Yelena Çalıx

Yelena Çalıx (25 mart 1984) — RusiyanıAzərbaycanı təmsil edən velosipedçi, Avropa Çempionatının qalibi.[1]

Yelena Çalıx
Yelena Çalıx 2012-ci ildə
Yelena Çalıx 2012-ci ildə
Şəxsi məlumatlar
Tam adı Yelena Valeriyevna Çalıx
Vətəndaşlığı Rusiya Rusiya
Azərbaycan Azərbaycan
Doğum tarixi (39 yaş)
Doğum yeri Rusiya SFSR
İdman növü Velosipedi idmanı
Boyu 158 sm.

Karyerası[redaktə | mənbəni redaktə et]

Yelena Çalıx 2000-ci ildə Mançesterdə, 2001-ci ildə Antverpendə 2004-cü ildə isə Melburnda baş tutan Avropa Çempionatlarında bürünc medalların sahibi oldu. 2003-cü ildə isə Yelena Çalıx Rusiyada Dünya Çempionatını gümüş medalla başa vurdu. Yelena Çalıx həm də Rusiyanı 2004-cü ildə Yunanıstanın Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil elədi.[1] Turnirin nəticələrinə əsasən Yelena Çalıx olimpiadanı yeddinci pillədə başa vurdu.[2] 2008-ci ildə isə Yelena Çalıx Polşada Avropa Çempionatının qalibi oldu.

2010-ci ildə Azərbaycan Velosiped İdmanı Federasiyası (AzVİF) Yelena Çalıxı Azərbaycan yığmasının heyətinə cəlb elədi.[1]

Yelena Çalıx Azərbaycanı 2012-ci ildə London şəhərində (Birləşmiş Krallıq) baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil elədi.[1] Yelena Çalıx velosiped idmanı üzrə Azərbaycanı Olimpiya Oyunlarında təmsil edən birinci idmançı olaraq tarixə düşdü. İyulun 28-də Yelena Çalıx ümumi turnirdə mübarizə apardı.[3] 66 velosipedçinin mübarizə apardığı final mərhələsində Yelena Çalıx finiş həddinə çata bilmədi və London Olimpiadasını nəticəsiz başa vurdu.[3] Avqustun 1-də isə Yelena Çalıx zamana qarşı fərdi turnirdə mübarizə apardı.[4] 24 velosipedçinin mübarizə apardığı final mərhələsində Yelena Çalıx 40 dəqiqə 46.06 saniyə nəticə göstərdi və London Olimpiadasını 20-ci pillədə başa vurdu.[4]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 4 Olympedia.org. "Yelena ÇALIX". www.olympedia.org (ingilis). 2022-08-30. 2022-08-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.
  2. Olympedia.org. "2004 Summer Olympics / Cycling / TRACK / Individual Pursuit / 3000 metres / Women". www.olympedia.org (ingilis). 2022-08-30. İstifadə tarixi: 30.08.2022.[ölü keçid]
  3. 1 2 Olympedia.org. "2012 Summer Olympics / Cycling Road / Road Race / Individual / Women". www.olympedia.org (ingilis). 2022-08-30. İstifadə tarixi: 30.08.2022.[ölü keçid]
  4. 1 2 Olympedia.org. "2012 Summer Olympics / Cycling Road / Individual Time Trial / Women". www.olympedia.org (ingilis). 2022-08-30. İstifadə tarixi: 30.08.2022.[ölü keçid]