəti == Böyük Vətən müharibəsi illərində sovet ordusunun baş cərrahı olmuşdur. Burdenko SSRİ-də neyrocərrahiyyənin banilərindən biridir.
Burdun
Burdun — İrəvan xanlığının Gərnibasar mahalında kənd adı 1828–1832-ci illərdə Azərbaycan türklərindən ibarət əhalisi qovulmuş və kənd dağıdılmışdır (yenə orada). Türk dillərində bor, bur boz və ton təpə sözlərindən ibarətdir.
Antuan Burdel
Emil Antuan Burdel (30.10.1861, Montoban – 1.10.1929, Le Vezine) — fransız heykəltəraşı. == Həyatı == Tuluzada (1876–84), Parisdəki zərif sənətlər məktəbində (1884–86) oxumuşdur; 1893–1908-ci illərdə O, Rodenin emalatxanasında assistent işləmişdir. 1884-cü ildən Paris salonu sərgilərinin iştirakçısı olmuşdur. Roden impressionizmini qəbul etməyən Burdel monumentallığa və incəsənətin sintezinə can atmış, antik klassikaya və arxaikaya əsaslanaraq relyef sənətini dirçəltmişdir. == Fəaliyyəti == “Ox atan Herakl” (tunc, 1909, Müasir Milli İncəsənət Muzeyi, Paris), gen. K.M. Alvearın tunc abidəsi (1913–23, Buenos-Ayres), “Fransa” heykəli (tunc, 1925, Paris), A. Mitskeviçin abidə si (tunc, 1909 –29, Paris), “Avtoportret” (maska, 1925), “Safo” (1924 –25; hər ikisi Burdel muzeyi, Paris) və s. əsərlərin müəllifidir. Görkəmli ictimai xadimlərin çoxsaylı portretlərini (100-ə yaxın) yaratmışdır: Lüdviq van Bethoven (tunc, 1887– 1929; 21 variant), A. Frans (tunc, 1919; hər ikisi Burdel muzeyi) və s. Arxaikləşən neoklassisizm ruhunda Yelisey Çölü Teatrının barelyeflərini hazırlamışdır (gips, 1912). Burdel həmçinin monumental rəngkar (Yelisey Çölü Teatrının freskaları, 1910–12) və qrafik (J. Klemanso və Q. Floberin kitablarına illüstrasiyalar) kimi də işləmişdir.
Borden adası
Borden adası (ing. Borden Island) — Kanada Arktik arxipelaqının bir hissəsidir. Adada hazırda yaşayış yoxdur (2012). == Coğrafiya == Borden adası Kraliça Yelezaveta adalarının ən qərbində yerləşən Praym Minister Qrupu kimi tanınan üç adadan ibarət qrupun ən şimalıdır. Uilkins boğazında, 18 km cənubda bu qrupun ən böyüyü olan Makkenzi-Kral adası və 34 km cənub-qərbdə ən kiçiyi olan Brok adası yerləşir. Daha böyük qonşusu 100 km şərqdə yerləşən Ellef-Rinqnes adasıdır. Adanın şimal-qərb sahili Şimal Buzlu okean tərəfindən yuyulur. Sahəsi 2794 km² olan ada ərazisinə görə dünyada 172-ci, Kanadada isə 30-cu yerdədir. Ada inzibati cəhətdən Şimal-Qərb əraziləri (ən çox) və Nunavut arasında bölünür. Sərhəd 110-cu qərb meridianı boyunca keçir.
Borden yarımadası
Borden yarımadası — Baffin Torpağının şimalında yerləşən yarımada. Kanadanın Nunavut vilayəti ərazisinə daxildir. Lankaster boğazının cənubunda qərarlaşır. Yarımadanın şimal-şərq ərazisində Sirmilik Milli Parkı təşkil olunmuşdur. == Coğrafiya == Yarımada 225 km şimala, 169 km şərqə uzanır. Şimala rayonu, o cümlədən Hras dağları kövrək qayalardan ibarətdir. Burada hündürlük 914 mertrə çatır. Admiraliti buxtası yarımadanın qərb sahillərini, Admiraliti Soveti buxtası isə onun şərq sahillərini təşkil edir. Şərqdən Baylot adasından buxta ilə ayrılır. == Əhalisi == Yarımadanın qərb sahillərində inuitlərə aid Arktik-Bey adlı kənd vardır (823 nəf.
Eric Burdon
Eric Victor Burdon (11 may 1941, Vaker[d]) – THE ANIMALS qrupunun vokalisti. THE ANIMALS qrupuna dünya şöhrəti gətirən hitlər arasında "House Of The Rising Sun", "We Gotta Get Out Of This Place", "It's My Life", "Don't Let Me Be Misunderstood", "When I Was Young" və "Monterey" Eric Burdon tərəfindən bəstələnmişdir.
Rob Burdon
Rob Bourdon — Linkin Parkın zərb alətçisi. 1996-cı ildən bu günə qədər Linkin Park qrupunda fəaliyyət göstərir. Linkin Park qrupuna gəlməmişdən əvvəl ofisant işləmişdir.
Sebastian Burdon
Sebastian Burdon (Sebastien Bourdon, 2 fevral 1616[…], Monpelye – 8 may 1671[…], Paris) —Fransız rəssamı.
Ejen Buden
Ejen-Lui Buden (fr. Eugène-Louis Boudin; 12 iyul 1824[…], Onflör – 8 avqust 1898[…]) — fransız rəssamı, impressionizmin banisi. Bir müəllim olaraq Klod Mone, ona əhəmiyyətli təsir etdi. Budenin işi, müəllimlərinin - Barbizon məktəbinin nümayəndələri (Konstan Truayon, Mille, Koro və Teodor Russo) və onun davamçıları-İmpressionistlərin sənəti arasındakı əlaqədir. Barbizon məktəbi ilə əlaqəli idi. Bretan, Bordo, Hollandiya və Venesiyada çalışmışdır. == Bioqrafiya == Buden 12 iyul 1824-cü ildə Normandiyanın köhnə liman şəhəri olan Honflyorda anadan olmuşdur. Le Havre, daha sonra Parisdə məşhur dəniz rəssamı Ejen İzabedən rəssamlıq sənətini öyrənmişdir. Buden ömrünün çox hissəsini Fransanın şimalında keçirmişdir; Belçikaya, Hollandiyaya, İtaliyaya səyahət etmişdir. Rəssam xüsusi təhsil almadı.
Martin Van Buren
Martin Van Buren (ing. Martin Van Buren; 5 dekabr 1782[…] – 24 iyul 1862[…] 5 dekabr 1782, Kinderhuk, Nyu-York, ABŞ — 24 iyul 1862, Kinderhuk, Nyu-York, ABŞ) — Amerika Birləşmiş Ştatlarının 8-ci prezidenti (1837–1841), 8-ci vitse-prezidenti (1833–1837) və 10-cu Dövlət katibi (1829–1831). Tomas Ceffersonla yanaşı hər üç vəzifəni tutmuş yeganə şəxsdir. Amerikanın Britaniyadan müstəqillik qazanmasından sonra doğulmuş ilk ABŞ prezidentidir. == Erkən həyatı == Martin Van Buren 5 dekabr 1782-ci ildə Nyu-York yaxınlığındakı Kinderhuk şəhərində anadan olmuşdur. Sonralar yazdığı memuarlarında əcdadlarının Amerikaya 1633-cü ildə Hollandiyadan gəldiklərini bildirirdi. Nüfuzlu fermer və meyxana sahibi olan atası Avraam Van Buren işgüzarlığı sayəsində böyük sərvət toplaya bilmişdi. Martin ailənin 5 uşağından üçüncüsü idi. İbtidai təhsilini latın dili tədris olunan məktəbdə almış, 14 yaşında ikən vəkil olmaq məqsədilə dəftərxanada işləməyə başlamışdır. O, dövrün tanınmış vəkillərindən biri olan Frensis Silvesterin yanında praktika keçdikdən sonra müstəqil fəaliyyətə başlamışdır.
Ordan-burdan (film, 1987)
== Məzmun ==
Bürsen
Bürsen (fr. Burcin) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Kanton-dü-Qran-Lem kantonuna daxildir. Kommunanın dairəsi — La-Tur-dü-Pen. INSEE kodu — 38063. Kommunanın 1999-cu il üçün əhalisi 370 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 453 ilə 734 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 450 km cənub-şərqdə, Liondan 60 km cənubda, Qrenobldan 36 km şimal-qərbdə yerləşir.
Hanna Van Büren
Hanna Van Büren (ing. Hannah Hoes Van Buren; 8 mart 1783[…] – 5 fevral 1819[…], Albani) — ABŞ siyasətçisi, 8-ci Prezidenti Martin Van Burenin həyat yoldaşı.
Bergen
Bergen (norv. Bergen) — Norveçin ikinçi böyük şəhəri, Hordaland fülkesinin mərkəzi və Qərbi Norveçfülkesinin ən böyük şəhəri. Şəhər ölkənin qərbində, Şimali dənizinin sahilində yerləşir. 1299-cu ilə qədər Norveçin paytaxtı olub, 1830-cu ilə ilə kimi Norveçin ən böyük şəhəri hesab edilirdi. Bu günlərdə Bergen — böyük liman şəhəridir, bundan başqa şəhərdə Bergen Universiteti fəaliyyət göstərir. Orta əsr Brüggen (Bergen) sahili UNESCO Ümumdünya irsinə daxil edilib.
Bernen
Bernen (fr. Bernin) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Muayan Qrezivodan kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38039. Kommunanın 2007-ci il üçün əhalisi 3007 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 219 ilə 1200 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 480 km cənub-şərqdə, Liondan 55 km cənub-şərqdə, Qrenobldan 45 km şimal-qərbdə yerləşir.
Bersden
Bersden (ing. Bearsden) — Şotlandiyada şəhər.
Brucen
Bürucin-— İranın Çahar-Mahal və Bəxtiyari ostanının şəhərlərindən və Bürucin şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 49,077 nəfər və 12,828 ailədən ibarət idi.
Burduq
Burduq — Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Gərnibasar mahalı ərazisində kənd.
Burdur
Burdur — Türkiyənin Burdur ilinin inzibati mərkəzi.
Burqon
Burqon (fr. Bourgogne, IPA: [buʁ.ɡɔɲ]) — Fransanın şərqində bir bölgədir.
Bayden ailəsi
Bayden ailəsi (ing. Biden family) — ABŞ-nin siyasətçi ailələrindən biri. Bayden ailəsinin ən məşhur üzvləri bunlardır: Co Bayden (d. 1942) — ABŞ Demokrat Partiyasının üzvü, Amerika Birləşmiş Ştatlarının 46-cı prezidenti. Bo Bayden (1969-2015) — Co Baydenin oğlu. Hanter Bayden (d. 1970) — Co Baydenin oğlu. Cil Bayden (d. 1951) — Co Baydenin həyat yoldaşı, ABŞ-nin birinci xanımı.
Bo Bayden
III Cozef Robinett „Bo“ Bayden (ing. Joseph Robinette "Beau" Biden III; 3 fevral 1969, Uilminqton[d], Delaver – 30 may 2015, Betesda, Merilend) — Amerikalı vəkil, hərbçi və siyasətçi. ABŞ Demokrat Partiyasının üzvü idi. == Ailəsi == Atası ABŞ-nin 46-ci vitse-prezidenti Co Baydendir. Anası ABŞ-nin ikinci xanımı Cil Baydendir. == Vəfatı == 2010-cu ildə insult keçirən Bo Bayden, həmin ilin may ayında müalicə olunmaq üçün xəstəxanaya yerləşdirilmişdi. 46 yaşında ikən – 30 may 2015-ci ildə beyin xərçəngindən vəfat etmışdir.
Burbon restavrasiyası
Burbon restovrasiyası — Fransa tarixində Birinci Fransa İmperiyasının (1804-1815) süqütü ilə İyul İnqilabı (1830) arasındakı müddətdə Burbonlar monarxiyasının yeninden bərpasıdır. Restovrasiya dövrü Napoleon Bonapartın sürgündən qaçmasıyla əlaqədar olaraq Yüz gün müddətinə fəaliyyətini dayandırmışdır. Bu səbəbdən aprel 1814 və mart 1815-ci illər arasını əhatə edən dövr "Birinci Restovrasiya" dönəmi, Napoleonun taxtdan rəsmi olaraq uzaqlaşdırıldığı 1815-ci ildən 1830-cu ilə qədər isə "İkinci Restavrasiya" dönəmi adlanır. Bu dövr XVIII Luiz və balaca qardaşı X Karl dönəmlərini əhatə edir. Hər iki kral ölkədə kralı dəstəkləyən güclərlə liberal burjuaziya arasında gücləri tənzimləməyə calışmışdır. Xarici siyasətdə isə əsas məqsəd Fransanın müharibə borclarının ödənilməsi, buna bağlı olaraq işğalçı qüvvələrin Fransadan çıxarılması, Ölkənin yenidən beynəlxalq münasibətlərdə bərabər status alması idi.
Burdur gölü
Burdur gölü (türk. Burdur Gölü) ― Türkiyədə göl. Türkiyənin cənub-şərqində, Aralıq dənizi regionunda, Burdur və İsparta illəri arasında yerləşir. Göl Söyüt dağ və Suludərə Yayla dağı arasında yerləşir.
Burdur ili
Burdur — Türkiyədə il.
Burquen-Jalyo
Burquen-Jalyö (fr. Bourgoin-Jallieu) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Burquen-Jalyö kantonuna daxildir. Kommunanın dairəsi — La-Tur-dü-Pen. INSEE kodu — 38053. Kommunanın 2007-ci il üçün əhalisi 23759 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 210 ilə 382 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 430 km cənub-şərqdə, Liondan 39 km cənub-şərqdə, Qrenobldan 60 km şimal-qərbdə yerləşir. == Əhalisi == Əhalinin dinamikası (INSEE): == Qardaşlaşmış şəxslər == Rehau (alm.
Burrel həbsxanası
Burrel həbsxanası (alb. Burgu i Burrelit) ― Albaniyanın şimal-şərq şəhəri Burreldən kənarda, Mata Rayon Polis İdarəsində yerləşən 198 məhbus tutumlu maksimal təhlükəsizlik həbsxanası. 2011-ci ildə həbsxanada 182 məhkum vardı və 120 islah məmuru işləyirdi. Birmərtəbəli qurum 21.000 kvadratmetr ərazini əhatə edən üç sahəyə bölünür. Burrel həbsxanası 1992-ci ildə Albaniya İşçi Partiyasınının hakimiyyətdən getdikdən sonra bağlandı. Həbsxana 1997-ci ildə yenidən açıldı və Albaniyanın hazırda fəaliyyət göstərən 21 həbsxanasından biridir, ölkədə ömürlük həbs edilmiş məhkumların olduğu beş həbsxanadan biri və mütəşəkkil cinayətlərə görə mühakimə olunanların olduğu iki həbsxanadan biridir. Bəzi ictimai fəallar həbsxananın bağlanmasını və buranı 1944–1992-ci illər arasında işgəncə verilərək öldürülənlərin xatirə yerinə çevrilməsini tələb edirdilər. 2013-cü ilin may ayında Burrel həbsxanasının direktoru Dəmir Çupi istefaya göndərildi. Buna məhbus Zenelinin Kukes şəhərində yaşayan həyat yoldaşını ziyarət etmək üçün 5 günlük məzuniyyət alması, lakin həbsxanaya qayıtmaması səbəb oldu. Bu, 2013-cü ildə təkrarlanan üçüncü belə hadisə idi.
Bürdxun
Bürdxun — İranın Buşehr ostanının Dəyyer şəhristanının Bürdxun bəxşində şəhər və onun mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 4 300 nəfər və 931 ailədən ibarət idi.
Bərdəi
Bərdəi (və ya Bərdəvi) — Azərbaycanda daha işlədilən təxəllüs, əslən Bərdədən olanlar tərəfindən istifadə olunur. Bu təxəllüsü olan tanınmış insanlar Əbusəid Bərdəi - hənəfi alimi.
Börsen
Börsen (dan. Børsen) – Kopenhagenin mərkəzində, Slotsholmen adasında, kral IV Xristianın əmri ilə 1619–1640-cı illərdə tikilmiş Kopenhagen birjasının binasıdır. Memarlar – Stenvinkel qardaşları binanı flamand intibahı üslubunda, dörd əjdahanın bükülmüş quyruqları şəklindəki 56 metrlik şpillə tamamladılar. Binanın birinci mərtəbəsi malların saxlanması üçün qırx kiçik bölməyə ayrılır, ikinci mərtəbəsində isə ticarət əməliyyatlarının aparılması üçün geniş zal yerləşir. 1745-ci ildə bina Nikolay Eytved tərəfindən təmir edildi, birjanın qədim interyerləri isə 1855-ci ildə dəyişdirildi. Kopenhagen birjası 1625-ci ildən 1974-cü ilə qədər Börsen binasında yerləşirdi. 1918-ci ildə bina anarxist işsizlərin hücumuna məruz qaldı. 16 aprel 2024-cü ildə yenidənqurma işləri zamanı bina yanğın nəticəsində dağılmış, 56 metrlik şpil çökmüşdür.
Aşina Buçjen
Aşina Buçjen (v. 667) — Tan sülaləsinin işğalından sonra imperator tərəfindən sonra Nuşibilərin xaqanı olaraq təyin olunmuşdu. General Su Dinqfanqa yardım etdiyi üçün imperator tərəfindən Civanqcue xan 繼往絕可汗 ("Bitmiş olanı davam etdirən xan") titulu almışdı. == Ailəsi == Böri şadın oğlu, Xallıq İşbara Yabqu xaqanın kiçik qardaşı idi. Qardaşı ilə birlikdə İnan Cençu xaqan üzərinə yürüşdə iştirak etmişdi. Lakin qardaşının elə də güclü olmadığını görüb onun da hakimiyyətinə göz diksə də sadəcə onun öldürülməsinə nail oldu. 667-ci ildə öldü. Yerinə oğlu Kuşrak keçdi.