Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Waiting for Cousteau
Waiting for Cousteau ( Fransız: En assistant Cousteau ) — Jan Mişel Jarrın 1990-cı ildə Polydor lisenziyası ilə Disques Dreyfus tərəfindən buraxılmış albomudur. Bu albom Jak-İv Kustoya həsr olunub və 11 iyun 1990-cı ildə onun 80 illik yubileyində işıq üzü görüb.
Colutea
Şaqqıldaq (lat. Colutea) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinə aid bitki cinsi. == Təbii yayılması == Şaqqıldağın növləri Avrasiyanın mülayim iqlimə sahib olan bölgələrində (Mərkəzi və Şərqi Avropa, Kiçik və Orta Asiya, Qafqaz və Zaqafqaziya) yayılmışdır.
Colutea komarovii
Komarov şaqqıldağı (lat. Colutea komarovii) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin şaqqıldaq cinsinə aid bitki növü. == Təbii yayılması == Azərbaycanda dar bir arealda yayılmışdır. == Botaniki təsviri == Daşlı-qayalı dağ yamaclarında rast gəlinir. Boyu 1,5 metr olan tikanvarı budaqcıqları olan koldur. Budaqlarının qabığı hamardır, budaqcıqları tikanvarıdır. Yarpaqları 1, bəzən də 2 cütdür. Yarpaqcıqları dəyirmi və ya yumurtavarı dəyirmidir, küt ucludur, uzunluğu 4-5, eni 3-4 mm-dir, qalıntəhərdir, incə qırışlıdır, seyrək, sıx tüklüdür. Kasacığı zəngvarı, dişicikləri itidir. Yarpaqcıqları 2 cütdür.
Colutea arborescens
Ağacvari şaqqıldaq (lat. Colutea arborescens) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin şaqqıldaq cinsinə aid bitki növü. == Təbii yayılması == Yabanı halda Mərkəzi Avropada, Aralıq dənizinin qərb sahillərində, Kiçik Asiyada, Şimal-qərbi Afrikada yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 5 m olan ağac və ya koldur. Yarpaqları yumurtavari, ellipisvari və ya geniş ovalşəkilli olub, 6-14 sm uzunluğunda, rəngi yaşıl, 4-6 cüt yarpaqcıqdan ibarətdir. Yarpaqcıqları 3 sm uzunluğunda, 1,5 sm enində, yumurtavari-ellipsvari və ya geniş, ovalşəkillidir. Ucu küt, üzəri çılpaq, uc hissəsi oyuqsuzdur. Salxımları 4-8 çiçəkli olub, çiçəyin kasacığı dişicik sütuncuğundan 2-3 dəfə qısa, çiçək tacı böyük, qızılımtıl-sarı rəngdədir. Yelkəni tünd qırmızı damarlıdır. Qayıqcığa bərabər və ya ondan qısadır.
Colutea caspica
Şoranlıq toppuzlusu (lat. Sphaerophysa salsula) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin toppuzlu cinsinə aid bitki növü.
Colutea cilicica
Kilikiya şaqqıldağı (lat. Colutea cilicica) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin şaqqıldaq cinsinə aid bitki növü. == Təbii yayılması == Avropa və Balkan yarımadalarında yayılmışdır. == Botaniki təsviri == 3-6 m hündürlükdə olan koldur. Yarpaqları qısa, göyümtül, 7-9 sm uzunluğunda, 3-4 cüt yarpaqcıqdan ibarətdir. Yarpaqcıqları 16-25 mm uzunluğunda, 10-15 mm enində, tərs-yumurtavari və ya ellipsvaridir. Ucu kütdür. May-iyun aylarında çiçəkləyir. Hər bir salxımda 4-7 ədəd çiçək yerləşir. Kasacıqları borucuqvaridir.
Colutea orientalis
Şərq şaqqıldağı (lat. Colutea orientalis) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin şaqqıldaq cinsinə aid bitki növü. == Təbii yayılması == Yabanı halda Şərqi və Cənubi Qafqazda yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 1–3 m-ə çatan koldur. Yarpaqları 5-7 sm uzunluğunda, 4-5 cüt yarpaqcıqdan ibarətdir. Yarpaqcıqları dəyirmi və enli, tərs-yumurtavaridir. Qaidəsi pazvari, çılpaq, uzunluğu 15–20 mm, eni 11–13 mm-ə yaxındır. Göyümsov, yaşıldır. May-iyun aylarında çiçəkləyir. Hər salxımda 2-4 ədəd çiçək yerləşir.
Château de montsoreau
Monsoro qəsri — (fr. Château de Montsoreau) — Fransanın Men və Luara departamentində Loire vadisi region Monsoro şəhərləri yerləşən qəsr. Qəsr Paris şəhərinin 250 kilometr qərbində yerləşir. Orta əsr qalası yerində tikilən intibah dövrününün qəsri. 2015-ci ildən Monsoro qala Filipp Meaille (fransanın müasir incəsənət kolleksioneri) məxsusdur. Bu, Müasir İncəsənət Muzeyinə çevrilib. Memarlıq obyekti Fransanın milli tarixi abidəsi kimi 1862-ci ildə təsnif edilmişdir. 2000-ci ildən bu yana Monsoro qəsri, UNESCO-nun dünya mirası olan Loire Vadisinin bir hissəsidir. == Arxitekturası == Monsoro qəsri Fransada Renesans üslubunda (1450–1453) tikilmiş ilk qəsr hesab olunur. Bu, Fransa kralının birbaşa sərəncamı ilə Jan II de Chambes tərəfindən tikilib.
Chateau de Montsoreau - Museum of Contemporary Art
Monsoro qəsri-Müasir incəsənət Muzeyi (fr. Château de Montsoreau-Musée d'art contemporain) — Fransanın müasir incəsənət muzeyidir. Muzey, Men və Luara departamentinin Luar vadisində Monsoro şəhərində yerləşir. Monsoro qəsri-Müasir incəsənət Muzeyi xeyriyyəçi Filipp Meaille tərəfindən 2016-cı ildə qurulmuşdur. == Muzeyin tarixi == Muzey Monsoro qəsrinda əsası qoyulmuşdur. Luara çay yatağında tikilmiş yeganə Luar Vadisi qəsri. İki çayının, Luar və Vyananın birləşməsində yerləşir. == Kolleksiyası == Muzeyin kolleksiyasinda XX əsrin ikinci yarısının konseptual əsərlərindən ibarətdir. Hal-hazırda kolleksiyası sənətkarların Art & Language qrupunun dünyanın ən böyük kolleksiyasıdır. Muzeyin eksponatları hər 3-4 aydan bir dəyişdirilir.