Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ne crois pas
Ne crois pas (azərb. İnanma‎)— Lüksemburqun 1956-cı ildə Avroviziyada təmsil olunduğu mahnı. Mişel Arnaud fransız dilində ifa etmişdir. 1956 Avroviziya Mahnı Müsabiqəsinin səsvermə nəticələri açıqlanmadığı üçün bu mahnının topladığı xal və tutduğu yer məlum deyil.
CROBEX
CROBEX — Zaqreb fond birjasına əsaslanan Xorvatiyanln əsas fond indeksi. 2017-ci ildə indeksə 25 şirkət daxil idi. Hər bir elementin çəkisi onun kapitallaşdırılmasına əsasən müəyyən edilir, lakin 20%-dən çox ola bilməz. == Tarixi == İndeks 1 sentyabr 1997-ci ildən hesablanmağa başlandı, lakin 1000 bal baza dəyəri kimi birjanın 1 İyul 1997-ci ildə olan vəziyyəti qəbul olunub. 4500 baldan ibarət olan ən yüksək həddə 2007-ci ilin aprel ayında çatmışdır.
Crex crex
Adi çivdimdik (lat. Crex crex) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin durnakimilər dəstəsinin sufərələri fəsiləsinin çivdimdik cinsinə aid heyvan növü. == Statusu == Nadirdir. == Kateqoriyası == Təhlükə vəziyyətindədir (EN). Qorunması gücləndirilməsə kritik vəziyyətə düşə bilər. == Qısa təsviri == Ümumi rəngi bozumtul-kürəndir. Beli uzununa naxışlıdır. Qanadları pas kimi kürəndir. Boğazı ağımtıl, döşü və çinədanı isə açıq-bozdur. Bədəninin yanları köndələn ağ zolaqlı açıq-kürəndir.
Crex
Çivdimdik (lat. Crex) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin durnakimilər dəstəsinin sufərələri fəsiləsinə aid heyvan cinsi.
Erix
Erix — kişi adı. Erix Abraham — Alman Piyada generalı. Erix Fayql — Avstriya taixçisi. Erix Frid — yazıçı, şair və tərcüməçi Erix Reder — alman hərb xadimi, qross-admiral. Erix Hartmann — İkinci dünya müharibəsində iştirak etmiş alman qırıcı təyyarə pilotu. Erix fon Manşteyn — Üçüncü Reyxin ən məşhur generalı.
Corvus cornix
Boz qarğa (lat. Corvus cornix) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin qarğalar fəsiləsinin qarğa cinsinə aid heyvan növü. Bəzən qara qarğa ilə eyni növə aid edilirlər. Buna müvafiq olaraq Qara qarğaya Corvus corone corone, Boz qarğaya isə Corvus corone cornix adı verilir. == Xarici görünüşü == Bu canlıların başı, qanadı və quyruğu qara, bədəni isə boz rəngdə olur. Orta uzunluqları 50 sm, çəkisi isə 460–735 q, qanadları arasında məsafə 1 metrdir. Orta hesabla zağcadan daha böyük olur, lakin daha sıx qatlanmış, daha yüksək, güclü və sonucu nisbətən əyri bir dimdiyə sahibdir. Uçuşda onları rəngləri ilə yanaşı, daha geniş qanadları və aşağıya əyilmiş dimdiyinə əsasən fərqləndirçək mümkündür. Bədənləri boz, qanadları, başı, və ayaqları qara rəngdə olur. Gənclər mavi gözlər, çəhrayı ağız boşluğu ilə fərqlənirlər.
Craig Parker
Craig Parker (12 noyabr 1970, Suva) — Yeni Zelandiyalı aktyor. == Həyatı == Babası Birləşmiş Krallığın ordusunda xidmət edərkən Şotlandiyanın Edinburq şəhərindən Ficiyə köçmüşdür. Parker təkcə şotland nəslinə mənsub deyil. Onun babaları arasında Qal, Danimarkalı, ingilis və Kelt mənşəyi var. Parkerin dünyada atanınması Üzüklərin Hökmüdarı film seriyasındakı Haldir rolu olmuşdur. Bu uğurlu nəticənin ardınca 2008–2010-cu illər arasında Legend of the Seeker adlı serialda qaranlıq Darken Rahl rolunu canlandırmışdır. Yenə Sam Raimi və Robert Tapert tərəfindən çəkilən Spartak: Qan və Qum və Spartak: İntiqam seriallarında romalı komandir Qay Klavdi Qlaber rolunu canlandırmışdır.
Cross platform
Cross platform və ya çoxlu platforma proqramları birdən çox kompüter platforması üçün yazılan proqramlardır. Kompüter platforması dedikdə aparat və proqram təminatından (əməliyyat sistemindən) ibarət platforma başa düşülür. Çox vaxt isə cross platform dedikdə bir proqramın bir neçə əməliyyat sistemində işləməsi başa düşülür.
Droid 3
Motorola Droid 3 — Motorola korporasiyası tərəfindən istehsal olunan mobil telefon. == Xarakteristika == Motorola Milestone 3/XT883 QWERTY klaviatura ilə slayder form-faktorunda hazırlanıb. Smartfon 4 düym diaqonallı və 540х960 piksel kəskinlikli ekrana, 16 QB birləşdirilmiş yaddaşa, microSDHC slotuna, video zənglər üçün ön kameraya, əsas 8 meqapiksel kameraya və videonu 1080p formatında yazmaq imkanına malikdir. Droid 3 1 QHz tezlikli ikinüvəli TI OMAP 4430 prosessoru əsasında hazırlanıb, Wi-Fi, GPS və Bluetooth modulları ilə təchiz edilib. Motorola Milestone 3 Android 2.3 əməliyyat sisteminin nəzarəti altında işləyir.
Edvard Coris
Edvard Yoris (nid. Edward Joris; 1876, Antverpen – 1957) — Belçikalı anarxist. Ulduz sui-qəsdi ilə tanınır. == Həyatı və fəaliyyəti == 1876-cı ildə doğulub. O, 13 yaşında məktəbi buraxmış və kargüzar işləməyə başlamışdır. Solçuluqla məşğul olan Yoris 1895–1898-ci illərdə Belçika Fəhlə Partiyasının yerli şöbəsinin və həmkarlar ittifaqının katibi idi. Edvard Qrin təxəllüsü ilə anarxist "Ontwaking" qəzetinə töhfələr vermişdir. 1901-ci ildə İstanbula səyahət etmiş, o, burada qısa müddətliyinə fransızca və ingiliscə ticarət yazışmaları ilə məşğul olmuşdur. Daha sonra o, "Singer sewing machine" şirkətində iş tapmışdır. Sevgilisi Anna Nellens İstanbula gəlmiş və onlar evlənmişdirlər.
Guilty Crown
Guilty Crown (ギルティクラウン, Giruti Kuraun, azərb. Günahkar tac‎) — Production I.G studiyası tərəfindən 2011-ci ildə istehsal olunmuş və 2011-ci ilin oktyabrından Fuji TV-nin Noitamina televiziya blokunda yayımlanmış anime serialı. Anime serialı Şu Oma adlı məktəbli oğlanın səhvən "Kralların gücü" adlandırılan və insanların içərisindən "Boşluq" adlı xüsusi silah və alətləri çıxarmağa kömək edən güc əldə etməsindən bəhs edir. Şu özünü GHQ adlı dövlət şirkəti ilə GHQ-dən Yaponiyanın müstəqilliyini əldə etməyə çalışan Tabutçular terrorist qruplaşması arasında baş verən müharibənin ortasında tapır. Şu gücünün ona verdiyi böyük məsuliyyəti daşımalı olur, qorxunc keçmişi ilə üzləşir. Anime serialı özündə bir çox janrları birləşdirsə də, animenin əsas janrı elmi fentezidir. ASCII Media Works və Square Enix tərəfindən iki manqa adaptasiyası nəşr olunmuşdur. Nitroplus tərəfindən 2012-ci ilin aprelində "Guilty Crown: Princess of Deadpool" adlı ranobe istehsal olunmuşdur. Nitroplus tərəfindən istehsal olunmuş "Guilty Crown: Lost Christmas" vizual romanı 15 dəqiqəlik "Guilty Crown: Lost Christmas" adlı OVA ilə birlikdə yayımlanmışdır. Anime serialı müxtəlif rəylər almışdır.
Karen Cromie
Karen Cromie (24 sentyabr 1979 – 28 yanvar 2011) — İrlandiyalı Paralimpiyaçı, İngilis avarçəkmə və basketbol idmançısıdır. Pekin 2008 Olimpiadasında Paralimpiya Divizionunda yarışdı və beşinci oldu. 2005–2006-cı illər arasında Cromie GB Əlil arabalı Basketbol Milli Komandasının tərkibində basketbol oynamış və gümüş medal qazanmışdır. 2009-cu ildə İrlandiya Paralimpiya Basketbol komandasına seçilmiş və 2011-ci ildə 31 yaşında intihar edərək ömrünü başa vurmuşdur.
Luiş Froiş
Luiş Froiş (port. Luís Fróis) – XVI əsrin ikinci yarısında Yaponiyada faəliyyət göstərilmiş Portuqaliya missioneri. == Həyatı == Luiş Froiş 1532-ci ildə Portuqaliyanın Lissabon şəhərində doğulmuşdur. 1563-cü ildə Yaponiyaya gəlmiş, Makaoda keçirdiyi iki il istisna olmaqla, həyatının qalan hissəsini Yaponiyada keçirmişdir. Yaponiyadakı həyatı boyunca Aşikaqa Yoşiteru, Oda Nobunaqa, Toyotomi Hideyoşi, Otomo Sorin, Konişi Yukinaqa kimi dövrün nüfuzlu şəxsləri ilə tanış olmuşdur. Müşahidə qabiliyyəti və diqqətliliyi ilə seçilən Froiş Yaponiyadakı missionerlik fəaliyyəti haqqında Avropaya ətraflı hesabatlar göndərmişdir. Ən məşhur əsəri 1549-93-ci illərdə Yaponiyanın xristianlıq tarixindən də bəhs edən "Yaponiya tarixi" ("Historia de Japam") əsəridir. Bundan əlavə, Yaponiya adətləri, Hideyoşinin Koreya yürüşü və Toyotomi Hidetsuqunun süqutu barədə yazılar yazmışdır. 1597-ci ildə Naqasakidə ölmüşdür. == İstinadlar == == Ədəbiyyat == Kodansha Encyclopedia of Japan (ingiliscə).
Typhlodromus cervix
Typhlodromus cervix (lat. Typhlodromus cervix) — phytoseiidae fəsiləsinin typhlodromus cinsinə aid heyvan növü. Typhlodromus cervix Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Corvus corax
Quzğun (lat. Corvus corax) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin qarğalar fəsiləsinin qarğa cinsinə aid heyvan növü.
Paul Erlix
Paul Erliş (alman: [ˈpaʊ̯l ˈeːɐ̯lɪç] ( dinlə)) (14 mart 1854[…], Stşelin[d], Prussiya – 20 avqust 1915[…], Bad-Xomburq[d], Almaniya imperiyası) - alman hәkimi, immunoloq, bakterioloq, kimyaçı vә biokimyaçı. Kimyәvi terapiyanın banisi, Nobel mükafatı laureatı. Paul Erliş Rostok, Strasburq, Breslavl, Leypsiq və Frayburq universitetlərində oxumuşdur. 1877-ci ildәn Şarite Berlin Klinikasının hәkimi kimi işləməyə başlamışdır. 1887-ci ildən etibarən Berlin Universitetinin privatdosenti, 1890-cı ildәn ekstraordinar professor olmuşdur. 1896-cı ildәn Şteqlisdә zәrdabın öyrәnilmәsi institutunun direktoru olmuşdur. 1899-cu ildәn Frankfurt-Maynda, hazırda öz adını daşıyan, Eksperimental Terapiya İnstitutuna rәhbәrlik etmişdir. Əsas әsәrlәri biokimya, dәrman maddәlәrinin kimyası, eksperimental patologiya vә terapiya, habelә immunitet üzrәdir. 1901-ci ildәn bәdxassәli şiş problemi üzәrindә işlәmişdir. Qan leykositlәrinin müxtәlif formalarını tәsvir etmiş, qanyaranmada sümük iliyinin vә limfoid orqanların әhәmiyyәtini göstәrmişdir.
Crohn xəstəliyi
Kron xəstəliyi, terminal ileit – mədə-bağırsaq sisteminin ayrı-ayrı sahələrinin iltihabı, qalınlaşması, xoralaşmasıdır. Xroniki formada ağrı, ishal, malabsorbsiya, üveit, oynaq sindromu (iri, asimmetrik, çox vaxti aşağı ətrafların periferik artriti, spondilit, sakroiliit, neqativ RF və ANA, düyünlü eritema) yaranır. Periferik artrit epizodları bağırsaq kəskinləşməsi dövründə olur, halbuki spondilit isə bağırsaq patologiyasının ağırlığından asılı olmayaraq yaranır. Ailə üzvləri arasında Crohn xəstəliyi olan insanlarda xəstəlik 25 dəfə çox rast gəlir. Kron xəstəliyinin Aşkenazi yəhudiləri arasında rastgəlmə tezliyi yüksəkdir.
F-Droid
F-Droid — Android ƏS-i üçün azad (FOSS) proqramlar mağazası. Burada yerləşən bütün tətbiqləri pulsuzdur, və onların kodu açıqdır. F-Droid-dan istifadə etmək üçün hesab yaratmaq tələb olunmur. F-Droid Google Play-də mövcud deyil, onu F-Droid-un rəsmi saytından yükləyib, quraşdırmaq olar.
CoMix Wave Films
CoMix Wave Films, Inc. (yaponca: コミックス・ウェーブ・フィルム, Hepbörn: Komikkusu Uēbu Firumu) — Yaponiya animasiya studiyası. Studiya şirkətinin baş qərargahı Yaponiyanın Tokio prefekturasının Çiyoda şəhərində yerləşir. Studiya anime serialları ilə, qısametrajlı filmləri və xüsusilədə direktoru Makoto Şinkayın iştirakı ilə çəkilmiş televiziya reklam çarxları ilə məşhurdur. Studiya 2007-ci ilin mart ayında 1998-ci ildə yaradılmış Itochu Corporation, ASATSU (indi ADK) və digər kompaniyaların birləşməsindən yaranmışdır.
Droid (Ulduz müharibələri)
Droid — "Ulduz müharibələri" elmi fantastik franşizasından müəyyən dərəcədə süni intellektə malik uydurma robot. Termin "android" sözünün qısaldılmış formasıdır və əvvəlcə insan kimi görünmək və hərəkət etmək üçün nəzərdə tutulmuş robotlara istinad edirdi. "Android" sözünün özü qədim yunanca "insan kimi" mənasını verən "androīdēs" sözündəndir. Yazıçı və rejissor Corc Lukas orijinal "Ulduz müharibələri" filminin 28 yanvar 1975-ci ildə tamamlanan ssenarisinin ikinci layihəsində "droid" terminindən istifadə etmişdir. Bu sözün presedenti var – Mari Vulf adlı yazıçı bu sözü 1952-ci ildə "Dünyanın robotları! Qalxın!" hekayəsində işlətmişdir. Lukasın "Ulduz müharibələri" filminin ssenarisini yazarkən bu məlumatdan xəbəri olub-olmadığı, yoxsa bu termini özünün uydurduğu məlum deyil. == İstinadlar == == Xarici keçidlər == Astromech droid — Vukipediya saytında.
Erix (soyad)
Erix — soyad. Rafael Erix (1879–1946) — siyasətçi.
Çarmıx
Çarmıxa çəkmə — bir-birinin üzərinə çarpaz qoyulmuş iki taxtadan ibarət dar ağacına çəkilmə. Keçmişdə cinayətkarların üzərinə bağlamaq və ya mismarlamaq surətilə cəzalandırılmasında yayğın olaraq işlədilmişdir. Fars dilindən türk dillərinə keçən çarmıx sözü dörd və mismar sözcüklərindən yaranmışdır. Qərb dillərindəki cross və kruco kimi qarşılıqlarından yaradılmış çarmıxa gərmə mənasındakı crucifixion və krucumado kimi qavramlar əslən yunan dili kökənli olub iki kəlimədən ibarətdir: ana-stauro (ἀνασταυρόω); stauros kəlməsi "payaya bağlamaq", apo-tumpanizo kəlməsi də "taxta üzərində acı çəkdirmək" mənasına gəlir və bu iki söz birləşdiyində "anaskolopizo" (ἀνασκολοπίζω "payaya keçirmək") sözünü meydana gətirir. Köhnə Yunan-Roman qaynaqlarında "XYLON" sözü "odun parçası" mənasında da işlədilirdi, amma bu söz daha çox dar ağacları üçün etibarlı idi, payalar üçün deyil. Məsələn, Aristofanın "Qurbağalar" komediyasında də bu mənada işlənir: "Əgər tökəzlərsən, heç olmazsa şərəfli bir ağacdan asılarsan". Buna görə latınca "crux" sözü dar ağacı ya da paya mənasına gələ bilər.* Keçmişdə qurulu din və nizama qarşı cinayət törətdiyi üçün edamına qərar verilənlər çarmıxa çəkilərək öldürülərdilər. Bunun üçün məhkumun bədəni və ayaqları çarmıxın şaquli taxtasına bağlanar, qolları yana açılaraq əlləri üfüqi taxtaya mıxlanırdı. Günlərlə açıqda, ac, susuz və taxtaya mismarlı qalan məhkum, yavaş yavaş və işgəncə çəkərək ölərdi. Romali qubernator Pontius Pilate dövründə də İsa yəhudi din alimi olan fariseylər tərəfindən belə çarmıxa gərilmişdi.
Erix Abraham
Erix Abraham (alm. Erich Gottfried Abraham‎; 27 mart 1895 – 7 mart 1971, Visbaden) — Alman Piyada generalı. Üçüncü Reyxin hərbi xadimi. İbrahim 1895-ci ildə Şərqi Prussiyanın Marienburg şəhərində anadan olub. Birinci Dünya Müharibəsi başladıqdan sonra hərbi xidmətə könüllü olaraq getdi və növbəti il Leutnant der Reserve olaraq istifadəyə verildi . 1920-ci ildə fəxri Oberleutnant olaraq tərxis edildi və polisə qatıldı. 1935-ci ildə mayor rütbəsində hərbi xidmətə qayıtdı . 1936 – 39-cu illərdə 105-ci Piyada Alayında piyada taburuna komandanlıq etmiş,1938-ci ildə Oberstleutnant rütbəsinə yüksəlmişdir. 1939-cu ildə 266-cı Piyada Alayına köçürüldü və yenidən bir il taburluq etdi. 1940-cı ildə 230-cu Piyada Alayının komandiri vəzifəsinə təyin edildi və 1941-ci ildə yüksəldi.1942-ci ilə qədər bu alayın komandanlığını davam etdirən Oberst 230-cu Piyada Alayına rəhbərlik etdiyi dövrdə Dəmir Xaçın Cəngavər Xaçına layiq görüldü.
Erix Amplatz
Erix Amplatz (6 fevral 1960) — Avstriyanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Erix Amplatz Avstriyanı 1992-ci ildə Barselona şəhərində baş tutan XXV Yay Olimpiya Oyunlarında təmsil edib və cüt turnirdə 17-ci pillənin sahibi olub.
Erix Brandenberger
Erix Brandenberger (15 iyul 1892 - 21 iyun 1955) İkinci dünya müharibəsi zamanı Üçüncü Reyxin tərkibində vuruşan alman general. Müharibə ərzində 8-ci Tank diviziyası və daha sonra Qərb cəbhəsində 29-cu Ordu Korpusuna komandan təyin olunmuşdur. Arden əməliyyatı zamanı Qərb cəbhəsində dislokasiya olunmuş 7-ci Orduya komandan təyin olunmuşdur. O, 6 may 1945-ci ildə amerikanlar tərəfindən əsir götürülmüş və 1948-ci ildə sərbəst buraxılmışdır.
Erix Fayql
Erix Fayql — Avstriya tarixçisi. == Həyat və fəaliyyəti == Erix Fayql 24 sentyabr 1931-ci il-də Vyanada anadan olmuşdur. E.Fayql türk tarixini, mədəniyyətini tədqiq edən tanınmış alimdir. 60-dan çox sənədli filmin və 20-dən çox kitabın muəllifidir. E.Fayql türk xalqlarının tarixini, mədəniyyətini özündə əks etdirən "Doğu Turkistan" və ya "Min bir hakimiyyət", Osmanlı İmperiyasının yarandığı andan süqutuna kimi bir dövrü əhatə edən "Türklərin gəldikləri yerlər və türklərin getdikləri yerlər", ermənilərin tarix boyu türklərin başına açdığı müsibətlərdən danışan "Erməni terrorizmi"ni əks etdirən bir sıra sənədli filmlərin müəlliflərindən biridir. Onun fundamental əsərlərindən biri hesab olunan "Bir Terrorun Əfsanəsi" 5 dildə – alman, ingilis, fransız, türk və rus dillərində nəşr edilmişdir. E.Fayql mütəmadi olaraq Avropa ölkələrində (Türkiyə, Almaniya, Avstriya) erməni probleminə həsr edilmiş elmi praktiki konfranslarda, seminarlarda iştirak etmişdir. 2005-ci ildə "Qondarma erməni soyqırımının 90 illiyi" münasibətilə Avstriyada "Tərs Təpki" adlı kitab dərc etdirmişdir. 2000-ci ildə Azərbaycan prezidenti Heydər Əliyevin Avstriya Respublikasına rəsmi səfəri zamanı professor E.Fayqla görüşmüşdür. 2001-ci ildə E.Fayql Dünya azərbaycanlılarının I qurultayında iştirak etmişdir.
Yelena Çalıx
Yelena Çalıx (25 mart 1984) — Rusiyanı və Azərbaycanı təmsil edən velosipedçi, Avropa Çempionatının qalibi. Yelena Çalıx 2000-ci ildə Mançesterdə, 2001-ci ildə Antverpendə 2004-cü ildə isə Melburnda baş tutan Avropa Çempionatlarında bürünc medalların sahibi oldu. 2003-cü ildə isə Yelena Çalıx Rusiyada Dünya Çempionatını gümüş medalla başa vurdu. Yelena Çalıx həm də Rusiyanı 2004-cü ildə Yunanıstanın Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil elədi. Turnirin nəticələrinə əsasən Yelena Çalıx olimpiadanı yeddinci pillədə başa vurdu. 2008-ci ildə isə Yelena Çalıx Polşada Avropa Çempionatının qalibi oldu. 2010-ci ildə Azərbaycan Velosiped İdmanı Federasiyası (AzVİF) Yelena Çalıxı Azərbaycan yığmasının heyətinə cəlb elədi. Yelena Çalıx Azərbaycanı 2012-ci ildə London şəhərində (Birləşmiş Krallıq) baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil elədi. Yelena Çalıx velosiped idmanı üzrə Azərbaycanı Olimpiya Oyunlarında təmsil edən birinci idmançı olaraq tarixə düşdü. İyulun 28-də Yelena Çalıx ümumi turnirdə mübarizə apardı.
Çorox çayı
Çorox çayı (türk. Çoruh, gürc. ჭოროხი, yun. Άκαμψις, erm. Ճորոխ) — başlanğıcını Türkiyənin şimal-şərqindəki Məscid dağlarından götürən, Bayburt, İspir, Yusufeli, Artvin şəhərlərinin yaxınlığından keçən, Gürcüstanın Batumi şəhərinin cənubunda, Türkiyə-Gürcüstan sərhədinin bir neçə kilometr şimalında Qara dənizə tökülən çay. Arrianın "Peripl Ponta Yevksink" əsərində çay Akampsis adlandırılmışdır. İngilis dilində çay Boas, Çuruk və Çorox adları ilə tanınmışdır. Çorox çayının mənbəyi Türkiyənin Artvin ilindəki 3225 metr hündürlüyündəki Məscid dağının şərq yamacında yerləşir. Çayın 155 km-lik hissəsi Artvində yerləşir. 438 km yol qət etdikdən sonra Gürcüstanda Qara dənizə tökülür.
Çarmıx daşıyan İsa
Çarmıx daşıyan İsa holland rəssamı İeronim Bosxun 1480-ci illərdə çəkdiyi rəsm əsridir. İsaya edam günü öz çarmıxının daşıdılması hadisəsindən bəhs edir. Hal-hazırda Vyana şəhərində yerlşən Vyana İncəsənət Tarixi Muzeyində saxlanılır.