Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
JİT COMPİLER
JİT compiler(JİT ter)-(just-in-time compiler) proqramın ilkin mətnini bilavasitə icradan öncə maşın koduna çevirən kompilyator. Xüsusi halda, JİT-kompilyator aralıq dildə (intermediate language) olan Java- proqramı maşın koduna çevirir ki, nəticədə məhsuldarlıq 10-15 dəfə yüksəlir. İsmayıl Calallı. İnformatika terminlərinin izahlı lüğəti. “Bakı” nəşriyyatı, 2017, 996 s.
Composer
Composer — PHP proqramlaşdırma dili üçün yaradılmış çox platformlu (cross-platform) paket idarəetmə sistemi. PHP tətbiqləri və tətbiq içərisində istifadə olunan kitabxanalar üçün asılılıq idarəetməsini (dependency management) təmin edir. Nils Adermann və Jordi Boggiano tərəfindən hazırlanıb və ilk versiyası 1 mart 2012 tarixində yayımlanıb. Composer yaradılan zaman Node.js-in "npm" ve Ruby-nin "bundler" sistemlərindən yararlanıb. Composer komanda sətrindən işə salınır və tətbiqlə əlaqəli kitabxanaları tətbiq içərisinə qurur. Qurulan kitabxanaların əlaqəli olduğu başqa kitabxanalar varsa onlar da avtomatik olaraq qurulur. Bundan əlavə, Composer packagist adı verilən ortaq bir mənbədən icazə verilən kitabxanaların tətbiqdə rahatlıqla qurulmasına da imkan verir. Yüklənən kitabxanaların tətbiqdə avtomatik olaraq yüklənməsi (autoload) üçün infrastruktur da təqdim edir.
Computer
Kompüter (əvvəlki yazılışı: kompüter; ing. computer, [kəmˈpjuː.tə(ɹ)] — «hesablayıcı», lat. computare — "saymaq" və ya "hesablamaq" sözündən) və ya bilgisayar — arifmetik və ya məntiqi əməliyyatların (hesablamanın) ardıcıllığını avtomatik yerinə yetirmək üçün proqramlaşdırılan maşın. Müasir rəqəmsal elektron kompüterlər proqramlar kimi tanınan ümumi əməliyyat dəstlərini yerinə yetirirlər. Bu proqramlar kompüterlərə geniş spektrli vəzifələri yerinə yetirməyə imkan verir. Kompüter ya ayrı bir vahid ola bilər, ya da bir-biri ilə əlaqəli bir neçə qurğudan ibarət ola bilər. Kompüter sistemi tam əməliyyat üçün lazım və istifadə olunan aparat, əməliyyat sistemi (əsas proqram) və periferik avadanlığı özündə birləşdirən nominal olaraq tam kompüterdir. Bu termin həm də kompüter şəbəkəsi və ya kompüter klasteri kimi əlaqəli və birlikdə fəaliyyət göstərən kompüterlər qrupuna aid edilir. Müxtəlif sənaye və istehlak məhsulları kompüterlərdən idarəetmə sistemləri kimi istifadə edir. Mikrodalğalı sobalar və uzaqdan idarə vasitələri kimi sadə xüsusi təyinatlı cihazlar, sənaye robotları və avtomatlaşdırılmış layihələndirmə sistemləri kimi zavod cihazları, fərdi kompüterlər kimi ümumi təyinatlı cihazlar və smartfonlar kimi mobil cihazlar daxildir.
NeXT Computer
1976-cı ildə CobsVoznyak və Ronald Ueyn Apple şirkətini təsis etdilər. Cobs uzun illərin dostu olduğu Voznyaka kompüterlərin yığımı və satışına cəlb edə bildi. Şirkət genişləndikcə dostlar təcrübəli menecerlər axtarmağa başladılar. 1977-ci ildə Cobs və Voznyak, Apple II-ni bazara təqdim etdilər, o zamanlar Apple II ev bazarında əhəmiyyətli bir yer əldə etmişdi və Applenin kompüter bazarındakı yerini sağlamlaşdırdı. 1980-ci ilin dekabrında Apple Computer xalqa açıldı. Eyni il Apple Computer Apple III-ü bazara çıxardı, lakin bu model bir əvvəlki modelin yerini ala bilmədi. 1978-ci ildə Apple Maykl Skottu National Semiconductordan öz şirkətlərinə baş direktor kimi cəlb edə bildilər. 1983-cü ildə Cobs, Pepsi-Cola şirkətindən Con Skallini Apple şirkətinə rəhbər dəvət edərək demişdi: "Ömrünün sonuna qədər yalnız şəkərli su satmaq istəyirsiz yoxsa mənimlə birlikdə dünyanı dəyişəcəksiz?". O dövrdə Apple prezidenti Maykl Markkula vəzifəsindən getmək istədi. O hesab edirdi ki, Cobsun yeni modellər üçün şəxsi intizamı və enerjisi çatmır.
OK Computer
OK Computer — İngiltərə rok qrupu Radiohead-in 16 iyun 1997-ci ildə işıq üzü görən üçüncü studiya albomu. Radiohead-in növbəti albomlarının da istehsalında iştirak edən Naygel Qodrix tərəfindən prodüserliyi edilən albom EMI-nin törəmə şirkətləri Parlophone və Capitol Records tərəfindən yayımlanıb. "Lucky" (1995) istisna olmaqla, albomun digər mahnıları 1996 və 1997-ci illərdə Oksfordşir və Batda yazılıb. Əvvəlki albomları "The Bends"-in gitara əsaslı, introspektiv üslubundan uzaqlaşaraq mücərrəd mövzulara və çox qatlı səslərə yönələn qrup bu albomla sonrakı eksperimental əsərləri üçün də əsas yaratdı. Albomun marketinqinin çətin olduğunu düşünən EMİ-nin aşağı satış gözləntilərinə baxmayaraq, OK Computer "UK Albums Chart"-da zirvəyə çatdı və "Billboard 200" siyahısında 21-ci sıradan daxil oldu. Albomda olan " Paranoid Android ", "Karma Police", "Lucky", "No Surprises" və "Airbag" mahnıları daha sonra sinql olaraq yayımlandı. Radiohead’nin beynəlxalq səviyyədə tanınmasına töhfə verən albomun dünyada ən az 7.8 milyon nüsxəsi satılıb. 22 iyun 2017-ci ildə albomun iyirminci ildönümü üçün albomun içərisində əlavə mahnıların da yer aldığı OK Computer OKNOTOK 1997 2017 adlı yenilənmiş versiyası çıxdı. OK Computer dinləyicilər, tənqidçilər və musiqiçilər tərəfindən bütün dövrlərin ən yaxşı albomlarından biri hesab olunur. Albom 1998 Qremmi Mükafatında "İlin Albomu"na namizəd oldu və Ən Yaxşı Alternativ Musiqi Albomu Mükafatını qazandı .
Personal computer
Fərdi kompüter, ingiliscə qısaltması ilə PC — ölçüsü, imkanları və qiyməti onu fərdi istifadə üçün mümkün edən çoxməqsədli mikrokompüter. Fərdi kompüter bir şəxsin istifadəsi üçün nəzərdə tutulmuş kompüterə deyilir. Fərdi kompüterlərin kompüter mütəxəssisi və ya texniki mütəxəssis tərəfindən deyil, birbaşa son istifadəçi tərəfindən idarə edilməsi nəzərdə tutulur. Böyük, bahalı minikompüterlərdən və meynfreymlərdən fərqli olaraq, eyni vaxtda bir çox insan üçün zamanın bölünməsi fərdi kompüterlərdə istifadə edilmir. İlk növbədə 1970-ci illərin sonu və 1980-ci illərdə "ev kompüteri" termini də istifadə edilmişdir. Fərdi kompüterlərin meydana gəlməsi və eyni zamanda Rəqəmsal İnqilab bütün ölkələrdə insanların həyatına əhəmiyyətli dərəcədə təsir etdi. 1960-cı illərdə institusional və ya korporativ kompüter sahibləri maşınlarla istənilən faydalı işi görmək üçün öz proqramlarını yazmalı olurdular. Fərdi kompüter istifadəçiləri öz proqramlarını inkişaf etdirə bilsələr də, adətən bu sistemlər kommersiya proqram təminatını, əksər hallarda mülkiyyətə aid olan havayı proqram təminatını (freeware), "çalışmağa hazır" və ya binar formatında təmin edilən pulsuz və açıq mənbəli proqram təminatını çalışdırır. Fərdi kompüterlər üçün proqram təminatı adətən aparat və ya əməliyyat sistemi istehsalçıları tərəfindən müstəqil olaraq hazırlanır. Son istifadəçi proqramlaşdırmasının hələ də mümkün olmasına baxmayaraq, əksər fərdi kompüter istifadəçiləri artıq öz proqramlarını yazmağa ehtiyac duymurlar.
Computer Games Magazine
"Computer Games Magazine" — 1988–2007-ci illərdə nəşr olunan ABŞ videooyun jurnalı. 2000-ci ilə qədər jurnal "Computer Games Strategy Plus" kimi tanınırdı və Birləşmiş Krallıqda "Games International" adı ilə təsis edilmişdir. Jurnal geniş çeşiddə oyun platformalarını və janrlarını əhatə edirdi, lakin jurnalın əsas diqqəti strategiya oyunları idi. Jurnal videooyunlar üzrə ən uzunmüddətli dövri nəşrlərdən biridir. "Computer Games Magazine " jurnalının Yunanıstan versiyası 2000-ci ilin iyunundan iyun 2008-ci ilə qədər nəşr edilmişdir. Jurnalın cəmi 92 nömrəsi çap olunmuşdur. Jurnalın Meksika versiyası çap olunurdu. Harrison Gish. Computer Games Magazine // Encyclopedia of Video Games . 1 (сборник).
Computer Gaming World
"Computer Gaming World" — ABŞ videooyun jurnalı. 1981–2006-cı illərdə nəşr olunmuş jurnal sadəcə videooyunlar və geyminq sənayesinə həsr olunmuş ilk jurnallardan biridir. "Computer Gaming World" 1981-ci ildə cənubi baptistlərin keçmiş keşiş Rassell Sayp tərəfindən təsis edilmişdir. O, "Strategic Simulations" tərəfindən istehsal olunmuş "Computer Air Combat" videooyununu oynayarkən qarşılaşdığı çətinlikləri düşünərək videooyunlar haqqında jurnal ideyasını əldə etmişdir. Sayp həmin ilin iyununda "Golden Empire Publications Inc." şirkətini təsis etmiş və noyabrda "Computer Gaming World" jurnalının ilk nömrəsi buraxılmışdır. 1991-ci ildən jurnalın həcmi xeyli artmış, 1992-ci ilin noyabrında nəşr olunan 100 illik yubiley nömrəsində 196 səhifəyə çatmışdır. Elə həmin il Conni Vilson yeni baş redaktor olmuşdur. Sayp 1993-cü ildə jurnalı "Ziff Davis" şirkətinə satmışdır. 1997-ci ilin dekabrında jurnalın həcmi 500 səhifəyə çatmışdır. 1999-cu ildə Vilson baş redaktor vəzifəsini tərk etmiş və onun yerinə Corc Cons gəlmişdir.
Computer Usage Company
Computer Usage Company Kompüter istifadəçi şirkəti (1955–1986), bəzən Computer Usage Corporation adlanan kompüter proqramı bazarının ilk müstəqil şirkəti idi. 28 mart 1955-ci ildə Con Şeldon (John W. Sheldon) və Elmer Kyubi (Elmer C. Kubie) proqram təminatının hazırlanması ilə məşğul olan Computer Usage Company (CUC) adlı ilk şirkəti yaratmışlar. Maraqlıdır ki, şirkətin ilk dörd proqramçısı qadın idi. Şirkət 31 il fəaliyyət göstərdikdən sonra – 1986-cı ildə iflasa uğradığını elan etmişdir. Əliquliyev R. M., Salmanova P. M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: "İnformasiya Texnologiyaları" nəşriyyatı, 2013, 169 səh.
High Tech Computer
High Tech Computer Corporation (HTC) — kommunikasiya avadanlığının istehsalı və satışını həyata keçirən Tayvan şirkəti. 1997-ci il mayın 15-də təsis edilmişdir. Dünyanın ən qabaqcıl markalarındandır. Fəaliyyətinin ilk dövründə şirkət personal cib kompyuterlərinin (Pocket PC) istehsalı ilə məşğul olmuş, nəticədə prioritet istiqamət olaraq aktiv inkişaf prosesində olan kommunikatorlar bazarı seçilmişdir. 2001-ci ildən etibarən HTC öz markası ilə istehsalı ikinci plana keçirərək telefon operatorları üçün hazır, markasız telefonların satılmasına üstünlük vermək qərarına gəlmişdir. Operatorlar bu telefonlara loqotiplərini yerləşdirərək öz brendləri altında satırlar. O zaman bu istiqamətin seçilməsinin şirkət üçün uğurlu olduğu hesab edilirdi. İlk belə müqaviləni HTC 2001-ci ildə bağlamış və bu şəkildə əməkdaşlıq etdiyi şirkətlərin sayı artmaqdadır. Şirkətlə əməkdaşlıq edənlər arasında T-Mobile, Orange, O2, Vodafone və s. iri mobil operatorlar var.
IBM-compatible computer
Sony Computer Entertainment
Sony Interactive Entertainment — videooyun sənayesinin müxtəlif sahələrində ixtisaslaşmış böyük bir videooyun şirkətidir. Şirkət 1993-cü il noyabrın 16-da Yaponiyanın paytaxtı Tokioda qurulub. Əvvəllər orijinal PlayStation videooyun sisteminin istehsalı ilə məşğul idi.
Computer Emergency Response Team
CERT — kompüter təhlükəsizliyi hadisələrini idarə edən ekspert qrupudur. CERT/CC əlaqələndirmə mərkəzi Karnegi-Mellon Universitetinin Proqram Mühəndisliyi İnstitutunda (PMİ) 1988-ci ildə yaradılmışdı. CERT/CC PMİ-də işlənən Networked Systems Survivability (NSS) proqramının bir hissəsidir. Bu proqramın əsas məqsədi müvafiq texnologiyaların və sistemin idarə edilməsi metodlarının qurulmasını elə şəkildə təmin etməkdir ki, hücumların maksimal səmərəli qarşısı alınsın, ziyan minimumlaşdırılsın və hətta hücumların həyata keçirilməsi uğurlu halında da sistemin fasiləsiz işi təmin edilsin. CERT/CC əlaqələndirmə mərkəzinin vəzifələri aşağıdakı məsələlərin həll edilməsidir: CERT/CC laboratoriyalarında (tədqiqat) proqram və aparat təminatının aşkarlanmış boşluqları haqqında istifadəçiləri məlumatlandırmaq üçün veb-serverdə (http://www.cert.org), ftp-serverdə (ftp://ftp.cert.org/pub/cert_advisories), Usenet telekonfransında (comp.security.announce) və göndəriş siyahılarında boşluqların təsviri və onların aradan qaldırılması üsulları – Advisories nəşr olunur. Təhlükəsizlik problemləri və onların həlli haqqında istehsalçı firmalardan alınmış məlumatlar xüsusi informasiya bülletenlərində (Vendor-Initiated Bulletins) nəşr olunur, onlar da Advisories kimi həmin kanallarla yayılır. İmamverdiyev Y.N, "İnformasiya təhlükəsizliyi terminlərinin izahlı lüğəti", 2015,“İnformasiya Texnologiyaları” nəşriyyatı,160 səh.
Computer and Video Games
"Computer and Video Games" (CVG) — Birləşmiş Krallıq videooyun jurnalı. Jurnal 1981-ci ilin noyabrından 2004-cü ilin oktyabrına qədər nəşr olunmuşdur. "Computer and Video Games" 1980-ci illərin əvvəllərində jurnal ev videooyunları üçün artan bazarı işıqlandıran ilk jurnallardan olmuşdur. Jurnalın internet saytı 1999-cu ildə açılmış və 2015-ci ilin fevralında bağlanmışdır. Jurnal videooyunlar sahəsində nüfuzlu mükafat olan illik "Golden Joystick Awards"ın əsas təşkilatçısı olmuşdur.
European Computer Trade Show
Zombilər
Zombi — filmlərdə, seriallarda və oyunlarda tez-tez görünən məxluq. Onlar insan əti ilə qidalanan yenidən dirilmiş cəsədlərdir. Zombilər yavaş hərəkət edən, ağılsız və vəhşi varlıqlar kimi təsvir edilirlər. Onlar adətən yoluxucu xəstəliklər nəticəsində ortaya çıxırlar. Zombilərin mənşəyi müxtəlif mədəniyyətlərə və onların folkloruna gedib çıxır. Haiti folklorunda zombilərin cadugər tərəfindən sehrli vasitələrlə həyata qaytarılan fərdlər olduğu deyilir. Vudu inancına görə ölü, bir insan və ya mambo tərəfindən yenidən dirildilə bilər. Zombilərin öz şüurları və ya istəkləri olmadığı üçün bokor ya da mambonun idarəsi altındadırlar. Zombi eyni zamanda vudunun ilan tanrısı Niger-Konqonun adıdır. Konqo dilində istifadə edilən və tanrı mənasını verən "nzambi" sözcüyünə bənzəməkdədir.
Ghost in the Shell: Stand Alone Complex
Ghost in the Shell: Stand Alone Complex (攻殻機動隊 STAND ALONE COMPLEX, Kōkaku Kidōtai STAND ALONE COMPLEX, Zirehdəki Xəyalət: Təklik Kompleksi) ー Production I.G studiyası tərəfindən Masamune Şironun Ghost in the Shell manqası əsasında çəkilmiş anime serialı. Birinci mövsumu ilk dəfə Perfect Choice kanalında 2002-ci ilin oktyabrından 2003-cü ilin oktyabradək yayımlamışdı. Ghost in the Shell: S.A.C. 2nd GIG (攻殻機動隊 S.A.C. 2nd GIG, Kōkaku Kidōtai S.A.C. 2nd GIG) adlı ikinci mövsum isə ilk dəfə Animax kanalında 2004-cü ilin yanvarın 1-dən 2005-ci ilin yanvarın 8-ə dək nümayiş olunurdu. Hadisələr 2030-cu ildə, əsasən Yaponiyanın Niihama prefekturasının Niihama şəhərində (新浜県新浜市, Niihama-ken Niihama-shi) baş verir. Bəzi insanlar bədənləri protezləşdirib, kiborq olurlar. Məzmun İctimai Təhlükəsizlik Bürosunun IX Şöbəsinin (公安9課, Kōan Kyūka) ətrafında fırlanır. Bu şöbə bir sıra cinayətləri araşdırır və eyni zamanda Yaponiya hökumətinin bəzi hissələrin özündə olan cinayətlərlə üzləşir. Ghost in the Shell: Stand Alone Complex serialın animasiyanı yaradan Production I.G, prodüserləti isə Bandai Visual, Bandai Entertainment, Dentsu, Nippon Television Network, Tokuma Shoten, Victor Entertainment, və Manga Entertainment idilər. Yoko Kanno serialın iki mövsum, tam metrajlı sikvel və OVA-ların bütün musiqi çərçivələrinin (açılış və sonluq mahnıları) bəstəkarıdır. Animax anime televiziya şəbəkəsi 2002-ci ildə animenin lisenziyanı alıb, onu Asiyanın böyük hissəsində və həm də Latin Amerikada nümayiş eləyib.
Komilər
Komilər — ana dili komi dili olan Fin-uqor xalqlarından biri, Fin-uqor xalqlarının Fin-perm qrupunun Perm yarımqrupuna daxildirlər, əsasən Rusiyada yaşayırlar. Komi dilinin dilaektlərində danışan üç subetnik qrupdan ibarətdirlər: Komi-zıryanlar, Komi-permyaklar və Komi-yazvalar. Komi-zıryanlar komilərin subetnik qrupudur və əsasən Rusiyada yaşayırlar. Komi dilinin dialekti – komi-zıryan dialektində danışırlar.
Skubi-Du zombilər adasında (cizgi filmi, 1998)
Skubi-Du zombilər adasında (ing. Scooby-Doo on Zombie Island) - 1998-ci ildə Volt Disney şirkəti tərəfindən istehsal olunmuş cizgi filmidir. Skubi-Du və onun dostları bu dəfə Kabusdan xilas olmalıdırlar. Kabus köhnə evdə heç kəsə rahatlıq vermir. Onun haqqında ilk məlumatları Skubi-Dunun rəfiqəsi almışdır. Skubi-Du və dostları qədim evə gəlirlər və burada XVII əsrdə yaşamış Kabusla rastlaşırlar. Onlar qədim evdə müxtəlif macəralarla qarşılaşıcaqlar... Skubi-Du (film, 2002) Skubi-Du zombilər adasında — Internet Movie Database saytında.