Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ceylan Ağça Cupolo
Ceylan Ağça Cupolo (1986, Hazro, Diyarbəkir ili) — müəllim və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı. == Həyatı == Ceylan Ağça Cupolo 1986-cı ildə Diyarbəkir ilinin Hazro ilçəsində anadan olub. Doqquz Eylül Universiteti ABŞ Mədəniyyəti və Ədəbiyyatı Bölməsindən məzun olub. Həmin universitetdə magistr dərəcəsi alır. Ankara Universitetində xarici dil müəllimi olaraq çalışıb. Qadınların, qaçqınların və ətraf mühitin qorunması, mətbuat azadlığı, siyasi motivli həbslər, həbsdə işgəncə və pis rəftar mövzularında hesabatların hazırlanması, insan hüquqları sahəsində tədqiqatların aparılması ilə məşğul olub. 2023-cü il mayın 14-də Yaşıl Sol Partiyasının namizədi olaraq Diyarbəkir ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib. TBMM Xarici Əlaqələr Komissiyasının üzvü vəzifəsində təmsil olunub. Kürdcə, ingiliscə və italyanca bilir. Evli və 1 uşaq anasıdır.
Cunila
Cunila (lat. Cunila) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinə aid bitki cinsi.
Cunila mariana
Cunila origanoides (lat. Cunila origanoides) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin cunila cinsinə aid bitki növü.
Miconia cuprea
Miconia cuprea (lat. Miconia cuprea) — melastomakimilər fəsiləsinin mikoniya cinsinə aid bitki növü.
Phyllorchis cuprea
Bulbophyllum cupreum (lat. Bulbophyllum cupreum) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü. == Arealı == Bulbophyllum cupreum növü Arunaçal-Pradeşdən Qərbi Malayziyana qədər yayılmışdır.
Phyllorkis cuprea
Bulbophyllum cupreum (lat. Bulbophyllum cupreum) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü. == Arealı == Bulbophyllum cupreum növü Arunaçal-Pradeşdən Qərbi Malayziyana qədər yayılmışdır.
Quercus cuprea
Yay palıdı, pulcuqlu palıd (lat. Quercus robur) - palıd cinsinə aid bitki növü. == Sinonim == Quercus abbreviata Vuk. Quercus accessiva Gand. [Invalid] Quercus accomodata Gand. [Invalid] Quercus acutiloba Borbás Quercus aesculus Boiss. Quercus aestivalis Steven Quercus afghanistanensis K.Koch Quercus alligata Gand. [Invalid] Quercus altissima Petz. & G.Kirchn. Quercus amoenifolia Gand.
Tisiphone cuprea
Qonurbaş qalxansifət (lat. Agkistrodon contortrix) — gürzəkimilər fəsiləsinin agkistrodon cinsinə aid ilan növü. == Sinonimləri == Boa contortrix Linnaeus, 1766 Scytale contortrix Sonnini & Latreille, 1801 Scytale Cupreus Rafinesque, 1818 Scytale cupreus Say, 1819 Tisiphone cuprea Fitzinger, 1826 Cenchris marmorata Boie, 1827 Acontias atrofuscus Troost, 1836 Toxicophis atrofuscus Troost, 1836 Trigonocephalus cenchris Schlegel, 1837 Trigonocephalus Contortrix Holbrook, 1838 Trigonocephalus atro-fuscus Holbrook, 1842 Cenchris contortrix Gray, 1842 Cenchris atrofuscus Gray, 1849 Agkistrodon contortrix Baird & Girard, 1853 Trigonocephalus histrionicus Duméril & Bibron, 1853 Ancistrodon contortrix Baird, 1854 Agkistrodon contorting Abbott, 1869 Ancistrodon atrofuscus Cope, 1875 Agkistrodon atrofuscus Yarrow, 1882 Ancistrodon contortrix var.
Yanka Kupala
Yanka Kupala (əsl adı İvan Dominikoviç Lutseviç, belar. Іва́н Даміні́кавіч Луцэ́віч; 7 iyul 1882 – 28 iyun 1942[…], Moskva) — belarus şair, dramaturq, publisist, Belarus ədəbiyyatının klassiki, BSSR-in xalq şairi (1925), BSSR EA-nın (1928) və SSRİ EA-nın akademiki (1928), Birinci dərəcəli Stalin mükafatı laureatı (1941).
Cunila origanoides
Cunila origanoides (lat. Cunila origanoides) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin cunila cinsinə aid bitki növü.
Cola
Kola — qazlı, spirtsiz sərinləşdirici içki. Kola (ing. "coke" və ya "cola") — təbii və ya süni dadlar — vanil, darçın, sitrus yağları və digər dadlar əlavə edilən qazlı sərinləşdirici içki növü. Coca-Cola brendini 1886-cı ildə əczaçı Con Pemberton icad etdikdən sonra kola bütün dünyada məşhurlaşdı və sonradan digər istehsalçılar onu təqlid etdilər. Kola tipli içkilərin əksəriyyətində kofein var, bu kola qozundan götürülüb və bu içkinin adının yaranmasına səbəb olub, baxmayaraq ki, hazırda başqa mənbələrdən istifadə olunur. Pembertonun orijinal kola içkisi də koka yarpaqlarından kokain ehtiva edirdi. Onun alkoqolsuz resepti əczaçı Angelo Marianinin 1863-cü ildə yaratdığı koka şərabından ilhamlanıb. Müasir kola içkilərinin əksəriyyəti şəkər boyası əlavə edildiyi üçün tünd rəngdədir və şəkər və/və ya yüksək fruktoza qarğıdalı siropu ilə şirinləşdirilir. Hal-hazırda onlar bir çox müxtəlif markalar altında istehsal olunur. Onların arasında ən məşhurları Coca-Cola və Pepsi-dir.
Thekla Carola Wied
Thekla Carola Wied (5 fevral 1944, Vrotslav, Prussiya[d], Almaniya Reyxi[d]) — alman aktrisa.
İvan Kupala (qrup)
Ivan Kupala – etnik musiqi üslubunda işləyən rus elektron qrupu. 17 avqust 1998-ci ildə Sankt-Peterburq-da Aleksey İvanov, Aleksey Rumyantsev və Denis Fedorov tərəfindən təsis edilib. Qrupun fəaliyyətinin fərqləndirici xüsusiyyəti, əsasən, 1970–1980-ci illərdə sovet folklorşünaslarının etnoqrafik ekspedisiyaları zamanı qeydə alınmış orijinal folklordan əsərlərinin əsası kimi istifadə edilməsidir. 1999 və 2000-ci illərdə Ovation mükafatlarında qrup İlin "Xalq Qrupu" nominasiyasında qalib gəldi. Rəsmi diskoqrafiyasında İvan Kupalanın 3 nömrəli albomu, remiks albomu, maxi-singl və ən yaxşı mahnılar toplusu var. Bu günə qədər son studiya albomu olan Rodina, İvan Kupala Gecəsində — 2012-ci il iyulun 6-dan 7-dək baş tutdu. Qrup albomun buraxılışını Invasion festivalında böyük gecə konserti-təqdimatı ilə qeyd etdi. Bu qrupun "Kostroma" (Kostroma) mahnısı 2014-cü ildə Soçidə keçirilən Qış Olimpiya Oyunlarının açılış mərasimində istifadə olunub. 2017-ci ildə komanda qastrol səfərlərini dayandırdı və həmçinin işlərində daha yeni albomların olmayacağını açıqladı. == İstinad == Зимина Татьяна Александровна.
Coca-Cola
Koka-Kola (ing. Coca-Cola) — 6 may 1886-cı ildə ABŞ- da yaradılmış sərinləşdirici içkilər istehsal edən The Coca-Cola Company şirkəti tərəfindən satışa çıxarılan qazlı sərinləşdirici içkidir. == İstehsalı == Coca-Cola, Amerika Birləşmiş Ştatları mənşəli, karamelize şəkərlə dadlandırılmış, spirtsiz içki markası. Coca-Cola və müxtəlif spirtsiz içki markalarının sahibi, mərkəzi ABŞ- ın Georgia əyalətində, Atlanta şəhərində olan çox millətli şirkətdir. 1886-cı ildə qurulan şirkətin səhmləri, Nyu York Birjasında KO qısaltması ilə əməliyyat göstərilir İkinci Dünya Müharibəsindən sonra Amerika həyat tərzinin bir simvolu olaraq əvvəl Avropada, sonra bütün dünyada məşhur reklam kampaniyaları ilə böyük bazar payı qazandı. Soyuq Döyüşün ardından Sovetlər Birliyi torpaqlarında və Şərqi Avropada istehsal və satışa başladı, bu bölgələrdə də spirtsiz içki bazarında güclü vəziyyətə gəldi. İdarə heyəti Başçısı (CEO) Türk iş adamı Muxtar Kentdir. Coca Cola və Pepsi- nin istehsal edən şirkətlər, Kaliforniya qanunlarına görə, məhsullarına xərçəng xəstəliyinin qonmaması üçün bu içkilərin tərkibini dəyişdirir. Yeni tərkibə görə, içkilərə karamel rəngini verən 4 — metilimidazol maddəsindən daha az istifadə ediləcək. 4 — metilimidazol, Kaliforniya əyalətinin xərçəngə gətirib çıxardığı düşünülən maddələr siyahısında iştirak edir.
Cola acuminata
Sivri kola (lat. Cola acuminata) — kola cinsinə aid bitki növü.
Cola nitida
Parlaq kola (lat. Cola nitida) - kola cinsinə aid bitki növü.
Santa-Pola
Santa-Pola (isp. Santa Pola) — İspaniyada yerləşən bələdiyyə. Bələdiyyə Baxo-Vinalopa ərazisinin 58,6 km² hissəsini əhatə edir. 2017-cu ildə hesablamalara görə əhali 31137 nəfərə çatmışdır. Əyalət paytaxt şəhərindən 19 km uzaqlıqda yerləşir..
Pola Hokins
Pola Hokins - Britaniya jurnalisti və yazıçısıdır. Hawkins daha çox zorakılıq və narkotikdən istifadə haqqında triller olan "Qatardakı qız" romanı ilə tanınır. Roman 2016-cı ildə Emili Blantın oynadığı filmə uyğunlaşdırılmışdır. Hawkinsin ikinci triller romanı, Suya, 2017-ci ildə çıxdı. == Həyat və karyera == Hawkins Hararedə, Rodeziyada (indiki Harare, Zimbabve) Anthony "Tony" Hawkins və həyat yoldaşı Glynne'nin qızı olaraq anadan olub böyüdü. Atası iqtisadiyyat professoru və maliyyə jurnalisti idi. 1989-cu ildə 17 yaşında Londona köçməzdən əvvəl Hawkins Zimbabve, Harare, Arundel Məktəbində oxuyub, sonra Qərbi Londonda, Kensinqtonda müstəqil kollec olan Collingham Kollecində A-Levels təhsili alıb. Hokins Oksford Universitetinin Keble Kollecində fəlsəfə, siyasət və iqtisadiyyat oxudu. O, The Times-da jurnalist kimi işləyib, biznes haqqında məlumat verib. Daha sonra o, sərbəst şəkildə bir sıra nəşrlərdə çalışdı və qadınlar üçün maliyyə-məsləhət kitabı, "Pul ilahəsi" yazdı.
Yanka Kupala adına teatr
Yanka Kupala adına milli akademik teatr (belar. Нацыянальны акадэмічны тэатр імя Янкі Купалы) ― Belarusun Minsk şəhərində yerləşən ölkənin ən qədim teatrı. Belarusiyanın mədəni irsi siyahısına daxil edilmişdir. == Tikinti == Teatr binası memarlar Konstantin Vvedenskiy və Karol Kozlovskiy tərəfindən dizayn edilmiş və 1890-cı ildə tikilmişdir. Tikinti Minsk sakinlərinin ianələri hesabına maliyyələşdirilmişdir. == Tarix == Müasir teatr 14 sentyabr 1920-ci ildə Minsk əyalət teatrının binasında qurulmuşdur. 1944-cü ildə teatrın adı dəyişdirilərək Belarus şairi və klassiki olan Yanka Kupalanın şərəfində adlandırılmışdır. Bina 20-ci əsrin ilk yarısında bir neçə mühüm tarixi konqresin keçirildiyi məkan olmuşdur. 1917-ci il 2–8 dekabr tarixlərində teatr binasında Rusiya Qərb Cəbhəsi qüvvələrinin I qurultayı keçirilmişdir. Qurultaya 473 bolşevikin də daxil olduğu 714 nəfər nümayəndə qatılmışdı.
Coca-Cola Cherry
Coca-Cola Cherry (orijinal satış adı və hələ də tanındığı adı ilə Cherry Coke) — Koka-Kolanın albalı dadlı versiyası. İçki The Coca-Cola Company tərəfindən istehsal olunur. == Tarixi == Bir çox restoran, kinoteatr və apteklər içki 1985-ci ildə mağazalarda rəsmi olaraq təqdim edilməzdən çox əvvəl Koka-Kolaya albalı siropu əlavə edərək onun qeyri-rəsmi versiyasını təqdim etmişdilər. The Coca-Cola Company ilk dəfə 1982-ci ildə Tennessi ştatının Noksvill şəhərində keçirilən Ümumdünya Sərgisinə gələn tamaşaçılara digər dadlarla birlikdə Kola-nın rəsmi albalı dadlı versiyasını da təqdim edərək içkinin sınaqdan keçirməyə başladı. "Cherry Coke" 1985-ci ilin yayında ABŞ-də əsas istehsala daxil oldu. 2007-ci ilə qədər ABŞ-də və bəzi digər ölkələrdə Coca-Cola Cherry olaraq adlandırılan Cherry Coke, o dövrdə Coca-Cola-nın üçüncü variasiyası idi. == Beynəlxalq paylanma == Coca-Cola Cherry bir sıra müxtəlif ölkələrdə paylanmışdır. İçki hal-hazırda ABŞ-dən başqa İsveç, Albaniya, Çin, Ukrayna, Böyük Britaniya, İrlandiya Respublikası, Finlandiya, Almaniya, Belçika, Danimarka, Fransa, Macarıstan, Çexiya, Hollandiya, Polşa, Slovakiya, Xorvatiya, Latviya, Litva, Cənubi Afrika, Cənubi Koreya, Bolqarıstan, Yunanıstan, Rumıniya və Peruda mövcudur. İçki Yaponiyada da mövcuddur və burada hələ də "Cherry Coke" kimi tanınır. Coca-Cola Cherry Yeni Zelandiyada bəzi supermarketlərdə tapıla bilər (adətən Böyük Britaniya və ya ABŞ-dən gətirilir).
The Coca-Cola Company
The Coca-Cola Company — dünyanın ən böyük şirkətlərindən biri. Əsas binası ABŞ-də yerləşən şirkət çoxlu sayda sərinləşdirici içki istehsal edir. == Tarixi == "The Coca-Cola Company" şirkətinin əsası 1892-ci ildə ABŞ-də Asa Qriqqs Kandler tərəfindən qoyulmuşdur.İçkinin ixtirası isə, 19-cu əsrin sonlarında Jon Stit Pemberton tərəfindən edilmişdir. "Coca Cola" əvvəlcə əczaxanalarda dərman kimi satılmışdır. Sonralar tərkibindəki bəzi maddələr dəyişdirilmiş və o içki olaraq məşhurlaşmışdır. İçkinin tərkibində yeddi gizli maddə var. Bunların hansı maddələr olduğunu dünyada yalnız iki adam bilir. Maddələrin adları kağız üzərinə yazılıb və bu kağız banklardan birinin xəzinəsində mühafizə edilir.
Çapala
Qoçulu — Gürcüstan Respublikasının Borçalı mahalı bölgəsində kənd. İnzibati cəhətdən Bolnisi rayonunun tabeçiliyindədir. 90-cı illərin əvvəllərində rayonun digər 32 azərbaycanlı kəndində olduğu kimi adı dəyişdirilərək Çapala halına salınmışdır. Faruq Sümərin məlumatına görə XVI əsrin sonu XVII əsrin əvvəllərində Qoçulu Ustaclı oymağının obalarından biri idi. == Coğrafi mövqeyi == Qoçulu kəndi Maşavera çayının sağ sahilində dəniz səviyyəsindən 430–440 m. yüksəklikdə yerləşir. Ərazi baxımdan rayonun İmirhəsən, Daşlıqullar, Hasanxocalı, Cəfərli və Əsmələr kəndləri ilə qonşuluqdadır. Kənd rayon mərkəzindən 14 km şərqdə yerləşir. Coğrafi koordinatları 41° 26' 14" şimal enliyi, 44° 37' 51" şərq uzunluğudur.Kənddə məktəb yerləşir. Kənddə xüsusi körpü vardır ki, deyilənlərə görə yumurta qabığından inşa edilib.[mənbə göstərin] == Əhalisi == 2002-ci il əhali siyahıyaalmasının nəticələrinə əsasən Qoçulu kəndində 1623 nəfər sakin (rayon əhalisinin 2,2%-i) yaşayır.
Jolt Çutora
Jolt Çutora — Macarıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri (2010-2015)
Çapala gölü
Çapala (Chapala) — Meksikada, Meksika yaylasının cənubunda göl. == Sahəsi == Sahəsi 1,100 km2 (ölkədə ən böyük). == Coğrafi xüsusiyyətləri == Təqribən 1500 m hündürlüyündədir. Orta dərinliyi təqribən 7 m, ən dərin yeri 33 m; son illər suqoruyucu meşələrin qırılması və suyunun suvarmaya götürülməsi ilə əlaqədar səviyyəsi aşağı düşməkdədir. Gölə Lerma çayı tökülür. Sakit okeana tökülən Rio-Qrande-de-Santyaqo çayı göldən axır. Sahillərində kurortlar var. Okotlan şəhəri Çapalanın sahilindədir. Qvadalaxaru şəhərinin su təchizatı Çapaladandır.
Çula xaqan
Çula xaqan (VI əsr – 620, Ordu-Balıq, Arxanqay) — Şərqi Göytürklərin üçüncü xaqanı. == Hakimiyyəti == Çula xaqan qardaşından sonra taxta keçmişdi. Onun dövründə Çində vətəndaş müharibəsi davam edirdi. O son Suy imperatriçasına sadiq qüvvələri Tan sülaləsinə qarşı müdafiə edirdi. Nazirləri hər nə qədər ona müharibədən qaçınmalarını məsləhət görsə də xaqan bunu Suy sülaləsinə olan borcu kimi izah edirdi. Əslində isə Göytürklər Çini bacardıqları qədər qarışdırmaq istəyirdi. Xaqan elə bir il hakimiyyət edəndən sonra xəstəlikdən öldü. == Ailəsi == Şahzadə Yiçenqlə evlənmişdir. Oğulları: Aoşe şad (奧射設) Aşina Momo (阿史那摸末, 607 - 649) - Yuşe şad (郁射設) titulu almışdı. Li (李氏) klanından biri ilə evlənmişdi.