Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Waiting for Cousteau
Waiting for Cousteau ( Fransız: En assistant Cousteau ) Jan Mişel Jarrın 1990-cı ildə Polydor lisenziyası iləDisques Dreyfus tərəfindən buraxılmış albomudur.Bu albom Jak-İv Kustoya həsr olunub və 11 iyun 1990-cı ildə onun 80 illik yubileyində işıq üzü görüb.Albomun adının Samuel Beckettin " Witing for Godot" əsərindən ilhamlandığı deyilir.[mənbə göstərin] .
Colutea
Şaqqıldaq (lat. Colutea) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinə aid bitki cinsi. == Təbii yayılması == Şaqqıldağın növləri Avrasiyanın mülayim iqlimə sahib olan bölgələrində (Mərkəzi və Şərqi Avropa, Kiçik və Orta Asiya, Qafqaz və Zaqafqaziya) yayılmışdır.
Colutea komarovii
Komarov şaqqıldağı (lat. Colutea komarovii) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin şaqqıldaq cinsinə aid bitki növü. == Təbii yayılması == Azərbaycanda dar bir arealda yayılmışdır. == Botaniki təsviri == Daşlı-qayalı dağ yamaclarında rast gəlinir. Boyu 1,5 metr olan tikanvarı budaqcıqları olan koldur. Budaqlarının qabığı hamardır, budaqcıqları tikanvarıdır. Yarpaqları 1, bəzən də 2 cütdür. Yarpaqcıqları dəyirmi və ya yumurtavarı dəyirmidir, küt ucludur, uzunluğu 4-5, eni 3-4 mm-dir, qalıntəhərdir, incə qırışlıdır, seyrək, sıx tüklüdür. Kasacığı zəngvarı, dişicikləri itidir. Yarpaqcıqları 2 cütdür.
Colutea arborescens
Ağacvari şaqqıldaq (lat. Colutea arborescens) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin şaqqıldaq cinsinə aid bitki növü. == Təbii yayılması == Yabanı halda Mərkəzi Avropada, Aralıq dənizinin qərb sahillərində, Kiçik Asiyada, Şimal-qərbi Afrikada yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 5 m olan ağac və ya koldur. Yarpaqları yumurtavari, ellipisvari və ya geniş ovalşəkilli olub, 6-14 sm uzunluğunda, rəngi yaşıl, 4-6 cüt yarpaqcıqdan ibarətdir. Yarpaqcıqları 3 sm uzunluğunda, 1,5 sm enində, yumurtavari-ellipsvari və ya geniş, ovalşəkillidir. Ucu küt, üzəri çılpaq, uc hissəsi oyuqsuzdur. Salxımları 4-8 çiçəkli olub, çiçəyin kasacığı dişicik sütuncuğundan 2-3 dəfə qısa, çiçək tacı böyük, qızılımtıl-sarı rəngdədir. Yelkəni tünd qırmızı damarlıdır. Qayıqcığa bərabər və ya ondan qısadır.
Colutea caspica
Şoranlıq toppuzlusu (lat. Sphaerophysa salsula) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin toppuzlu cinsinə aid bitki növü.
Colutea cilicica
Kilikiya şaqqıldağı (lat. Colutea cilicica) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin şaqqıldaq cinsinə aid bitki növü. == Təbii yayılması == Avropa və Balkan yarımadalarında yayılmışdır. == Botaniki təsviri == 3-6 m hündürlükdə olan koldur. Yarpaqları qısa, göyümtül, 7-9 sm uzunluğunda, 3-4 cüt yarpaqcıqdan ibarətdir. Yarpaqcıqları 16-25 mm uzunluğunda, 10-15 mm enində, tərs-yumurtavari və ya ellipsvaridir. Ucu kütdür. May-iyun aylarında çiçəkləyir. Hər bir salxımda 4-7 ədəd çiçək yerləşir. Kasacıqları borucuqvaridir.
Colutea orientalis
Şərq şaqqıldağı (lat. Colutea orientalis) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin şaqqıldaq cinsinə aid bitki növü. == Təbii yayılması == Yabanı halda Şərqi və Cənubi Qafqazda yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 1–3 m-ə çatan koldur. Yarpaqları 5-7 sm uzunluğunda, 4-5 cüt yarpaqcıqdan ibarətdir. Yarpaqcıqları dəyirmi və enli, tərs-yumurtavaridir. Qaidəsi pazvari, çılpaq, uzunluğu 15–20 mm, eni 11–13 mm-ə yaxındır. Göyümsov, yaşıldır. May-iyun aylarında çiçəkləyir. Hər salxımda 2-4 ədəd çiçək yerləşir.
Château de montsoreau
Monsoro qəsri — (fr. Château de Montsoreau) — Fransanın Men və Luara departamentində Loire vadisi region Monsoro şəhərləri yerləşən qəsr. Qəsr Paris şəhərinin 250 kilometr qərbində yerləşir. Orta əsr qalası yerində tikilən intibah dövrününün qəsri. 2015-ci ildən Monsoro qala Filipp Meaille (fransanın müasir incəsənət kolleksioneri) məxsusdur. Bu, Müasir İncəsənət Muzeyinə çevrilib.Memarlıq obyekti Fransanın milli tarixi abidəsi kimi 1862-ci ildə təsnif edilmişdir. 2000-ci ildən bu yana Monsoro qəsri, UNESCO-nun dünya mirası olan Loire Vadisinin bir hissəsidir. == Arxitekturası == Monsoro qəsri Fransada Renesans üslubunda (1450–1453) tikilmiş ilk qəsr hesab olunur. Bu, Fransa kralının birbaşa sərəncamı ilə Jan II de Chambes tərəfindən tikilib. Monsoro yaşayış saraya hərbi memarlıq keçid remarquable nümunəsidir.
Chateau de Montsoreau - Museum of Contemporary Art
Monsoro qəsri-Müasir incəsənət Muzeyi (fr. Château de Montsoreau-Musée d'art contemporain) — Fransanın müasir incəsənət muzeyidir. Muzey, Men və Luara departamentinin Luar vadisində Monsoro şəhərində yerləşir. Monsoro qəsri-Müasir incəsənət Muzeyi xeyriyyəçi Filipp Meaille tərəfindən 2016-cı ildə qurulmuşdur. == Muzeyin tarixi == Muzey Monsoro qəsrinda əsası qoyulmuşdur. Luara çay yatağında tikilmiş yeganə Luar Vadisi qəsri. İki çayının, Luar və Vyananın birləşməsində yerləşir. == Kolleksiyası == Muzeyin kolleksiyasinda XX əsrin ikinci yarısının konseptual əsərlərindən ibarətdir. Hal-hazırda kolleksiyası sənətkarların Art & Language qrupunun dünyanın ən böyük kolleksiyasıdır. Muzeyin eksponatları hər 3-4 aydan bir dəyişdirilir.