Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Harov
Harov — Azərbaycan Respublikasının Xocalı rayonunun Harov kənd inzibati ərazi dairəsində kənd. Dağətəyi ərazidədir. Yaşayış məntəqəsi Cənubi Azərbaycanın Horov kəndindən gəlmiş ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Tədqiqatçılara görə, İran dillərindəki hor (isti) və ov (su) sözlərindən düzəlmiş bu toponim "isti su" mənasındadır. 1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub. 2005-ci ildə Dağlıq Qarabağda keçirilən əhalinin siyahıyaalmasına əsasən Harov kəndinin əhalisinin faktiki sayı 289 nəfər, qeydiyyatdakı əhalinin sayı 300 nəfər təşkil edirdi. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 Noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Harov kəndi Rusiya Sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nəzarətinə qaytarılmışdır.
Sarov
Sarov (Tərtər) — Azərbaycan Respublikasının Tərtər rayonunun inzibati ərazi vahidində kənd. Sarov (Goranboy) — Azərbaycan Respublikasının Goranboy rayonunun inzibati ərazi vahidində kənd. Maralyansarov — Azərbaycan Respublikasının Tərtər rayonunun inzibati ərazi vahidində kənd.
Maralyan-Sarov
Maralyansarov — Azərbaycan Respublikasının Ağdərə rayonunun Həsənqaya kənd inzibati ərazi dairəsində kənd. Qarabağda iki Sarov adlı kənd vardı. Onlardan biri Maralyan Sarov, digəri Bəyim Sarov adlanırdı. Maralyan kənd adı Cənubi Azərbaycanın Ərdəbil əyalətinin Bərzənd mahalında Maraluy kəndindən çıxmış ailələrin XVI əsrdə məskunlaşması nəticəsində yaranmışdır. Bu da Maraluy kənd- adından fars dilində cəm bildirən-an şəkilçisindən ibarətdir. Kənd Ağdərə rayonunun tərkibində olub. 1992-ci ildə Ağdərə rayonu ləğv edilib ərazisi qonşu rayonlar arasında bölüşdürüldükdən sonra kənd Tərtər rayonunun ərazisinə düşüb. 1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Maralyansarov kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatı nəticəsində Maralyansarov kəndi Azərbaycanın nəzarətinə qayıtmışdır.
Mixail Jarov
Mixail İvanoviç Jarov (Михаил Иванович Жаров; 15 (27) oktyabr 1899, Moskva – 15 dekabr 1981, Moskva) — Rus aktyoru. SSRİ xalq artisti (1949). Mixail İvanoviç Jarov 27 oktyabr 1899-cu ildə Moskvada anadan olmuş, 15 dekabr 1981-ci ildə eyni şəhərdə də vəfat etmişdir. 1921-ci ildə teatr studiyasını bitirmişdir. Həmin ildən Moskvada və Bakıda teatrlarda çalışmışdır. 1938-ci ildən isə Moskvada yerləşən Malı Teatrın aktyoru işləmişdir. 70-ə yaxın filmə çəkilmişdir.
Sarov (Goranboy)
Sarov — Azərbaycan Respublikasının Goranboy rayonunun Sarov kənd inzibati ərazi dairəsində kənd. Sarov kəndi Gəncə-Qazax düzənliyindədir. Oykonim özündə Sərab mahalının adını əks etdirir. Yasayış məntəqəsi 1820-ci ildə Şəkiyə, oradan isə bu əraziyə köçmüş ailələr tarəfindən məskunlaşmışdı. Sonralar Qarabağdan, Gəncə ətrafı kəndlərdən, Qazax, Gədəbəy r-nlarından, Dağıstandan gəlmis ailələr də burada yerləsdilər. İkinci kənd isə həm də Erməni Sarov, Təzə Sarov, Paşakənd də adlanır. 1937-ci ildə Ermənistanın Axta (indiki Razdan) rayonunun Paşakand (indiki Marmarik) kəndindən yerli azərbaycanlıları köçürüb ennəniləri yərləşdirdilər. Azərbaycan ailələr isə buraya gəlib Sarov kəndinə məxsus torpaq sahəsində məskunlaşaraq yeni yaşayış məntəqəsinin əsasını qoydular. Kəndin adl 1992-ci ildən Sarovlu kimi rəsmiləşdirilmisdir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 914 nəfər əhali yaşayır.
Sarov (Tərtər)
Sarov — Azərbaycan Respublikasının Tərtər rayonunun inzibati ərazi vahidində kənd. Kənd Cənubi Azərbaycanın Sərab mahalından gəlmə ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Goranboy və Tərtər rayonlarında keçmişdə üç Sarov adlı kənd vardı. İkisi Goranboy rayonunda Sarovların birində ermənilər gəlib yaşadığına görə erməni Sarov, digəri Müsəlman Sarov adlanmışdır. 1954-cü ildən Goranboy rayonundakı Sarov kəndi Tərtər rayonundakı Sarovdan çıxmış ailələrin məskunlaşması nəticəsində yaranmış və "Müsəlman Sarov" adlanmışdır.
Sarov bələdiyyəsi
Sarov bələdiyyəsi (Goranboy) — Goranboy rayonunda bələdiyyə. Sarov bələdiyyəsi (Tərtər) — Tərtər rayonunda bələdiyyə.
Mart.Crov.
Raul Nereo Martinez Krovetto (isp. Raúl Nereo Martínez Crovetto; 1921, Buenos-Ayres – 1988) — Argentina botaniki. Raul Nereo Martinez Krovetto toxumlu bitkilər üzrə ixtisaslaşmışdır. Raúl Martínez Crovetto. 1996. Zoonimia y etnozoología de los Pilagá, Toba, Mocoví, Mataco y Vilela. Ed. J. Pedro Viegas Barros. BAires: Instituto de Lingüística, Facultad de Filosofía y Letras de la UBA Raúl Martínez Crovetto. 1981.
Sarov bələdiyyəsi (Goranboy)
Goranboy bələdiyyələri — Goranboy rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Çalov
Çalov — ekskavatorun və digər yerqazan maşınlarda kasa formalı, dişlərlə təmin olunmuş işçi üzvdür. Çalovda nəzərdə tutulmuş dişlər yerə bataraq onun qazılmasına imkan verir. Dişlər yüksək möhkəmliyə malik olurlar, bu çalovun yeyilməsinə və bununla onun uzunömürlülüyünə bir başa təsir edir. Ekskavatorlarda verilən tapşırığa uyğun olaraq çalovların sürətli dəyişdirilməsini təmin etmək üçün tez dəyişilən sistemlərdən istifadə edilir.
Fyodor Çalov
Fyodor Çalov (rus.: Фёдор Ча́лов, 10 aprel 1998, Moskva) — Rusiyalı futbolçu, hücumçu mövqeyində oynayır. Futbol üzrə Rusiya Milli komandasının və Moskvanın "MOİK" klubunun oyunçusudur. Rusiyanın İdman ustasıdır. Futbolçu 2005-ci ildə uşaq və yeniyetmələrdən ibarət "Yunıy Dinamovets" futbol klubunun uşaq futbol məktəbində futbol öyrənməyə başlayır. Bir il sonra, "MOİK" klubunun skautları 8 yaşlı Çalovu, "MOİK"in Uşaq komandasına aparırlar. "MOİK"də inkişaf edən futbolçu, 13 yaşında uşaqlar arasında Rusiya çempionatında ən yaxşı bombardiri olur. Tezliklə yeniyetmə Fyodorun qol vurma bacarığı üzə çıxır. 2015-ci ildə o, 1998-ci il təvəllüdlü futbolçuların çempionatında "Spartak" ilə oyunda 5 qol vurur. Bir il sonra UEFA Gənclər Liqasının oyunları çərçivəsində, Fransanın "Monako" komandası ilə qarşılaşmada rəqibin qapısına dörd qol vurur. Onun "poker"i komandasına 5:0 hesabı ilə qazanmağa kömək edir və o, dörd qoldan üçunu altı dəqiqə ərzində qol vurur.
Yevgeni Çazov
Yevgeni Çazov (10 iyun 1929, Nijni Novqorod – 12 noyabr 2021, Moskva) — məşhur sovet və Rusiya kardioloqu, Rusiya Elmlər Akademiyasının və Rusiya Tibb Elmləri Akademiyasının akademiki, REA Rəyasət Heyətinin üzvü. 20 il ərzində (1967–1986) SSRİ Səhiyyə Nazirliyi 4-cü idarəsinin rəisi. 1968–1986-cı illərdə Y. Cazov SSRİ Səhiyyə Nazirinin müavini, 1987–1990-cı illərdə SSRİ Səhiyyə Naziri, 1972-ci ildən Rusiya Tibb Elmləri Akademiyasının Rəyasət Heyətinin üzvü olub. Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi üzvü (1982–1990), MK üzvlüyünə namizəd (1981–1982). 9–11 çağırış SSRİ Ali Sovetinin deputatı . SSRİ Tibb Elmləri Akademiyasının akademiki (1971; müxbir üzv 1967). SSRİ Elmlər Akademiyasının akademiki (1979). Sosialist Əməyi Qəhrəmanı (1978). Lenin mükafatı (1982), üç SSRİ Dövlət mükafatı (1969, 1976, 1991), SSRİ Nazirlər Soveti Mükafatı (1977) və Rusiya Dövlət Mükafatı (2004) laureatı. Vətən qarşısında xidmətlərinə görə ordeninin tam komandiri.
Çazov Yevgeni
Yevgeni Çazov (10 iyun 1929, Nijni Novqorod – 12 noyabr 2021, Moskva) — məşhur sovet və Rusiya kardioloqu, Rusiya Elmlər Akademiyasının və Rusiya Tibb Elmləri Akademiyasının akademiki, REA Rəyasət Heyətinin üzvü. 20 il ərzində (1967–1986) SSRİ Səhiyyə Nazirliyi 4-cü idarəsinin rəisi. 1968–1986-cı illərdə Y. Cazov SSRİ Səhiyyə Nazirinin müavini, 1987–1990-cı illərdə SSRİ Səhiyyə Naziri, 1972-ci ildən Rusiya Tibb Elmləri Akademiyasının Rəyasət Heyətinin üzvü olub. Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi üzvü (1982–1990), MK üzvlüyünə namizəd (1981–1982). 9–11 çağırış SSRİ Ali Sovetinin deputatı . SSRİ Tibb Elmləri Akademiyasının akademiki (1971; müxbir üzv 1967). SSRİ Elmlər Akademiyasının akademiki (1979). Sosialist Əməyi Qəhrəmanı (1978). Lenin mükafatı (1982), üç SSRİ Dövlət mükafatı (1969, 1976, 1991), SSRİ Nazirlər Soveti Mükafatı (1977) və Rusiya Dövlət Mükafatı (2004) laureatı. Vətən qarşısında xidmətlərinə görə ordeninin tam komandiri.
Çasov Yar
Çasov Yar (ukr. Часів Яр) — Ukraynanın Donetsk vilayətinin Baxmut rayonunda yerləşən şəhər. Çasov Yar Baxmut şəhərindən 10 kilometr qərbdə yerləşir və eyni adlı bölgənin inzibati mərkəzini təşkil etməkdədir. 2022-ci ilin yanvar ayına olan məlumata əsasən şəhərdə 12.250 nəfər əhali yaşamaqda idi. Siverski Donets — Donbas kanalı Çasov Yarın şərqindən keçir. Şəhərin kiçik bir hissəsi – Kanal mikrorayonu şəhərin şərq hissəsində yerləşməkdədir. 1938-ci ildə yaşayış məntəqəsi şəhər tipli qəsəbə statusu almışdır. İkinci Dünya müharibəsi zamanı, 1941-ci ilin oktyabrından 1943-cü ilin sentyabrına qədər şəhər Berlin-Roma-Tokio oxu tərəfindən işğal edilmişdir. Müharibədən sonra şəhərin bərpasına başlanılıb. 1957-ci ildə şəhərdə odadavamlı gil çıxaran müəssisə, odadavamlı materiallar istehsalı müəssisəsi, dörd orta məktəb, iki yeddiillik məktəb, texniki peşə məktəbi, iki Mədəniyyət sarayı, 14 kitabxana, dörd klub və iki stadion fəaliyyət göstərirdi.
Baron
Baron — ad. Baron Bosiyev — Osetiyalı yazıçı, şair, sovet mədəniyyət və ədəbiyyat xadimi. Baron Zemo — Marvel Comics tərəfindən yaradılmış anti-qəhrəman. Baron Münxhauzen — uydurma Almaniya zadəganı.
Baroy
Baroy (çeç. Бара) — Çeçenistan Qalançoj rayonu, Terloy dərəsində Bara-exk dağ çayının sağ sahilində tikilmiş iri qala kompleksi. Qala kompleksinin tikilmə tarixi XIV əsrə aid edilir. Kompleks iki ayrı istehkamdan - Yuxarı və Aşağı Barodan ibarətdir. Tanınmış rus arxeoloqu Vsevolod Miller dağ memarlığı abidələrinə çox diqqət yetirirdi. 1886-cı ilin iyununda o, Çeçenistan və İnquşetiyanın bir çox bölgələrini araşdırdı. Tədqiqatları nəticəsində buradakı qala kompleklərinin təsvirləri və çertyojları da daxil olmaqla orta əsr binalarını təsvir edən kitab çapdan çıxarır. Onun izi ilə yerli qədim abidələr (arxeoloqların əsərləri - P.S.Uvarova, V.İ.Dolbejev, N.K.Zeydlitsa, Q.A. Vertepov və s.) haqqında məlumatları özündə əks etdirən bir çox müəlliflərin çoxlu məqalə və kiçik esseləri meydana gəldi. Qala kompleksinin yrı-ayrılıqda dayanan iki istehkamı - Yuxarı və Aşağı Baroyu təmsil edir. Yuxarı və Aşağı Baroya müdafiə qüllələri (indi dağıdılmış) və onlarla yaşayış binası daxildir.
CANTV
CANTV (BVC:) Venesuelada dövlət telefon və internet provayderidir. Ölkədə 1930-cu ildə qurulan ilk telefon xidməti müəssisələrindən biri idi. Venesuelada ən böyük telekommunikasiya provayderi, 1991-ci ildə özəlləşdirildi və 2007-ci ildə Ugo Çavez tərəfindən yenidən milliləşdirildi. Cantv şirkətinin müştəri bazası 9 may 2008-ci il tarixinə 10,1 milyon mobil abunəçi idi, 5,2 milyon sabit telefoniya abunəçisinə və 1,000,000 genişzolaqlı abunəçiyə sahibdir. 1930-cu ildə Gomez hökuməti "Ministerio de Fomento", Felix A. Guerreroya federal dairədə və ittifaq dövlətlərində telefon şəbəkəsinin qurulması və fəaliyyət göstərməsi üçün imtiyaz verdi Bu şirkətin səhmdarı anuel Perez Abascal, təşəbbüskar və vəkil olan Alfredo Damiron ilə 20 iyun 1930-cu ildə Venesuela Compañía Anonima Nacional Telefonosu (CANTV) şirkətini qeydiyyatdan keçirdi. Venesuela Telekommunikasiya Telekommunikasiya tarixi Cantv (Korporativ sayt, virtual ofis) Cantv.net (Portal) Movilnet Caveguías Arxivləşdirilib 2018-09-29 at the Wayback Machine Forbes Global 2000 (2007) Venezuelanalysis.com , 15 mart 2010, Venesuela-nın CANTV: 21-ci əsrdə "sotsialist" bir telekommunikasiya şirkəti nə gözləyir?
Canon
Canon Inc. (yap. キヤノン株式会社) — mərkəzi Yaponiyada yerləşən şirkət. Optik məhsulları, tək linza güzgü fotoaparatı və rəqəmli kameraları, printer ve skaner alətləri ilə tanınır. Takeshi Mitarai, Goro Toshida, Saburo Uchida və Takeo Maeda Canon Inc. şirkətinin əsasını qoymazdan əvvəl 1937-ci ildə "Precision Optical Instruments Laboratory" (Həssas Optik Alətlər) şirkətini qurmuşdu. 1933-cü ildə Yaponiyada əsası qoyulan Canon şirkəti öz işinə Tokioda Takikavaya (Takekawaya Building) binasındakı birotaqlı optik laboratoriyadan başlamışdır. Laboratoriyanı 1933-cü ildə Qoro Yosida (Goro Yoshida) kürəkəni Saburo Utida (Saburo Uchida) ilə birgə yaratmışdı. 1934-cü ildə onlar ilk məhsulları olan 35 mm-lik fotokameranı yaratmağa nail olmuşlar. Yosida kameranı budda rəhmdillik allahının şərəfinə Kvanon (Kwanon) adlandırmışdır.
Carex
Cil (lat. Carex) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin topalaqkimilər fəsiləsinə aid bitki cinsi.
Cariz
Cariz (ərəb. جارز‎) — Suriyada, Hələb mühafəzəsində, Əzaz məntəqəsinin Əzaz nahiyəsində kənd. 2004–cü il siyahıyaalınmasına əsasən kəndin əhalisi 162 ailədə 495 nəfəri kişilər və 450 nəfəri qadınlar olmaqla cəmi 945 nəfərdir. Kəndin əhalisini türkmanlar təşkil edir. Kənd Hələb şəhərindən 53 km şimal–şərqdə, Əzaz şəhərindən isə 10 km cənub–şərqdə, dəniz səviyyəsindən təqribən 490–500 metr hündürlükdə yerləşir. Cariz kəndi SSRİ Silahlı Qüvvələrinin Baş Qərargahının ümumdünya topoqrafik xəritəsində (1953–cü il). Miqyas 1 sm–də 1 km (1: 100 000) (rus.) Cariz kəndi SSRİ Silahlı Qüvvələrinin Baş Qərargahının ümumdünya topoqrafik xəritəsində.
Carlı
Carlı — Azərbaycan Respublikasının Kürdəmir rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Carlı oykonimdir. Şirvan düzündədir. Zaqatala r-nunun Car kəndindən köçüb gəlmiş ailələr tərəfindən salındığı üçün belə adlandırılmışdır. Kənddə "İmam Hüseyn" məscidi dini icması fəaliyyət göstərir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 1289 nəfər əhali yaşayır. Aşıq Əhməd Rüstəmov Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Carmo
Carmo - İraqın Süleymaniyyə şəhəri yaxınlığında, dəniz səviyyəsindən 800 metr yüksəklikdə yerləşən Zaqros dağlarının qərb yamaclarında erkən Neolit dövrünə aid (e.ə. VII minilliyin I yarısı) aid yaşayış məskəni. Carmo qədim yaşayış məskəni İraqın qədim tarix üzrə departamenti tərəfindən aşkar edilmişdir. Arxeoloq R.Breydvudun rəhbərliyi ilə Amerika Birləşmiş Ştatlarının Çikaqo Universitetinin arxeoloji ekspedisiyası burada qazıntılar (1948, 1950-1951, 1954-1955) aparmışdır.. R.Breydvud Carmoda aşkar olunan maddi mədəniyyət nümunələri əsasında ilk dəfə İraq ərazisində Neolit inqilabı prosesini tədqiq etmiş və Yaxın Şərqdə istehsal təsərrüfatının meydana gəlməsi mərkəzlərindən biri olan Zaqros mədəni birliyi haqqında fərziyyə irəli sürmüşdür. Sahəsi təqribən 1,3 hektar olan ərazidə 6-dan 16-yadək mədəni təbəqə aşkar edilmişdir. Məskəndə eyni zamanda 25-ə qədər ev olmuşdur. Çox zaman iri çaydaşından ibarət bünövrə üstündə tikilən divarlar gillə bərkidilmiş yastı saman kərpiclərdən hörülürdü. 5-ci təbəqədə digər evlərdən aralı yerləşən ev 10 kvadrat metr sahəsi olan yaşayış otağından və bir neçə təsərrüfat tikilisindən ibarət idi. Tikililərdən birində bacası olan dairəvi tağlı soba yerləşirdi.
Carçı
Carçı (agah edən)
Carız
Cariz (ərəb. جارز‎) — Suriyada, Hələb mühafəzəsində, Əzaz məntəqəsinin Əzaz nahiyəsində kənd. 2004–cü il siyahıyaalınmasına əsasən kəndin əhalisi 162 ailədə 495 nəfəri kişilər və 450 nəfəri qadınlar olmaqla cəmi 945 nəfərdir. Kəndin əhalisini türkmanlar təşkil edir. Kənd Hələb şəhərindən 53 km şimal–şərqdə, Əzaz şəhərindən isə 10 km cənub–şərqdə, dəniz səviyyəsindən təqribən 490–500 metr hündürlükdə yerləşir. Cariz kəndi SSRİ Silahlı Qüvvələrinin Baş Qərargahının ümumdünya topoqrafik xəritəsində (1953–cü il). Miqyas 1 sm–də 1 km (1: 100 000) (rus.) Cariz kəndi SSRİ Silahlı Qüvvələrinin Baş Qərargahının ümumdünya topoqrafik xəritəsində.
Carum carvi
Adi zirə (lat. Carum carvi) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin zirə cinsinə aid bitki növü. Yoğun köklərə malikdir. Yerüstü gövdəsi şırımlıdır, yuxarı hissəsi budaqlıdır. Yarpaqları dövrəsində uzunsovdur, aşağıdakılar uzun saplaqlıdır. Çiçəkləri çətir şəklində yerləşmişdir, ləçəkləri ağdır və ya çəhrayı rəngdədir. Meyvəsi dənəcikdən ibarətdir. Azərbaycanda bu cins 3 növlə təmsil olunmuşdur, onların biri dərman bitkisidir. Hündürlüyü 30-60 sm olan ikiillik ot bitkisidir, gövdəsi düz, budaqlıdır. Yarpaqları uzunsov lansetvari, iki və ya üçqat hissələrə ayrılıb lələkvari bölünmüşdür.
Çasov Yar döyüşü
Çasov Yar döyüşü (ukr. Бої за Часів Яр) - Rusiya–Ukrayna müharibəsinin tərkib hissəsi olaraq Ukraynanın Donetsk vilayətində yerləşən Çasov Yar şəhərinə nəzarəti əldə etmək uğrunda Rusiya Quru Qoşunları və Ukrayna Quru Qoşunları arasında 2024-cü ilin 6 aprel tarixindən etibarən başlamış döyüşlər. Ukraynanın Donetsk vilayətində yerləşən Baxmut şəhəri Rusiya Quru Qoşunları tərəfindən tam işğal edildikdən sonra qonşuluqda yerləşən Çasov Yar şəhəri yeni cəbhə halına çevirilib. Qısa müddət ərzində Ukrayna qüvvələri cəbhə xəttindəki gərgin vəziyyəti stabilləşdirməyə nail olublar və 2023-cü ildə baş vermiş əks-hücumlar zamanı rus qüvvələri Baxmutun cinahları boyunca geri çəkilmək məcburiyyətində qalıblar. 2024-cü ilin fevral ayında Avdeyevka döyüşü Rusiya Quru Qoşunlarının qələbəsi ilə başa çatdıqdan sonra rus birləşmələri Baxmutun qərb hissəsindən Çasov Yara doğru yeni hücum həmlələrinə başlayıblar. Çasov Yar Avdeyevka döyüşündən sonra rusların yeni hədəfi olaraq müəyyənləşdirilib. 8 fevral tarixində iki nizami ordu arasında sözügedən şəhərdə uzun müddətdən sonra ilk mövqe döyüşləri baş tutub. 17 fevral tarixində Rusiya Quru Qoşunları tərəfindən qarşı tərəfin mövqeləri ODAB-1500 tipli termobarik bombalardan istifadə edilməklə bombardıman edilib. Xortitsa əməliyyat-strateji qrupunun sözçüsü İlya Yevlaş 27 fevral tarixində verdiyi açıqlamasında Çasov Yar şəhərinin şərqində yerləşən Bohdanivka kimi yaşayış məntəqələrinin hədəf alındığını açıqlayıb. Yevlaş həmçinin iddia edib ki, rus hərbi birləşmələri Ukrayna artilleriyasının cavab hücum tədbirləri nəticəsində zirehli dəstəyin 60%-nı döyüş meydanında itirib.
Çalov-qırtlaq qapağı əzələsi
Çalov-qırtlaq qapağı əzələsi (lat. musculus aryepigloticus) — qırtlağın əzələsi.
Ardov
Carum
Zirə (lat. Carum) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinə aid bitki cinsi. Hündürlüyü 30-60 sm, gövdəsi düz, yuxarı hissəsi budaqlıdır. Yoğun köklərə malikdir. Yarpaqları dövrəsində uzunsovdur, aşağıdakılar uzun saplaqlıdır. Çiçəkləri mürəkkəb çətir şəklində yerləşmişdir, ləçəkləri ağdır və ya çəhrayı rəngdədir. Meyvəsi iki tərəfdən sıxılmış şəkildə uzunsovdur, yetişdikdə 2 toxuma ayrılır. Özünəməxsus güclü ətirli iyə, acı, yandıran ədviyyəli dada malikdir. Ədviyyat kimi çörəkbişirmə, qənnadı və konserv sənayesində işlədilir. İyun-iyul aylarında çiçəkləyərək iyul-avqust aylarında meyvə verir.
Carya
Hikori (digər adı Karya) (lat. Carya) — Şimali Amerikada və Çində bitən fındıqkimilər fəsiləsindən qoz cinsi.
Caravə
Caravə — xristianlığı qəbul etmiş köçəri bəbrər zənata qəbilə konfederasiyası idi. Onlar VII əsrdən əvvəl və həmin əsrdə Afrikanın şimal-qərbində hökmranlıq edirdi. Kraliça Dihyənin rəhbərliyi altında qəbilə VII əsrin sonlarında Əməvilərin işğalına qarşı bərbər müqavimətinə rəhbərlik etmişdir.
Cerom K. Cerom
Cerom Klapka Cerom (ing. Jerome Klapka Jerome; 2 may 1859[…] və ya 25 avqust 1859, Uolsoll, Uest-Midlends[d] – 14 iyun 1927[…] və ya 16 iyun 1927, Northempton) — ingilis dramaturqu, yazıçı-yumorist, məşur "Qayıqda üç kişi (İti nəzərə almasaq)" yumoristik romanın, bundan başqa çoxlu sayda yumoristik və satirik əsərlərin müəllifi, "Panç", "Avara (Bekar)" (ing. Idler), "Bu gün" (ing. To-day) kimi məşhur satirik jurnalların daimi əməkdaşı. Cerom K Cerom Cerom Klappın dördüncü uşağıdır. Atası metal məmulatları satan xırdavatçı, həm də rahib idi. Cerom K Ceromun iki bacısı (Paulina, Blandina) və sonralar tələf olmuş bir qardaşa (Milton) malik olmuşdur. Cerom eksil macar generalı Georgi Kapkanın şərəfinə Kapka adını özünə əlavə etmişdir. Ailəsi Londonun şərqinə köçdükdən sonra Crom K Cerom Marilebon gimnaziyasına (ing. Marylebone Grammar School) gedir.
Cerom Klapka Cerom
Cerom Klapka Cerom (ing. Jerome Klapka Jerome; 2 may 1859[…] və ya 25 avqust 1859, Uolsoll, Uest-Midlends[d] – 14 iyun 1927[…] və ya 16 iyun 1927, Northempton) — ingilis dramaturqu, yazıçı-yumorist, məşur "Qayıqda üç kişi (İti nəzərə almasaq)" yumoristik romanın, bundan başqa çoxlu sayda yumoristik və satirik əsərlərin müəllifi, "Panç", "Avara (Bekar)" (ing. Idler), "Bu gün" (ing. To-day) kimi məşhur satirik jurnalların daimi əməkdaşı. Cerom K Cerom Cerom Klappın dördüncü uşağıdır. Atası metal məmulatları satan xırdavatçı, həm də rahib idi. Cerom K Ceromun iki bacısı (Paulina, Blandina) və sonralar tələf olmuş bir qardaşa (Milton) malik olmuşdur. Cerom eksil macar generalı Georgi Kapkanın şərəfinə Kapka adını özünə əlavə etmişdir. Ailəsi Londonun şərqinə köçdükdən sonra Crom K Cerom Marilebon gimnaziyasına (ing. Marylebone Grammar School) gedir.
Çaraq
Çaraq — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 2 aprel 2010-cu il tarixli, 982-IIIQ saylı Qərarı ilə Dəvəçi rayonunun Çaraq kəndi Ağbaş kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Çaraq kənd inzibati ərazi dairəsi yaradılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir. Kəndin əhalisi 219 nəfər təşkil edir.
Çarıq
Çarıq — ayaq üçün nəzərdə tutulan geyim növü. Ayağı fiziki zədələnmələrdən və soyuqdan qoruyur. Yüngül və ucuz başa gəlməsi, çöl-təsərrüfat işləri zamanı əlverişli olması çarığı əhalinin böyük əksəriyyətinin ayaq geyiminə çevirmişdir. Çarıq həm aşılanmış həm də xam göndən tikildiyinə görə, onu satın almaqla və ya hər kəs özü tikməklə əldə edirdi. Hər kəsin gündəlik geydiyi çarıqdan başqa, peşəkar çarıqçılar tərəfindən tikilən və rəngli bağları olan 1–2 cüt çarığı da olurdu ki, onu adətən bayram və məişət şənlikləri zamanı, eləcə də şəhərə-bazara gedərkən geyirdilər. İl ərzində 6–12 –yə qədər çarığa ehtiyac olurdu. Bəzən imkansız adamlar çarıq dağılan zaman onun altına göndən və ya qalın parçadan "döşəmə" salıb geyirdilər. Azərbaycanda kişi çarıqlarının "kotuğu", "quşburnu", "qızqaytaran", "kalmanı", "xəlbirqırağı", "quşgözü", "təkburun" əcəmi, "üçburun", "qarabağı" və s. kiçik biçim tərzinə və tikiş texnikasına görə fərqlənən müxtəlif növləri olmuşdur. Bəzi etnoqrafik bölgələrdə (Naxçıvan Lənkəran-Astara və s.) qismən də olsa həsirdən hazırlanan "həsir çarıq"lara da təsadüf olunurdu.