Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kriket
Kriket (ing. cricket) — 11 nəfərdən ibarət 2 komanda arasında, çubuq və top köməyi ilə, mərkəzində 20 metr (22 yard) uzunluğunda düzbucaqlı bir sahə olan oval bir məkanda oynanan bir komanda oyunudur. Düzbucaqlı sahənin bir ucunda yer alan atıcı vəziyyətindəki komandanın oyunçusu topu, vurucu mövqeyindəki komanda oyunçusunun olduğu digər uca doğru ataraq, vurucunun arxasında olan qala bənzəri qurğuya (wicket) dəydirməyə, vurucu isə gələn bu topun qurğuya dəyməsinə maneə törətmək üçün əlindəki çubuq köməyi ilə topa vurmağa çalışar. Müvəffəqiyyətli bir vuruşun ardından atıcı komanda oyunçuları topu tutmağa çalışarkən, sahədə yer alan vurucu da qarşısındakı qurğuya doğru qaçar. Top, oyun sahəsi xaricinə çıxmadan tutulsa 'ran' adı verilən ədədlərdən 1, oyun sahəsi xaricinə çıxarsa 4, yerə heç dəymədən oyun sahəsi xaricinə çıxarsa 6 xal qazanar və vurucu mövqeyində ikən ən çox ədədə çatmağa çalışar. Atıcı komanda isə topu qurğulardan hər hansı birinə dəydirərək, qarşılanan topu yerə dəymədən tutaraq və ya bəzi müstəsna hallarda vurucuları oyun xaricində qoymağa çalışar. Oyun xaricində qalan oyunçunun yerinə başqa bir oyunçu girərkən, atıcı komanda isə 'over' adı verilən hər altı atışdan bir atıcısını dəyişdirmək məcburiyyətindədir. Beynəlxalq kriket müsabiqələrində istifadə edilən üç əsas format vardır. Twenty20 formatına görə hər iki komanda da 20 over həyata keçirir və ilk 20 over reallaşdırılmasından sonra komandaların rolları dəyişir. 10 vurucunun oyun xaricində qalması vəziyyətində isə 20 over həyata keçirilməsə belə komandaların rolları dəyişir.
Libbi Trikket
Libbi Trikket (28 yanvar 1985, Taunsvil, Kvinslend) — avstraliyalı idmançı, üzgüçülük üzrə üçqat olimpiya çempionu. 17 yaşından ölkəsinin şərəfini qoruyur. == Uğurları == Trikket 2008-ci il Pekin Olimpiya oyunlarında 100 metr məsafəyə üzgüçülüyün batterfləy növündə qızıl medal əldə edib. İdmançı son medalını bu il İtaliyanın Roma şəhərində keçirilən Dünya çempionatında əldə etmişdi. O, 100 metr məsafəyə batterfləy üsulla üzmədə bürünc medala sahib çıxmışdı. Libbi Trikket bir daha yarışlarda iştirak etməyəcəyini açıqlayıb.
Rocket Lab
Rocket Lab — Yeni Zelandiyada bir filialı olan Amerikan özəl kosmik şirkətidir. Şirkət Atea adlı bir suborbital səsləndirici raket hazırladı və hazırda kiçik peyklər və CubeSats üçün xüsusi buraxılış təmin edən Electron kimi tanınan yüngül orbital raket kimi fəaliyyət göstərir. Şirkət 2006-cı ildə Yeni Zelandiyada Piter Bek tərəfindən təsis edilmişdir. 2013-cü ildə isə ABŞ-nin Kaliforniya ştatında baş ofisini açmışdır. Elektron test proqramı 2017-ci ilin may ayında başlayıb. 2018-ci ilin əvvəlində şirkətin 5,7 milyon ABŞ dolları dəyərində olan bir qiymətlə uçuşlar keçirdiyi açıqlandı. Mahia yarımadasından (Yeni Zelandiya) raket sınaq uçuşları 25 May 2017 və 21 Yanvar 2018 tarixlərində reallaşdı və ilk kommersiya uçuşu 11 Noyabr 2018 tarixində reallaşmışdır. 16 Dekabr 2018-ci ildə Rocket Lab ilk NASA missiyası olan ELANA proqramını təqdim etdi. Şirkət ilk buraxılışını 2020-ci ildə Virciniyadakı Orta Atlantika Regional Kosmik Mərkəzindən etməyi planlaşdırır. Şirkətin əsas məqsədi CubeSat peykləri kimi kiçik yüklərin orbitə çıxarılması üçün yüngül, kommersiya baxımından səmərəli buraxılış vasitələri(raketlər ) inkişaf etdirməkdir.2010-cu ilin dekabr ayında şirkət ABŞ hökumətindən nanosellitləri orbitlərə çatdırmaq üçün bir vasitə hazırlamaq üçün taktiki kosmik sistemlərin operativ yerləşdirilməsi proqramı çərçivəsində bir müqavilə aldı.
Kentucky Fried Chicken
KFC (Kentucky Fried Chicken - ing. Kentuki Qovrulmuş Toyuq) — 1930-cu ildə ABŞ-də yaradılan fəstfud şəbəkəsi. "Kentucky Fried Chicken" və ya qısaca KFC kimi tanınan fəstfud restoranları ilk dəfə Kentukki ştatının Luisvil şəhərində açılmış, 1952-ci ildə isə Ohayo ştatının Cənubi Solt Leyk şəhərciyində françayzinq əsasında ilk restoranı yaradılmışdır. == Tarixi == === KFC-nin 11 şəfalı otu və sousu === KFC firmasının menyu sirləri 1930-cu illərdə benzin doldurma məntəqəsini işlədən Harland Sandersin müştərilərinə satdığı toyuqlardan qaynaqlanır. O, 1936-cı ildə müharibə zamanı əsgərə getməməsinə baxmayaraq, uğurlarına görə əyalətindən medal belə alıb. Bu sahədəki uğurlarını davam etdirən Sanders bir restoran zənciri qurmağa başlayır. Amma şirkətin ən böyük uğurlarından biri 11 şəfalı ot və özəl sousları olur. Bu menyunun sirrini isə Coca Cola firmasında olduğu kimi sadəcə 2 idarəedici bilir. KFC-nin baş ofisində sirr saxlanılır. Baş ofisdə üstdəki mühafizə şefinin açıqlamasına görə, sirrin qorunduğu məkanın 2 metr qalınlığında divarları var.
Clicked Singles Best 13
Clicked Singles Best 13 — L'Arc~en~Ciel qrupunun kompilyasiya albomudur.
Ticket to Ride (albom)
Ticket to Ride — The Carpenters albomu.
Ricət
Ricət — lirik-epik əsərdə müəllifin təsvir olunan şəxsə və hadisəyə münasibətini ifadə edən parçadır. Sözün mənası "haşiyə çıxmaq" dır. Ona görə də ricətə haşiyə də deyilir. Ricətdə müəllif haqqında danışdığı hadisələri öz dövrü ilə əlaqələndirir, öz düşüncələrini əks etdirir. Poemalarda və ya mənzum romanlarda lirik ricətdən daha çox istifadə olunur. Ricət əsərə lirrik ruh, emisonallıq gətirir. Nizami "Xosrov və Şirin" əsərində Hörmüzün ölümünü qələmə aldığı yerdə zəmanənin insanlara etdiyi zülmdən, ədalətsizlikdən danışır.
Rifkət Boqdanov
Rifkət İbrahimoviç Boqdanov (rus. Рифка́т Ибраги́мович Богда́нов, d. 13 iyun 1950, Mamıkovo, Tatar MSSR — ö. 3 noyabr 2013, Moskva, Rusiya Federasiyası) — Tatar əsilli SSRİ və Rusiya riyaziyyatçısı, fizika-riyaziyyat elmləri doktoru, professor, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Skobeltsyn Nüvə Fizika İnstitutunun Nüvə Reaksiyalar Şöbəsinin aparıcı tədqiqatçısı. Rifkət Boqdanov, uzun bir xəstəlikdən sonra 3 noyabr 2013 tarixində, gecə vaxtdı Moskvada vəfat etmişdir. == Elmi fəaliyyət == Boqdanovun əsas fəaliyyəti, diferensial tənliklər, qeyri-xətti dinamik sistemlər, bifurkasiya nəzəriyyəsi və diferensial geometriya sahəsində olmuşdur. == Biblioqrafiya == Версальная деформация особой точки векторного поля на плоскости в случае нулевых собственных чисел. // Тр. семинара им. И. Г. Петровского, вып.