ZİYARƏT
ZİYATƏŞ
OBASTAN VİKİ
Ələkbər Ziyatay
Ələkbər Ziyatay (tam adı: Ələkbər Həsən oğlu Cəfərov; 21 dekabr 1913, Yelizavetpol – 2 iyul 1982, Bakı) – azərbaycanlı şair, tərcüməçi, 1938-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == Ələkbər Ziyatay 1913-cü il dekabrın 21-də Gəncədə qulluqçu ailəsində doğulmuşdur. === Təhsili === Yeddi illik şəhər məktəbini bitirib orada inşaat texnikumuna daxil olmuşdur (1930). Tələbəlik dövründə bədii ədəbiyyata onda güclü meyl oyanır. 1933-cü ildə texnikumu bitirir. Həmin ili APİ-nin ədəbiyyat fakültəsinə daxil olur. İnstitutu qurtaran il "Ədəbiyyat qəzeti" redaksiyasında poeziya şöbəsinin müdiri təyin olunur (1937–1940). == Fəaliyyəti == Qiyabi pedaqoji institutda baş müəllim (1940–1941), Azərbaycan Sovet Yazıçıları İttifaqının Gəncə şöbəsində məsul katib (1941–1950), eyni zamanda Həsən bəy Zərdabi adına Kirovabad Pedaqoji İnstitutunda baş müəllim, ikiillik və qiyabi pedaqoji institutlarda, respublika partiya məktəbində müəllim işləmişdir. 1940–1950-ci illərdə Azərbaycan Yazıçılar İttifaqı Gəncə filialında məsul katib vəzifəsində çalışmışdır. Gəncə şəhər zəhmətkeş deputatları Sovetinin deputatı seçilmişdir (1948).
буртово́й детерминати́вный катако́мбный наро́д отти́скивание реформи́стски ридикю́льный узколо́бый дублика́тный ли́повые повы́таскать пропихну́ть стро́йненько тоталита́рность це́льность adjutancy boston compensate extortion gammer heavy earth lustre mathematician reverence трансформировать