RİCƏT

is. [ ər. ]
1. Geriyə dönmə, qayıtma, gəldiyi yerə tərəf hərəkət; əvvəlki yerə qayıtma; geri çəkilmə.
…Siyasi mübarizədə yeni qüvvələr toplamaq üçün müvəqqəti ricət ən ağıllı bir üsuldur. M.S.Ordubadi.
[Qoca:] Assuriya, Midiya, Elam və iskitləri titrədən ordu parslar tərəfindən ricətə sövq edildi. Çəmənzəminli.

□ Ricət etmək – geriyə dönmək, qayıtmaq; geri çəkilmək.
Fədailər diliranə ricət etdi dübarə; Şahpərəstlər şikəs tapıb, üz qoydular fərarə. A.Səhhət.

2. Dini etiqadlara görə qiyamət günü dirilib təzədən məhşərə qayıtma.
Hər kəs ölənlərin ricətini, yəni dirilib bu dünyaya gəlməyini xahiş edir. C.Məmmədquluzadə.

3. məc. Haşiyə çıxma, mətləbdən kənar çıxma.
Əsərdə ritorik təsvirlər, ricətlər və uzunçuluq yoxdur. M.İbrahimov.

RİCA
RİÇAL
OBASTAN VİKİ
Ricət
Ricət — lirik-epik əsərdə müəllifin təsvir olunan şəxsə və hadisəyə münasibətini ifadə edən parçadır. Sözün mənası "haşiyə çıxmaq" dır. Ona görə də ricətə haşiyə də deyilir. Ricətdə müəllif haqqında danışdığı hadisələri öz dövrü ilə əlaqələndirir, öz düşüncələrini əks etdirir. Poemalarda və ya mənzum romanlarda lirik ricətdən daha çox istifadə olunur. Ricət əsərə lirrik ruh, emisonallıq gətirir. Nizami "Xosrov və Şirin" əsərində Hörmüzün ölümünü qələmə aldığı yerdə zəmanənin insanlara etdiyi zülmdən, ədalətsizlikdən danışır.

Значение слова в других словарях