Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Charles Chipiez
Şarl Şipye (fr. Charles Chipiez; 11 yanvar 1835[…] və ya 12 yanvar 1835, Ekülli[d][…] – 9 noyabr 1901, VI arondisman (Paris)) nüfuzlu bir Fransız memarı, Misirşünas, İranşünas və qədim dünya memarlığının həvəskar bir tarixçisidir. Fransanın Paris şəhərindəki École Spéciale d'Architectureda müəllim idi və 1887-ci ildə “École Nationale Professionnelle d'Armentières” və ya Armentièresin Milli Professional binasının inşasına kömək etmişdir. Chipiez, memar, hellenist və memarlıq tarixçi Georges Perrotun köməyi ilə Misir, Yunanıstan, Fars, Lidiya, Likiya və Aşşur kimi yerlərdə qədim dünyanın memarlıq nailiyyətlərinin ən təfərrüatlı təsvirlərindən bəzilərini yazmışdır. Chipiez eyni zamanda bir zamanlar ucaldılan qədim abidələrin ən detallı virtual memarlıq rəsmlərindən bəzilərini yaradaraq onları canlandırmışdır. Perrot ilə yazdığı görkəmli əsərlərdən bəzilərinə ibtidai Yunanıstandakı sənət tarixi: 1894-cü ildə Mikena sənəti, 1885-ci ildə Finikiya və onun koloniyalarında sənət tarixi, 1892-ci ildə Persiyada sənət tarixi, 1883-cü ildə Qədim Misirdə sənət tarixi, 1884-cü ildə Xaldeya və Aşşurda sənət tarixi, 1892-ci ildə Frigiya, Lidiya, Kariya və Likiyada sənət tarixi və Sardiniyada sənət tarixi, 1890-cı ildə Juda, Suriya və Kiçik Asiyada sənət tarixi əsərləri daxildir. Chipiezin rəsmləri sənətkarlıq qabiliyyətlərinin yanında texniki zəkasını da əks etdirir.
Charles Hermite
Şarl Ermit (24 dekabr 1822[…] – 14 yanvar 1901[…], Paris, Fransa) — Fransız riyaziyyatçı, ədədlər nəzəriyyəsi, kvadratik formaların invariant nəzəriyyəsi, ortoqonal polinomlar, elliptik funksiyalar və cəbr üzrə tədqiqat aparıb. == Həyatı == == Fəaliyyəti == 1873-cü ildə ilk dəfə e ədədinin transendent olduğunu isbat etmişdir. Riyazi analiz, ədədlər nəzəriyyəsi, cəbr üzrə əsərlərin müəllifidir.
Charley ATL
Charley ATL (tələffüzü: Çarli ATL) — 1987-ci ildə yaranmış Azərbaycan rok qrupu. Yaradıcılıq dövrü boyu proqressiv art-rok janrında ifa edib. == Tarixi == Qrup öz yaradıcılığında Kinq Krimson , Centl Cayant, Raş, Frank Zappa və başqaları kimi belə artistlərin təsirini hiss etdi. Bundan başqa, Charley ATL Azərbaycanda, heç nə ilə müqayisə olunmayan, öz ciddi poetik stilini hazırlayan ilk rok qrupa çevrildi. Çalğı aləti kimi qrup öz musiqilərində Tar alətindən də istifadə etmişdi. Təəssüf ki, qrup yalnız "Hind kinosunun qurbanlarına həsr olunur.." (1990) adlı bir albom çıxara bildi. Bu alboma «Şah İsmayıl», «Körpə», «Energy», «Anqola camaatı», «Sakitlik-məhəbbət», «Good morning children», «Nara-Nara», «Freyd dünyası» və başqa mahnılar daxil idi. 1991-ci ildə qrupun keçmiş iştirakçılarından biri Vahid Mustafayev Zaqafqaziyada ANS adlı ilk müstəqil teleradio şirkətini əsasını qoydu. Qrupun demək olar ki, bütün musiqiçiləri studiyanın işçisi oldular. Studiya 1994-cü ildən 1998-ci ilə qədər səsyazma studiyalarının arasında lokal bazarda lider idi.
Charles Gaudichaud-Beaupré
Şarl Qodişo Bopre (fr. Charles Gaudichaud-Beaupré; 4 sentyabr 1789[…], Angoulême – 16 yanvar 1854[…], Paris və ya Angoulême) — fransız botaniki və bitki sistematiki. == İstinadlar == == Elmi əsərləri == "Voyage autour du monde :entrepris par ordre du roi … exécuté sur les corvettes de S. M. l’Uranie et la Physicienne, pendant les années 1817, 1818, 1819 et 1820 … /par M. Louis de Freycinet…. Botanique, par M. Charles Gaudichaud [avec la collaboration de MM. Persoon, Agardh et Schewaegrichen] Pillet aîné, Paris, 1826 "Recherches générales sur l’organographie, la physiologie et l’organogénie des végétaux" Imprimerie Royale, Paris, 1841.
Charles Vancouver Piper
Çarlz Vankover Piper (ing. Charles Vancouver Piper; 16 iyun 1867, Viktoriya və ya ABŞ – 11 fevral 1926, Vaşinqton) — ABŞ botaniki.
Charles Sumner Tainter
Çarlz Samner Teynter (25 aprel 1854, Vatertaun[d], Massaçusets – 20 aprel 1940[…], San-Dieqo, Kaliforniya) — Amerikalı elmi alət istehsalçısı, mühəndis və ixtiraçı. Aleksandr Qreyam Bell, Chichester Bell, Alexander'in qayınatası Gardiner Hubbard ilə əməkdaşlıqları, Tomas Edisonun fonoqrafında əhəmiyyətli təkmilləşdirmələr nəticəsində Qrammofon -nun ilkin versiyası olan diktofonu yaratması ilə tanınır. Karyerasının irəliləyən dövrlərində Qərbi Virciniyadakı Beynəlxalq Qrafofon Şirkəti ilə olan əlaqələri və həmçinin öz tədqiqat və inkişaf laboratoriyasını idarə etməsi Tainter -a "Danışan Maşının Atası" (yəni fonoqrafın atası) titulunu qazandırdı.
Cared Daymond
Cared Daymond (10 sentyabr 1937, Boston) — ABŞ antropoloqu, ekoloqu, coğrafiyaşünası, bioloqu və yazıçısı. Onun "Tüfəng, Mikrob və Dəmir" adlı kitabı "Pulitzer" mükafatına layiq görülüb. 2013-cü ildən Kaliforniya Universitetində coğrafiya professorudur. 2005 və 2008-ci ildə ABŞ xarici polis və İngiltərə prospekt jurnallarının internet səhifələrində oxuçuları ilə özünə cəlb etmişdir. Dünyanın ilk 100 intelektual siyahısında 9 və 31 yerdə olmuşdur. == Həyatı == Cared Daymond ABŞ-ım Massaçusets ştatının Boston şəhərində anadan olub. Atası həkim, anası müəllimdir. 1958-ci ildə Harvard Universitetini bitirib. 1961-ci ildə Kembric Universitetində fizika üzrə doktor olub. 1966-cı ildə Kaliforniya Universitendə dərs deməyə başlayıb.
Cared Leto
Cared Leto (ing. Jared Joseph Leto; 26 dekabr 1971[…], Bossier Siti[d], Luiziana) – aktyor, vokalist. == Həyatı == Cared Leto 26 dekabr 1971-ci ildə ABŞ-nin Luiziana ştatındakı Bosser Siti şəhərində anadan olub. Cared sənətə olan sevgisinə görə onu və qardaşı Şenionu hər vasitə ilə təqdir edən anası Konstansa borcludur. O, təşəbbüskar və özündən əmin uşaq idi. 1983-cü ildə Cared Virciniyadakı kiçik kafedə qabyuyan qismində əmək fəaliyyətinə başlayır. 1989-cu ildə isə o, qapıçı işləyir. Erkən yaşlarında Leto ailəsi ilə birlikdə çox səyahət etmiş və Haiti, Kolarado kimi yerlərdə yaşamalı olmuşdu. Məktəbi bitirən Cared sənədlərini Filadelfiya İncəsənət Universitetinə verir və qəbul olunur. O, təsviri incəsənət və xüsusilə rəssamlıq üzrə ixtisaslaşır.
Cared Padaleki
Cared Tristan Padaleki ABŞ aktyoru. Aktyorun 2005-ci ildə çəkildiyi "Fövqəltəbii" serialı ona məşhurluq gətirmişdir. Bundan başqa o, "Mum evi", "Gilmor qızları", "13-cü cümə" və "Ağlayan canavar" kimi filmlərdə də çəkilmişdir. "Fövqəltəbii" serialındakı tərəf müqavili Ceneviyev Kortes ilə evlidir. == Həyatı == Cared Tristan Padaleki 1982-ci il 19 iyul tarixində Texasda anadan olub. Əslən o, polyakdır, çünki ata tərəfdən babası polyak idi. Onun özündən böyük qardaşı Rayan və kiçik bacısı Meqan var. 12 yaşında aktyorluq dərsləri götürməyə başladı. 1999-cu ildə 17 yaşındaykən aktyorluq debütünü etdi, lakin ona əsl şöhrət gətirən "Fövqəltəbii" serialı oldu. Serialda o, fövqəltəbii hadisələri araşdıran ovçu Sem Vinçesterin rolunu canlandırmışdır.
Cared Qarsiya
Cared Qarsiya (6 dekabr 1992) — ABŞ-lı peşəkar kişi BMX velosipedçisi. Cared Qarsiya ABŞ-ni beynəlxalq yarışlarda təmsil edir. == Karyerası == Cared Qarsiya 2015 UCI BMX Dünya Çempionatında 1 km zaman yarışında iştirak etmişdir. O, Belçikada baş tutan yarışlarda 31.875 saniyəlik nəticəsi ilə 9-cu yeri tutdu və super finala vəsiqə qazandı. Bu mərhələdə 31.644 saniyəlik nəticəsi ilə 8-ci yeri tutdu.
One More Change
One More Chance — Maykl Ceksonun bir mahnısı.
Wind of Change
"Wind of Change" (azərb. Dəyişikliklər küləyi‎) — "Scorpions" qrupunun vokalçısı Klaus Mayne tərəfindən 1990-cı ildə yazılmış rok ballada. Mahnı SSRİ-dəki yenidənqurmaya və soyuq müharibənin başa çatmasına həsr olunub. İngilis dilində olan mahnı, sonralar qrup tərəfindən rus (rus. Ветер перемен) və ispan (isp. Vientos de cambio) dillərində də ifa olunub. Wind of Change qrupun ən məşhur mahnılarından biri hesab olunur. == Tarixi == Kompozisiya Crazy World albomunun tərkibində 1990-cı ildə çıxıb və tezliklə Avropa və Amerika çartlarının zirvəsinə çıxaraq əsl hitə çevrilib. Mahnı Klaus Mayne tərəfindən yazılıb. O, bildirib ki, mahnını 1988-ci ildə SSRİ-yə ilk səfərindən və 1989-cu ildə keçirilmiş "Moscow Music Peace Festival"ından təsirlənərək yazıb.
Edward Charles Stuart Baker
Con Gilbert Beyker (ing. John Gilbert Baker; 13 yanvar 1834 – 16 avqust 1920, Riçmond-apon-Tems[d], Böyük London) – İngilis botaniki. == Çap olunmuş əsərləri == A supplement to Baines' Flora of Yorkshire. London, Pamplin, 1854 (ing.) The flowering plants and ferns of Great Britain. London, Cashs, 1855 (ing.) A new flora of Northumberland and Durham. London, Williams & Norgate, 1868 (ing.) A flora of the English Lake District. London, Bell, 1885 (ing.) Handbook of the fern-allies. London, Bell & sons, 1887 (ing.) Flora of Mauritius and the Seychelles. London, Reeve, 1877 (ing.) Handbook of the Amaryllideae, including the Alstroemerieae and Agaveae. London, Bell & sons, 1888 (ing.) Handbook of the Bromeliaceae.
William Charles Linnaeus Martin
Vilyam Çarlz Linney Martin (ing. William Charles Linnaeus Martin; 1798[…] – 1864[…], Kent qraflığı) — ingilis təbiətşünası. == Həyatı == == Əsərləri == A Natural History of Quadrupeds and other Mammiferous Animals (1841), The History of the Dog (1845), The History of the Horse (1845), Pictorial Museum of Animated Nature (1848—1849), Cattle: their breeds, management and diseases (1853), Our Domestic Fowls.