Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Courage (mahnı)
Courage (azərb. Cəsarət‎) – Haruka Tomatsu tərəfindən ifa olunmuş sinql. 3 dekabr 2014-cü ildə CD + DVD formatında buraxılmışdır. Mahnı "Sword Art Online II" anime serialının 15-24-cü seriyalarının açılış mahnısı olmuşdur. Haruka Tomatsu həmçinin Asuna personajının seyyusudur.
Cottage Medi-Clinic
Cottage Medi-Clinic – Namibiyanın Svakopmund şəhərində yerləşən özəl xəstəxana. 1984-cü ildə Rössinq kottec xəstəxanası kimi qurulmuşdur. Hazırda Medi-Clinic şirkətinə aiddir. Xəstəxananın 70 ədəd çarpayısı var.
Çikaqe Oqi
Çikaqe Oqi (扇 千景, Oqi Çikaqe, 10 may 1933, Kobe – 9 mart 2023, Tokio) və ya əsl adı ilə Hiroko Kimura (木村 寛子, Kimura Hiroko) – Yaponiya aktrisası və siyasətçisi. Yaponiya parlamentinin Müşavirlər Palatasının ilk qadın sədri olmuşdur. == Həyatı və karyerası == === Səhnə === 1933-cü ildə Yaponiyanın Kobe şəhərində doğulmuşdur. Kobe liseyini bitirdikdən sonra sənətçi olmağa qərar vermişdir. Aktrisalıq karyerasına "Takarazuka Revue" adlı qadın musiqi truppasında başlamış, 1954–1957-ci illərdə burada çıxış etmişdir. Oqi aktrisa kimi "Günəşli günlər və buludlu günlər" kimi filmlərdə baş qadın personajları canlandırmışdır. Daha sonra Toho Entertainment şirkətinə qoşulmuşdur. O, bir çox teatr tamaşasında, filmdə və teleserialda rol almış, televiziya verilişlərinin aparıcısı olmuşdur. Fuji TV kanalında yayımlanmış "Sən axşam saat 3-də" tabloid verilişinin aparıcılığını etmişdir. === Siyasət === 1977-ci ildə Liberal Demokrat Partiyasının üzvü kimi Yaponiya parlamentinin Müşavirlər Palatasına seçilmişdir.
Çoraq (Qars)
Çoraq — Türkiyənin Qars vilayətinin Mərkəz rayonunda kənd. Əhalisi 89 nəfərdir (2022).