Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Seladon
Seladon — orta əsrlərdə Çində geniş istehsal olunan yaşılımtıl rəngli qablar. Varlı təbəqə tərəfindən dövrünün ən çox tələb olunan mallarından sayılırdı. Qabların özünəməxsus göstəricisi onda idi ki, içinə zəhərli yemək qoyularkən qırmızı və ya narıncı rəng alardı. Məhz bu özəlliyi sayəsində o zamanın xarici dövlət rəhbərləri tərəfindən göndərilən xüsusi sifariş siyahısında daimi yer almışdı.
Telamon
Telamon (q.yun. Τελαμών — sözün həqiqi mənasında "daşıyıcı", kökü τληναι sözünə bağlıdır) — qədim yunan mifologiyasında Eak və Endeidanın oğlu (və ya Ferekidə əsasən, Aktey və Qlavkanın), Peleyin qardaşı və Böyük Ayaks, Tevkr Telamonid və Trambelin atası; həm də Miltiadin mifik əcdadı. Salamin adasının hökmdarı."İliada" və "Odissey" (XI 468) əsərlərində onun haqqında bir neçə dəfə bəhs olunur. Onun "Telamon" adı qala qalxanı üçün istifadə edilən toqqalı lentin adıdır, hansı ki həmçinin "dayaq, dəstək" mənasını verirdi. O, bir arqonavt idi, qardaşı ilə sol bortda burun avarlarında oturmuşdur. Peliusa görə keçirilən cənazə oyunlarında disk atışında qələbə qazandı. Kalidon ovunun iştirakçısı olmuşdur. Anasının təhriki ilə Peleylə birlikdə qardaşı Foku öldürdü, bunun nəticəsində o, Salaminə Kixreyin yanına qaçmağa məcbur oldu, hansı ki onu cinayətdən təmizlədi və Salamin səltənətinin varisi etdi. Qardaşı Foku öldürdüyü üçün atası tərəfindən Eginadan qovuldu. Salamində məskunlaşdı və Alkafoyun qızı Peribeya ilə evləndi və Eant adlı oğlu oldu.
Süzanna Valadon
Süzanna Valadon və ya Süzan Valadon (fr. Suzanne Valadon, doğ. adı Mari-Klemantin Valad (Marie-Clémentine Valade); 23 sentyabr 1865, Bessin-sür-Qartamp, departament Yuxarı Vyenna — 7 aprel 1938, Paris) — fransız rəssam; Fransa Rəssamlar Birliyinə qəbul olan ilk qadın (1894). Həmçinin sənətçi, model və Moris Utrillonun anası kimi tanınır. == Bioqrafiya == Uşaq yaşlarından rəsm çəkməyə başlamışdır. On beş yaşında sirk akrobatına olmuş, lakin bir il sonra zədələnmə səbəbiylə sirk karyerasını bitirməyə məcbur oldu. Pyer Sesil Püvi de Şavann, Renuar, Tuluz-Lotrek, Deqa kimi tanınmış rəssamların yanında işləmişdir. Əsasən güllər və landşaftları, gözəl kompozisiyaları və enerjili rəngli rəsmlər çəkirdi. Həm də çılpaq şəkillərlədə tanınır. 1890-cı illərin əvvəllərində ilk sərgilərdə əsasən əlinin portretləri, o cümlədən Erik Satinin portreti, 1893-cü ildə bir romanı var idi (yalnız Satinin həyatında gizlətmədiyi).
Ceydon Sanço
Ceydon Sanço (ing. Jadon Sancho; 25 mart 2000, Kamberuell[d], Böyük London) — ingilis futbolçu. == Həyatı == Ceydon Sanço 25 mart 2000-ci ildə İngiltərənin London şəhərində anadan olmuşdur. Valideynləri Trinidad və Tobaqoludur. Uşaqlığı Londonun cənubunda yerləşən Kenninqton bölgəsində keçmişdir. == Klub karyerası == === Həvəskar karyerası === Ceydon Sanço 7 yaşında olarkən "Uotford" komandasında həvəskar karyerasına başlamışdır. 14 yaşında olarkən 2015-ci ilin mart ayında 66000 funt-sterlinq qarşılığında "Mançester Siti" klubuna transfer olunmuşdur. 2017-ci ilin iyul ayında "Mançester Siti"nin yeni mövsüm öncəsi təlim-məşq prosesinə dəvət olunmuşdur. === Borussiya Dortmund === 31 avqust 2017-ci ildə 8 milyon funt-sterlinqlik məbləğlə Almaniyanın "Borussiya Dortmund" klubuna transfer olunmuşdur. Yeni klubunda ilk oyununa 21 oktyabr 2017-ci ildə "Ayntraxt Frankfurt" komandası ilə baş tutan qarşılaşmada çıxmışdır.
Mark Ueldon
Mark Edvard Weldon (Uoltonda, Liverpulda 2 aprel 1962 söykən(il)miş) Britaniya yerli siyasətçisidir. Biologiyada BSc-i (Hons) əldə etdiyi La Salle orta məktəbində və Liverpul Con Murlar Universitetində tahsil aldı. Siyasi karyerasına başlamazdan çox evvel Weldon biologiya müəllimi və Hollingworth-da, Böyük Mançesterdə və Longdendale Comminity Language Kollecində forma müəllimi kimi işlədi. 2000-2005 vaxt ərzində, Weldon forma qrupu "MW" öyrətdi, təxminən 36 tələbə ibarət olanaraq. Weldon məktəbdə elm şöbəsinin aparıcı üzvüdür. Hal-hazırda Weldon Stokport Paytaxt Şəhər Soveti (SMBC) üçün Cəmiyyətlər üçün Liberal Demokratı İcraedici Şuranın üzvüdür. Onun əsas siyasi öhdəlikləri Yaşayış yerini, Ətraf Yeniləməsini, Cinayəti və ictimaiyyətə qarşı Rəftarı özündə saxlayır. Weldon hal-hazırda Addım Stepping Hill Wardı təmsil edir (2006) - o 110 səsin əksəriyyəti (çoxluğu) ilə 4 May 2006 cümə axşamı təkrar seçildi.
Sidni Şeldon
Sidni Şeldon (ing. Sidney Sheldon) — yəhudi əsilli ABŞ yazıçısıdır. Sidni ilk həyat yoldaşı Horhor Kartrayt Şeldonun 1985-ci ildə vəfat edənə kimi ailə həyatı qurmuş, 1989-cu ildə isə Aleksandre Kastoffla evlənmişdir. Onun Meri Şeldon adlı yeganə qız övladı vardır. Sidni Şeldon 90-a yaxın ölkələrdə olmuşdur. == Maraqlı faktlar == Bir dəfə Sidninin evində yanğın olmuşdur. Yanğın zamanı yanğın söndürənlər ona evdəki ən qiymətli əşyaları götürməyi təklif edir. Bu zaman Sidni evdən qələmi və bloknotu götürür..
Oliver Şeldon
Oliver Şeldon (ing. Oliver Sheldon; 1894 – 1951) — Britaniya sənayeçisi, şəhərsalmaçısı və yazıçısı. O, sənaye dizaynı və menecmenti sahəsində görkəmli bir şəxs olmuş, Britaniya sənaye dizaynı sisteminin inkişafında əsas aktor kimi çıxış etmişdir. Şeldon İngiltərənin York şəhərindəki "Rowntree's" şirkətinin direktoru olmuş, 1920-ci illərdə dövlət və biznes idarəçiliyi prinsipləri haqqında yazmışdır. == Həyatı == Oliver Şeldon 13 iyul 1894-cü ildə anadan olmuşdur. O, Oksfordda Kral Kolleci Məktəbi və Merton-kollecdə təhsil almışdır. Birinci Dünya müharibəsində Kral Mühəndislər Korpusunda zabit kimi xidmət etmiş və adı göndərişlərdə xatırlanmışdır. O, 1919-cu ildə Bencamin Sibom Rauntrinin şəxsi köməkçisi kimi "Rowntree's" şirkətinə qoşulmuşdur. 1931-ci ildə "Rowntree's" şirkətinin Ümumi Direktorlar Şurasına təyin edilmişdir. Burada Şeldon Lindall Urvikin həmkarı idi və Urvik kimi Teylor Cəmiyyətinin fəal üzvü idi.
Fərid Cəlalov
Fərid Cəlalov – Azərbaycan kişi milli voleybol komandasının üzvü və eyni zamanda qadınlardan ibarət İqtisadçı voleybol komandasında köməkçi məşqçi. Millimizdə kapitanlıq da etmiş mütəxəssis 2013-cü ilin avqustunda bir neçə oyunda "İqtisadçı"nın baş məşqçisi də olmuşdu. Buna səbəb komandanın baş məşqçisinin zamansız istefaya göndərilməsi idi. == Həyatı == Fərid Yasər oğlu Cəlalov 1987-ci ildə Azərbaycan SSR-nin Masallı rayonunda anadan olmuşdur. Ailəlidir, 2 övladı var.
Cəladət Əli Bədirxan
Cəladət Əli Bədirxan (kürd. جەلادەت عالی بەدرخان; 26 aprel 1893, Konstantinopol – 15 iyul 1951, Dəməşq; həmçinin Mîr Celadet adı ilə də tanınır) — kürd diplomat, yazıçı, dilçi, jurnalist və siyasi fəal. İstanbul Universitetində hüquqşünaslıq fakültəsi üzrə magistraturanı bitirən və təhsilini Münhendə tamamlayan Cəladət həmçinin kürdcə, türkcə, farsca, ərəbcə, almanca, fransızca və rusca kimi bir çox dildə danışa bilirdi. Türkiyəni 1923-də cümhuriyyət elan olunduqdan sonra tərk etmişdir. 1927-ci ildə Beyrutda baş tutan bir kürd konfransında Xoybun komitəsi formalaşmışdır. Cəladət şimali kürd dilinin — kurmanc dilinin çağdaş halını orqanizə edən ilk dilçi olması və hal-hazırda rəsmi olaraq istifadə edilən latın əlifbasını dizayn eləməsi ilə məşhurdur. Bu əlifba bəzən kürd dilinin habelə o biri dialektləri üçün də — ərəb, kiril və erməni əlifbalarının əvəzinə işlənir.
Cəlladın cəzası (film, 1945)
Cəlladın cəzası — 1945-ci ildə istehsal olunmuş Misir filmi. == Mövzu == Film gecə klubları, narkotika alveri, qətl və polislərlə dolu qaranlıq bir melodram idi. == Festivallarda == "Cəlladın cəzası" filmi çəkildikdən bir il sonra Kannda göstərilmışdir.