Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
CURL
cURL — müxtəlif şəbəkə protokollarından istifadə edərək məlumatların ötürülməsi üçün kitabxana (libcurl) və komanda sətri aləti (curl) təmin edən kompüter proqram təminatı layihəsi. Adın açılışı "Client for URL"-dir. curl ilk dəfə 1996-cı ildə buraxılıb. O, əvvəlcə httpget, daha sonra urlget, sonda isə curl adlandırılıb. Orijinal müəllif və aparıcı tərtibatçı isveçli Daniel Stenberqdir. O, IRC istifadəçiləri üçün valyuta məzənnələrinin alınmasını avtomatlaşdırmaq istədiyi üçün curl-i yaratmışdı. Curl-un əsas istifadəsi əmr sətrində sadəcə curl yazmağı, sonra isə URL-ni ehtiva edir. curl.se — CURL rəsmi saytı Comparison of curl vs other open source download tools Stenberg, Daniel. "Comparison of curl vs wget". Nov 9, 2021 [2007].
Cheel
Edvin Çil (ing. Edwin Cheel; 14 yanvar 1872 – 19 sentyabr 1951, Sidney) — İngiltərə əsilli Avstraliya botaniki və mikoloqu. Edvin Çil göbələk və toxumlu bitkilər üzrə ixtisaslaşmışdır. Edwin Cheel. 1923. Two additional species of leptospermums. 5 pp. Edwin Cheel. 1924. Notes on boronia in the pinnatae section, with a description of a new species.
Chgrp
chgrp — Unix əməliyyat sistemlərində faylın daxili olduğu qrupu dəyişmək üçün komandadır. test.cpp faylı root qrupuna daxildir. chgrp ilə onun test.cpp faylının qrupu rootdan sys-ə dəyişdirildi.
Schur
Filipp İohann Ferdinand Şur (alm. Philipp Johann Ferdinand Schur‎ və ya alm. Ferdinand Schur‎, 18 fevral 1799, Köniqsberq, Prussiya – 27 may 1878, Belsko-Byala[d], Sileziya[d], Prussiya) — Alman və Avstriya botaniki, farmasepti, kimyaçısı və fabrik sahibi. Enumeratio plantarum Transsilvaniae. Sertum florae Transsilvaniae. 1853. Franz Speta: Dr. Ferdinand Schur. Leben und Werk von F. Schur. Stapfia 1994.
Charm
Charm — ABŞ müğənnisi Clairo-nun üçüncü studiya albomu. 12 iyul 2024-cü ildə buraxılacaq. Albomdan ilk sinql “Sexy to Someone” 23 may tarixində yayımlanıb.
Coul
Coul (C) (ing. Joule (J)) — fizikada enerjinin həcmi, istiliyin kəmiyyəti, görülən işin vahidi. 1 coul (C) - 1N qüvvənin qüvvə istiqamətində gedilən 1m yolda gördüyü işə deyilir. Elektrik sahəsində 1 coul (C) 1 volt (V) gərginliyin təsiri ilə 1 saniyə (s) müddətində dövrədə 1 amper (A) şiddəti olan cərəyanı davam etdirməyə sərf olunan işə deyilir. Coul enerji ölçü vahidi ingilis alimi Ceyms Preskott Coulun şərəfinə adlandırılıb. Ədədi qiymətcə 1C=kq*m^2/san^2 bərabərdir.
Ahura Mazda
Hörmüzd və ya Ahura Mazda (avestaca Əhura Məzda, pəhləvicə: Ohrməzd) — zərdüştiliyin baş, yaradıcı, xeyir tanrısı. Zərdüştilikdə əsas bəhs Hörmüzdün xilqət aləminə olan mehr-məhəbbəti, Sepentaminunun və Əngirəminunun Hörmüzd ilə olan rabitəsinin necəliyi ətrafındadır. Zərdüştiliyin ilkin təlimlərinə əsasən, Hörmüzd öz əndişəsində iki minunu xəlq etmişdir. Bu iki minu xilqətin əvvəl çağlarından xeyirlə şərdən birini seçməyə və öz seçimləri ilə Sepənd və Əngura olmağa vadar edilmişlər. Bu seçki o qədər əsaslı və mühüm idi ki, Sependminu öz düşməni Əngirəminuya (Əhrimənə) demişdir: "Bizim fikrimiz, ayinimiz, meylimiz, seçimimiz, söhbətimiz, əməlimiz, elmimiz və ruhumuz bir-birilə müvafiq deyildir." Hər halda Allah iki minunu xəlq etmişdir, onlardan biri xeyir və yaxşılığı, digəri isə şər və pisliyi seçmişdir. Buna əsasən, ilahi Hörmüzd hər iki minudan ilkindir; baxmayaraq ki, Sepentminu ilə müvafiqdir və Əngireminunu rədd edir. Amma Hörmüzd ilə bu iki minu arasında əvvəlcədən tə’yin olunmuş rabitə sonrakı dövrlərdə dəyişdirildi və bu rabitənin təhlil və dəyişdirilməsinin necəliyi ilə əlaqədar olaraq, zərdüşt dini üç firqəyə bölündü: Sənəviyyani Məzdai, Məsxiyyə və Zərvaniyyə. Bu firqə nur və işıqlığın xaliqi və məzhəri olan Sepəndminunun Hörmüzd ilə eyni səviyyədə olduğuna və Əhrimənin onun müqabilində dayandığına etiqadlıdır. Onlar mütləq işıqlığa və nura pərəstiş edir, hər növ nuru ondan bilir və onu (mütləq işıqlığı) aləmin rəhbəri kimi təqdim edirdilər; bütün yaxşı işləri ona aid edirdilər. Onun adı Hörmüzd, yaxud Xudavənd və yaxud da Yəzdandır.
Ahura Məzda
Hörmüzd və ya Ahura Mazda (avestaca Əhura Məzda, pəhləvicə: Ohrməzd) — zərdüştiliyin baş, yaradıcı, xeyir tanrısı. Zərdüştilikdə əsas bəhs Hörmüzdün xilqət aləminə olan mehr-məhəbbəti, Sepentaminunun və Əngirəminunun Hörmüzd ilə olan rabitəsinin necəliyi ətrafındadır. Zərdüştiliyin ilkin təlimlərinə əsasən, Hörmüzd öz əndişəsində iki minunu xəlq etmişdir. Bu iki minu xilqətin əvvəl çağlarından xeyirlə şərdən birini seçməyə və öz seçimləri ilə Sepənd və Əngura olmağa vadar edilmişlər. Bu seçki o qədər əsaslı və mühüm idi ki, Sependminu öz düşməni Əngirəminuya (Əhrimənə) demişdir: "Bizim fikrimiz, ayinimiz, meylimiz, seçimimiz, söhbətimiz, əməlimiz, elmimiz və ruhumuz bir-birilə müvafiq deyildir." Hər halda Allah iki minunu xəlq etmişdir, onlardan biri xeyir və yaxşılığı, digəri isə şər və pisliyi seçmişdir. Buna əsasən, ilahi Hörmüzd hər iki minudan ilkindir; baxmayaraq ki, Sepentminu ilə müvafiqdir və Əngireminunu rədd edir. Amma Hörmüzd ilə bu iki minu arasında əvvəlcədən tə’yin olunmuş rabitə sonrakı dövrlərdə dəyişdirildi və bu rabitənin təhlil və dəyişdirilməsinin necəliyi ilə əlaqədar olaraq, zərdüşt dini üç firqəyə bölündü: Sənəviyyani Məzdai, Məsxiyyə və Zərvaniyyə. Bu firqə nur və işıqlığın xaliqi və məzhəri olan Sepəndminunun Hörmüzd ilə eyni səviyyədə olduğuna və Əhrimənin onun müqabilində dayandığına etiqadlıdır. Onlar mütləq işıqlığa və nura pərəstiş edir, hər növ nuru ondan bilir və onu (mütləq işıqlığı) aləmin rəhbəri kimi təqdim edirdilər; bütün yaxşı işləri ona aid edirdilər. Onun adı Hörmüzd, yaxud Xudavənd və yaxud da Yəzdandır.
Charli XCX
Şarlotta Emma Eytçison (ing. Charlotte Emma Aitchison; 2 avqust 1992, Kembric) — əsasən Charli XCX ləqəbi ilə tanınan ingilis müğənni və bəstəkar. Şarlotta Emma Eytçison 2 avqust 1992-ci ildə İngiltərənin Kembric şəhərində anadan olmuşdur. Atası şotland, anası hind əsilli uqandalıdır. Hartofordşir əyalətində böyümüşdür. Məktəb təhsilini 2010-cu ildə yarım saxlamışdır.
Charm School
Charm School - Roxette qruppunun albomudur.
Chuck (serial)
"Chuck" — Joş Sxvartz və Kris Fedakın ekranlaşdırdığı döyüş komediya, casus dram janrında televiziya serial. Chuck Bartowski (Zachary Levi) iyirmi yaşının ortalarındadır və Buy More, Burbank, Kaliforniya, istehlakçı-elektronik mağazalar şəbəkəsində işləyir. O, ağıllı, lakin həvəssiz, kompüter xidməti üzrə mütəxəssisdir və ən yaxşı dostu Morgan Grimes (Coşua Qomez) ilə birlikdə işləyir. O, Stenford Universitetindən dərslərinin birində aldatdığına dair saxta ittihamlarla qovulmuşdu və bu, çox güman ki, sürücülüyünə və mənəviyyatına xələl gətirmişdi. O, bacısı Elli (Sarah Lancaster) və onun sevgilisi Devon "Kapitan Awesome" Vudkombla (Ryan McPartlin) birlikdə yaşayır, onlar daim Çakın peşəkar və romantik həyatında irəliləyiş əldə etməyə təşviq edən həkimlərdir. Çakın Stenford Universitetində keçmiş otaq yoldaşı və hazırda Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) agenti olan Bryce Larkin (Metyu Bomer) CIA və Milli Təhlükəsizlik Agentliyinin (NSA) birləşmiş bütün verilənlər bazası olan Intersect-i oğurlayır və onu saxlayan kompüteri məhv edir. Sağ qalan yeganə nüsxə Bryce-dən e-poçtu açanda kodlaşdırılmış şəkillər vasitəsilə Chuck-ın beyninə subliminal şəkildə daxil olur. NSA-nın mayoru Con Keysi (Adam Bolduin) və Mərkəzi Kəşfiyyat İdarəsinin əməkdaşı Sara Uoker (Yvonne Strahovski) araşdırma aparmaq üçün göndərilir. Çak, indi malik olduğu biliklərdən sui-qəsdçilərin və beynəlxalq terrorçuların qarşısını almaq üçün istifadə edərək, onun əvvəllər adi həyatını yaxşılaşdırmaq üçün işə götürülür. The Intersect Çakın verilənlər bazasından məlumatların qeyri-ixtiyari "yanıb-sönməsi"ni almasına səbəb olur, bu, üzlər, səslər, obyektlər və açar sözlər kimi tətiklər tərəfindən aktivləşdirilir.
Chuck Yeager
Çarlz Elvud Yeqer (ing. Charles Elwood Yeager; 13 fevral 1923, Mira[d], Qərbi Virciniya – 7 dekabr 2020, Los-Anceles, Kaliforniya) — amerikalı pilot. 1923-cü ildə Amerika Birləşmiş Ştatlarının Virciniya bölgəsində dünyaya gəlmişdir. İkinci dünya müharibəsi dövründə ABŞ Hərbi Hava Qüvvələrində xidmət etmişdir. Müharibə başa çatdıqdan sonra Hərbi hava qüvvələrindən ayrılmamış və test pilotu olmuşdur. 14 oktyabr 1947-ci ildə raketlərlə təchiz edilmiş Bell X-1 təyyarəsini test edərkən səs sürətini keçmiş ilk insan olmuşdur. Daha sonralar hərbi karyerasında general-mayor rütbəsinə qədər yüksəlmişdir. 1941–1975-ci illər ərzində ABŞ Hərbi Hava Qüvvələrində xidmət etmişdir. Vyetnam müharibəsi və İkinci dünya müharibəsində iştirak etmişdir.
Metal Church
Metal Church — "Sharapnel" adıyla 1981-ci ildə gitaralarda Kurdt Vanderhoof və Craig Wells, bas gitarada Duke Erickson, zərb alətlərində Kirk Arrington və vokalda Mike Murphy'dən ibarət heyət ilə quruldu. Mike Murphy qrupdan ayrılıb "Rogues Gallery"-yə qatılınca, Craig yoldaşı David Wayne'i qrupa dəvət etdi. Sharpnel barlarda, məktəblərdə fürsət tapdıqları hər yerdə səhnəyə çıxır və ağırlıqlı metal cover'ları edirdi. 1983-cü ildə "Sharpnel" adını dəyişdirdi və Kurdt'un, San Fransiskoda qurduğu qrupun adı olan Metal Church'ü seçdi. 1984-cü ildən artıq öz mahnılarını yazmağa başlayan qrup ilk konsertini Aberdeen'dəki D&R Theater'da verdi. Daha sonra öz adlarını daşıyan "Metal Church" albomunu Ground Zero vasitəçiliyi ilə çıxartdı. 1985-ci ildə albomun yaxşı satması nəticəsində Elektra Records, Metallicadan James Hetfield və Lars Ulrich'in də təzyiqləri qrupu öz təsirinə alarkən qrup ilk dövrünə hazırlaşırdı. 1986-cı ildə qrup "The Dark" albomunu çıxardı və ən başda öz bateristleri olacaq olan Lars Ulrich və qrupu Metallica ilə turneyə çıxdı. Kurdt qrupda çalmağı kəsdi və turnelərə getməyi buraxdı. Lakin qrupun mahnılarını yazmağa davam edirdi.
Cheri, Cheri Lady (Modern Talking)
"Cheri, Cheri Lady" (azərb. Əziz, əziz xanım‎) – Modern Talking qrupunun ikinci albomu Let's Talk About Love albomunun ilk sinqlıdır.Bu mahnı Almaniya hit-paradında 24 həftə 1-ci yeri tutmuşdur.
Canadian Singles Chart
Canadian Singles Chart — Kanadanın rəsmi hit paradı. Hit parad hər həftənin Çərşənbə günü yayımlanır.
Danish Singles Chart
Dutch Singles Chart
Dutch Top 40 (nid. Nederlandse Top 40) - həftəlik musiqi hit paradı. Hit parad ilk dövrlərdə "Veronica Top 40" adı ilə yayımlanmışdır. Radio Veronicanın tədim etdiyi hit parad ABŞ-nin Billboard Hot 100 hit paradına bənzəyir.
Finnish Singles Chart
Finland's Official List (fin Suomen virallinen lista, isv. Finlands officiella lista) — 1991-ci ildən "ÄKT (IFPI Finland)" tərəfindən tərtib edilən Finlandiya hit paradı.
Irish Singles Chart
The Irish Singles Chart — İrlandiyada "Irish Recorded Music Association" tərəfindən təqdim edilən həftəlik hit parad.
Italian Singles Chart
İtaliya Musiqi Sənayesi Federasiyası (The FIMI) (it. Federazione Industria Musicale Italiana, ing. Federation of the Italian Music Industry) — İtaliyada musiqi sənayesində fəaliyyət göstərən şirkət. Şirkət 1992-ci ildə qurulub. 2011-ci ildə FIMI İtaliyanın musiqi sənayesində işləyən 2500-dən çox şirkəti təmsil edirdi. Şirkətin əsas məqsədi İtaliya səsyazma şirkətlərinin maraqlarını qorumaqdır. 2010-cu ilin iyul ayından etibarən federasiyanın prezidenti Enço Maççadır.
Norwegian Singles Chart
VG-lista — Norveçdə yayımlanan hit parad. Hit parad hər həftə Verdens Gang qəzetində və "Norwegian Broadcasting Corporation"ın "Topp 20" verilişində yayımlanır.
Spanish Singles Chart
İspaniya Musiqi Prodüsserləri (isp: Productores de Música de España, qısa şəkildə PROMUSICAE) - İspaniyada musiqi industriyasında fəaliyyət göstərən şirkət.
Swedish Singles Chart
Sverigetopplistan — yayımlandığı ilk dövrlərdə Topplistan və Hitlistan adlarıyla tanına İsveçin rəsmi hit paradı.
UK Singles Chart
UK Singles Chart — Böyük Britaniyanın rəsmi hit paradı. Hit parad nüfuzuna görə yalnız ABŞ -ın Billboard Hot 100 hitparadı ilə müqayisə edilə bilər.
Swiss Singles Chart
The Swiss Music Charts (alm. Schweizer Hitparade‎) - İsveçrənin əsas musiqi hit paradı.
Cürə
Cürə (lat. Spatula) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinə aid heyvan cinsi.