Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Burunlu
Burunlu (Zərdab) — Zərdab rayonunun inzibati ərazi vahidində kənd. Burunlu — Zəngilan rayonununda kənd.
Çubuxçu
Çubuxçu (erm. Վարդանաշեն) — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Sərdarabad (Oktemberyan) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 24 km məsafədə, Araz çayının yaxınlığında, Böyük Qarasu çayının yanında yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim çubuxlu türk etnoniminin fonetik forması olan çubuxçu tayfa adı əsasında əmələ gəlmişdir. -lı şəkilçisi ilə -çı şəkilçisi sinonim şəkilçilərdir (dağlı-dağçı, kəndli-kəndçi və s.). Etnotoponimdir. Quruluşca sadə toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 4.IV.1946-cı il fərmanı ilə adı dəyişdirilib, Vardanaşen (Vardan kəndi) qoyulmuşdur.
Burunlu (Zəngəzur)
Burunlu - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında (indi Ermənistanın Sisyan r-nunda) kənd adı. 1918-ci ildə Azərbaycan türklərindən ibarət əhalisi qovulmuş və kənd dağıdılmışdır. Toponim yerin coğrafi quruluşu, (orada dağ burnunun olması) ilə əlaqədardır.
Burunlu (Zərdab)
Burunlu — Azərbaycan Respublikasının Zərdab rayonunun inzibati ərazi vahidində kənd.
Burunlu kəpənəkçiçək
Burunlu kəpənəkçiçək (lat. Aconitum nasutum) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin kəpənəkçiçək cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilmək təhlükəsində olanlar" kateqoriyasına aiddir – EN A2c+3c. Qafqazın endemik növüdür. == Qısa morfoloji təsviri == Çoxillik ot bitkisidir. Kök yumrusu dəyirmidir. Gövdəsi 1 m-ə qədər hündürlükdədir. Yarpaqları çılpaq, kənarları xırda kirpikli, barmaqvari-5 yerə bölünmüşdür. Çiçək qrupu boş, bəsit və ya budaqlanan salxımlarda toplanmışdır. Qalpağı hündür, 1-2,5 sm hündürlükdə, aşağıya doğru əyilmiş buruncuqlu; çiçəkyanlığının yan hissələri dairəvidir.
Burunlu meymun
Uzunburun meymun, və ya Kахаu (lat. Nasalis larvatus) — Əntərmeymunlar fəsiləsinin Nazik bədən meymunlar yarımfəsiləsinə aid növ. Kalimantan adası ərazisindəki meşələrdə yaşayırlar. == Xariçi görünüşü == Uzunburun meymunları digər meymunlardan fərqləndirən əsas xüsusiyyət onların uzun burunlarıdır. Burunları xiyara bənzəyir, bu xüsusiyyət ancaq erkəklərə məxsusdur. Burnun yuxarı hissəsi sarı-qəhvəyi, aşağı hissəsi isə ağ xəzlə örtülü olur. Ayaqları, əlləri və quyruğu boz, tüksüz üzü isə qırmızı olur. Burnuları 66-75 sm olur. Quyruğu uzun olur. Erkəklər 16-22 kq arası çəkiyə malik olurlar.
Yaqub Zurufçu
Yaqub Zurufçu (8 aprel 1956, Təbriz – 14 sentyabr 2021, Bakı) — əslən Güney Azərbaycanlı tanınmış vokalist və musiqiçi. == Həyatı == Yaqub Zurufçu 8 aprel 1956-cı ildə Təbriz şəhərinin Çərandab məhəlləsində anadan olub. 7 yaşında Fərvərdin Mədrəsəsində ilk təhsilə başlayan Yaqub elə o illərdə Təbrizdə uşaq proqramlarında iştirak edib və məşhur "Cücələrim" mahnısı ilə həm Azərbaycanda, həm də İranda dillər əzbəri olmuşdu. 11 yaşında Azərbaycanın xalq mahnıları və bəstəkar mahnılarıyla tanış olan və onları məharətlə, şövqlə ifa edən Yaqub Zurufçu 15 yaşında Təbrizin Milli Televiziyasında ilk dəfə çıxış edərək, tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanan "Evləri var xana-xana", "De, gülüm gəlsin, ay nənə", "Dilbər" mahnılarını ifa etmişdi. Müğənni özünün musiqiyə olan böyük həvəsini, istedadını və oxumaq istəyini hər zaman atasının bir vaxtlar Bakıda yaşaması və Azərbaycan musiqisinə olan böyük sevgisi ilə izah edirdi. == Musiqi fəaliyyəti == Tamaşaçıların, çoxsaylı musiqi həvəskarlarının xahişi ilə onu sonralar da vaxtaşırı Təbriz və Tehranın Radio və Televiziyaları öz musiqili proqramlarında çıxış etməyə dəvət edirdilər. Ailədə 8 uşaqdan biri olan gənc Yaqub musiqi ilə yanaşı sonralar daha bir sənətə yiyələnmək üçün Tehran Universitetinin iqtisad fakültəsində ali təhsil almağa başlamış, eyni zamanda Tehran Operasının xorunda öz musiqi fəaliyyətini davam etdirmişdi. [[İran İslam İnqilabı|1979-cu ildə İranda Xalq İnqilabından]] 1 il sonra — 1980-ci ildə İranı tərk edib, Almaniyaya köçməli olmuşdu. O, öz peşəkar musiqi təhsilinə Hamburq şəhərində başlamış və vokal sənəti üzrə diplomlu musiqiçi kimi daha sonra Amerikanın Florida ştatının Myami Universitetində vokal sənəti üzrə ali mütəxəssis diplomuna layiq gövülmüşdü. Hər zaman ürəyində milli musiqi sevgisi yaşadan Yaqub Zurufçunun ən böyük, müqəddəs arzusu illərlə həsrətində olduğu, qəlbində böyük bir sevgi kimi yaşatdığı Azərbaycana gəlmək idi.
Buruqsu (Duzluca)
Buruqsu — Türkiyənin İğdır ilinin Duzluca ilçəsində kənd. == Tarixi == Kəndin köhnə adı qeydlərdə 1928-ci ildən 1960-cı ilə qədər Sükü kimi qeyd olunur. Bu tarixdən sonra kəndin adı dəyişdirilərək "Buruqsu" olmuşdur.
Burunlu (şişovurd) eliya
Burunlu (şişovurd) eliya (lat. Aelia rostrata) — Buğumayaqlılar tipinin Yarımsərtqanadlılar və ya Taxtabitilər dəstəsinə aid olan növ. == Xarici quruluşu == Bu növün başı qabaqdan aşağıya doğru az əyilmişdir. Xortum lövhəciklərinin kəsmə qabağının ön təpəsində üçbucaq şəklində iti dişlər vardır. Başına skul lövhəcikləri üzlükdən qabaq tərəfdə ensizdir. Rəngi bozumtul – sarı və bəzən açıq sarıdır. Uzunluğu 10–12 mm-dir. == Həyat tərzi == Bunlara qışda ziyankar bağacığın qışlama yerlərində daha çox təsadüf olunur. Kütləvi çoxalması müşahidə edilməmişdir. Qidalanan dövürdə əksəriyyətlə sünbüllər üzərində təsadüf olunur.
Bürünc
Bürünc — mis və sinkin ərintisindən alınan metal. Mis əsaslı ikiqat və ya çoxkomponentli ərintidir, burada əsas ərinti komponenti sinkdir (50%-ə qədər), bəzən qalay (sinkdən daha az, əks halda ənənəvi qalay bürünc), nikel, qurğuşun, qurğuşun, dəmir və digər elementlər əlavə olunur. Bürüncdə mövcud olan bəzi digər elementlər, qalay, qurğuşun, nikel, manqan, dəmir, alüminium, arsen, stibium və fosfordur. Tərkibində manqan olan bəzi bürünclərə tunc da deyilir. Əslində tunc (və ya bronz) mis-qalay ərintisidir. Mis-sink ərintiləri orijinal metallardan daha çox sərtliyə malikdir. Onlar cihazların, maşın hissələrinin və ev əşyalarının istehsalı üçün istifadə olunur. == Xüsusiyyətləri və növləri == Bürünc istehsalında istifadə edilən sinkin 50%-dən çoxu tullantılardan əldə edilir. Texniki bürünc adətən 48-50%-ə qədər sink təşkil edir. Sink tərkibinə görə Alfa bürünc və alfa+beta bürünc ilə fərqlənir.
Sürücü
Sürücü bu mənaları ifadə edə bilər: Sürücü (nəqliyyat) — nəqliyyat vasitəsi idarə edən şəxs. Sürücü yaxud drayver — kompüterin funksiyalarını idarə edən bir növ proqram.
İlk komsomol buruğu
== Məzmun == Film Azərbaycan neftçilərinə, qazmaçıların ilk komsomol zərbəçi briqadasına, onların fəaliyyətinə həsr olunmuşdur. Həmçinin filmdə xarici kəşfiyyatların niyyətlərinin gənclər tərəfindən ifşa edilməsindən bəhs edilir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifi: Katerina Vinoqradskaya Quruluşçu rejissor: Boris Medvedev, İvan Frolov Quruluşçu operator: İvan Frolov Quruluşçu rəssam: Aleksandr S. Qonçarski === Rollarda === Ağarza Quliyev — Məmməd Hüseyn Seyidzadə — neftçi L.Lomidze V.Pokrovskaya Y.Qudkin A.Kraskovski == İstinadlar == == Mənbə == Şəmsəddin Abbasov. "Sovet Azərbaycanının kinosu" //Kommunist.- 1958.- 29 avqust. Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр.
Buruc
Buruc — Azərbaycan Respublikasının Tərtər rayonunun inzibati ərazi vahidində kənd. Buruc kənd inzibati ərazi dairəsinin mərkəzidir. == Tarixi == Dağətəyi düzənlikdədir. İlk dəfə XVI əsrə aid mənbələrdə Buruncru variantında təsadüf olunur. 1917-ci ildə Cavanşir qəzasında Təzə Bruc və Bruc Həsənqaya adlı iki yaşayış məntəqəsi, Lənkəran qəzasında Burçalı, 1933-cu ildə Zəngilanda Burcalılar adlı kəndlər qeydə alınmışdır". Mənbələrin məlumatına görə, kənd əvvəllər Ağdərə rayonunun İorbulaq adlı ərazisində olmuşdur. 1918-ci ildə erməni qırğınları zamanı əhali indiki əraziyə köçmüş, yeni yaşayış məntəqəsinə əvvəlki adı verilmişdır. Ərazidə Buruc adlı əkin yeri də var. Kəndin əhalisi yerli BUruc camaatı təşkil edir Azərbaycan dilinin yerli dialektlərində burusux tutqun", buruz "ədavət, kin", "acıqlı, kinli"( bu ləqəblər adlar onlara ona göre verilmişdir ki, olar öz tayfalarına hansısa qarətciləri yaxın buraxmır düşmən tayfalara qorxunc kin bəx etmişdilər) mənalarında işlənməkdədir Buruc sözunun məşəyi qədim tür tayfalarının adı ilə bağlıdır.Türküyədə və keçmiş irəvan xanlıqı ərazisində Buruc düzü deyilən ərazilər möcud olub.bəzi mənbələrin məlumatnda göre Buruc adının mənası Bürc və Burc adlarnan götürülüb.Buruc əhalisi ta qədimdən hec bir tayfa ilə geniş əlaqəsi olmayan bir tayfa olaraq hələdə mövcudur(yani bu tayfa hamısı bir birinə sıx qohumluq əlaqələri ilə bağlıdır).Buruc tayfası sırf İrəvan xanlıqının bəzi əraziləri Qarabağ ərazisinin ən qədim və yerli tayfasıdır.kəndin əsas məşquliyyəti əkincilik və maldarlıqdan ibarəti.Kəndin indiki ərazisi bəzi mənbələrdə 7 təpə adlanır. 7 təpə adlanmaqının səbəbi həmən ərazidə 7 ədəd 4 böyük 3 xırda qədimi təpədən ibarət olmasıdır..
Bürünc atlı
Bürünc atlı (poema) — Aleksandr Puşkinin poeması. Bürünc atlı (heykəl) — I Pyotrun Sankt-Peterburqun Senat meydanında XVIII əsrdə ucaldılmış heykəli.
Bürünc medal
Bürünc medal — mükafat olaraq istifadə edilən medal növlərindən biri. Hər hansı yarış müsabiqəsində yarış iştirakçıları arasında üçüncü yeri tutan iştirakçıya bürünc medalı təqdim edilir. Ənənəvi olaraq birinci və ikinci yeri tutan qaliblər müvafiq olaraq qızıl və gümüş medallarla mükafatlandırılır. == Tarix == Belə fərqli bir rozetin anlayışı ilk növbədə orta əsrlərdə hərbi işdə döyüşçülərin fərqləndirilməsi zamanı yaranmışdı, lakin vaxt keçdikcə qeyri-döyüş əvəzi bürünc medalı kimi adlandırıldı. Orta əsrlərdə bürünc medalı "Şöhrət sahəsinə layiq" və "Hərbi şücaət" adı kimi təqdim edilirdi. Bir sıra turnirlərdə, boks, cüdo, taekvondo və güləş kimi bəzi idman növlərində iki bürünc medal qazanmaq mümkündür. Birinci bürünc medalının sahibi açıqlandıqdan sonra hər yarım finalistə artıq bir bürünc medalının sahibi olmaq üçün yenidən şans verilir. == Olimpiya oyunları == Qədim Olimpiya Oyunlarının müsabiqələrində əsas Olimpiya mükafatı medal yox idi. 1896-cı ildə mükafatlandırma qaydası təsis edildi və yerindən asli olmayaraq yalnız, gümüş medal təqdim olunurdu. 1904-cü ildə isə Olimpiya Oyunlarında keçirilən yarış müsabiqəsinin təşkilatçıları tərəfindən ilk üç yerin qalibinə qızıl, gümüş və bürünc medalları təşkil olundu.
Oyun qurucu
Oyun qurucu məşqçinin verdiyi tapşırıqları anlamalı və yerinə yetirməli, oyunun tempinə nəzarət etməlidir. Hücumların başladılması və inkişafı da onun vəzifələrindəndir. Bu mövqedəki oyunçular: NBA-də: Kris Paul, Derrik Rouz, Toni Parker, Stiven Kurri, Kayri Irving, Rasl Vestbrook, Rajon Rondo və s.
Sürücü (film)
Sürücü (ing. Drive) — Nikolas Vendinq Refnin rejissorluğu ilə 2011-ci ildə çəkilmiş film. Ceyms Sallisin 2005-ci ildə yazıdığı eyniadlı kitab əsasında çəkilib, filmin ssenari müəllifi Hüseyn Aminidir. Baş rolda Rayan Qoslinq çəkilib. == İstinadlar == == Xarici keçidlər == Drive — Internet Movie Database saytında.
Balaca sürücü
Balaca sürücü (ing. Baby Driver) — Edqar Raytın rejissoru və ssenari müəllifi olduğu 2017-ci ildə çəkilmiş döyüş, komediya və cinayət filmi. Filmdə baş rollarda Anzel Elqort, Kevin Speysi, Lili Ceyms, Eiza Qonzalez, Con Hamm, Yami Foks və Con Berntal yer alır. == Məzmun == Balaca ləqəbli gənc oğlan sükan arxasında özünə rəqib tanımır. Bundan başqa, o, hər zaman musiqi dinləməyi xoşlayır. Onun həyatı başdan-ayağa adrenalinlə doludur. Qanqster qrupunun sürücüsü işləyən gənc bir gün aşiq olur və oyundan çıxmaq istəyir. Lakin bu bataqlıqdan çıxmaq elə də asan olmur.
Bürünc diabet
Hemoxromotoz (ing. haemochromatosis), bürünc diabet (ing. bronze diabetes), siderofiliya (ing. iron-storage disease) – Anadangəlmə olub, dəmirin toxumalara artıq toplanması, hepatomeqaliya, artropatiya (II və III əl darağı falanqa oynaqlarının zədələnməsi), qəhvəyi rəngli dəri, hipoqonodizm, şəkərli diabet, durğunluq ürək çatışmazlığı ilə xarakterizə olunur. Yatrogen səbəbdən 2-cili hemoxromatoz yarana bilər.
Sürücü (dəqiqləşdirmə)
Sürücü bu mənaları ifadə edə bilər: Sürücü (nəqliyyat) — nəqliyyat vasitəsi idarə edən şəxs. Sürücü yaxud drayver — kompüterin funksiyalarını idarə edən bir növ proqram.
Burcu Biricik
Burcu Biricik Tekin (4 may 1989, Elmalı, Antalya ili) — Türkiyə aktrisası. == Həyatı == 4 may 1988-ci ildə Antalyada anadan olub. Köçəri mənşəlidir. 2006-cı ildə Antalyada keçirilən "Miss Mediterranean" gözəllik müsabiqəsində Aralıq dənizi kraliçası seçilib. Orta məktəb illərində qatıldığı teatr festivalında mükafat aldıqdan sonra peşəkar aktyor olmağa qərar verən Biricik, Ege Universitetinin Arxeologiya fakültəsində bakalavr təhsilini tamamladı və eyni zamanda Bornova Bələdiyyəsi Şəhər Teatrında aktyorluq təhsili aldı. Biricik aktrisalıq karyerasına Bornova Bələdiyyəsi Şəhər Teatrında təcrübəçi kimi başlamışdır. Burada o, "İkidən biri", "Qocanın ziyarəti", "Gözümü yumuram", "Vəzifəmi yerinə yetirirəm" və "Yeddi ərli Hörmüz" kimi müxtəlif tamaşalarda rol alıb. O, 2016-cı ildə Emre Yetkinlə ailə həyatı qurub. == Filmoqrafiya == 2007-ci ildə Show TV-də yayımlanan "Macholar" serialındakı yan rolu ilə televiziyada debüt etdi.Daha sonra "Torpaq jurnalı" adlı qısametrajlı film çəkən Biricik 2011-ci ildə Kanal D-də yayımlanan "Artiz Mektebi"nin aktyorluq yarışmasına qatılaraq birinciliyi Alican Aytekinlə bölüşüb. Daha sonra 2011-ci ildə "Möhtəşəm əsr" teleserialında və 2012-ci ildə "Ustura Kamal" serialında kiçik rollar oynayıb.
Burcu Özberk
Burcu Özbərk (12 dekabr 1989, Əskişəhər) — Türk aktrisa. Hacettepe Universiteti Ankara Dövlət Konservatoriyası Teatr Fakültəsinin məzunu Özbərk ilk ekran təcrübəsini 2013-cü ildə "Muhteşem Yüzyıl" serialında yaşayıb və bu serialda Huricihan Sultan obrazını canlandırıb. “Güneşin Kızları” serialındakı Nazlı Yılmaz obrazı onun karyerasında dönüş nöqtəsi olub. Erdal Beşikçioğlunun Təcrübə Səhnəsində Marquis de Sade Quills və Woyzeck Tale tamaşalarında iştirak etmişdir. 2017-2018-ci illər arasında TRT 1-də yayımlanan Aslan Ailem serialında rol alıb. Daha sonra Direniş Karatay filmində Türkan obrazını canlandırdı.Daha sonra 2019-2020-ci illər arasında Çağlar Ertuğrul ilə Kanal D-də yayımlanan "Afili Aşk" serialında rol alıb. Bu serialla o, Qızıl Kəpənək Mükafatlarında Romantik Komediyada Ən Yaxşı Qadın Oyunçu Mükafatını qazandı. O, 2020-ci ildə FOX-da yayımlanan Uşaqlıq serialında Ayşegül obrazını canlandırıb. 2021-ci ildən eyni kanalda yayımlanan Aşk Mantık İntikam serialında Esra obrazı ilə baş rola çəkilir.
Burcu Özbərk
Burcu Özbərk (12 dekabr 1989, Əskişəhər) — Türk aktrisa. Hacettepe Universiteti Ankara Dövlət Konservatoriyası Teatr Fakültəsinin məzunu Özbərk ilk ekran təcrübəsini 2013-cü ildə "Muhteşem Yüzyıl" serialında yaşayıb və bu serialda Huricihan Sultan obrazını canlandırıb. “Güneşin Kızları” serialındakı Nazlı Yılmaz obrazı onun karyerasında dönüş nöqtəsi olub. Erdal Beşikçioğlunun Təcrübə Səhnəsində Marquis de Sade Quills və Woyzeck Tale tamaşalarında iştirak etmişdir. 2017-2018-ci illər arasında TRT 1-də yayımlanan Aslan Ailem serialında rol alıb. Daha sonra Direniş Karatay filmində Türkan obrazını canlandırdı.Daha sonra 2019-2020-ci illər arasında Çağlar Ertuğrul ilə Kanal D-də yayımlanan "Afili Aşk" serialında rol alıb. Bu serialla o, Qızıl Kəpənək Mükafatlarında Romantik Komediyada Ən Yaxşı Qadın Oyunçu Mükafatını qazandı. O, 2020-ci ildə FOX-da yayımlanan Uşaqlıq serialında Ayşegül obrazını canlandırıb. 2021-ci ildən eyni kanalda yayımlanan Aşk Mantık İntikam serialında Esra obrazı ilə baş rola çəkilir.
Buruc Surəsi
85-ci surə əl-Buruc (Bürclər) surəsi (Məkkədə nazil olmuşdur, 22 ayədir). Surə adını ilk ayədə işlənən və bürclər mənasını verən əl-Buruc sözündən götürmüşdür. Sürənin Məkkə dövrünün ortalarında bütpərəstlərin müsəlmanlara qarşı əziyyət və işgəncələrə başlamalarından sonra endirildiyinə inanılır. Buruc sürəsində Allahın qüdrətindən, Allah uğrunda sıxıntı çəkənlərin cənnətə gedəcəklərindən, müsəlmanlara zülm edənləri üçün isə pis sonun olduğundan bəhs edilir.
Buğa bürcü
Buğa lat. Taurus — Zodiak bürclərindən biri. Şimal Yarımkürəsinin bürclərindən olub qışda görünür. Ən parlaq ulduzu Əldebarandır. Qərb tərəfdən Qoç, şərq tərəfdən Əkizlər, şimaldan Persey və Arabaçı, cənub şərqdən Orion, cənub qərbdən Balina və Eridan ilə qonşudur.
Büruç (Zəncan)
Büruç — İranın Zəncan ostanında kənd.. == Coğrafi yerləşməsi == Mərkəzi şəhristanının Sirdan bölgəsinin Aşağı Tarım kəndistanında, Sirdan qəsəbəsindən 26 km cənub-qərbdədir.
İlk komsomol buruğu (film, 1930)
== Məzmun == Film Azərbaycan neftçilərinə, qazmaçıların ilk komsomol zərbəçi briqadasına, onların fəaliyyətinə həsr olunmuşdur. Həmçinin filmdə xarici kəşfiyyatların niyyətlərinin gənclər tərəfindən ifşa edilməsindən bəhs edilir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifi: Katerina Vinoqradskaya Quruluşçu rejissor: Boris Medvedev, İvan Frolov Quruluşçu operator: İvan Frolov Quruluşçu rəssam: Aleksandr S. Qonçarski === Rollarda === Ağarza Quliyev — Məmməd Hüseyn Seyidzadə — neftçi L.Lomidze V.Pokrovskaya Y.Qudkin A.Kraskovski == İstinadlar == == Mənbə == Şəmsəddin Abbasov. "Sovet Azərbaycanının kinosu" //Kommunist.- 1958.- 29 avqust. Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр.