Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Cığatay
Cığatay və ya Çağatay — ad, təxəllüs. Cığatay xan — Çingiz xanın oğlu. Çağatay Ulusoy — Türk aktyoru. Cıgatay Şıxzamanov — ssenarist. Yaşayış məntəqələri Cığatay (Xaçmaz) — Xaçmazda kənd. Cığatay (Ərdəbil) — İranın Ərdəbil ostanı, Meşkin şəhristanında kənd. Çağatay (Rəzəvi Xorasan) — İranda Çağatay şəhristanının mərkəzi şəhəri.
Cığatay (Xaçmaz)
Cığatay — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Kəndin əhalisi 656 nəfərdir (2009). Kəndin milli tərkibi azərbaycanlılardan ibarət olaraq, dinləri isə islamın şiə məzhəbidir. == Təhsil == Azərbaycan Respublikası Prezidentinin 2 fevral 2018-ci il tarixli Sərəncamı ilə Xaçmaz rayonu Cığatay kənd 56 şagird yerlik modul tipli ibtidai məktəbin quraşdırılması üçün 285 000 manat vəsait ayrılmışdır.
Cığatay (Ərdəbil)
Cığatay — İranın Ərdəbil ostanında kənd. == Coğrafi yerləşməsi == Meşkin şəhristanının Mərkəzi bölgəsinin Ərşəq kəndistanında, Meşkin şəhərindən 32 km şimaldadır.
Cığatay dili
Cığatay və ya çağatay dili, həmçinin Sovet mənbələrində əski özbək dili (özb. Эски ўзбек тили; Eski oʻzbek tili, rus. староузбекский) adı altında, Çin mənbələrində isə qədim uyğur dili kimi qeyd olunur — XX əsrdə ölmüş halına gələn, Mərkəzi Asiyada işlənilən ədəbi dil. O, müasir türk dillərinin qarluq qruppunu təşkil edən özbək və uyğur dillərin sələfidir. Cığatay ədəbiyyatının ən tanınmış nümayəndəsi Əlişir Nəvaidir. == Adı == Cığatay sözü Çingiz xanın oğlu Cığatay xana qalmış Cığatay xanlığından gəlir. Çağatay sözü həmçinin qırımçaqlar tərəfindən XIX əsrin sonuna qədər öz dilləri üçün istifadə olunurdu, günümüzdə isə, Əfqanıstanda danışılan türkmən dilinin teke dialekti üçün işlənilir. 1924-cü ildə Özbəkistan Sovet Sosialist Respublikasının yaradılmasının hazırlaması üçün, Cığatay dilinin adını rəsmi olaraq "əski özbək dili" adına dəyişiblər. Çində isə onu bəzən qədim uyğur dili adlanırlar. Tarixən, həmçinin türki və sart sözləri də işlənilirdi.
Cığatay xan
Çağatay Xan (monq. Цагадай, Tsagaday, Farsca: چغتاى خان Chaghatāī khān; 22 dekabr 1183, Monqolustan – 1242, Almalıq[d]) — Moğol şahzadəsi və Çingiz Xan ın ikinci oğlu. Qardaşlarıyla birlikdə atasının Çin (1211–1215) və Xarəzm (1219–1224) səfərlərinə qatıldı. Xarəzmşahlar dövləti paytaxtı Ürgəncin ələ keçirilməsində əhəmiyyətli rol oynadı (1221). Monqollara məğlub olaraq Hindistana qaçan Cəlaləddin Xarəzmşahı təqib etməyə göndərildi. Çingizin Tangut səfəri əsnasında (1225–1227) Monqolustanda saxlanılan hərbi qüvvələrin komandirliyinə gətirildi. Atası ölən zaman (1227), onun vəliəhd seçdiyi qardaşı Ögedayı böyük xan elan etdi. Çingiz Qanunu mövzusundakı mütəxəssisliyi səbəbindən dövlət rəhbərliyində böyük möhtərəmlik qazandı. Çingiz tərəfindən Quru Hıtayın torpaqları verildisə Mavəraünnəhirdən Şərqi Türkistana qədər uzanan bölgədə olan şəhərlər İmperatorluğun mərkəz rəhbərliyinə bağlı qalmış və Ögeday tərəfindən təyin edilən qubernatorlar tərəfindən idarə olunmuşdu. Qardaşı Ögedayın ölümündən (1241) qısa müddət sonra öldü.
Cığatay xanlığı
Cığatay xanlığı — Monqol hökmdarı Çingiz xanın nəslindən olan Çığatay xanın adını daşıyan dövlət. Çingiz xan hələ sağlığında öz imperiyasını oğulları arasında bölüşdürmüşdü. Zəbt etdiyi Çin torpaqları olan Kaşğar ətrafı ilə Mavərünnəhrin böyük hissəsini Cığataya vermişdi. Cığatayın bu torpaqlarda 1227-ci ildə qurduğu dövlət 1370-ci ilə qədər mövcud olmuşdur. Cığatay xan böyük qardaşı Cuçi xanın və atasının ölümündən sonra xanədanın ən yaşlı üzvü idi. Cığatay xanın 1241-ci ildə ölümündən sonra Cığatay xanlığı mərkəzi Monqol dövlətinə qarşı mübarizəyə başladı. Cığatayın nəvələri Algu, Kubilay xan ilə Arik Böge arasındakı hakimiyyət mübarizəsindən faydalanan Xarəzmşahlar, Qərbi Türkistanı və Əfqanıstanı torpaqlarına qatdılar. 1266-cı ildə taxta çıxan Mübarəkşah islam dinini qəbul edən ilk Cığatay xanı oldu. Ondan əvvəlki Cığatay hökmdarları şamanizm inancında idilər. Cığatay xanlığının ən parlaq dövrü Kebek xanın xanlıq etdiyi dövrə (1318–1326) təsadüf edir.
Cığatay Şıxzamanov
Mehdiqulu bəy Cığatay
Mehdiqulu bəy Cığatay (v. iyul 1618) — Xorasanda fəaliyyət göstərən Cığatay hakimi və Şah I Abbasın saray əyanı. O, əmir-e axur rütbəsi almış və Müqəddəs Roma İmperiyası ilə Rusiya imperiyasına diplomatik missiya üçün göndərilmişdir. == Diplomatik missiyaları == 1599-cu ildə Şah I Abbas Entoni Şirlinin məsləhəti ilə Osmanlı imperiyasına qarşı Avropa dövlətləri ilə ittifaq qura bilmə ümidilər Avropaya diplomatik nümayəndə heyətləri göndərdi. Elçilər Müqəddəs Roma imperatoru II Rudolfla görüşdü. O da, bu ziyarətə cavab olaraq Stefan Kakaşın rəhbərliyində İsfahana nümayəndələr göndərmişdir. Kakaş yolda ikən vəfat etmiş və rəhbərliyi onun katibi Georg Tektander fon der Yabel öz üzərinə götürmüşdür. Şah I Abbas fon der Jabeli qəbul etmiş və Mehdiqulu bəyi onunla birlikdə Rusiya çarlığına göndərmişdir. Bunun səbəbi I Abbasın rus çarı Boris Qodunovu qızılbaş ordusunun Osmanlı üzərində qələbə qazanması barədə məlumatlandırmaq istəyi idi. Çar bu xəbəri eşitməkdən məmnun oldu və 5 min nəfər döyüşçü ilə bir neçə topu ona Dərbəndi geri qaytarmağa yardım etməsi üçün göndərdi.
Qazan xan (Cığataylı)
Qazan xan(?—1347)—(1342—1346)-cı illərdə Cığatay xanlığının hökmdarı. Qazan xan Yasavurun (?-1320) oğludur. Türkmənlər tərəfindən dəstəklənirdi. Qazan xan 1342-ci ildə Məhəmməd Poladın ölümündən sonra Cığatay xanlığının başına keçdi.Paytaxtı Qarşı şəhərinə daşıdı. Qazan xan 1346-cı ildə Türkmən əmiri Qazaqan tərəfindən döyüşdə öldürüldü. Qazan xanın Saraymülk xanım adlı qızı vardı. Бартольд В. В., Сочинения. т.2 часть 1. М., 1963 Шараф ад-Дин Йазди.
Cığataylılar
Cığataylılar — Çingiz xanın oğlu Cığatay xanın ulusu və törəmələri.
Səadət İshaki Cağatay
Səadət İshaki Cağatay (27 iyul 1907, Kazan – 24 iyun 1989, Ankara) — Türkiyə türkoloqu, professor, Folologiya elmləri doltoru. Səadət İshaki 1907-ci ildə Rusiya imperiyasının Kazan şəhərində anadan olmuşdu. Məşhur tatar yazıçı-publisisti, ictimai xadimi Qayaz İshakinin qızıdır. Berlin universitetində fəlsəfə və türkologiya təhsili almış, dövrün məşhur alman filosoflarının mühazirələrini dinləmişdi. 1925-ci ildə Həmdullah Sübhi Tanrıövərin yardımı ilə Türkiyə vətəndaşlığını qəbul etmişdi. Səadət İshaki Cağatay 1989-cu ildə Ankarada vəfat edib. Denominale Verbbildungen in den Türkspachen (Dissertation), Roma, 1953 Türk Lehçeleri Örnekleri VIII. yüzyıldan XVIII. yüzyıla kadar Yazı Dili, Ankara Üniversitesi Dil ve Tarih Coğrafya Fakültesi Yayınları, Ankara, 1977, 3.
Çağatay
Cığatay və ya Çağatay — ad, təxəllüs. Cığatay xan — Çingiz xanın oğlu. Çağatay Ulusoy — Türk aktyoru. Cıgatay Şıxzamanov — ssenarist. Yaşayış məntəqələri Cığatay (Xaçmaz) — Xaçmazda kənd. Cığatay (Ərdəbil) — İranın Ərdəbil ostanı, Meşkin şəhristanında kənd. Çağatay (Rəzəvi Xorasan) — İranda Çağatay şəhristanının mərkəzi şəhəri.
Cəfər Çağatay
Əli Cəfər Çağatay (1 yanvar 1899, Konstantinopol – 24 aprel 1991, İstanbul) — türk futbolçudur. 1924 Yay Olimpiya Oyunlarına qatılan heyətdə iştirak etdi. Futboldan çıxdıqdan sonra əczaçı kimi həyatına davam etdi. O, həmçinin Fənərbaxçanın idarə heyətində müxtəlif vəzifələrdə işlədi. Türk ud ifaçısı, violonçel ifaçısı, kemençe ifaçısı və bəstəkar və İstiqlal Marşının ilk bəstəkarı Əli Rıfat Çağatayın oğlu. == Klub karyerası == Futbola Saint-Joseph Liseyində tələbə olduğu illərdə Fənərbaxçanın infrastruktur komandalarında (2. və 3. komandalar) başladı, burada məşq etdi və A komandasına yüksəldi. Altınordu İdmanyurdu Klubu qurulduqda bu komandaya qoşuldu və çempion heyətində iştirak etdi. 1922-ci ildə yenidən "Fənərbaxça"ya qayıtdı, barışıq və işğal illərində işğalçı orduların futbol komandalarını bir-birinin ardınca pərişan edən və 1922–1923 mövsümündə 58 qol atıb, heç qol buraxmadan çempion olmaq kimi dünya çempionatı matçları tarixində bu günə qədər bənzəri görülməmiş misilsiz bir uğurun sahibi olan heyətin bütün matçlarında iştirak etmişdir.
Çağatay Ulusoy
Çağatay Ulusoy (d. 23 sentyabr, 1990, Türkiyə, İstanbul) — Türk model və aktyorudur. 1990-cı ildə İstanbul Bakırköydə anadan olub.
Çağatay dili
Cığatay və ya çağatay dili, həmçinin Sovet mənbələrində əski özbək dili (özb. Эски ўзбек тили; Eski oʻzbek tili, rus. староузбекский) adı altında, Çin mənbələrində isə qədim uyğur dili kimi qeyd olunur — XX əsrdə ölmüş halına gələn, Mərkəzi Asiyada işlənilən ədəbi dil. O, müasir türk dillərinin qarluq qruppunu təşkil edən özbək və uyğur dillərin sələfidir. Cığatay ədəbiyyatının ən tanınmış nümayəndəsi Əlişir Nəvaidir. Cığatay sözü Çingiz xanın oğlu Cığatay xana qalmış Cığatay xanlığından gəlir. Çağatay sözü həmçinin qırımçaqlar tərəfindən XIX əsrin sonuna qədər öz dilləri üçün istifadə olunurdu, günümüzdə isə, Əfqanıstanda danışılan türkmən dilinin teke dialekti üçün işlənilir. 1924-cü ildə Özbəkistan Sovet Sosialist Respublikasının yaradılmasının hazırlaması üçün, Cığatay dilinin adını rəsmi olaraq "əski özbək dili" adına dəyişiblər. Çində isə onu bəzən qədim uyğur dili adlanırlar. Tarixən, həmçinin türki və sart sözləri də işlənilirdi.
Çağatay xanlığı
Cığatay xanlığı — Monqol hökmdarı Çingiz xanın nəslindən olan Çığatay xanın adını daşıyan dövlət. Çingiz xan hələ sağlığında öz imperiyasını oğulları arasında bölüşdürmüşdü. Zəbt etdiyi Çin torpaqları olan Kaşğar ətrafı ilə Mavərünnəhrin böyük hissəsini Cığataya vermişdi. Cığatayın bu torpaqlarda 1227-ci ildə qurduğu dövlət 1370-ci ilə qədər mövcud olmuşdur. Cığatay xan böyük qardaşı Cuçi xanın və atasının ölümündən sonra xanədanın ən yaşlı üzvü idi. Cığatay xanın 1241-ci ildə ölümündən sonra Cığatay xanlığı mərkəzi Monqol dövlətinə qarşı mübarizəyə başladı. Cığatayın nəvələri Algu, Kubilay xan ilə Arik Böge arasındakı hakimiyyət mübarizəsindən faydalanan Xarəzmşahlar, Qərbi Türkistanı və Əfqanıstanı torpaqlarına qatdılar. 1266-cı ildə taxta çıxan Mübarəkşah islam dinini qəbul edən ilk Cığatay xanı oldu. Ondan əvvəlki Cığatay hökmdarları şamanizm inancında idilər. Cığatay xanlığının ən parlaq dövrü Kebek xanın xanlıq etdiyi dövrə (1318–1326) təsadüf edir.
Çağatay şəhristanı
Çağatay şəhristanı və ya Coğatay şəhristanı— İranın Rəzəvi Xorasan ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Çağatay şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 45,970 nəfər və 11,534 ailədən ibarət idi.
Çağatay (Rəzəvi Xorasan)
Çağatay və ya Coğətay — İranın Rəzəvi Xorasan ostanının şəhərlərindən və Çağatay şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 6,027 nəfər və 1,636 ailədən ibarət idi.
Azərbaycan–Çağatay ədəbi əlaqələri
Azərbaycan–Çağatay mədəni əlaqələri — Azərbaycan və Çağatay (özbək və uyğur dillərinin vahid əcdadı) dillərinin, ədəbiyyatlarının və digər mədəniyyət sahələrinin bir-biri ilə əlaqəsi və bir-birinə təsiri. == Dil == Azərbaycan və Çağatay dilləri arasındakı şivə yaxınlıqları Təbriz, Şirvan və digər Azərbaycan mədəniyyət mərkəzləri ilə, başda Herat olmaq üzərə Orta Asiya mədəniyyət mərkəzləri arasında cərəyan edən təmaslar nəticəsində yaranmışdır. Azərbaycan türkcəsi vasitəsilə Çağatay yazı dilinə bir çox qərb oğuz türkcəsi ünsürünün daxil olduğunun tədqiqatlarla sübut olunması mümkündür. Teymuri dövrü şairi Əlişir Nəvainin Azərbaycan ədəbiyyatına təsirini göstərən ən vacib xüsusiyyət Çağatay dili lüğətləridir. Tarixdə mövcud olan Çağatay dili lüğətlərinin çoxu İran və Azərbaycanda yazılmışdır. Bunlardan biri olan "Bədayi'u'l-Lüğət"də çağatayca ilə birlikdə Azərbaycan və İraq türkcəsi haqqında da qısaca məlumat verilir. Sənglah lüğəti isə Füzuli dilindən nümunələr verir. XIX əsrdə yazılmış Fətəli Qacar lüğəti Azərbaycan və Çağatay dillərini müqayisə etmiş, bəzi qrammatik nəticələr çıxartmış, Azərbaycan dilinin onda birinin çağatayca ilə bir olduğu qənaətinə gəlmişdir. Bəzi Azərbaycan dialektlərində -imci, -imimci, -iminci şəkilçi formalarına rast gəlinir. Bunun tarixi "Baburnamə" əsərinə qədər gedib çıxır: ikimci(si), ücümci(si), törtümci(si), beşümci(si), altimci(si), yetimci(si) və sekizimci.
Cığatıçay
Zarrinehçay və ya Cığatıçay — İranın Kürdüstan və Qərbi Azərbaycan ostanlarından axan çay. Uzunluğu 302 km-dir. Saqqızın şimalından, Kürdüstan ostanındakı Zaqros dağlarından başlayır və burda "Yaquti çay" kimi tanınır. == Axın == Cığatı çayı şimala doğru, Qərbi Azərbaycan ostanının sahili boyunca axır və şəhid kazemi bəndinə tökülərək böyük su ehtiyatı yaradır. Burda bir stansiya var. Bu çay şimala və azca qərbə doğru uzanaraq və Şahin Dej, Miandoab, Keşavərzdən keçərək Urmiya gölünə tökülür. Urmiya hövzəsi sularının çoxundan fərqli olaraq çoxillikdir. Çayın gücü mövsümdə saniyədə 50 kub metrdən suların azaldığı dönəmdə saniyədə 10 kub metrə qədərdir.
Azərbaycan–Çağatay mədəni əlaqələri
Azərbaycan–Çağatay mədəni əlaqələri — Azərbaycan və Çağatay (özbək və uyğur dillərinin vahid əcdadı) dillərinin, ədəbiyyatlarının və digər mədəniyyət sahələrinin bir-biri ilə əlaqəsi və bir-birinə təsiri. == Dil == Azərbaycan və Çağatay dilləri arasındakı şivə yaxınlıqları Təbriz, Şirvan və digər Azərbaycan mədəniyyət mərkəzləri ilə, başda Herat olmaq üzərə Orta Asiya mədəniyyət mərkəzləri arasında cərəyan edən təmaslar nəticəsində yaranmışdır. Azərbaycan türkcəsi vasitəsilə Çağatay yazı dilinə bir çox qərb oğuz türkcəsi ünsürünün daxil olduğunun tədqiqatlarla sübut olunması mümkündür. Teymuri dövrü şairi Əlişir Nəvainin Azərbaycan ədəbiyyatına təsirini göstərən ən vacib xüsusiyyət Çağatay dili lüğətləridir. Tarixdə mövcud olan Çağatay dili lüğətlərinin çoxu İran və Azərbaycanda yazılmışdır. Bunlardan biri olan "Bədayi'u'l-Lüğət"də çağatayca ilə birlikdə Azərbaycan və İraq türkcəsi haqqında da qısaca məlumat verilir. Sənglah lüğəti isə Füzuli dilindən nümunələr verir. XIX əsrdə yazılmış Fətəli Qacar lüğəti Azərbaycan və Çağatay dillərini müqayisə etmiş, bəzi qrammatik nəticələr çıxartmış, Azərbaycan dilinin onda birinin çağatayca ilə bir olduğu qənaətinə gəlmişdir. Bəzi Azərbaycan dialektlərində -imci, -imimci, -iminci şəkilçi formalarına rast gəlinir. Bunun tarixi "Baburnamə" əsərinə qədər gedib çıxır: ikimci(si), ücümci(si), törtümci(si), beşümci(si), altimci(si), yetimci(si) və sekizimci.
Cılqaçay
Cılqaçay — Tiflis quberniyasının Borçalı qəzasında çay adı. == Toponimkası == Cılqaçay- Tiflis quberniyasının Borçalı qəzasında çay adı.XIII əsrdən məlumdur.Cılğı kimidir.Yerli tələffüz forması Cağala.Şahnəzər kənd yaxınlığında XIII əsr mənbəyində "Battaq" adlanan bataqlıqdan baş götürür.XIII əsr müəllifi Nəsəvi Lori bölgəsində Cılğa çayın yuxarı axınında gölün Battax gölü adlandığını yazmışdır.Gürcücə Meşaveri adlandırılmışdır.Türk dillərində yılğa (qazax və qaraqalpaq dillərində Cılğa) "çayın quru qolu","qobu" sözündəndir. == Həmçinin bax == Tiflis quberniyası == Xarici keçid == kepenekci.
Çistay
Çistay və ya Çistopol (tatar. Чистай; rus. Чистополь) — Rusiya Federasiyasında yerləşən şəhər, Tatarıstan Respublikasına daxildir.
Qatay
Qatay Xan — türk və altay mifologiyasında zəlzələ ilahı. Qaday və ya Kıtay (Kıday) olaraq da deyilir. Dəmirçi ilahı olaraq da görünür. 40 buynuzlu buğasını zəlzələ meydana gətirir. Bu öküz qəzəblənib əsəbiləşəndə ayaqlarını yerə sürtməyə başlayır beləcə yüngül sarsıntılar olar. Burnundan soluması isə yüngül səslərə çevrilir. Daha çox əsəbləşəndə isə ayaqlarını yerə vurur. Daha da qızınca buynuzlarını torpağa keçirib yer üzünü yelləyər. Homurtuları isə zəlzələnin gurultusunu meydana gətirir. Qatay Xan, doqquz davulludur.
Çiqanak Bersiyev
Çiqanak Bersiyev (qaz. Шығанақ Берсиев, 1881 – 28 may 1944) — Sovet kəşfiyyatçısı, kənd təsərrüfatı istehsalının novatoru. 1938-ci ildən etibarən Çiqanak Bersiyev, Aktübin vilayətinin Uilski rayonundakı Kurman kolxozunun müdiri olaraq çalışdı. Hər il yüksək məhsul əldə edirdi: 1939-cu ildə hektardan 25,5 sentner darı, 1940-cı ildə - 155,8 sentner / ha, 1941-ci ildə - 166 sentner / ha, 1942-ci ildə - 175 sentner / ha, 1943-cü ildə - 201 c / ha. 1940-cı ildən bəri bu nəticələr dünya rekordları kimi qeyd edildi. Lenin ordeni ilə təltif edildi (1940). Böyük Vətən müharibəsi illərində üç əsgər atası Çiqanak Bersiyev, təyyarənin inşası üçün müdafiə fonduna pul bağışladı.. Çiqanak Bersiyevin həyatı və yaradıcılığı Qabiden Mustafinin "Çiqanak" romanında təsvir edilmişdir. 1940-cı illərin əvvəllərində Qazaxıstanda sosialist şok işinin formalarından birinə çevrilən və sonrakı illərdə geniş yayılmış Bersiyev hərəkatı yarandı. Böyük Vətən Müharibəsi ərəfəsində, Berbiyevlilərin birləşmələri və briqadaları Aqtöbe vilayətinin hər evində var idi.
Ələkbər Ziyatay
Ələkbər Ziyatay (tam adı: Ələkbər Həsən oğlu Cəfərov; 21 dekabr 1913, Yelizavetpol – 2 iyul 1982, Bakı) – azərbaycanlı şair, tərcüməçi, 1938-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. Ələkbər Ziyatay 1913-cü il dekabrın 21-də Gəncədə qulluqçu ailəsində doğulmuşdur. Yeddi illik şəhər məktəbini bitirib orada inşaat texnikumuna daxil olmuşdur (1930). Tələbəlik dövründə bədii ədəbiyyata onda güclü meyl oyanır. 1933-cü ildə texnikumu bitirir. Həmin ili APİ-nin ədəbiyyat fakültəsinə daxil olur. İnstitutu qurtaran il "Ədəbiyyat qəzeti" redaksiyasında poeziya şöbəsinin müdiri təyin olunur (1937–1940). Qiyabi pedaqoji institutda baş müəllim (1940–1941), Azərbaycan Sovet Yazıçıları İttifaqının Gəncə şöbəsində məsul katib (1941–1950), eyni zamanda Həsən bəy Zərdabi adına Kirovabad Pedaqoji İnstitutunda baş müəllim, ikiillik və qiyabi pedaqoji institutlarda, respublika partiya məktəbində müəllim işləmişdir. 1940–1950-ci illərdə Azərbaycan Yazıçılar İttifaqı Gəncə filialında məsul katib vəzifəsində çalışmışdır. Gəncə şəhər zəhmətkeş deputatları Sovetinin deputatı seçilmişdir (1948).
Ciqava ştatı
Ciqava ştatı (ing. Jigawa State) — Nigeriyanın Şimal-qərbi geosiyasi zonasında ştat. == Adı == Ştatın adı onun əhalisinin ən böyük hissəsini təşkil edən Hausa xalqının dilində gilli, bataqlıqsız geniş torpaq ərazisi deməkdir.
İsatay Taymanov
İsatay Taymanov (qaz. Исатай Тайманұлы; 1791 – 12 iyul 1838) — 1836–1838-ci illərdə Qərbi Qazaxıstanda üsyan başçısı. XVIII əsrin sonunda Kiçik Jüzün başına, qazaxların arasında nüfuzu olmayan Aysuak xan, Rusiya tərəfindən iqtidara gətirilmişdir. Kiçik Jüzdə nüfuz sahibi şəxslərin olmaması və böyüklər ilə sultanların bir araya gəlməməsi ilə birlikdə xalqla münasibətləri nizama salan insanlar qalmayınca, jüzün rəiyyət və soyluları arasında anlasmazlıqlar artmışdır. Bu dönəmlərdə rusların xidmətində olan Başqırd və kazakların basqınları yenidən ortaya çıxmışdır. 1803-cü ildə bu durumdan sikayətçi olan Kiçik Jüzün böyükləri Orenburqda toplanmışdılar. Bu toplantının ən önəmli məqsədi, istila və yağmaçılığın sona çatdırılması və xanlıq içərisindəki siyasi həyatın sağlam tutulmasıydı. Ancaq bu toplantıda alınmış olan qərarlar sadəcə kağız üzərində qalmışdır. Rusların gözləntilərini yerinə yetirə bilməyən Aysuak xanın yerinə oğlu Cantörə taxta çıxarılmışdır. Tədqiq olunan dönəmdə Orta Jüzdəki hadisələr fərqli bir şəkildə qarşımıza çıxmaqdadır.