Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kələmə
Kələmə— İranın Buşehr ostanının Dəştistan şəhristanının Buşkan bəxşində şəhər və onun mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 1,937 nəfər və 436 ailədən ibarət idi.
Cələbər (Urmiya)
Cələbər — İranın Qərbi Azərbaycan ostanında kənd. == Coğrafi yerləşməsi == Urmiya şəhristanının Ətraf bölgəsinin Dulbəkş kəndistanında, Urmiya şəhərindən 53 km cənub-şərqdədir.
Qələmə qovağı
Qələmə qovağı — (lat.
Ümmü Sələmə
Hind, Əbi Üməyyə Məxzumi qızı ləqəbi Ümmü Sələmə(ər:أم سلمة) olan islam peyğəmbərinin (s.a.s) zövcəsi. Ümmü sələmə alim birisi idi elə ki dini və Əhli-Beyti yaxşı tanıması üçün çoxlu kitablar oxuyub və hər sözü rahatlıqla təsdiqləməzdi. Buna görə də toplum arasında(قاریةالکتب) çox kitab oxuyan adı ilə məşhur olmuşdur. == Yaşayışı == Ümmü Sələmə və ilk əri Əbdüllah ibni Əbdüləsəd ilk müsəlmanlardan idi. Əri Uhud döyüşündə öləndən sonra peyğəmbərin xanımı oldu. Onun adı Əhli beytə görə hədislər nəql etdiyi üçün müsəlmanlar arasında məşhur olmuşdur. Bunun səbəbi də Fatimə binti Əsəd (Əlinin anası) vəfat etdikdən sonra Məhəmməd onu Fatimənin himayəçiliyinə verdi.
Eynşteyn cəmləmə qaydası
Eynşteyn cəmləmə qaydası Albert Eynşteyn tərəfindən, Ümumi Nisbilik Nəzəriyyəsi yazılarkən daha qısa və anlaşıqlı dildə cəmləmə əməliyyatını( ∑ {\displaystyle \sum } ) ifadə etmək məqsədilə gətirilib. Sonralar bu nəzəriyyədən istifadə edən digər alimlər arasında da bu ifadə tərzi yayılmağa başladı. Qayda ondan ibarətdir ki, hər hansı növ tenzorlardan, koordinatlardan ibarət birhədlidə eyni simvol həm alt indeks, həm də üst indeks kimi yazılırsa, bu, o birhədlidə həmin indeks üzrə bütün komponentlərin bir-birilə cəmlənməsi anlamına gəlir: Bu, x → {\displaystyle {\vec {x}}} yerdəyişmə vektoru üçün uzunluğun kvadratı( | x → | 2 {\displaystyle |{\vec {x}}|^{2}} ) düsturu olub, x α {\displaystyle x^{\alpha }} — x → {\displaystyle {\vec {x}}} yerdəyişmə vektorunun α {\displaystyle \alpha } koordinatını, x α {\displaystyle x_{\alpha }} — x ~ {\displaystyle {\tilde {x}}} yerdəyişmə kovektorunun α {\displaystyle \alpha } koordinatını( x α = g α λ x λ {\displaystyle x_{\alpha }=g_{\alpha \lambda }x^{\lambda }} ), m — koordinatların sayını göstərir. == Skalyar hasil == İki V → = ( V 0 , V 1 , V 2 , V 3 ) {\displaystyle {\vec {V}}=(V^{0},V^{1},V^{2},V^{3})} və U → = ( U 0 , U 1 , U 2 , U 3 ) {\displaystyle {\vec {U}}=(U^{0},U^{1},U^{2},U^{3})} vektoru verilirsə bu vektorların skalyar hasili Eynşteyn cəmləmə qaydası ilə daha qısa şəkildə belə ifadə olunar: V → ⋅ U → = V α U α = V 0 U 0 + V 1 U 1 + V 2 U 2 + V 3 U 3 , U α = g α λ U λ {\displaystyle {\vec {V}}\cdot {\vec {U}}=V^{\alpha }U_{\alpha }=V^{0}U_{0}+V^{1}U_{1}+V^{2}U_{2}+V^{3}U_{3},\quad U_{\alpha }=g_{\alpha \lambda }U^{\lambda }} burada g α λ {\displaystyle g_{\alpha \lambda }} — metrik tenzordur. Evklid fəzasının metrikası diaqonal olduğundan və sıfırdan fərqli bütün komponentləri vahidə bərabər olduğundan( g α β = δ β α {\displaystyle g_{\alpha \beta }=\delta _{\beta }^{\alpha }} ) skalyar hasil V → ⋅ U → = V 0 U 0 + V 1 U 1 + V 2 U 2 + V 3 U 3 {\displaystyle {\vec {V}}\cdot {\vec {U}}=V^{0}U^{0}+V^{1}U^{1}+V^{2}U^{2}+V^{3}U^{3}} formasını alır.
Cəlmə noyon
Cəlmə noyon (?-?) — Böyük Monqol imperiyasının sərkərdələrindən biri. == Həyatı == Uryanxay oymağından Çarçıday dəmirçinin oğlu idi. Atası onu götürüb Çingiz xanın yanına getdi. Xan onu keşik dəstəsinə götürüb tez bir zamanda yüksəltdi. Xanın 4 sadiq dostundan biri idi. == Ailəsi == Cəlmə noyonun Yisun Təvə adlı oğlu vardı. O, Çingiz xanın yayçılarının başçısı idi.
Sələmə ibn əl-Əkva
Sələmə ibn əl-Əkva (ərəb. سَلَمَة بن الأكْوَع‎) — İslam peyğəmbəri Məhəmmədin səhabələrindən biri. Onun tam adı Sələmə ibn əl-Əkva əl-Əsləmidir. O, görkəmli hədis ravilərindəndir. O, əla idmançı və çox sürətli qaçışı ilə tanınır və onun atdan daha sürətli qaça bildiyi və qışqırmasının 5 mil məsafədən eşidildiyi deyilirdi. Məhəmmədin dövründə o, "Zu Qarad hərbi ekspedisiyası"nın komandiri idi.
Telemea
Telemea pendiri-Telemea ənənəvi olaraq qoyun südündan hazırlanmış Rumıniya pendirinin adıdır. İndiyə qədər termin inək südündən hazırlanmış pendir, bəzi hallarda isə keçi və ya camış südünündən hazırlanır. == Etimologiyası == Rumın dilində Telemean adı "yuvarlanmış" mənasını verir ki bu da türk termini olub teleme sözündən götürülmüşdür. == Təsviri == Yunan pendiri Feta'a oxşar olub, Telemea yüksək miqdarda sudan ibarət olmaqla yumşaq quruluşa malik , krem tərkibli və ağızda qalan dada malik pendir növüdür. Alternativ olaraq, pendir daha qarışıq, daha ətirli və duzlu hala gətirən yaşlanma prosesindən keçirilir. Cirə toxumları bəzən ədviyyatlı, ceviz ləzzəti vermək üçün əlavə olunur. Bu pendir qəlyanaltılar, salatlar və müxtəlif yeməklər (məsələn, omlet, blinçik, piroq) üçün masa pendiri kimi istifadə olunur. == İstehsalat == Telemea pendiri hazırlanarkən, südə pendir mayası əlavə edib çürüdülür. Ən çox inək və qoyun südü istifadə olunur, keçi və inək südündən hazırlandıqda isə daha zərif olur. Nəticədə çürümüş süd süzgəcdən keçirilir və xüsusi pendir qablarında saxlanılır, gecə boyu sıxılır, sonra kvadrat hissələrə bölünür.
Çiləmə
Çiləmə - Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə, eləcə də digər fəsillərdə əsasən uşaq və gənclər arasında geniş şəkildə oynanılan qədim uşaq oyunlarından biridir. == Ümumi məlumat == Bu oyunu əsasən oyunçuların sayı çox olduğu hallarda uşaqlar dəstələrə bölünərək oynayırlar. Lakin oyunçular yetərsay olmadıqda uşaqlar bu oyunu dəstələrə bölünmədən, sanama üsulu ilə öz aralarında da keçirilir. Hətta kiçik yaşlı uşaqlar bu oyunu iki uşaq aralarında növbə ilə topu çiləməklə oynayırlar. Hələ indiki müasir toplar istehsal olunmadığı bir dövrdə bu məqsədlə at və iri buynuzlu heyvanların xırda tükündən (yunundan) kos (top) hazırlayardılar. == Oyunun qaydaları == Əvvəlcə dəstəbaşılar seçilir. Dəstəbaşı iki cür təyin olunur: ya onları oyunçular özləri seçirlər, ya da ümumin razılığı ilə (oyunda və uşaqlar arasında müəyyən keyfiyyətləri fərqlənənləri), çox hallarda isə (əgər oyunçular bir-birini tanımırlarsa) püşk və ya sanama üsulu ilə seçirlər. Dəstələrə bölünərək oynanılan bu oyunu başlamaq üçün halay yolu ilə uşaqlar dəstələrə bölünürlər. Oyuna başlamazdan əvvəl dəstələr bir-birindən 3-4 metr aralı dayanır. Sanama yolu ilə dəstələrdən biri oyuna başlayır.
Kelemen Mikeş
Kelemen Mikeş (mac. Mikes Kelemen; avqust 1690, Zebala[d], Kovasna – 2 oktyabr 1761, Təkirdağ) — Transilvaniya doğumlu macar siyası xadimi. Habsburq monarxiyası əleyhinə etdiyi üsyankar fəaliyyətlərinə görə tanınır. Mikeşə "Macarıstanın Götesi" deyə istinad edirlər. "Türkiyədən məktublar" adlı əsəri ilə məşhurlaşmışdır. Mikeş macar ədəbi nəsrinin banislərindəndir və Macarıstanın ilk nasirlərindən hesab olunur. Zaqonda anadan olmuş və Zebaledə böyümüşdür. Reç Pospolitaya, Fransaya və, nəhayət, sonunda Osmanlı İmperiyasına qaçmağa məcbur olanadək Habsburqlara qarşı mübarizə aparmışdır. Transilvaniya şahzadəsi Ferens Rakoçi ilə birlikdə Təkirdağda sürgündə olarkən məqalələrini tamamlamışdır. 1735-ci ildə Rakoçinin ölümündən sonra ölümünə qədər sürgündə qaldı.
Çələkən yarımadası
Çələkən yarımadası — Xəzər dənizinin şərq sahillərində Türkmənistan ərazisində yerləşir. Yarımada 1930-cu illərdə ada materikə birləşib. Səbəb isə dənizin səviyyəsinin kəskin enməsi olmuşdur. Yarımadanın sahəsi 500 km² təşkil edir. Hündürlüyü isə 100 metrdir. Yarımadanın ərazisi əsasən qumlar və duzlarla öztülüdür. Ərazidə neft və ozokerit yataqları aşkarlanıb. Bölgədə balıqçılıq da inkişaf etmişdir. Yarımadaya güclü küləklər əsir. Bu səbəbdən yarımada ərazisində həşaratların fəaliyyəti çətinləşir.
Çələmbər (Ərdəbil)
Çələmbər (fars. چلمبر‎) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. == Coğrafi yerləşməsi == Xalxal şəhristanının Səncid bölgəsində, Givi kəndistanında, Səncid qəsəbəsindən 10 km şərqdədir. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 103 nəfər yaşayır (25 ailə).
Cənubi Çələkən körfəzi
Cənubi Çələkən körfəzi — Xəzər dəniziində Türkmən körfəzinin şimalında, Çələkən yarımadasının cənubunda yerləşən körfəz. Dənizdən Cənubi Çələkən burnu və Dərviş yarımadası ilə ayrılır. Uzunluğu 20 km, eni 35 km təşkil edir. Dərinliyi 5-7 metri keçmir. Burada Alaca limanı yerləşir. Körfəz özü Dərviş, Mixaylovski körfəzləri yerləşir. Üstəlik burada Uzunada körfəzi və Qırark körfəzləri vardır.
Çələkən Oğurçalı boğazı
Çələkən Oğurçalı boğazı - Xəzər dənizinın açıq sahəsini Türkmən körfəzi ilə birləşdirir. Oğurca adasını Çələkən yarımadasından (Dərviş yarımadası) ayırır. Xəzər dənizinin Türkmənistan akvatoriyasında yerləşir.. Eni 15 km təşkil edir. Boğaz dayazdır. Xəzər dənizinin özünəməxsus xüsusiyyətinə görə dərinlik dəyişkəndir. 1970-ci illərdə maksimal həddinə çatmışdır. Ən dərin yeri 3 m, orta dərinlik isə 1,5–2 m təşkil edir. Son onilliklər ərzində Oğurcalı adasının şimalı axınların təsirindən boğazın daxili hissələrinə qum çöküntüləri gətirir. Hazırda boğazın daxilində adsız ada vardır.
Şimali Çələkən körfəzi
Şimali Çələkən — Türkmənbaşı körfəzinin şimal-şərqində, Çələkən yarımadasının şimal sahillərində yerləşir. Dənizdən Çələkən burnu ilə ayrılır. Körfəzin uzunluğu 20 km, eni — 25 km, dərinliyi isə 3,8 m təşkil edir. Körfəzin girişi dayazdır və gəmilərin girişinə imkan vermir.
Çələbə Mehmed Mədrəsəsi
Çələbi Mehmed Mədrəsəsi və ya Sultaniyə Mədrəsəsi — 1414-1415-ci illərdə Osmanlı sultanı I Mehmedin əmri ilə Mehmed Memişoğlu Əbubəkr tərəfindən inşa edilən mədrəsə. Mədrəsə Amasyanın Merzifon dairəsinin mərkəzində yerləşir. Mədrəsənin ilk müdərrisi isə Mehmed Çələbidir. Bina Çələbi Mehmed Mədrəsəsi Məscidinin yanında yerləşir. == Xüsusiyyətləri == Binanı memarlıq tarixi baxımından araşdıran ilk şəxs Qabriel adlı bir professordur. Professorun 1930-cu ildə binada aparılan araşdırmalarına görə, kitabənin inşa tarixi 1414-1415-ci (H.817) illərdir. Mədrəsənin böyük giriş qapısı var. Girişdəki orijinal qapılar Ankara Etnoqrafiya Muzeyində saxlanılır. Bu gün isə giriş qismində Merzifon Bələdiyyəsinin daha sonra inşa etdirdiyi orijinal qapılara bənzəməyən qapılar yer alır. Giriş qapısının üstündə 1866-cı ildə Amasya mütəsərrifi Ziya Paşa tərəfindən inşa etdirilmiş saat qülləsi var.
Bakı-Çələkən (film, 1973)
Bakı-Çələkən qısametrajlı sənədli televiziya filmi rejissor Nazim Rzayev tərəfindən 1973-cü ildə çəkilmişdir. "Azərbaycantelefilm"də istehsal edilmişdir. Sənədli televiziya filmi Azərbaycan neftçilərinin Türkmənistanın Çələkən yarımadasındakı neft mədənlərində gördükləri işlərdən bəhs edir. == Məzmun == Sənədli televiziya filmi Azərbaycan neftçilərinin Türkmənistanın Çələkən yarımadasındakı neft mədənlərində gördükləri işlərdən bəhs edir.