Ciğdamlı, Ciğdəmli, Azatavan (erm. Ազատավան) — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Qəmərli (Artaşat) rayonunda kənd.[1]
Kənd | |
Ciğdamlı Ciğdəmli | |
---|---|
39°59′ şm. e. 44°30′ ş. u.HGYO | |
Ölkə | Ermənistan |
Region | Gərnibasar mahalı |
Rayon | Qəmərli rayonu |
Tarixi və coğrafiyası | |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 834 m |
Saat qurşağı | UTC+4 |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Rəqəmsal identifikatorlar | |
Nəqliyyat kodu | 25 |
Vikianbarda əlaqəli mediafayllar |
Kəndin başqa adı «Cilçay»dır[2]. Erməni mənbələrində kəndin adı Çidəmli[3], Cidamlı, Cifdamlı[4] formalarında da göstərilir. Rayon mərkəzindən 5 km şimal-şərqdə yerləşir.
«İrəvan əyalətinin icmal dəftəri»ndə Ciğdəmli[2], Qafqazın 5 verstlik xəritəsində Ciğdamlı formasında[5] qeyd edilmişdir.
Toponim qədim türk dilində «həsir toxunmasında istifadə olunan parlaq gözəl çay bitkisi» mənasında işlənən cıq sözünə[6] mənsubluq bildirən -lı şəkilçisinin qoşulduğu «ev, bina, tikili» mənasında işlənən dam sözünün[7][8] birləşməsindən əmələ gəlmişdir. Fitotoponimdir. Quruluşca mürəkkəb toponimdir.
Erm. SSR AS RH-nin 20. VIII. 1945-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Azatavan (Azad qəsəbə) qoyulmuşdur.[9]
Kənddə 1828-ci ilə kimi yalnız azərbaycanlılar yaşamışdır. Ermənilər buraya 1828-1829 - cu illərdə İranın Salmas vilayətindən köçürülmüşdür[4].
Ermənilərlə yanaşı kənddə 1831-ci ildə 166 nəfər, 1873 - cü ildə 155 nəfər, 1886-cı ildə 161 nəfər, 1897-ci ildə 135 nəfər azərbaycanlı yaşamışdır[10].
1918-ci ildə azərbaycanlılar ermənilərin soyqırımına məruz qalaraq deportasiya olunmuşdur. İndi burada ermənilər yaşayır.