Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qəbizlik
Qəbizlik (tibb) — Qəbizlik nadir və ya çətin bağırsaq hərəkətlərinə aiddir. Nəcislər çox vaxt sərt və quru olur. Digər simptomlar arasında qarın ağrısı, şişkinlik və bağırsaqların tam boşalmadığı hissi ola bilər.Qəbizliyin ağırlaşmalarına hemoroid, anal fissura və ya nəcisin tıxanması daxil ola bilər. Böyüklərdə bağırsaq hərəkətlərinin normal tezliyi həftədə üç dəfədir. Körpələr gündə üç-dörd dəfə, kiçik uşaqlar isə gündə iki-üç dəfə nəcis edirlər. Qəbizliyin bir çox səbəbi var. Ümumi səbəblərə nəcisin yavaş hərəkəti, bağırsaq sindromu və çanaq dibinin pozulması daxildir. Əsas müşayiət olunan xəstəliklərə hipotiroidizm, diabet, Parkinson xəstəliyi,, qeyri-qluten həssaslığı, kolon xərçəngi, divertikulit və iltihablı bağırsaq xəstəliyi daxildir. Qəbizliklə əlaqəli dərmanlara opioidlər, bəzi antasidlər, kalsium kanal blokerləri və antikolinerjiklər daxildir. Opioid qəbul edənlərin təxminən 90%-də qəbizlik yaranır.
Təmizlik
Təmizlik — insanın sağlamlığı və təbiətin mühafizəsi üçün lazım olan vacib amil. Böyük alimlər təmizliyi aşağıdakı mövzularla tədqiq etmişdir: A. Y. E(bədən-paltar-qida) təmizlik Ev (mətbəx-hamam-ayaqyolu) təmizliyi Ətraf mühit (tullantıların uyğun şəkildə uzaqlaşdırılması) təmizliyi Kifayət qədər təmiz suyun təmin edilməsi. == Fərdi təmizlik == Fərdi təmizlik deyiləndə bədən təmizliyi nəzərdə tutulur. Buradan da cilt, əl, ağız, burun, göz təmizliyi, saç, dırnaq, qoltuqaltı, üz, diş və ayaq baxımı nəzərdə tutulur. Dünya Səhiyyə Təşkilatının bədən təmizliyi, əl təmizliyi, ağız və diş baxımının əhəmiyyəti və mühafizəsi yollarına aid materiallar mövcuddur. Ancaq Dünya Səhiyyə Təşkilatının dırnaqların yoluxucu xəstəliklərdəki təsirinə, tüklərin təmizliyinə və yoluxucu xəstəliklərdəki roluna aid ciddi nəşrləri yoxdur. Fərdi təmizliyə baxmayaraq insan ətrafdan xəstəlik tapa bilər. İnsan nə qədər təmiz olursa olsun, ətraf mühiti təmiz olmasa, heç bir şeyə toxunmasa belə hava, külək, böcəklər və digər daşıyıcılar üzündən xəstələnə bilər.
Böyük Təmizlik
Böyük Təmizlik (bəzən Stalin repressiyası və ya Böyük Terror adlanır) – 1936-cı ildən 1938-ci ilə qədər davam edən siyasi repressiyalar kompaniyası. Səbəbi Kommunist partiyasının, hökumət üzvlərinin böyük ölçüdə müxaliflərdən fiziki olaraq təmizlənməsi, kəndlilərin və Qızıl Ordu liderlərinin müxalifətinə son qoymaq, polis nəzarəti yaratmaq, "sabotajçı", "əks-inqilabçı" şəxslərin fiziki olaraq məhvi istəyidir. Rus tarixində ən böyük terror dövrü olan bu dövrə, gizli polisin rəhbəri olan Nikolay Yejova görə Yejovşina dövrü deyilir. Nikolay Yejov, şəxsən bu siyasətin həyata keçirilməsinə rəhbərlik etmiş, sonda özü də "vətənə xəyanət", "dövlət çevrilişi hazırlamaq"da ittiham edilərək, güllələnmişdir. Onun əmri ilə, insanları daha rahat və ucuz öldürmək üçün səyyar qaz otaqları düzəldilmişdi, bütün bunlar məhkəməsiz baş verirdi. "Böyük təmizləmə" zamanı, Stalinin rəhbərlik etdiyi SSRİ-də, 600.000-dən 1.8 milyon nəfərə qədər insan öldürülmüşdür. == Başlanğıc == Repressiyaların əsas məqsədi müxalifləri Kommunist partiyasından uzaqlaşdırmaq, Stalinin hakimiyyətini daha da möhkəmləndirmək idi. İlk əvvəllər sadə əhalinin diqqətini daha çox partiya rəhbərliyindəki şəxslərin, həmçinin də iri bürokratların mühakimələri çəkdi. Bu kampaniyadan cəmiyyətin digər təbəqələri də xeyli ziyan gördü: ziyalılar, kəndlilər, xüsusən də "kəndli üçün çox varlı olan qolçomaqlar" və ixtisaslı kadrlar. Bəzən bütöv etnik qruplar V kalon adlandırılaraq, vətən xaini elan edilirdi.
Şəhidlik Fatima
Fatimiyə günləri — şiələr tərəfindən Cəmadiyələvvəl və Cəmadiyəlaxır aylarında 20 gün ərzində Məhəmmədin qızı Fatimənin şəhid olmasının ildönümü münasibəti ilə mərasimlərin keçirilməsi.
Azərbaycanda şəhidlik
Azərbaycanda şəhidlik — Azərbaycan Respublikasında dini və hüquqi baxımdan "şəhid" anlayışının mənası. == Etimologiyası == "Şəhid" sözü Azərbaycan dilində ərəb dilində "شهيد" ([ʃahiːd], qad. شهيدة [ʃahiːdah], cəm. شُهَدَاء [ʃuhadaː]) sözündən keçmişdir. Sözün əsl mənası "şahid" və ya "tanıq" deməkdir. Bu, yunan dilində "martis" (μάρτυς, hərf. şahid) sözünün tərcüməsidir. Azərbaycan dilinin izahlı lüğətində "şəhid" sözünün mənası "yüksək amal, məslək, əqidə yolunda ölən, həlak olan, canını fəda edən adam" kimi verilmişdir. Həm isim, həm də "olmaq" sözünün əlavə edilməsilə fel kimi istifadə oluna bilir. Qadınlar üçün "şəhidə" işlənir. == Hüquqi baxımdan == === Tərif === Azərbaycan qanunvericiylində "şəhid" anlayışı ilk dəfə Birinci Qarabağ müharibəsi zamanı, Azərbaycan Respublikası Prezidentinin səlahiyyətini həyata keçirən Azərbaycan Respublikası Ali Sovetinin sədri Heydər Əliyevin imzaladığı 3 sentyabr 1993-cü il tarixli "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında" qanun ilə tənzimlənmişdir.
Şəhidlik zirvəsi (film, 2001)
== Məzmun == Film Azərbaycanın 1990-cı il 20 Yanvar şəhidlərinə həsr olumuşdur. Burada müxtəlif dövrlərdə ölkəmizin azadlığı uğrunda mübarizə aparıb şəhid olan xalqımızın oğul və qızlarından söhbət açılır. Filmdə 1828-ci ildən bizim günlərə qədər Azərbaycanda baş vermiş ictimai-siyasi hadisələr öz geniş əksini tapmışdır. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Xamiz Muradov, Tofiq Məmmədov Ssenari müəllifi: Xamiz Muradov, Eldar Quliyev, Oqtay Mirqasımov Operator: Sərdar Vəliyev, Nizami Abbas, Rəfael Salamzadə Musiqi tərtibatı : Rauf Əliyev Səs operatoru: Kamal Seyidov Məsləhətçi: Fatma Abdullazadə == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 235-258.