Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Courage (mahnı)
Courage (azərb. Cəsarət‎) – Haruka Tomatsu tərəfindən ifa olunmuş sinql. 3 dekabr 2014-cü ildə CD + DVD formatında buraxılmışdır. Mahnı "Sword Art Online II" anime serialının 15-24-cü seriyalarının açılış mahnısı olmuşdur. Haruka Tomatsu həmçinin Asuna personajının seyyusudur.
Cottage Medi-Clinic
Svakopmund (ing. Swakopmund; alman dilindən tərcümədə "Svakopun mənsəbi") – Namibiyanın qərbində sahil şəhəri. Namibiyanın paytaxtı Vindhukdan 352 kilometr uzaqlıqdadır. Eronqo rayonunun paytaxtıdır. Namib səhrasında yerləşir və ölkənin əhalisinə görə 4-cü ən böyük yaşayış məntəqəsidir. Şəhər 10 üzvü olan bələdiyyə şurası tərəfindən idarə olunur. Şəhər aşağıdakı rayonlardan ibarətdir: Şəhər mərkəzi, Vineta, Meyle 4, Voqelştrand, Uoterfront, Mondesa, Tamariskia. Svakopmund çimərlik kurortu və alman koloniya memarlığına malikdir. 1892-ci ildə Alman Cənub-Qərbi Afrikasının əsas limanı kimi qurulmuşdur və hazırda da şəhər əhalisinin kiçik hissəsi almanca danışır. Şəhərin əsas görməli yeri 1909-cu ildə memar Henrik Bauz tərəfindən tikilmiş Qədim həbsxanadır.
Çikaqe Oqi
Çikaqe Oqi (扇 千景, Oqi Çikaqe, 10 may 1933, Kobe – 9 mart 2023, Tokio) və ya əsl adı ilə Hiroko Kimura (木村 寛子, Kimura Hiroko) – Yaponiya aktrisası və siyasətçisi. Yaponiya parlamentinin Müşavirlər Palatasının ilk qadın sədri olmuşdur. 1933-cü ildə Yaponiyanın Kobe şəhərində doğulmuşdur. Kobe liseyini bitirdikdən sonra sənətçi olmağa qərar vermişdir. Aktrisalıq karyerasına "Takarazuka Revue" adlı qadın musiqi truppasında başlamış, 1954–1957-ci illərdə burada çıxış etmişdir. Oqi aktrisa kimi "Günəşli günlər və buludlu günlər" kimi filmlərdə baş qadın personajları canlandırmışdır. Daha sonra Toho Entertainment şirkətinə qoşulmuşdur. O, bir çox teatr tamaşasında, filmdə və teleserialda rol almış, televiziya verilişlərinin aparıcısı olmuşdur. Fuji TV kanalında yayımlanmış "Sən axşam saat 3-də" tabloid verilişinin aparıcılığını etmişdir. 1977-ci ildə Liberal Demokrat Partiyasının üzvü kimi Yaponiya parlamentinin Müşavirlər Palatasına seçilmişdir.
Çoraq (Qars)
Çoraq — Türkiyənin Qars vilayətinin Mərkəz rayonunda kənd. Əhalisi 89 nəfərdir (2022).