Çuxanlı xalçaları

Çuxanlı xalçalarıAzərbaycanın Quba-Şirvan xalçaçılıq mərkəzinin Şirvan qrupuna aid olan bu xalçalar qədim və zəngin tarixə malikdir.

Xalça
Çuxanlı xalçaları
Çuxanlı xalçası
Çuxanlı xalçası
Xalça haqqında məlumatlar
Məktəbi Şirvan xalçaçılıq məktəbi
Növü Xovlu
Ölkə Azərbaycan
Bölgə Şirvan
Kənd Çuxanlı

Bu xalçalar keçmiş Şamaxı mahalında, əsasən Qobustan adı ilə tanınan xalçaçılıq məntəqələrində istehsal olunurdu. Xalçanın adı Şamaxıdan 13km cənub — şərq istiqamətində yerləşən Çuxanlı kəndinin adından götürülmüşdür. Əvvəllər "Kabristan", "Qəbristan", "Mərəzə" və ya "Çuxan" adlandırılan bu xalçalar XVIII əsrin ikinci yarısından "Çuxanlı" adı ilə məşhur oldu.

Bədii xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

"Çuxanlı" xalçaları ara sahənin kompozisiyasına görə "Sorsor" xalçaları ilə müəyyən qədər oxşar olsa da, butanın formasına görə bir qədər fərqlənirlər. "Çuxanlı" xalçasında şaquli və üfiqi istiqamətdə yerləşən bu elementlərin rəngi diaqonal üzrə eyndir və bu, xalçanın bədii xüsusiyyətlərindən biri hesab edilir. Şirvan xalçaları üçün xarakterik olan köbə zolaqları, xüsusən "hörük" adlanan orta haşiyə "Çuxanlı" xalçasında da tamamilə tətbiq olunur. Azərbaycanın qədim xalçaçılıq mərkəzlərinin — Muğanın və Kobıstanın xalçaları "Çuxanlı" xalçalarına böyük təsir göstərmişdir.

Texniki xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

"Çuxanlı" adı ilə tanınan xalçaların ölçüsü 120x180 sm-dən 160x260 sm-ə qədər olur. Bəzən uzunsov gəbələr də istehsal olunur (uzun ensiz xalça olub, adətən divar boyunca döşənir). İlmələrin sıxlığı: hər kvadrat desimetrdə 40x40 ilmədən 50x50 ilməyə qədərdir (bir kvadrat metrdə 160 min ilmədən 250 min ilməyə qədər). Xovun hündürlüyü 4–6mm-dir.