BÜRCƏLİ
BÜRHANƏ
OBASTAN VİKİ
Bürhan Kərimov
Bürhan Kərimov (1922, Ağdaş) — MDU-nun professoru, fizika-riyaziyyat elmləri doktoru. == Həyatı == Bürhan Kərimov 1922-ci ildə Ağdaş rayonunda anadan olub. 1939-cu ildə Ağdaş şəhər S.M. Kirov adına orta məkətbi, 1944-cü ildə Azərbaycan Dövlət Universitetinin (ADU) fiziki-riyaziyyat fakültəsini bitirmişdir. 1944-45-ci illərdə fizika kafedrasında assistent işləmişdir. 1946-49-cu illərdə M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) fizika fakültəsinin aspirantı olmuşdur. 1950-ci ildə fizika-riyaziyyat elmləri üzrə namizədlik dissertasiyasını müdafiə etmişdir. B.Kərimov 1962-ci ildə fizik-riyaziyyat elmləri üzrə doktorluq dissertasiyasını müdafiə etmişdir. == Fəaliyyəti == O, 1953–76-cı illərdə M.V Lomonosov adına Moskva Dövlət Universitetinin fizika fakültəsində nəzəri fizika kafedrasında baş elmi işçi vəzifəsində çalışmışdır. 1976-cı ildən həmin kafedrada professor işləmişdir. B.Kərimov 1950–53-cü illərdə ADU-nun nəzəri fizika kafedrasında baş müəllim və dosent işləmişdir.
Bürhan Əli
Bürhan Əli (Bakı – 1549, Bakı) — Şirvanşahlar taxtına iddiaçı şahzadə. == Hakimiyyət üçün mübarizə == Şahruxun əmisi oğlu Bürhanəddin uzun müddət Dağıstanda qaytaqlı qohumlarının yanında qaldıqdan sonra böyük qoşun toplayaraq 1544-cü ildə Əlqas mirzə Səfəvi ilə mübarizə aparmaq üçün Şirvana doğru hərəkət etmişdi. Lakin Əlqas Mirzə onu məğlub edərək Osmanlıya mühacirət etməsinə səbəb oldu. Bürhan Əlinin köməyilə öz düşməni Səfəvilərlə mübarizə aparmağa və Şirvanı tutmağa ümid edən sultan onu böyük ehtiramla qarşıladı. Sultan Süleyman ona silahlı qüvvə verdi. Lakin Bürhanəli Şirvana yaxınlaşarkən bəylərbəyinin böyük orduya malik olması haqda xəbər aldı. Buna görə də, o, sultanın qoşunlarını Osmanlıya qaytardı, özü isə Dağıstana gedərək Şirvana yenidən yürüş etmək üçün məqam gözləməyə başladı. 1548-ci ildə Sultan Süleyman Qanuni böyük ordu ilə Azərbaycana, I Təhmasibin üzərinə yürüş etdi. Təhmasib ölkənin içərilərinə çəkildi. Bürhanəli Dağıstandan hərəkət edərək sultan qoşunları ilə birləşdirdi.
Bürhan Əliyev
Bürhani-Həqiqət
Bürhani-həqiqət (az.-əski. برهان حقیقت‎) — İrəvanda Azərbaycan dilində çap olunan ədəbi, ictimai-siyasi jurnal. Jurnal əsasən maarifçi-realist ədəbiyyatın mövqeyini müdafiə edirdi. 1917-ci il yanvarın 1-dən iyunun 29-dək İrəvanda Azərbaycan dilində çap olunmuşdur. Cəmi 9 nömrəsi çap olunmuşdur. Müdir və mühərriri Əli Hacı Zeynalabdinzadə (Rəhimov), naşiri Həsən Mirzəzadə (Əliyev) idi. Jurnal bir tərəfdən elm və maarifə çağırır, digər tərəfdən isə dini ehkamları müdafiə edirdi. "Bürhani-həqiqət" jurnalının İrəvan şəhərindəki "Luys" mətbəəsində ilk nömrəsi 1 yanvar 1917-ci ildə, sonuncu nömrəsi isə elə həmin ilin 29 iyununda çapdan buraxılmışdır. Sərlövhə altında "Etiraf, tərəqqi, etimad... hələlik ayda iki dəfə nəşr olunan ədəbi, siyasi, tarixi, elmi və fənni məcmuəsidir".
Bürhani-Tərəqqi
Bürhani-Tərəqqi — 1906–1911-ci illərdə Həştərxanda müəyyən fasilələrlə nəşr olunan, daha çox dini məqalələr çap edən qəzet. İlk nömrəsi 1906-cı il iyunun 8-də çıxmışdır. Naşiri və redaktoru Mustafa Lütfi İsmayılov Şirvanski idi. Qəzetdə yerli müəlliflərlə yanaşı N. Nərimanov da iştirak etmiş, "Elmi və fənni" mövzularda bir sıra məqalələr ("Tibb və islam" və b.) dərc etdirmişdir. Qəzetdə M.Ə. Sabir, M. Hadi və başqaları da öz əsərlərini çap etdirmişlər. 1907-ci ilin iyun ayının axırlarında qəzetin nəşri dayandırılmışdır. Təxminən bey ay sonra 1907-ci il 18 noyabrda qəzetin növbəti nömrəsi buraxılmışdır.
Bürhanlar
Bürhanlar — Buxarada XI–XIII yüzillərdə Sədr ünvanıyla hökm sürən və Hənəfi füqəhasının ən öndə gələn təmsilçiləri olan bir üləma ailəsi. == Tarixi == Həzrət Ömərin soyundan gəldiyi rəvayət edilən ailə, fərdlərinin hamısı "Bürhanüddin" və ya "Bürhanül-millə vəd-din" ləqəbini aldığı üçün Bürhan ailəsi (Bürhanoğulları) adıyla məşhur olmuşdur. Orta çağda Türkistanın ən önəmli elm və mədəniyyət mərkəzlərindən biri olan Buxara bəzi nüfuzlu ailələrin idarəsindəydi. Bürhan ailəsindən öncə İsmaili və Səffari sülalələrinin hökm sürdüyü şəhər daha sonra Məhbubilərin əlinə keçmişdir. Buxara və bütün Mavəraünnəhrdə Hənəfi məzhəbinin irəli gələnlərinə "sədr" deyilirdi. Hətta Buxarada "Sədr-i Cahan" və "Sədr-i Şəriət" ləqəbini daşıyanlar belə vardı. Bürhan ailəsi və digərləri sahib olduqları sərvət və mülk sayəsində iqtisadi cəhətdən da güclü idilər. Ailənin ilk rəisi xaric, digərləri qaynaqlarda "şəhid" ünvanıyla anılırdı ki, bu onların Qaraxanlilar və Qaraxıtaylar tərəfindən öldürüldüyü şəklində yozulur. Ailənin ilk rəisi "Sədr-i Kəbir Nüman-i Sani (İkinci Əbu Hənifə)", "Bahrül-ulum", "Bürhanül-millə vəd-din" ünvan və ləqəbləriylə tanınan Əbdüləziz ibn Ömər bin Mazə daha öncə Mərvdə otururdu. 1102-ci ildə Mavəraünnəhrdə Qaraxanlı hakimiyətinə son verən Səlcuqluların Xorasan məliyi Səncər Mərvi ona mərkəz edərək bölgəni yenidən təşkilatlandırdıqdan sonra siyasi baxımdan təhlikəli gördüyü İmam Əbu İshaq İbrahim əs-Səffarıni Mərvə gətirdi; onu burada iqamətə məcbur etmək surətiylə bərtərəf edincə, Əbdüləziz bin Ömər bin Mazəni "Nüman-i Sani" ünvanıyla Buxara sədri təyin etdi və onu bacılarından biriylə evləndirdi.
Bürhanəddin Rəbbani
Bürhanəddin Rəbbani (20 sentyabr 1940, Feyzabad, Əfqanıstan krallığı[d] – 20 sentyabr 2011[…], Kabil, Əfqanıstan İslam Respublikası[d]) — Əfqanıstan prezidenti (1992–2001) Bürhanəddin Rəbbani 20 sentyabr 2011-ci ildə öldürülmüşdür. == Həyatı == Əfqanıstanın sabiq prezidenti, tacik əsilli Bürhanəddin Rəbbanı 1940-cı ildə Əfqanıstanın şimal-şərqindəki Faizabad şəhərində anadan olub . 1963-cü ildən Kabil Universitetində İslam Hüququndan dərs deyib. Daha sonra 1968-ci ildə Misirin Əzhər universitetində islam fəlsəfəsi ixtisası üzrə təhsil alıb. Həmin il Cəmiyyət-i İslam partiyasını rəhbəri olub. 1973-cü ildə şahzadə Davudun devrilməsindən sonra Pakistanın Pişavər şəhərinə köçüb. 1979–1989-cu illərdə Əfqanıstanda rus ordusuna qarşı aparılan döyüşlərdə iştirak edən Rəbbani Əfqan mücahidlərinə başçılıq edib. Tabeliyində 20 minə yaxın döyüşçü vardı. 1992-ci ildə Əfqanıstana qayıdaraq, iyunun 28-də Əfqanıstan İslam Dövlətinin müvəqqəti prezidenti olub. 22 dekabr 2001-ci ildə Rabbani rəsmən prezidentlikdən istefa edib.
Bürhanəddin xəlifə
Bürhanəddin xəlifə (XVII əsr) — Toxmaqlı oymağının məşhur simalarından biri. Urmiya yörəsindəki Dumdum qalasını kürdlərin Mükri əşirəti möhkəmləndirib qızılbaşlara asi olmuşdu. 1610-cu ildə Bürhanəddin xəlifənin atası II İlyas xəlifə qoşunla Dumdum qalası ətrafına gəlib Mükri əşirətini qorxuya salmışdı. Mükrilərin böyükləri (başda Xan Abdal Mükri olmaqla) II İlyas xəlifənin yanına gəlir. Xan Abdalın qardaşı Məhəmməd bəy xəncərlə II İlyas xəlifəni öz çadırında xaincəsinə yaralayır və xəlifə bir neçə gündən sonra dünyasını dəyişir. Çadırına qonaq gələn mükriləri şirin-şərbətlə qarşılayan II İlyas xəlifə qəfil hücuma məruz qalmışdı. "Qonaqlar" düz əqidəli sufi ilə birgə iki qohumunu da öldürmüşlər. Çadırdan bir qədər kənarda olan Bürhanəddin atasının yaralandığını eşidib çadıra qaçaraq "qonaqları" qılıncdan keçirib doğrayır. Şah Abbasın hicri-qəməri ilə 1019-cu ildə (1610-1611)Dizmar və Üzümdil mahallarının xəlifəsi təyin olunub. II İlyas xəlifənin oğlu, II Şəmsəddin xəlifənin atası.
Bürhanəddin Əhməd
Qazi Bürhanəddin Əhməd (1345, Kayseri – 1398, Sivas) — şair, alim və dövlət xadimi. Bürhanəddin əvvəllər qazılıq etmiş, daha sonra Ərətna bəyliyinin vəziri olmuş, ən sonda isə paytaxtı Sivas olmaqla özünün bəyliyini formalaşdırmışdır. Onun qurduğu bəylik "Qazı Bürhanəddinin dövləti" adlandırılmaqda idi. Özünün qurduğu bəyliyin müstəqilliyini qorumaq üçün o, Osmanlı, Məmlük, Qaramanoğulları və Ağqoyunlu dövlətlərinə qarşı 18 il mübarizə aparmışdır. O, müasir Azərbaycan türkcəsinə yaxın türkcədə şeirlər yazmışdır. Bundan başqa onun fars və ərəb dillərində yazılmış şeirləri də olmuş, eyni zamanda İslam şəriəti ilə bağlı araşdırmalar etmişdir. Onun yazmış olduğu divan türk dilində yazılmış ilk divandır. O, ümumiyyətlə müasir Azərbaycan və Türkiyə ədəbiyyatlarının qurucularından biri hesab edilir. O, xüsusilə Azərbaycan türkcəsində olan şeiriyyatın inkişafında xüsusi rol oynamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Qazi Bürhanəddin Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir.
Qazi Bürhanəddin bəyliyi
Qazi Bürhanəddin bəyliyi — Azərbaycan şairi, dövlət xadimi Qazi Bürhanəddin tərəfindən 1381-ci ildə qurulan tarixi dövlət. Görkəmli dövlət xadimi, məşhur sərkərdə və şair Qazi Bürhanəddin 1344-cü il-də Qeysəriyə şəhərində dünyaya göz açmışdır. O, mənşəyinə görə, qədim türk-oğuz boylarından sayılan Salur tayfasına mənsub idi. Belə bir ehtimal da var ki, onun qədim babaları Xarəzmdən gəlmişdilər. Şairin adı Əhməd, künyəsi Əbülabbas, təxəllüsü isə Qazi Bürhanəddin idi. O, irsən keçən qazilik hüququna malik, yüksək savad dərəcəsi və əsl-nəcabəti ilə məşhur olan bir ailədən idi. Qeysəri şəhərinin qazıları Cəlaləddin Həbib, Hüsaməddin Hüseyn, Siracəddin Süleyman bu nəsildəndirlər. Onun babası Siracəddin Süleyman Anadoluda yaradılmış Ərətna bəyliyinin banisi Sultan Ərətna bəy Uyğurun sarayında yaşamış və bəyliyin siyasi həyatında mühüm rol oynamışdır. Şairin atası Şəmsəddin Məhəmməd də öz dövrünün məşhur qazilərindən sayılır. Əhmədin anası isə səlcuq sarayında yaşamış məşhur dövlət xadimlərin birinin nəvəsi idi.
Şükür Bürhanov
Şükür Bürhanov (15 sentyabr 1910, Daşkənd, Rusiya Türkistanı general-qubernatorluğu – 15 avqust 1987, Daşkənd) — özbək aktyoru. SSRİ xalq artisti (1959). 15 sentyabr 1910-cu ildə Daşkənd şəhərində anadan olmuşdur. Kənd təsərrüfatı texnik məktəbində təhsil aldığı müddətdə dram klubunun işində iştirak etmişdir. 1927-ci ildən Özbəkistan Dövlət Dram Teatrında fəaliyyət göstərmişdir. 1929-1931-ci illərdə Özbəkistan Dövlət Dram Teatrının studiyasında oxumuşdur. Əsasən, romantik, psixoloji və satirik obrazlar yaratmışdır. Sov.İKP-nın üzvü idi. 15 avqust 1987-ci ildə Daşkənd şəhərində vəfat etmişdir. Daşkənddəki Çiqatay qəbiristanlığında dəfn edilmişdir.

Значение слова в других словарях