Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Cilovdar
Cilovdar-Orta çağdan xanlıq dövrünədək sarayda şah və ailəsinə qulluq edən məmur. Cilovdarlar əyan-əşrəfin atının cilovundan yapışıb, minməyə kömək edirdilər. Xanımları isə getdikləri yerə qədər müşayiət edirdilər. I Şah Abbas Səfəvinin Şahqulu ağa Çəmişgəzəkli adlı cilovdarı vardı. Sivil qaydada isə toy alayının önündə at belində gedən gəlin qızı ər evinə aparan atı cilovundan tutub onun başını çəkərək aramla addımlayan şəxsə verilən ad. Qızı ər evinə yola salan "qız evi adamları" arasında yengədən sonra yer tutan bu şəxs qızın doğma dayısı, kiçik qardaşı, yaxud oğlan sağdışı olardı. O, gəlin qıza at üstə və ya miniyə qalxıb-düşməkdə kömək edər, onu bəy qapısına çatdırıb oğlan adamlarına tapşırdıqdan sonra geriyə, qızın dədəsi evinə qayıdardı. Onun "cilovkəş / cilavdar" (Naxçıvan) deyiliş şəkilləri və "inandar", "rikabdar" adları da vardı.
Cilovdar (Miyanə)
Cilovdar (fars. جلودار‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə yaşayışı yoxdur. == Coğrafi yerləşməsi == Xalxal şəhristanının Kağızkonan bölgəsinin eyniadlı kəndistanında, Xalxal-Miyanə avtomobil yolunun 4 kilometrliyindədir.
Cilovdarlı
Cilovdarlı — Azərbaycan Respublikasının Tovuz rayonunun Qədirli kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 6 may 1997-ci il tarixli, 293-IQ saylı Qərarı ilə Tovuz rayonunun faktiki mövcud olan Cilovdarlı kəndi dəqiqləşdirmə qaydasında Xatınlı kənd inzibati-ərazi vahidinin tərkibində yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Tovuz rayonunun Xatınlı kənd inzibati-ərazi vahidinin Çilovdarlı kəndi Qədirli kənd inzibati-ərazi vahidinin tərkibinə verilmişdir. == Toponimikası == Etnotoponimdir. Cilovdarlılar vaxtilə şahsevənlər hərbi ittifaqına daxil olmuş, I Şah Abbasın hakimiyyəti illərində (XVII əsrin əvvəlləri) Gəncəbasara gəlmişlər. Cilovdarlıq səfəvilər dövründə xüsusi vəzifə olmuş və bu vəzifənin icrası ayrılıqda bir tayfaya tapşırılmışdır. Mənbələrdə cilovdarlar oğuzların bəydili tayfasının bir qolu kimi qeyd olunur. Cilovdar "cilov tutan, cilov verən", "ordunun on hissəsində gedən" deməkdir. Füzuli rayonundakı Qazaxlar kəndinin məhəllələrindən biri də Cilovdarlı adlanır. Bir başqa mənbədə isə Cilovdar "öndə gedən", "karvanbaşı" deməkdir.
Çovdar
Çovdar (bitki) — buğdakimilər (Gramineae) ailəsindən Secale cereale növünə verilmiş addır. Çovdar (Daşkəsən) — Azərbaycanın Daşkəsən rayonunda kənd. Çovdar (Kəlbəcər) — Azərbaycanın Kəlbəcər rayonunda kənd.
Çovdar (Bitki)
Çovdar (Daşkəsən)
Çovdar — Azərbaycan Respublikasının Daşkəsən rayonunun Çovdar kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == "Çovdar" etnotoponimdir. Adını ərazidəki eyniadlı dağdan almışdır. == Tarixi == Kəndin 1869-cu ildə yaranması haqqında məlumatlar mövcuddur. === Tarixi abidələri === Çovdar kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidələri qeydə alınmışdır: == Coğrafiyası və iqlimi == Kənd Çovdar dağının şimal yamacında yerləşir. == Əhalisi == == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir. == Mədəniyyəti == Kənddə Çovdar kənd kitabxana filialı, Çovdar kənd Mədəniyyət Evi fəaliyyət göstərir. Kənddə 1869-cu ilə aid kilsə, 1891-ci ilə aid qala mövcuddur. == Təhsil == Kənddə təhsil müəssisəsi mövcud deyil. == Din == Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.
Çovdar (Kəlbəcər)
Çovdar — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Başlıbel kənd inzibati ərazi dairəsində kənd. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 25 noyabr 2020-ci ildə Azərbaycana qaytarılıb. == Tarixi == Kəlbəcər rayonunun Başlıbel inzibati ərazi vahidində kənd. Covdar çayının (Tərtər çayının qolu) sahilindədir. Etnotoponimdir. Digər bir yerli məlumata görə- Çovdar və Kərəm adlı iki varlı çovdar məskunlaşmaq üçün Çovdar və Şahkərəm kəndlərinin ərazisinə gəliblər. Çovdar kişi Çovdar kəndinin bünövrəsini qoyub və kənd onun adı ilə bağlıdır. == Toponimikası == Kəlbəcər r-nunun Başlıbel i.ə.v.-də kənd. Çovdar çayının (Tərtər çayının qolu) sahilindədir.
Çovdar bələdiyyəsi
Daşkəsən bələdiyyələri — Daşkəsən rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Çovdar mahmızı
Çovdar mahmızı (lat. Claviceps purpurea) — fungi aləminin ascomycota şöbəsinin sordariomycetes sinfinin hypocreales dəstəsinin clavicipitaceae fəsiləsinin claviceps cinsinə aid göbələk növü. Sıranın nümayəndələrində cinsi çoxalma məlumdur. Onların hamısı homotallikdir. Klavisepslərin inkişaf tsiklində konidilərlə çoxalama da müşahidə olunur. Çovdar mahmızının böyük təcrübi əhəmiyyəti vardır. O bir tərəfdən taxıl bitkilərində parazitlik edərək məhsuldarlığı azaldır, digər tərəfdən isə tərkibindəki zəhərli maddələrdən tibdə geniş istifadə olunur. Onların təsirindən əzələlər büzüşür və nəticədə qanaxma dayanır. Həmin maddələr şiddətli zəhərlənmələr verir. Çovdar mahnuzı mühüm praktiki əhəmiyyət kəsb edir.
Çovdar çörəyi
Çovdar çörəyi — çovdar taxılından edilmiş unla bişirilmiş çörək növüdür.
Çovdar qızıl yatağı
Çovdar qızıl yatağı — Daşkəsən rayonu ərazisində yerləşir. Qızıl filizləşməsi üst bayos yaşlı törəmə kvarsitlərdə təşəkkül tapmışdır. Yataq sahəsində bu tip törəmə kvarsitlərin bir-neçə çıxışı müəyyən olunmuşdur. Yatağın geoloji quruluşunun xüsusiyyətləri – hidrotermal-dəyişmə süxurlarının geniş yayılması, barit-polimetal damarlarının, polimetal və mis-sulfid tərkibli damarcıq-möhtəvi filizləşmə sahələrinin mövcudluğu onun yüksək perspektivliyə malik olduğunu göstərir. Hüdudlandırılmış və qismən (150 m-ə qədər) dərində öyrənilmiş «Mərkəz» filiz cismində qızılın miqdarı böyük amplitudada dəyişməklə (1 q/t- dan – 100 q/t-a qədər və daha çox), orta hesabla 8-10 q/t təşkil edir.