□ Büryan eyləmək (etmək) – 1) odda yandırmaq, qovurmaq;
2) məc. kabab eləmək, yandırmaq.
Ayrılıqdan yar mənim bağrımı büryan eylədi; Özünü bir yana saldı, məni bir yan eylədi.
Gər visalından mədəd qılmazsan, ey aram can; Çeşmimi giryan edib bağrımı büryan eyləmə!
Tutam zülfün üçün dönəm başına; Bağrımı oduna büryan eyləyəm.
Büryan olmaq – 1) odda yanmaq, qovrulmaq;
2) məc. kabab olmaq, yanmaq.
Əyyami-visalə yetdi hicran; Vəqt oldu ciyərlər ola büryan.