Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Code:Breaker
Code:Breaker (コード: ブレイカー, Kōdo:Bureikā, azərb. Kod: Qırıcı‎) və ya bəzən CØDE:BREAKER — manqaka Akimine Kamicyo tərəfindən yazılıb çəkilən manqa seriyası. 2008-ci ildən 2013-cü ilə kimi Kodansha nəşriyyatının "Weekly Shōnen Magazine" jurnalında nəşr olunmuş və 26 cildi buraxılmışdır. Manqa seriyası döyüş incəsənət növləri ilə məşğul olan lisey tələbəsi Sakura Sakurakoci və liseyə yeni gəlmiş, fövqəltəbii güclərə malik Rey Oqaminin başına gələn hadisələrdən bəhs edir. Manqa əsasında Kinema Citrus studiyası tərəfindən çəkilmiş 13 seriyalıq anime adaptasiyası 7 oktyabrdan 30 dekabr 2012-ci ilə kimi yayımlanmışdır. Manqa seriyası Şimali Amerikada Del Rey Manga, Fransada Pika Édition, İtaliyada Planet Manga, Tayvanda Tong Li Publishing, Almaniyada Egmont Manga & Anime tərəfindən nəşr olunmuşdur. Anime adaptasiyası isə Şimali Amerikada Funimation Entertainment, Avstraliya və Yeni Zelandiyada Madman Entertainment tərəfindən lisenziyalaşdırılmışdır. == Məzmun == Sakura Sakurakoci döyüş incəsənət növləri ilə məşğul olan və liseyin ən gözəl qızlarından biri olan tələbədir. Bir gün Sakura avtobusla gedərkən pəncərədən gənc bir oğlanın göy alovlarla qarşısındakı bir neçə adamı diri-diri yandırdığına şahidlik edir. Növbəti gün insidentin baş verdiyi yerə getsə də, cinayətdən heç bir iz qalmadığını görür.
Creeper
Creeper — dünyada ilk kompüter virusu. Creeper 1971-ci ildə ABŞ Müdafiə Nazirliyinin Perspektiv tədqiqat agentliyinə xidmət göstərən şirkətin əməkdaşı tərəfindən yaradılıb. Amma "Creeper"i "yetkin" virus saymayanlar da var.
Cracker Island
Cracker Island — Böyük Britaniyanın virtual musiqi qrupu Gorillaz-ın səkkizinci studiya albomu. 24 fevral 2023-cü ildə Parlophone və Warner Records tərəfindən buraxılıb.
Arno Breker
Arno Breker (ing. Arno Breker; 19 iyul 1900[…] – 13 fevral 1991[…], Düsseldorf) — alman heykəltaraşı, qrafik və memar. Faşist Almaniyasında ictimai əsərləri ilə tanınan ən yaxşı alman memarı və heykəltaraş idi. == Həyatı == Heykəltəraş olan qardaşı Hansla (1906–93) birlikdə atasından (daşyonan) dərs almış, sonra Düsseldorf Rəssamlıq Akademiyasında (1920–25) oxumuşdur. 1927–33-cü illərdə Parisdə işləmişdir; yaradıcılığına O. Rodenin təsiri olmuş, K. Brınkuşi, E.A. Burdel, A. Mayol, J. Kokto və b. ilə dostluq etmişdir. 1933-cü ildə İtaliyada olmuş, antik heykəltaraşlığı və Mikelancelo yaradıcılığını öyrənmişdir. V.K. Rentgen (Remşaydda, 1930) və H. Heynenin (eskiz 1932, 1982-ci ildə Düsseldorfda qoyulmuşdur) abidələrinin müəllifidir. == Fəaliyyəti == 1936-cı ildə Berlində Olimpiya stadionu üçün heykəllər işləmişdir. Breker Üçüncü reyx incəsənətinin əsas fiqurlarından olmuşdur.
Beaker (brauzer)
Beaker — pulsuz və açıq mənbəli veb brauzerdir hazırda Blue Link Labs tərəfindən hazırlanır. Beaker Browser peer-to-peer texnologiyası istifadəçilərə veb-saytları və veb proqramları birbaşa brauzerdən, ayrıca veb server qurmaq və idarə etmək və ya məzmunlarını üçüncü tərəf serverində yerləşdirmək ehtiyacı olmadan öz-özünə dərc etməyə imkan verir. Bütün fayllar və vebsaytlar faylların bir neçə istifadəçi tərəfindən paylaşılmasına və yerləşdirilməsinə imkan verən hipermedia peer-to-peer protokolu olan Dat istifadə edərək ötürülür. Brauzer həmçinin ənənəvi serverlərə qoşulmaq üçün HTTP protokolunu dəstəkləyir. Beaker Elektron çərçivədən istifadə etməklə qurulur və buna görə də veb-səhifələr üçün renderer kimi Chromium brauzerindən istifadə edir. == Məzmun paylaşımı == Yerli qovluqda saxlanılan fayllar Dat veb-saytı kimi dərc oluna və peer-to-peer protokolu vasitəsilə digər istifadəçilər üçün əlçatan edilə bilər. Brauzer aktiv olduqda fayllar yerli qovluqdan səpilir. Brauzer bağlı olarkən onları da əlçatan etmək üçün istifadəçi məzmunu yerləşdirmək üçün bir neçə alternativ variantdan istifadə edə bilər: Brauzerin digər istifadəçilərindən surətini paylaşmalarını xahiş edin. İstifadəçilərdən hər hansı biri Beaker brauzerindən istifadə etdiyi müddətcə məzmun əlçatan olacaq. Məzmunu üçüncü tərəf serveri vasitəsilə dərc edin.
Tyler, the Creator
Tyler, the Creator (əsl adı: Tayler Qreqori Okonma; 6 mart 1991, Hotorn[d], Los-Anceles dairəsi, Kaliforniya, ABŞ) — amerikalı repçi və musiqi prodüseri. Odd Future musiqi qrupunun yaradıcılarından biridir. Okonma iki "Qremmi", üç "BET Hip Hop", bir "BRIT" və "MTV Video Music" mükafatı laureatıdır. Okonma 2009-cu ildə "Bastard" adlı ilk miksteypini yayımladı, o yazdığı sözlərlə medianın diqqətini üzərinə çəkdi. 2011-ci ildə buraxdığı debüt studiya albomu "Goblin" və albomun "Yonkers" sinqlı ona daha da böyük uğur qazandırdı. Okonma Odd Future qrupu ilə birlikdə bu müddət ərzində sürətlə populyarlaşmağa doğru getdi. Okonma 2013-cü ildə "Wolf" albomundan başlayaraq alternativ hip-hop üslubuna keçid etdi. Onun 2015-ci ildə yayımladığı "Cherry Bomb" albomu pərəstişkarları tərəfindən daha çox bəyənildi, tənqidçilər albomun caz melodiyalarını təriflədilər. 2017-ci ildə "Flower Boy", ardınca "Igor" və "Call Me If You Get Lost" albomlarını yayımlayaraq karyerasına davam etdi. Son iki buraxılışı Billboard hit-paradında birinci pilləyə yüksəlmiş, və hər ikisi ona "Qremmi" mükafatı qazandırmışdır.
Reader's Digest
Reader's Digest (Riderz Daycest;Oxucu seçimi, oxucu xülasəsi) Amerika da ümumi maraq kəsb edən ailə jurnalıdır ki, aybaay nəşr olunur.
General Atomics MQ-9 Reaper
MQ-9 Reaper (ilk adı RQ-9 Predator B) "General Atomics Aeronautical Systems" tərəfindən ABŞ Hərbi Hava Qüvvələri (USAF), ABŞ Hərbi Donanması və Kral Hərbi Hava Qüvvələri üçün yaradılmış PUA. MQ-9 ilk zərbəçi PUA-dır. MQ-9 Reaper PUA-nın turbopərvanə motoru saatda 250 knot sürət yığmasını və 40.000 feet hündürlüyə çıxmasını təmin edir. MQ-9 Reaper UAV-nin uçuş müddəti isə 20 saat təşkil edir. MQ-9 Reaper UAV 1.5 ton ağırlığında olan sursat daşımaq qabiliyyətinə malikdir. (Hellfire döyüş raketi və GBU-12 Lazer Başlıqlı Bombalar). General Atomics MQ-1 Predator PUA-larının baza modeli əsasında yaradılmış olan General Atomics MQ-9 Reaper PUA-larından hal-hazırda 104 ədəd istehsal edilmişdir.
Resker və Xosudovskinin gəlirli binası (Rostov-na-Donu)
Resker və Xosudovskinin gəlirli binası — Rostov-na-Donu şəhəri Budyonnı küçəsi 1916-1943-cü illərdə mövcud olmuş bina. Böyük vətən müharibəsi dönəmində bina tamamən dağıdılmışdır. Ünvan: Rostov-na-Donu şəhəri, Budyonnı prospekti, ev 10. Resker və Xosudovskinin gəlirli binası 1916-cı ildə tacirlər Resker və Xosudovskinin vəsaiti hesabına inşa edilmişdir. Boris Ermoloviç Xosudovski bur ticarətçi idi və tütüt ticarəti ilə məşğul olurdu. Üstəlik onun «Qafqaz-Don mühəndis bürosunda» kontoru vardı. E. L. Resker belə tütün ticarəti ilə məşğul olurdu. 1914-cü ildə Resker və Xosudovskinin gəlirli binasının yerində kiçik bir tütün mağazası olmuşdur. Bu mağaza iki tacirə məxsus idi. Birinci dünya müharibəsinin başlandığı dövrdə bu iki biznesmen tədricən varlanırdı.
Mirzə Hüseyn bəy Çakər
Hacı Mirzə Hüseyn bəy Mirzə Kərim bəy oğlu Münşizadə (1863-1932) — şair. Hacı Mirzə Hüseyn bəy Mirzə Kərim bəy oğlu 1863-cü ildə Şuşa şəhərində anadan olmuşdu. Əslən Cavanşir-Dizaq mahalının Hacılı camaatındandır. İbtidai təhsilini atasından almışdı. Sonra mədrəsə də təhsilini davam etdirmişdi. Şərq dillərini bilirdi. Hacı Mirzə Hüseyn bəy Şuşada yaranan "Qarabağ məclisi"nin üzvü idi. Bu təşkilatın üzvləri erməni slahlılarına qarşı mübarizə aparırdilar. 1908-ci ilin mart ayının 23-də Hacı Mirzə Hüseyn bəy Münşizadə polis tərəfindən saxlanıldı. Məhkəmədən sonra Həştərxan quberniyasına sürgün edildi.