Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Cücanlı
Cücanlı — Azərbaycan Respublikasının Gədəbəy rayonunun İsalı kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == == Toponimikası == Axınca çayının sahilində Şahdağ silsiləsinin ətəyindədir. Keçmiş adı Cucanbəyli olmuşdur. Yerli əhalinin verdiyi məlumata görə, yaşayış məntəqəsini XIX əsrdə Tovuz r-nundakı Əlibəyli kəndindən köçüb gəlmiş Cücənbəy adlı şəxs salmış və kənd də onun adı ilə adlandırılmışdır. 1917-ci ildə bu kənd Cüncübəy şəklində qeydə alınmışdır. Oykonim çaçanlı və ya cancanlı etnonimi ilə də bağlı ola bilər. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 144 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Cüzam
Lepra (yun. lepra) – insanda xroniki infeksion xəstəlik. Cüzam və ya lepra-Hansen basili (Mycobacterium leprae) adı verilən bir mikroorganizmanın ortaya çıxardığı, periferik sinir sistemi və dəri başda olmaq üzrə bir çox sistem və orqana təsir edən yoluxucu bir xəstəlikdir.Xəstəlik səbəbi olan basil 1873-cü ildə Norveç həkimi Gerhard Armauer Hansen tərəfindən tapılmışdır. Hansen basili bəzi xüsusiyyətləri baxımından vərəm xəstəliyinin səbəbi olan Koch basilinə oxşayır. Təbiətdə yalnız insan bədənində olan Hansen basilinin süni mühitlərdə çoxalması mümkün olmayıb. Basil, insandan əlavə yalnız Cənubi Amerikada yaşayan Armadillo və bəzi siçan növlərində xəstəliyə yol aça bilməkdədir.Bu xəstəliyin yaranmasına,pis qidalanma, avitaminoz, antisanitariya şərait yaradır. Güman edilir ki, cüzam törədiciləri orqanizmə zədələnmiş dəridən və yuxarı tənəffüs yollarının selikli qişasından düşür.İnsanlar arasında yoluxmanın necə olduğu qəti olaraq bilinməməklə bərabər tez-tez və uzun müddət davam edən təmas nəticəsində baş verə biləcəyi düşünülür. Xəstəlik uşaqlara ana südü ilə keçə bilir. Xəstəliyə həssaslıq 3-5 yaşları arasında daha çoxdur. Xəstəlik gedişinə görə 3 tipə - lepratomaq, tuborkuloid, diferensləşməyən tipə ayrılır.
Nizamlı ordu
Nizamli ordu — bir dövlətin və ya ölkənin rəsmi ordusu, silahlı qüvvələri. Könüllü nizamsız milislər, özəl ordulər, muzdur əsgərlərdən təşkil olunan nizamsız ordunun əksinə, nizamlı ordunun daimi ordusu və hərbi ehtiyatları var. Birləşmiş Krallıq və Birləşmiş Ştatlarda nizamli ordu termini peşəkar daimi fəal orduya aid edilir. Vudvard, Deyvid. Armies of the world, 1854–1914 (ingilis). London: Sidgwick & Jackson, cop. 1978. ISBN 0-283-98243-8.
Cuvarlı
Cuvarlı — Azərbaycan Respublikasının Füzuli rayonunun Cuvarlı kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Kənd 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub. 17 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Dağətəyi ərazidədir. Etnotoponimdir. Azərbaycanlıların cuvarlı tayfasının adındandır. Keçmişdə Azərb.-da su bölgüsünə nəzarət edən şəxslər də cuvar (suçu) adlanırdı. Azərbaycanda Cuvarlı toponimindən və etnonimindən yaranmış Cuvarlı və Cuvarlinski familiyaları ilə bir çox tanınmış görkəmli şəxsiyyətlər olmuşdur. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyəti kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq olub.
Quzanlı
Quzanlı — Azərbaycan Respublikasının Ağdam rayonunun Quzanlı qəsəbə inzibati ərazi dairəsində qəsəbə. Quzanlının tam adı Sarıcalı-Quzanlıdır. Kənd Qarabağda yaşamış böyük bir türk tayfasının adı ilə bu cür adlandırılmışdır. XX əsrin ikinci yarısında Sofulu, Sarıcalı (Cır Sarıcalı), Çaylı kəndləri Quzanlıya köçürülüb. Quzanlıda, Şahbəyli, Birinci Quzanlı, İkinci Quzanlı, Ana Quzanlı, Bala Quzanlı, Çaylı, Məmmədli və "Kommunist" adlanan məhəllələr mövcud olub. 1593-cü ilin məlumatına görə, Quzanlı tayfası Bərdə mahalının Sir nahiyəsində yaşayırdı. Mənşəcə VI əsrdə Altaydan Cənubi Avropaya qədər geniş bir ərazini əhatə etmiş, Türk xanlığının əsasını qoymuş və mənbələrdə adı Kuzan/Kuzen/ kimi qeyd olunmuş tayfa adı ilə bağlıdır. Ehtimal ki, XIII əsrdə Mil düzündə Beyləqan rayonu yaxınlığında adı çəkilən Kizan/Xizan/ qalasının adı da bu tayfanın adı ilə əlaqədardır. Kənddə Dəlləkoğlu, Məmmədlilər, Mollahüseynli, Kərbalayi Abdulla, Əmrahovlar, Çaylı, Allahverənli, Sudhallaclı və s. nəsillər yaşayırlar.
Çuxanlı
Çuxanlı (Qobustan) — Azərbaycanın Qobustan rayonunda kənd. Çuxanlı (Salyan) — Azərbaycanın Salyan rayonunda kənd.
Afiq Qulamlı
Birinci Quzanlı
Birinci Quzanlı — Azərbaycan Respublikasının Ağdam rayonunun Birinci Quzanlı qəsəbə inzibati ərazi dairəsində qəsəbə.
Müzamil Abdullayev
Müzamil İmran oğlu Abdullayev (10 aprel 1941, Qazaxyolçular, Dəstəfur rayonu – 17 iyun 2022) — Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri. Muzamil Abdullayev 1941-ci ildə AzSSR-in Daşkəsən rayonunun Qazaxyolçular kəndində anadan olub. 1961−1966-cı illərdə mədən və filiz kombinatında laborant işləmişdir. 1961–1966 illərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu fərqlənmə diplomu ilə bitirmişdir. Krasnodar Politexnik İnstitutunda bir şərabçı-texnoloq kimi əlavə təhsil almışdır. 1967–1969-cu illərdə Kişinyov Kənd Təsərrüfatı İnstitutunun aspiranturasında oxumuş, dissertasiyasını müdafiə etmiş və kənd təsərrüfatı elmləri namizədi alimlik dərəcəsi almışdır. 1970–1975-ci illərdə Kirovabaddakı Nizami şərab zavodunun baş mühəndisi idi. 1972–1973-cü illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin təlimatçısı vəzifəsində çalışıb. 1975–1988-ci illərdə Xanlar aqrar-sənaye şərab istehsalı zavodunun baş direktoru olmuşdur. 1988–1991-ci illərdə AzSSR Nazirlər Soveti sədrinin birinci müavini və AzSSR Dövlət Aqrosənaye Komitəsinin sədri vəzifəsində çalışmışdır.
Nikolay Kuzanlı
Nikolay Kuzalı (lat. Nicolaus Cusanus) (1401—1464) — filosof, riyaziyyatçı, dinşünas, kardinal; riyazi traktların müəllifi; Renessans fəlsəfəsinin məşhur nümayəndələrindən biri.. Renessans fəlsəfəsinin məşhur nümayəndələrindən biri Nikolay Kuzanus (1401—1464) olmuşdur. Öz dövrünün əksəf filosofları kimi, Kuzanus də neoplatonizm ənənələrinə arxalanırdı. Lakin neoplatonizmin təliminə, ilk növbədə onun vahid olan anlayışınıa Kuzanus yenidən baxır. Platonda və neoplatonçularda vahid olan vahid olmayana qarşı qoyulur. Bunun kökləri vahid olanı çox olana, sonu olanın sonu olmayana qarşı qoyan pifaqorçulardan və eleatlardan gəlir. Xristian monizminin prinsiplərini bölüşdürən Kuzanus antik dualizmi qəbul etmir və bəyan edir ki, vahid olanın əksi yoxdur. Buaradan da o, bu qənaətə gəlir ki, "vahid olan hər şeydir". Ontologiya problemlərinə yeni yanaşma elə məhz burada meydana gəlir.
Qulamlı (Şəbüstər)
Qulamlı (fars. غلاملو‎) — İranın Şərqi Azərbaycan ostanının Şəbüstər şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 388 nəfər yaşayır (103 ailə).
Quzanlı bələdiyyəsi
Ağdam bələdiyyələri — Ağdam rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilmişdir. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Quzanlı kəndi
Quzanlı — Azərbaycan Respublikasının Ağdam rayonunun Quzanlı qəsəbə inzibati ərazi dairəsində qəsəbə. Quzanlının tam adı Sarıcalı-Quzanlıdır. Kənd Qarabağda yaşamış böyük bir türk tayfasının adı ilə bu cür adlandırılmışdır. XX əsrin ikinci yarısında Sofulu, Sarıcalı (Cır Sarıcalı), Çaylı kəndləri Quzanlıya köçürülüb. Quzanlıda, Şahbəyli, Birinci Quzanlı, İkinci Quzanlı, Ana Quzanlı, Bala Quzanlı, Çaylı, Məmmədli və "Kommunist" adlanan məhəllələr mövcud olub. 1593-cü ilin məlumatına görə, Quzanlı tayfası Bərdə mahalının Sir nahiyəsində yaşayırdı. Mənşəcə VI əsrdə Altaydan Cənubi Avropaya qədər geniş bir ərazini əhatə etmiş, Türk xanlığının əsasını qoymuş və mənbələrdə adı Kuzan/Kuzen/ kimi qeyd olunmuş tayfa adı ilə bağlıdır. Ehtimal ki, XIII əsrdə Mil düzündə Beyləqan rayonu yaxınlığında adı çəkilən Kizan/Xizan/ qalasının adı da bu tayfanın adı ilə əlaqədardır. Kənddə Dəlləkoğlu, Məmmədlilər, Mollahüseynli, Kərbalayi Abdulla, Əmrahovlar, Çaylı, Allahverənli, Sudhallaclı və s. nəsillər yaşayırlar.
Quzanlı qəsəbəsi

Quzanlı stadionu
Ağdam Olimpiya İdman Kompleksi, Quzanlı Olimpiya İdman Kompleksi və ya sadəcə Quzanlı stadionu — Azərbaycan Respublikasının Ağdam rayonunun Quzanlı qəsəbəsində olimpiya idman qurğusu. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki təsərrüfathesablı qurumdur. Stadionun təməlqoyma mərasimi 1 mart 2006-cı il tarixində keçirilmişdir. 17 yanvar 2008-ci il tarixində istifadəyə verilən stadion 3 may 2009-cu il tarixindən "Qarabağ" FK-nun ev stadionlarından biri kimi istifadə edilir. Stadionun tutumu 2 min nəfərdir. Quzanlı Olimpiya İdman Kompleksinin təməlinin qoyulması mərasimi 1 mart 2006-cı il tarixində Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə keçirilmişdir. Stadionun tikintisinin iki il ərzində başa çatdırılacağı planlaşdırıldı. Kompleksi "Alıbəyli" MMC şirkəti inşa etmişdir. Stadion 17 yanvar 2008-ci il tarixində istifadəyə verilmiş, 3 may 2009-cu il tarixindən "Qarabağ" FK-nın ev stadionlarından biri kimi istifadə edilir. Stadiondakı ilk matç "İnter" Bakı FK-ya qarşı keçirilmişdir.
Sarıcalı-Quzanlı
Quzanlı — Azərbaycan Respublikasının Ağdam rayonunun Quzanlı qəsəbə inzibati ərazi dairəsində qəsəbə. Quzanlının tam adı Sarıcalı-Quzanlıdır. Kənd Qarabağda yaşamış böyük bir türk tayfasının adı ilə bu cür adlandırılmışdır. XX əsrin ikinci yarısında Sofulu, Sarıcalı (Cır Sarıcalı), Çaylı kəndləri Quzanlıya köçürülüb. Quzanlıda, Şahbəyli, Birinci Quzanlı, İkinci Quzanlı, Ana Quzanlı, Bala Quzanlı, Çaylı, Məmmədli və "Kommunist" adlanan məhəllələr mövcud olub. 1593-cü ilin məlumatına görə, Quzanlı tayfası Bərdə mahalının Sir nahiyəsində yaşayırdı. Mənşəcə VI əsrdə Altaydan Cənubi Avropaya qədər geniş bir ərazini əhatə etmiş, Türk xanlığının əsasını qoymuş və mənbələrdə adı Kuzan/Kuzen/ kimi qeyd olunmuş tayfa adı ilə bağlıdır. Ehtimal ki, XIII əsrdə Mil düzündə Beyləqan rayonu yaxınlığında adı çəkilən Kizan/Xizan/ qalasının adı da bu tayfanın adı ilə əlaqədardır. Kənddə Dəlləkoğlu, Məmmədlilər, Mollahüseynli, Kərbalayi Abdulla, Əmrahovlar, Çaylı, Allahverənli, Sudhallaclı və s. nəsillər yaşayırlar.
Toğrul Cuvarlı
Toğrul Çingiz oğlu Cuvarlı (24 sentyabr 1939, Kirovabad) — yazıçı, ssenari müəllifi, kino redaktoru. Toğrul Cuvarlı 1939-cu ildə Gəncədə doğulub. Bakı Dövlət Universitetinin Fizika fakültəsini bitirib. Jurnalist və tənqidçi kimi kino səhəsində çalışmışdır. Axırıncı 10 ili publisist, iqtisadi ekspert kimi fəaliyyət göstərmişdir. "Turan" İnformasiya Agentliyində informasiya mütəxəssisi kimi işləyir. Azərbaycan Cümhuriyyətinin baş naziri Nəsib bəy Yusifbəylinin bacı nəvəsi, ADR-in naziri Xəlil bəy Xasməmmədovun qardaşı nəvəsidir. Artilleriyanın allahı sayılırdı (film, 1996) Aşkarsızlıq şəraitində... (film, 1986) Azərbaycan kinosu-80 (film, 1996) Babamızın babasının babası (film, 1981) Bir axşam... (film, 1985) Dairə (film, 1989) Dözümlü minarələr (film, 1991) El bir olsa...
Çingiz Cuvarlı
Çingiz Mehdi bəy oğlu Cuvarlı (1 may 1913, Yelizavetpol – 13 avqust 2000, Bakı) — akademik, əməkdar elm xadimi. XX əsr Azərbaycan Respublikasının görkəmli elm xadimi olan akademik Çingiz Mehdi oğlu Cuvarlı 1 may 1913-cü ildə Gəncə şəhərində, ziyalı ailəsində, anadan olmuş, Respublikamızın Sovet İttifaqına daxil olan dövründə təhsil alaraq, yaşamış-yaratmış və Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra o, yeni bir enerji ilə öz zəngin bilik və bacarığını müstəqil Respublikamızın möhkəmlənməsinə və inkişaf etməsinə sərf etmişdir. 1960-cı ildən 1962-ci ilədək Azərbaycan SSR EA-nın Energetika İnstitutunun direktoru olmuşdur. Akademik Çingiz Mehdi oğlunun həyat və elmi fəaliyyətinə həsr olunmuş monoqrafiyalarda və dövrü mətbuatda dərc olunan elmi-publisist məqalələrdə, geniş oxucu kütlələrinə-Ç. M. Cuvarlı portretinin bütün cizgiləri tam kaloriti ilə təqdim olunduğundan, respublikamızda və onun hüdudlarından kənarda bu böyük alimin çoxsaylı pərəstişkarları, onun haqqında olan hər yeni mə'lumatı, hər bir yeni yazını izləyir və onu böyük razılıq hissi ilə qəbul edirlər. Ç. M. Cuvarlı, öz mənalı həyatını energetika elminin sirrilərinin öyrənilməsi, öyrədilməsi, inkişafı, elmi nailiyyətlərin sənaye tətbiqi, energetkanın uyğun elm sahələri ilə vəhdətinin araşdırılması, yeni texnoloji proseslərin və texniki vəsaitlərin işlənilməsi, fundamental məsələlərin nəzəri və praktiki həlli, enerji sistemlərində mövcud olan prosesslərin fiziki-kimyəvi mahiyyətlərinin aşkar edilməsi, proseslərin idarə olunması, enerjinin istehsalı və istehlakında mövcud olan problemlərin həlli, enerji sistemlərinin dayanıqlı işləməsinin nəzəri əsaslarının işlənməsi və sairə mühüm problemlərin həllinə həsr edərək, gərgin əmək sərf etməklə, əldə etdiyi nailiyyətlər sayəsində dünya energitiklərinin arasında geniş tanınmışdır. Ç. M. Cuvarlı əməyinin nəticəsi olaraq, ifrat gərginlikdən mühafizə, rele mühafizəsi, qısa qapanma cərəyanlarının məhdudlaşdırılması və s. sahələrdə yaradılan yeni texniki tədbirlərin labaratoriya şəraitində hər tərəfli araşdırılmasında, mürəkkəb elektrik şəbəkələrində dalğa proseslərinin ədədi hesablanması üçün riyazi ifadələr alınmışdır. Bu ifadələr yerdə və məhtillərdə səth effekti, elektrik verilişi xətlərində taclanma prosesləri kimi dissipativ amilləri tam nəzərə almaqla paylanmış parametrli qeyri-xətti elektrik dövrələrinin nəzəriyyəsi sahəsində yerinə yetirilən ən əhəmiyyətli işlərdəndir. Yerlə qeyri-simmetrik qısa qapanma cərəyanlarının məhdudlaşdırılmasının nəzəri əsasları və texniki vasitələri işlənib hazırlanmışdır. Torpaqlayıcı dövrənin qeyri-xəttilik xassəsindən istifadə etməklə, qısa qapanma cərəyanın dəyişmə sürətinin azadılmasının və bu cərəyanın açılmasının asanlaşdırılması istiqamətində işlər inkişaf etdirilmişdir.
Çuxanlı (Qobustan)
Çuxanlı — Azərbaycan Respublikasının Qobustan rayonunun inzibati ərazi vahidində kənd. Çuxanlı Qobustan rayonunun kiçik kəndlərindən biridir. Bu kənd öz zəhmətkeşliyi ilə seçilir. Çuxanlı Qobustan rayonunun Təklə inzibati ərazi vahidində kənd. Acıçayın mənbə hissəsində, dağlıq ərazidədir. Çuxanlı tayfasının adı ilə bağlıdır. Etnotoponimdir. Kənd Acıçayın mənbə hissəsində, dağlıq ərazidədir. Çuxanlı tayfasının adı ilə bağlıdır. Etnotoponimdir.
Çuxanlı (Salyan)
Çuxanlı — Azərbaycan Respublikasının Salyan rayonunun inzibati ərazi vahidində kənd. Çuxanlı Salyan rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Kürçayının sahilində, Cənub-Şərqi Şirvan düzündədir. Keçmış adı Süleymankənd olmuşdur. 1872-ci ildə baş vermış zəlzələ nəticəsində Şamaxı qəzasının Çuxanlı kəndindən köçmüş ailələr burada məskunlaşmışdılar. Bu vaxta qədər kəndin ərazisi Şirvanın dağlıq zonasında yaşayan çuxanlı tayfasının qışlağı olmuşdur. Çuxanlı kəndi 2012 Arxivləşdirilib 2016-08-30 at the Wayback Machine Azərbaycanlı tərəkəmələrindən (türkmənlərindən) ibarətdir. 1066-cı ildən etibarən Şirvana gəlmiş oğuzların törəmələridir. 24 oğuz tayfasının hansına mənsub olmaları tam araşdırılmayıb. İkinci dünya müharibəsinə qədər köç həyatı sürmüşlər.
Çuxanlı xalçaları
Çuxanlı xalçaları — Azərbaycanın Quba-Şirvan xalçaçılıq mərkəzinin Şirvan qrupuna aid olan bu xalçalar qədim və zəngin tarixə malikdir. Bu xalçalar keçmiş Şamaxı mahalında, əsasən Qobustan adı ilə tanınan xalçaçılıq məntəqələrində istehsal olunurdu. Xalçanın adı Şamaxıdan 13km cənub — şərq istiqamətində yerləşən Çuxanlı kəndinin adından götürülmüşdür. Əvvəllər "Kabristan", "Qəbristan", "Mərəzə" və ya "Çuxan" adlandırılan bu xalçalar XVIII əsrin ikinci yarısından "Çuxanlı" adı ilə məşhur oldu. "Çuxanlı" xalçaları ara sahənin kompozisiyasına görə "Sorsor" xalçaları ilə müəyyən qədər oxşar olsa da, butanın formasına görə bir qədər fərqlənirlər. "Çuxanlı" xalçasında şaquli və üfiqi istiqamətdə yerləşən bu elementlərin rəngi diaqonal üzrə eyndir və bu, xalçanın bədii xüsusiyyətlərindən biri hesab edilir. Şirvan xalçaları üçün xarakterik olan köbə zolaqları, xüsusən "hörük" adlanan orta haşiyə "Çuxanlı" xalçasında da tamamilə tətbiq olunur. Azərbaycanın qədim xalçaçılıq mərkəzlərinin — Muğanın və Kobıstanın xalçaları "Çuxanlı" xalçalarına böyük təsir göstərmişdir. "Çuxanlı" adı ilə tanınan xalçaların ölçüsü 120x180 sm-dən 160x260 sm-ə qədər olur. Bəzən uzunsov gəbələr də istehsal olunur (uzun ensiz xalça olub, adətən divar boyunca döşənir).
Çuğanlı (Çaroymaq)
Çuğanlı (fars. چوگانلو‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 274 nəfər yaşayır (57 ailə).
Ülvi Qulamlı
Ülvi Şahin oğlu Qulamlı (24 may 1994; Mingəçevir, Azərbaycan — 20 oktyabr 2020; Ağdərə, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. Ülvi Qulamlı 1994-cü il mayın 24-də Mingəçevir şəhərində anadan olub. 2011-2012-ci illərdə Mingəçevir şəhərində 13 nömrəli tam orta məktəbdə təhsil alıb. Ülvi Qulamlı 2012-2014-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2018-ci ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edirdi. Azərbaycan Ordusunun kiçik çavuşu olan Ülvi Qulamlı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ülvi Qulamlı oktyabrın 20-də Ağdərə istiqamətində şəhid olub. Mingəçevir şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ülvi Qulamlı ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Ülvi Qulamlı ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.
Nikolay Kuzalı
Nikolay Kuzalı (lat. Nicolaus Cusanus) (1401—1464) — filosof, riyaziyyatçı, dinşünas, kardinal; riyazi traktların müəllifi; Renessans fəlsəfəsinin məşhur nümayəndələrindən biri.. Renessans fəlsəfəsinin məşhur nümayəndələrindən biri Nikolay Kuzanus (1401—1464) olmuşdur. Öz dövrünün əksəf filosofları kimi, Kuzanus də neoplatonizm ənənələrinə arxalanırdı. Lakin neoplatonizmin təliminə, ilk növbədə onun vahid olan anlayışınıa Kuzanus yenidən baxır. Platonda və neoplatonçularda vahid olan vahid olmayana qarşı qoyulur. Bunun kökləri vahid olanı çox olana, sonu olanın sonu olmayana qarşı qoyan pifaqorçulardan və eleatlardan gəlir. Xristian monizminin prinsiplərini bölüşdürən Kuzanus antik dualizmi qəbul etmir və bəyan edir ki, vahid olanın əksi yoxdur. Buaradan da o, bu qənaətə gəlir ki, "vahid olan hər şeydir". Ontologiya problemlərinə yeni yanaşma elə məhz burada meydana gəlir.
Cumali İnce
Cumali İncə (1969, Niğdə ili) — iş adamı və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı. == Həyatı == Cumali İncə 1969-cu ildə Niğdə ilində anadan olub. Anadolu Universiteti Biznesin idarə edilməsi Bölməsindən məzun olub. Niğdə Bələdiyyə Məclisinin üzvü, Niğdə bələdiyyə sədrinin müavini vəzifələrində çalışıb. MHP Niğdə il şöbəsinin sədri olub. 2023-cü ildə MHP namizədi olaraq Niğdə ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib. Evli və 2 uşaq atasıdır.