Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Cırdala
Kürdalı
Kürdalı, Kürd Əli — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Əştərək rayonunda kənd. == Tarixi == Abaran çayının sahilində yerləşirdi. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. == Toponimi == Toponim şəxs adı əsasında əmələ gəlmişdir. Antropotoponimdir. Quruluşca sadə toponimdir. 1918-ci ildə əhalisi qovulduqdan sonra kənd dağılmışdır. 1728-ci ilə aid türkcə mənbədə Kürd Əli, lakin həmin vaxta aid ermənicə mənbədə Kurdali kimidir. Kəndin adı ya Əli adlı bir kürd (feodalın), ya da "Kürd eli", yə’ni "Kürd tayfası" mə’nasındadır. == Əhalisi == Kənddə 1873-cü ildə 132 nəfər, 1886-cı ildə 102 nəfər, 1897-ci ildə 143 nəfər, 1908-ci ildə 135 nəfər, 1914-cü ildə 260 nəfər, 1916-cı ildə 249 nəfər, 1918-ci ildə 135 nəfər yalnız azərbaycanlı yaşamışdır.
Gərdalı (Çaroymaq)
Gərdalı (fars. گردالو‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 215 nəfər yaşayır (36 ailə).
Hirkan pırkalı
== Ümumi yayılması == İranda təbii arealı vardır. == Azərbaycanda yayılması == Lerik, Lənkəran, Masallı ilə Yardımlı arasında olan Viləşçay vadisində, Yuxarı Qarabağda və Daşaltı meşələrində rast gəlinir. == Statusu == Nəsli kəsilmək təhlükəsində olan relikt növdür. CR A1ab; B1bc (iii,iv). == Bitdiyi yer == Enliyarpaqlı meşələrin alt yarusunda daha çox rast gəlinir. == Təbii ehtiyatı == Arealı geniş deyildir. == Bioloji xüsusiyyətləri == Həmişəyaşıl, yarpaqları növbəli düzülüşlü, ağac və ya koldur. İki və ya birevli bitkidir. Budaqlarının qabığı ağımtıl-bozdur, zoğları qonurumtuldur, qısa tüklüdür. Yarpaqları 2-7 sm uzunluqda, 1-3 sm enində olur, həmişəyaşıl, dərivarı, üstdən tünd yaşıl, parlaq, kənarları oyuqdişlidir.
Sarpet xardalı
Sarpet xardalı (lat. Brassica juncea) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin kələm cinsinə aid bitki növü. Brassica argyi H.Lév. Brassica arvensis var. juncea (L.) Kuntze Brassica besseriana Andrz. ex Trautv. Brassica cernua (Thunb.) Matsum. Brassica cernua (Thunb.) F.B. Forbes & Hemsl. Brassica cernua var. chirimenna Makino Brassica chenopodiifolia Sennen & Pau [Invalid] Brassica integrifolia (H.West) Rupr.
Zardalı (Ərdəbil)
Zardalı — İranın Ərdəbil ostanının Ərdəbil şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il siyahıya alınmaya görə kənddə 141 nəfər yaşayır (31 ailə). .
Cırımlı çilədağı
Cığalı təcnis
Cığalı təcnis – qoşma qəlibi üzərində yaradılan, lakin hər bəndin ikinci misrasından sonraya cığa kimi cinas bayatı əlavə olunan təcnis növü. Cığalı təcnis aşıq poeziyasının mürəkkəb və son dərəcə melodik şəkillərindən biridir. Təcnisin ilk iki misarasından sonra çığa gəlir. "Cığa" burada yaraşıq, bəzək mənasında işlədilir. Cığalı təcnisin uyğun bəndindəki ilk iki misra hansı cinasın üzərində qurulursa, oraya daxil edilən cığa-bayatı da həmin cinas üstündə olmalıdır. Cığa vəzifəsi yerinə yetirən cinas bayatı arasına daxil olduğu təcnis bəndinin məzmunu ilə yaxından səsləşməli, oradakı poetik qənaəti daha da qüvvətləndirməlidir. Cığa-bayatının qafiyələri də təcnisin qafiyələri kimi cinas olur. Əsas mətnlə cığa arasında qafiyə fərqi olsa da, məna, məzmun baxımından onlar bir-birini davam etdirir və tamamlayırlar. Bir sıra hallarda təcnislə cığanın qafiyələri də eyni olur. Məsələn: Azərbaycan aşıqları arasında cığalı təcnislərə daha çox Aşıq Alının, Aşıq Ələsgərin, Həsən Xəyallının, Sərraf Şiruyənin yaradıcılığında rast gəlinir.
Ciğdamlı
Ciğdamlı, Ciğdəmli, Azatavan (erm. Ազատավան) — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Qəmərli (Artaşat) rayonunda kənd. == Tarixi == Kəndin başqa adı «Cilçay»dır. Erməni mənbələrində kəndin adı Çidəmli, Cidamlı, Cifdamlı formalarında da göstərilir. Rayon mərkəzindən 5 km şimal-şərqdə yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə Ciğdəmli, Qafqazın 5 verstlik xəritəsində Ciğdamlı formasında qeyd edilmişdir. Toponim qədim türk dilində «həsir toxunmasında istifadə olunan parlaq gözəl çay bitkisi» mənasında işlənən cıq sözünə mənsubluq bildirən -lı şəkilçisinin qoşulduğu «ev, bina, tikili» mənasında işlənən dam sözünün birləşməsindən əmələ gəlmişdir. Fitotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Erm.
Çardaqlı
Çardaqlı (Vedi) — 1590 Vedi nahiyəsində kənd. Çardaxlı — Azərbaycanın Şəmkir rayonunun inzibati ərazi vahidində kənd. Çardaqlı (Qubadlı) — Azərbaycanın Qubadlı rayonunda kənd. Çardaqlı (Ağdərə) — Azərbaycanın Ağdərə rayonunda kənd. Çardaqlı (Tuzxurmatu) — İraqın Səlahəddin mühafazasının Tuzxurmatu qəzasının Əmirli nahiyyəsində kənd.
Çardaxlı
Çardaqlı (Vedi) — 1590 Vedi nahiyəsində kənd. Çardaxlı — Azərbaycanın Şəmkir rayonunun inzibati ərazi vahidində kənd. Çardaqlı (Qubadlı) — Azərbaycanın Qubadlı rayonunda kənd. Çardaqlı (Ağdərə) — Azərbaycanın Ağdərə rayonunda kənd. Çardaqlı (Tuzxurmatu) — İraqın Səlahəddin mühafazasının Tuzxurmatu qəzasının Əmirli nahiyyəsində kənd.
Çiraxlı
Çiraxlı — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Paşalı (Əzizbəyov, Vayk) rayonu ərazisində kənd. Çıraxlı selavının yanında, Terp kəndinin yaxınlığında yerləşirdi. Qafqazın 5 verstlik xəritəsində Çiraxlu formasında qeyd edilmişdir. Erməni mənbələrində kəndin başqa adı Çıraxoğlukənd formasında da göstərilir. Toponim qədim sirak türk etnoniminin bir variantı olan çırak (çirax) etnoniminə mənsubluq bildirən -lı şəkilçisinin artırılması ilə düzəlmişdir. «Sirak//çirak tayfasına mənsub yer, sirak//çirak tayfasının yaşadığı yer» mənasını ifadə edir. s~ç səsəvəzlənməsi Azərbaycan dilində qanunauyğun haldır. Etnotoponimdir. Quruluşca düzəltmə toponimdir. Onu da deyək ki, Çiraxlı toponimi "Siraklı"nın fonetik formasıdır.
Çıraqlı
Kəndlər Çıraxlı (Ağdam) — Azərbaycanın Ağdam rayonunda kənd. Çıraqlı (Tərtər) — Azərbaycanın Tərtər rayonunda kənd. Çıraqlı (Daşkəsən) — Azərbaycanın Daşkəsən rayonunda kənd. Çıraqlı (Laçın) — Azərbaycanın Laçın rayonunda kənd. Çıraqlı (Şamaxı) — Azərbaycanın Şamaxı rayonunda kənd. Çıraqlı (Şörəyel) — Qərbi Azərbaycanın Şörəyel mahalında kənd. Çiraxlı — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Paşalı (Əzizbəyov, Vayk) rayonu ərazisində kənd. Çıraqlı — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Düzkənd (Axuryan) rayonundakı kənd. Çıraqlı — Tiflis quberniyasının Loru-Borçalı qəzasında, indiki Barana (Noemberyan) rayonunda qışlaq. Çıraqlı — Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indi Barana (Noemberyan) rayonunda dağ.
Çıraxlı
Kəndlər Çıraxlı (Ağdam) — Azərbaycanın Ağdam rayonunda kənd. Çıraqlı (Tərtər) — Azərbaycanın Tərtər rayonunda kənd. Çıraqlı (Daşkəsən) — Azərbaycanın Daşkəsən rayonunda kənd. Çıraqlı (Laçın) — Azərbaycanın Laçın rayonunda kənd. Çıraqlı (Şamaxı) — Azərbaycanın Şamaxı rayonunda kənd. Çıraqlı (Şörəyel) — Qərbi Azərbaycanın Şörəyel mahalında kənd. Çiraxlı — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Paşalı (Əzizbəyov, Vayk) rayonu ərazisində kənd. Çıraqlı — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Düzkənd (Axuryan) rayonundakı kənd. Çıraqlı — Tiflis quberniyasının Loru-Borçalı qəzasında, indiki Barana (Noemberyan) rayonunda qışlaq. Çıraqlı — Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indi Barana (Noemberyan) rayonunda dağ.
Çırpılı
Çırpılı - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Ağin (Ani) rayonunda kənd. Rayon mərkəzindən 36 km məsafədə yerləşir. Qafqazın 5 verstlik xəritəsində Çirpili kimi qeyd edilmişdir. Toponim «quru budaq, kol qırıntısı» mənasında işlənən çırpı sözünə mənsubluq bildirən -lı şəkilçisinin artırılması yolu ilə əmələ gəlmişdir. Fitotoponimdir. Quruluşca düzəltmə toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 3.ll.1947-ci il fərmanı ilə adı dəyişdirilib Crapi, sonra Nerkin Crapi qoyulmuşdur.
Kordali
Kordali və ya palayi (kürd. kurdaliî) — İran və İraq arasında sərhədyanı ərazilərdə danışılan kürd dillərindən biri. == Yayılması == Bu idiom İranın İlam ostanının bəzi yerlərində (Abdanan, Dehluran və s.) danışılır. İraqda Əli-əl-Qərbidə və Vasit mühafəzəsində yayılmışdır.
Mirvari sırğalı qız
Mirvari sırğalı qız (hl: Het meisje met de parel) — holland rəssamı Yan Vermeerin dünyaca məşhur tablosudur. Əsər Yan Vermeerin şah əsəri hesab olunur. Adından da göründüyü kimi, əsərin əsas motivini mirvari sırğa təşkil edir. Tablo hal-hazırda Hollandiyanın Haaqa şəhərindəki Mauritshuis rəsm qalereyasında saxlanılır. Bu əsəri bəzən "Qüzey Mona Lozası" və ya "Holland Mona Lizası" da adlandırırlar. Demək olar ki, Vermeerin əsərləri haqqında o qədər də geniş məlumat bizə gəlib çatmamışdır və bu məşhur əsər də istisna deyil. Belə ki, əsər "IVMeer" şəklində imzalanmış lakin heç bir tarix göstərilməmişdir. 1994-cü ildə rəsmin sonuncu bərpasından sonra rəsimdəki incə rəngli kombinasiya və qızın tamaşaçıya baxışının yaxınlığı çox artırılmışdır. Dörd il Vermerin nadir əsərlərinin hissə-hissə xaricə satılmasına mane olmağa çalışmış Victor de Stuersin məsləhəti ilə A.A. des Tombe 1881-ci ildə (bu dövrlər olduqca çətin dövrlər idi) tablolardan birini Haaqada keçirilən auksionda iki gilder 3 sentə aldımış və varisi olmadığından o, bu və aldığı başqa əsərləri 1902-ci ildə Mauritshuisa bağışlamışdı. 1937-ci ildə Vermerin əsərlərindən olduğu güman edilən, olduqca oxşar bir rəsm "Gülən qız" kolleksiyaçı Andrew W. Mellon tərəfindən Vaşinqtondakı Milli İncəsənət Qalereyasına bağışlanmışdır.
Mirvari sırğalı qız (dəqiqləşdirmə)
Mirvari sırğalı qız — Yan Vermeerin 1665-ci ildə çəkdiyi rəsm əsəri. Mirvari sırğalı qız (film) — 2003-cü ildə çəkilmiş film.
Pələng cırmağı (film, 1991)
Pələng cırmağ (ing. Tiger Claws) — 1991-ci ildə döyüş janrında çəkilən filmdir. Filmin büdcəsi qiymətləndirməylə 2,500,000 Kanada dollarıdır. Bu büdcənin qoyulmasında Calal Merhinin böyük rolu vardır. Filmin bir çox səhnələri "Shapiro-Glickenhaus Entertainment" şirkətinin büdcə problemi səbəbindən ayrı-ayrılıqda 3 aya çəkilmişdir. Bir çox döyüş ustalarını qəddarlıqla öldürən qatil axtarışdadır. Onun axtarış işi Linda Mastersona həvalə edilir. Onun köməkçisi isə Terek Riçardsdır. Terek bir müddət əvvəl vəzifəsindən kənarlaşdırılmış və bu vəzifəni geri qaytarmaq üçün yeni vəzifəsinin üstəsindən gəlməlidir. Onlar naməlum səbəbdən öldürülmüş döyüş ustalarının bədənlərində pələng cırmağına bənzər izləri müşahidə edirlər.
Mirzali Əliyev
Paraqvay pirkalı
Çıraqlı (Ağdam)
Çıraxlı — Azərbaycan Respublikasının Ağdam rayonunun Əhmədağalı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 noyabr 2002-ci il tarixli, 384-IIQ saylı Qərarı ilə Ağdam rayonunun Çıraxlı kəndi Qərvənd kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Əhmədağalı kəndi mərkəz olmaqla, Əhmədağalı kənd inzibati ərazi dairəsi yaradılmışdır. Çıraqlı etnotoponimdir. Q.Qeybullayevin fikrincə "Çıraqlı" toponimi "Siraklı"nın fonetik formasıdır. Türkdilli etnos olan sirakların bir hissəsi Azərbaycana da gəlmiş və "Çiraklı" adı ilə yaşamış, bu adı toponimlərdə əbədiləşdirmişlər. Azərbaycanın Ağdam, Daşkəsən, Laçın, Kəlbəcər, Şamaxı rayonlarının ərazisində, Qərbi Azərbaycanın Şörəyel mahalında, İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Paşalı (Əzizbəyov, Vayk) rayonu, Aleksandropol qəzasında, indi Düzkənd (Axuryan) rayonunun ərazisində kənd, Tiflis quberniyasının Loru-Borçalı qəzasında, indiki Barana (Noemberyan) rayonunda qışlaq adları bunun sübutudur. Azərbaycan toponimlərinin ensiklopedik lüğətində isə toponimin özündə qızılbaşların çıraqlı tayfasının adını əks etdirdiyi yazılır. Səfəvilərin hakimiyyəti dövründə çıraqlıların bir hissəsi Şirvana köçürülmüşdü. XIX əsrdə onların bir qolunun Cavad qəzasında yaşaması haqqında məlumat verilir. Dağıstanda Çirak (kənd, çay), İrəvan quberniyasında Çıraxlı (iki kənd və bir kənd xarabalığı), Cənubi Azərbaycanda Çıraxlı (kənd) toponimlərinin qeydə alınması bu etnotoponimin yayılma arealının genişliyindən xəbər verir.
Çıraqlı (Daşkəsən)
Çıraqlı — Azərbaycan Respublikasının Daşkəsən rayonunun Çıraqlı kənd inzibati ərazi dairəsində kənd. "Çıraqlı" etnotoponimdir. Q. Qeybullayevin fikrincə "Çıraqlı" toponimi "Siraklı"nın fonetik formasıdır. Türkdilli etnos olan sirakların bir hissəsi Azərbaycana da gəlmiş və "Çiraklı" adı ilə yaşamış, bu adı toponimlərdə əbədiləşdirmişlər. Azərbaycanın Ağdam, Daşkəsən, Laçın, Kəlbəcər, Şamaxı rayonlarının ərazisində, Qərbi Azərbaycanın Şörəyel mahalında, İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Paşalı (Əzizbəyov, Vayk) rayonu, Aleksandropol qəzasında, indi Düzkənd (Axuryan) rayonunun ərazisində kənd, Tiflis quberniyasının Loru-Borçalı qəzasında, indiki Barana (Noemberyan) rayonunda qışlaq adları bunun sübutudur. Azərbaycan toponimlərinin ensiklopedik lüğətində isə toponimin özündə qızılbaşların çıraqlı tayfasının adını əks etdirdiyi yazılır. Səfəvilərin hakimiyyəti dövründə çıraqlıların bir hissəsi Şirvana köçürülmüşdü. XIX əsrdə onların bir qolunun Cavad qəzasında yaşaması haqqında məlumat verilir. Dağıstanda Çirak (kənd, çay), İrəvan quberniyasında Çıraxlı (iki kənd və bir kənd xarabalığı), Cənubi Azərbaycanda Çıraxlı (kənd) toponimlərinin qeydə alınması bu etnotoponimin yayılma arealının genişliyindən xəbər verir. Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır.
Çıraqlı (Laçın)
Çıraqlı — Azərbaycan Respublikasının Laçın rayonu Kamallı kənd inzibati ərazi dairəsində kənd. Kənd rayon mərkəzindən 56 km qərbdə yerləşir. Çıraqlı kəndi rayonun Alxaslı, Qarakeçdi, Minkənd, Kamallı və Bozlu kəndlərinin əhatəsində yerləşmişdir. Kəndin ərazisində Alban mədəniyyətinin yadigarı olan, qədim məbəd mövcud olmuşdur. Məbədin uzunluğu 45 eni isə 10 metr olmaqla yerin üst qatına çıxan hissəsində qədim daş kitabə yerləşmişdir. Kitabənin yan fiqurları qoç heykəlləri ilə bəzədilmişdir. Çiraqlı toponimi "Siraklı"nın fonetik formasıdır. Türkdilli etnos olan sirakların bir hissəsi Azərbaycana da gəlmiş və Çiraklı adı ilə yaşamış, bu adı toponimlərdə əbədiləşdirmişlər. Azərbaycanın Ağdam, Daşkəsən, Laçın, Kəlbəcər, Şamaxı rayonlarının ərazisində, Qərbi Azərbaycanın Şörəyel mahalında, İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Paşalı (Əzizbəyov, Vayk) rayonu, Aleksandropol qəzasında, indi Düzkənd (Axuryan) rayonunun əazisində kənd, Tiflis quberniyasının Loru-Borçalı qəzasında, indiki Barana (Noemberyan) rayonunda qışlaq adları bunun sübutudur. 1992-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib.
Çıraqlı (Tərtər)
Qasapet (bir müddət işlənilən adı: Çıraqlı)— Azərbaycan Respublikasının Ağdərə rayonunun Aşağı Oratağ kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Qasapet kəndi Tərtər rayonunun inzibati tərkibinə verilmişdir. "Çıraqlı" etnotoponimdir. Q. Qeybullayevin fikrincə "Çıraqlı" toponimi "Siraklı"nın fonetik formasıdır. Türkdilli etnos olan sirakların bir hissəsi Azərbaycana da gəlmiş və "Çiraklı" adı ilə yaşamış, bu adı toponimlərdə əbədiləşdirmişlər. Azərbaycanın Ağdam, Daşkəsən, Laçın, Kəlbəcər, Şamaxı rayonlarının ərazisində, Qərbi Azərbaycanın Şörəyel mahalında, İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Paşalı (Əzizbəyov, Vayk) rayonu, Aleksandropol qəzasında, indi Düzkənd (Axuryan) rayonunun ərazisində kənd, Tiflis quberniyasının Loru-Borçalı qəzasında, indiki Barana (Noemberyan) rayonunda qışlaq adları bunun sübutudur. Azərbaycan toponimlərinin ensiklopedik lüğətində isə toponimin özündə qızılbaşların çıraqlı tayfasının adını əks etdirdiyi yazılır. Səfəvilərin hakimiyyəti dövründə çıraqlıların bir hissəsi Şirvana köçürülmüşdü. XIX əsrdə onların bir qolunun Cavad qəzasında yaşaması haqqında məlumat verilir. Dağıstanda Çirak (kənd, çay), İrəvan quberniyasında Çıraxlı (iki kənd və bir kənd xarabalığı), Cənubi Azərbaycanda Çıraxlı (kənd) toponimlərinin qeydə alınması bu etnotoponimin yayılma arealının genişliyindən xəbər verir.
Çıraqlı (Vərziqan)
Çıraqlı — Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanının Mərkəzi bəxşinin Cənubi Üzümdil dehestanının kəndlərindəndir. 11 avqust 2012-ci il tarixinin zəlzələ vurmuş kəndlərdəndir. 2006-cı il məlumatına görə kənddə 104 nəfər. yaşayır (22 ailə). Bu kəndin Tarixi: Gorkan məzarlarının kəşfi Və bir şəhərin qalıqları Tapılıb və Kəşf olduğu üçün , Tarixçilər bu dəfnlərin Dəmir dövrünə aid olduğunu söyləyirlər Bu Gorkanların qalıqlarında Dəmir dövrünə aid alətlər, əşyalar və silahlar tapılmışdır Hansı ki, muzeyə təhvil verildi Və bu türbələr birdən tarixdən itməyən bu şəhərin əldə edilmiş dəlillərlə bir Türk Xalqı şəhəri olduğunu göstərir. bu kənd və bu dəfn yerləri İranda milli olaraq qeydiyyata alınmışdır Ancaq Buranın tarixi antitürkçülüyün kölgəsindədir.
Çıraqlı (Duzluca)
Çıraqlı — Türkiyənin İğdır vilayətinin Duzluca rayonunda kənd. Kəndin adı 1918-ci il qeydlərində ermənicə "sulu dərə" mənasını verən Çıratsor, 1928-ci il qeydlərində Çırıqlı kimi qeyd olunur.
Çardaqlı (Ağdərə)
Çardaqlı (əvvəlki adı: Mağavuz) — Azərbaycan Respublikasının Ağdərə rayonunun Çardaqlı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Mağavuz kəndi Tərtər rayonunun inzibati tərkibinə verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Tərtər rayonunun Mağavuz kəndi Çardaqlı kəndi adlandırılmışdır. XIX əsrdə keçmiş Zəngəzur qəzasındakı eyniadlı kənddən gəlmiş ermənilər yaşayış məntəqəsini Maqavuz kimi rəsmiləşdirmışdilər. 1992-ci ildə kəndin keçmış adı bərpa olunmuşdur. Biləsuvar rayonunun Aşağı Çəmənli kəndindən Şimal qərbdə, Araz çayının keçmış yatağının sol sahilində yeddi təpədən ibarət Çardaqlı adlanan qədim yaşayış yeri də mövcuddur. Cardaqlı "üstü ortulu, bağlı" deməkdir. Çardaqlı kəndi əvvəllər Dağlıq Qarabağ Muxtar Vilayətində Ağdərə rayonu inzibati ərazisinə aid idi, lakin 1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürüldü. Çardaqlı kəndi də Tərtər rayonuna birləşdirilən kəndlərdən biridir. Kənd 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib.
Çardaqlı (Silopi)
Çardaqlı — Türkiyənin Şırnak vilayətinin Silopi rayonunda kənd. == Tarixi == Kəndin köhnə adı 1928-ci il qeydlərində Kolyan kimi istinad edilir. Əvvəllər Mardin vilayətinin Silopi rayonuna bağlı olan kənd 1990-cı ildə Şırnak vilayətinin yeni qurulan Silopi rayonuna birləşdirilib.
Çırpılı körpüsü
Çırpılı körpüsü — Arpaçay çayı üzərində inşa edilmiş körpü == Haqqında == Adını yaxınlıqdakı Çırpılı kəndindən almışdır. Orta əsrlər dövrünə aid olan bu körpü, çoxsaylı kənd və el-oba yollarını birləşdirən mühüm bir keçid olmuşdur. Arpaçay yatağının enli olması və körpünün sahilə söykənən böyük tağları onun vaxtilə Qərbi Azərbaycanın böyük və çoxaşınan körpülərindən biri olduğunu göstərir. == İndiki vəziyyəti == Körpünün yalnız sol tərəfi günümüzə qədər salamat qalmış, sağ tərəfi isə tamamilə dağılıb. Bu hissənin uçma səbəbi həmin sahildəki torpaq qatının yumşaq olmasıdır. Bu səbəbdən körpünün sağ tərəfi tamamilə məhv olmuşdur.