CÜRM

is. [ ər. ] klas. Günah, təqsir, suç, qəbahət. İki şonqar dalaşanda, bir qarğaya cürm düşər. ( Ata. sözü ).
[Vəzir:] Sultan Mahmud Qəznəvi bu gunə cürm üçün müqərrəblərindən birisinin boynunu öz əlilə vurdu. M.F.Axundzadə.
Bağışla cürmümü, ey şux, kim, həyatımda; Çox etmişəm səni azürdə ahü zarım ilə. Q.Zakir.

Синонимы

  • CÜRM cürm bax günah
CÜRLƏMƏK
CÜSSƏ
OBASTAN VİKİ
Məhəmmədağa Cürmi
Məhəmmədağa Cürmi (XIX əsr, Bakı) — XIX əsr Azərbaycan şairi. Məhəmmədağa Cürminin doğum və ölüm tarixi haqqında məlumat yoxdur, O, XIX əsrin 80-ci illərində Bakıda fəaliyyət göstərən "Məcməüş-şüəra" ədəbi məclisinin fəal üzvü və rəhbəri olmuşdur. Müasirlərindən Seyid Əzim Şirvani, Mirzə İsmayıl Qasir, Ağadadaş Sürəyya və başqalarının əsərlərində onun adının çəkilməsi göstərir ki, tanınan şair imiş, Ancaq əsərləri tam halda əldə yoxdur.

Значение слова в других словарях