Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Burduq
Burduq — Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Gərnibasar mahalı ərazisində kənd.
Buruq
Buruq — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. Ərazisi 5 km² (504 ha), əhalisi 368 nəfər (2016). Etnik tərkibi: 85 % azərbaycanlı və qarışıq, 15 % talış. Adının mənası qədim talış dilində "isti yer", "güney" deməkdir. Kənddə Alihəmdəm, Qulamlı, Məcidli, Dadi, Bağırlı, Ağayarlı-Ruhullahlı və Cəfərli tayfaları yaşayır. Ağayarlı tayfasının qədim İran-Parfiya sülaləsi Mehranilərdən gəldiyi güman olunur. Kənddə tayfa münasibətləri daim gərgin olmuşdur == Tarixi == Buruq kəndi XVIII əsrdən mövcud olsa da, onun ərazisində Paleolit və Tunc dövrü məskənləri aşkar edilmişdir. Belə ki, Gilgil, Xortaxaran, Haləsər, Kalannığıl, Sığəsər, Bicar və Loçığ kimi qədim yaşayış məskənlərinin tarixi min illərlə ölçülür. Kənd ərazisindəki toponimlərin əksəriyyəti talış dilindədir.[mənbə göstərin] == Coğrafiyası == Talışın orta dağlıq hissəsində yerləşən Buruq kəndi əsasən Neogen çöküntülərindən ibarət yamaclarda yerləşir. Ən hündür nöqtəsi Qızqotəpə 957 m-dir.
Buruq ürəkotu
Buruq ürəkotu (lat. Cardamine flexuosa) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin ürəkotu cinsinə aid bitki növü. == Sinonimləri == Barbarea arisanensis (Hayata) S.S.Ying Cardamine arisanensis Hayata Cardamine debilis D.Don [Illegitimate] Cardamine decurrens Zoll. & Moritzi Cardamine drymeja Schur Cardamine duraniensis Revel ex Des Moul. Cardamine fallax var. glabra Nakai Cardamine flexuosa var. bracteata O.E.Schulz Cardamine flexuosa subsp. debilis O.E.Schulz Cardamine flexuosa var. debilis (O.E.Schulz) T.Y.Cheo & R.C.Fang Cardamine flexuosa var. flexuosa flexuosa Cardamine flexuosa var.
Okan Buruq
Okan Buruk (19 oktyabr 1973, İstanbul) — türk peşəkar futbol meneceri və keçmiş oyunçu. O, hazırda Super Liqa təmsilçisi "Qalatasaray"-ın baş məşqçisidir. Keçmiş yarımmüdafiəçi kimi "Qalatasaray", "İnter Milan", "Beşiktaş" və "İstanbul Başakşehir" kimi klublarda çıxış edib.
Dərinlik-buruq süxurlar
Dərinlik-buruq süxurları (DBS) - neft mədəni yerlərində kəşfiyyat quyuları qazılarkən və istismarı dayandırılmış neft quyuluranın təkrar istismarı üçün aparılan yeraltı təmir işləri zamanı yerin səthinə lay suları ilə axıdılıb çala və çökəkliklərdə toplanan şlam çöküntüləridir. == Süxur == Həmin çöküntülər ikinci cahan müharibəsi dövründə Abşeron yarımadasında süni yaradılmış çalalarda xam neftin toplanması və çökdürülməsi zamanı da əmələ gəlmişdir. Ona görə də dərinlik-buruq süxurları genezislərinə görə iki tipə ayrılırlar: Neft buruqlarının qazılması və təmiri zamanı lay suları ilə yaranan DBS; Xam neftin çıxarılıb anbarlaşdırılması və çökdürülməsi zamanı yaranan DBS. Hər iki tipə məxsus DBS neft məhsulları ilə bu və ya digər dərəcədə hopmuşlar.
Bulduq
Bulduq (Sabirabad) — Sabirabad rayonunun inzibati ərazi vahidində kənd. Bulduq (Zəncan) — İranın Zəncan ostanında kənd.
Burdun
Burdun — İrəvan xanlığının Gərnibasar mahalında kənd adı 1828–1832-ci illərdə Azərbaycan türklərindən ibarət əhalisi qovulmuş və kənd dağıdılmışdır (yenə orada). Türk dillərində bor, bur boz və ton təpə sözlərindən ibarətdir.
Burdur
Burdur — Türkiyənin Burdur ilinin inzibati mərkəzi.
Burjua
Burjuaziya (fr. Bourgeoisie fr. bourg; alm. burg‎ - şəhər) — kapitalist cəmiyyətinin mülkiyyətə (pul vəsaiti, istehsal vasitələri, torpaq,patent) malik olan və ondan gələn gəlirlə yaşayan sosial sinfi. == Tarixi == Orta əsrlərdə cəmiyyət şəhərlilərə və kəndlilərə bölünürdü. Burjuaziya isə seçilmiş şəhər sakinləri adlanırdı. Feodalizm dövründə isə azsaylı şəhər əhalisini kəndli kütləsindən ayırmaq üçün onları burjuaziya, tək halda isə burjua adlandırırdılar. Tezliklə "Burjuaziya" termini öz əhəmiyyətinə görə "üçüncü təbəqə" anlayışına yaxın idi. "Üçüncü təbəqə" XV əsrdən imkanlı şəhər əhalisi təbəqəsini nəzərdə tuturdu. Fransada feodalizmin dağılması ilə burjuaziya (tacirlər, sənətkarlar, imkanlı kəndlilər) cəmiyyətin sosial cəhətcə ən fəal hissəsinə çevrilməyə başladılar.
Bursut
Bursut — Azərbaycan Respublikasının Astara rayonunun Asxanakəran kənd inzibati ərazi dairəsində kənd. Bursut Astara rayonunun Asxanakəran inzibati ərazi vahidində kənd. Dağətəyi ərazidədir. Oykonimi tədqiqatçılar "alış-veriş yeri, bazar" mənasında izah edirlər. Altayda Bursol adlı yaşayış məntəqəsi, Türkiyədə Bursal şəhəri var. == Etimologiyası == Burs talış dilində "alqı-satqı yeri", ut komponenti isə qədim türk dillərində sözdüzəldici şəkilçidir.
Burzum
Burzum — 1991-ci ildə Norveçdə qurulan blək-metal musiqi qrupu. Hazırda fəaliyyətini elektronik və embient janrlarında davam etdirir. == Haqqında == Varq Vikernes (Qraf Grishnackh) tərəfindən qurulan və hələ də tək fərd proyekti olaraq davam edən Burzum, 1991-ci ildə Bergen, Norveçdə qurulmuş və Norveç black metalının ilk illərində gözə batmağı bacarmışdır. 1992 və 1993 illəri boyunca Burzum dörd albom yayımlamışdır; lakin Vikernes, gitarist Öysteyn "Yuronimus" Orşeti öldürməsi və bir neçə kilsə yandırma hadisəsinə qarışdığı üçün həbs olunmuşdur. Həbsdə iki albom daha yayımlayan Vikernes; bass gitara, gitara və bateriya kimi alətlər olmadığı üçün sintezator istifadə edərək dark ambient tərzində iki albom daha yayımlamışdır. Burzum, black metal tarixində ən əhəmiyyətli qruplardan biri olmuşdur. == Üzvləri == Varq Vikernes – Bergen şəhərində anadan olub. 1991-ci ildə qurduğu fərdi musiqi proyekti Burzum, erkən Norveç black metal səhnəsində sürətlə yüksəlişə keçdi. 1992-ci ildə Mayhemə qoşulan Vikernes, Count Grishnackh olaraq tanınmağa başladı. Bu vaxt ərzində musiqiçi, paqanizm ilə yaxınlaşdı və German neopaqanizmi ilə əlaqədar yazılar nəşr etdirdi.
Burşun
Buzluq
Buzluq — buz qatı və ya təbəqəsi ilə örtülmüş ərazi. Buzluq (Goranboy) — Goranboy rayonunda kənd. Buzluqçay — Goranboy rayonu ərazisində çay, Kürəkçayın sağ qolu. Buzluq dağı — Kəlbəcər rayonu ərazisində dağ.
Baruq
Barıq (Qoşaçay)
Buduq
Buduq — Azərbaycan Respublikasının Quba rayonunun eyni adlı inzibati ərazi vahidində kənd və həmin ərazi vahidinin mərkəzi. Şahdağ xalqlarının nümayəndələrindən biri olan buduqluların tarixi, mərkəzi iqamətgahı. Quba xanlığı dövründə Buduq mahalının, Çar Rusiyası dövründə Buduq sahəsinin, SSRİ dövründə Buduq kənd sovetliyinin, hazırda Buduq bələdiyyəsinin mərkəzi (1999-cu ildən). Şimaldan-Karlac, Suxtəkələ, Tülər, Əlik və Xəngah Şərqdən-Söhüb Cənubdan-Rük Qərbdən Zeyid və Yergüc kəndləri ilə həmsərhəddir == Tarixi == Qədim tarixə məskənlərin bolluğu ilə seçilən Qubanın topanimakasına nəzər salsaq burada neçə-neçə yüzillər bundan əvvəl xatırlanan yeradlarının bolluqunu görərik. Buduq belə məskənlərdən biridir. Qubanin 64;km cənubi-qərbində, Qaraçayın sol sahillində 2 km aralı, Böyük-Qafqazın yan siisiləsinin yamacında yerləşən Buduq kəndi buduqluların yaşayış məskəni olmuş və indi də əsas yaşayış yerləri olaraq qalmaqdadır. Buduq yastanında Gülxana(Güləxana)karst maqarasının və eləcə də Qaraçayın sağ sahilində Əmbərə dağında insan əli ilə yonulmuş Qaşa mağarasının olması həmin ərazidə ibtidai insanların yaşadığından soraq verir. Meşəsiz dağll yamacda yerləşən Buduqun stareşi əhəmiyəti də böyükdür. Buduq kəndində buduq dilində danışan, buduqlular yaşayır. Buduq etnik qrupu, tarixi və etnoqrafik tərəfdən çox az araşdırılıb.
Buraq
Buraq (ərəb. البُراق‎) — Məhəmməd peyğəmbəri Meraca aparan məxluq. Buraq sözü ərəbcə "ildırım sürətli" deməkdir. Rəvayətə görə Buraq Məhəmməd peyğəmbəri bir göz qırpımında Məkkədən Qüdsdəki Əl-Əqsa məscidinə çatdırmış, sonra səmaya qalxmışdır. Rəvayətə görə Rəcəb ayının 27-si gecəsi Məscidül-Həramdan Əl-Əqsa məscidinə Buraq ilə aparıldı. == Mənbə == İslam (qısa məlumat kitabı). Azərbaycan Sovet Ensiklopediyasının Baş Redaksiyası. Bakı: 1989, səh.36.
Buruc
Buruc — Azərbaycan Respublikasının Tərtər rayonunun inzibati ərazi vahidində kənd. Buruc kənd inzibati ərazi dairəsinin mərkəzidir. == Tarixi == Dağətəyi düzənlikdədir. İlk dəfə XVI əsrə aid mənbələrdə Buruncru variantında təsadüf olunur. 1917-ci ildə Cavanşir qəzasında Təzə Bruc və Bruc Həsənqaya adlı iki yaşayış məntəqəsi, Lənkəran qəzasında Burçalı, 1933-cu ildə Zəngilanda Burcalılar adlı kəndlər qeydə alınmışdır". Mənbələrin məlumatına görə, kənd əvvəllər Ağdərə rayonunun İorbulaq adlı ərazisində olmuşdur. 1918-ci ildə erməni qırğınları zamanı əhali indiki əraziyə köçmüş, yeni yaşayış məntəqəsinə əvvəlki adı verilmişdır. Ərazidə Buruc adlı əkin yeri də var. Kəndin əhalisi yerli Buruc camaatı təşkil edir. Azərbaycan dilinin yerli dialektlərində burusux tutqun", buruz "ədavət, kin", "acıqlı, kinli"( bu ləqəblər adlar onlara ona göre verilmişdir ki, olar öz tayfalarına hansısa qarətciləri yaxın buraxmır düşmən tayfalara qorxunc kin bəx etmişdilər) mənalarında işlənməkdədir Buruc sözunun məşəyi qədim tür tayfalarının adı ilə bağlıdır.Türküyədə və keçmiş irəvan xanlıqı ərazisində Buruc düzü deyilən ərazilər möcud olub.bəzi mənbələrin məlumatnda göre Buruc adının mənası Bürc və Burc adlarnan götürülüb.
Burun
Burun — əsasən tənəffüs və iybilmə üçün istifadə olunan, insan və ya heyvan üzünün bir hissəsi. == Quruluşu == Burun iki hissədən ibarətdir: xarici burun və daxili burun. Daxili burun burun boşluğu da adlanır. Xarici burun üzün ortasında yerləşərək qığırdaq və sümük toxumalarından təşkil olunub. Burun boşluğu çoxqatlı yastı epitellə örtülüdür. Burada çoxlu miqdarda selikli vəzilər yerləşir. Burun boşluğunda qoxu və tənəffüs nahiyələri ayrılır. Tənəffüs nahiyəsində havanı isitmək üçün mağaralı venoz kələf, selik vəziləri və kirpikli epitel yerləşir. Burun divarının içində yerləşən burun tükcükləri yad cisimləri (toz, qum) tutub saxlayır. Burnun iç hissəsi tüklü və nəmli olduğundan kənar mühitdən alınan hava təmizlənir və nəmləndirilir.
Burğu
thumb|right|100px|Polad burğusu: Təpə bucağı 118°, Tilin mailliyi 27° Burğulama — metalların və süni materialların deşilməsində tətbiq olunan texnoloji əməliyyat növüdür. Bu əməliyyatı yerinə yetirmək üçün tətbiq olunan alətə burğu deyilir. Burğu çevrəvi deşiklərin tam materialda açılması üçün tətbiq olunur. Burğulama prosesində kəsmə iki hərəkətin cəmi nəticəsində yaranır: fırlanma - burğu və hissə, hər ikisi fırlanır, uzununa hərəkət - oxboyu veriş. Burğulama həm də artıq açılmış deşiklərin böyüdülməsi üçün də tətbiq olunur. Konstruksiyasına görə aşağıdakı növləri vardır: spiralvari, lələkli, dərinlik burğuları, mərkəzləyici, burğulama başlıqları, üzükformalı. Ən geniş yayılmış növü spiralvari burğudur. O müxtəlif həndəsi formalı deşiklərin hazırlanması üçün tətbiq olunur. Adətən tezkəsən alət poladından və ya da bərk xəlitədən hazırlanır. Burğuların ölçüləri normativləşdirilib.
Buxus
Şümşad (lat. Buxus) — bitkilər aləminin şümşadçiçəklilər dəstəsinin şümşadkimilər fəsiləsinə aid bitki cinsi. Şümşad cinsinə daxil olan nümayəndələr həmişəyaşıl kol, yaxud ağacdır. Gec böyüyür. Hündürlüyü 2–12 m, bəzən hətta 15 m olur. Latınca adı yunanca buxe - sıx, bərk sözündən götürülüb ki, bu da oduncağının sıx və möhkəm olmasına görədir. == Yayılması == 3 böyük yayılma ərazisi var: Afrika - Ekvatorial Afrika dan cənubda və Madaqaskar adasındakı meşə və meşə-çöl sahəsi Mərkəzi Amerika - Meksikanın şimal hissəsi və Kubanın cənubuna tərəf olan tropik və subtropik zonalarda Avrasiya - Britaniya adalarından Cənubi Avropa, Kiçik və Ön Asiya, Zaqafqaziya, Çindən Yaponiya və Sumatra adalarına qədər olan ərazi. Azərbaycanda əsasən Lənkəran, Astara və Lerik rayonları ərazisində geniş yayılmışdır. == Növləri == === Azərbaycanın dərman bitkiləri === Kolxida şümşadı (Buxus colchica Pojark.) Hirkan həmişəyaşıl şümşadı (Buxus sempervirens subsp.
Leon Burjua
Leon Viktor Oqyust Burjua (fr. Léon Victor Auguste Bourgeois; 29 may 1851[…] – 29 sentyabr 1925[…]) — Fransız dövlət xadimi və vəkili, 1920-ci il Nobel sülh mükafatı laureatı. İqtisadi bərabərlik, genişləndirilmiş təhsil imkanları və kooperativ həmrəylik ilə yanaşı mütərəqqi gəlir vergiləri və sosial sığorta sxemləri kimi mütərəqqi vergitutmanı, xarici siyasətdə isə güclü Millətlər Birliyi və məcburi arbitrajı, nəzarətdə olan silahsızlanma, iqtisadi sanksiyalar və bəlkə də beynəlxalq hərbi qüvvə yolu ilə barışı təbliğ edib. == Həyatı == Parisdə anadan olan Burjua, hüquq təhsili alıb. İctimai işlər şöbəsinə tabe ofisdə (1876) çalışıb. Ardıcıl olaraq Tarn (1882) və Yuxarı Qaronnanın (1885) prefekti olan Leon Burjua Daxili İşlər Nazirliyində çalışmaq üçün Parisə qayıdıb. 1887-ci ilin noyabrında Jül Qreyvinin prezidentlikdən istefa verdiyi zaman Polis Prefekti olub. Növbəti ildə Ceorci Bulanjeyə rəqabəttə Marnaya millət vəkili seçilərək Palataya girərək, Radikal Solçulara qatılıb. 1888-ci ildə Şarl Floqenin nazirliyində Daxili İşlər üzrə müşavir olub. 1889-cu ildə onunla birlikdə istefa verdikdən sonra Reyms üçün palataya geri dönüb.
Qurcuq (Miyanə)
Qurcuq (fars. گورجيق‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 115 nəfər yaşayır (38 ailə).
Qurxud (Sərab)
Qurxud (fars. قورخود‎) - İranın Şərqi Azərbaycan ostanının Sərab şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 54 nəfər yaşayır (11 ailə).
Borluq (Qars)
Borluq — Türkiyənin Qars vilayətinin Mərkəz rayonunda kənd. Əhalisi 217 nəfərdir (2022).
Burxan Qurbani
Burhan Qurbani (fars. برهان قربانی‎) (15 noyabr 1980, Erkelens[d], Şimali Reyn-Vestfaliya) — həzaraəsilli Almaniya kinorejissoru, yazıçısı və aktyoru. Onun rejissorluq, ssenaristlik və aktyorluq işlərinə "Şəhadət" (2010), "20xBrandenburq" (2010) və "İllüziya" (2007) daxildir. Onun Alfred Döblinin müasir klassik romanı "Berlin, Aleksanderplats" əsərini müasir dövrə adaptasiyası 2020 Berlin Beynəlxalq Film Festivalının əsas müsabiqəsi üçün seçilmişdi. == Şəxsi həyatı == Qurbani əslən Əfqanıstandandır və həzara etnik qrupuna aiddir. Sovet İttifaqının Əfqanıstanı işğalı zamanı ailəsi Almaniyaya köçmüşdür.
Bürdxun
Bürdxun — İranın Buşehr ostanının Dəyyer şəhristanının Bürdxun bəxşində şəhər və onun mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 4 300 nəfər və 931 ailədən ibarət idi.
Ejen Bürnuf
Ejen Bürnuf (12.8.1801, Paris – 28.5.1852, Paris) — fransız şərqşünası. == Həyatı == Xartiyalar məktəbində (1822) və Hüquq məktəbində (1823–24) təhsil almışdır. Kollej de Fransın professoru (1832) və Fransa İnstitutu Kitabələr Akademiyasının üzvüdür. == Fəaliyyəti == Pali dilinin elmi tədqiqinin əsasını qoymuş, buddizm problemləri ilə məşğul olmuş, Avesta ədəbiyyatı və dilini araşdırmışdır. "Bhaqavat-purana"nı fransız dilinə tərcümə etmişdir (1–5 cildlər, 1840–98).
Mürdüq (Marağa)
Mürdüq (fars. ‎‎‎مردوق‎‎) — İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 808 nəfər yaşayır (173 ailə).