Çapala

QoçuluGürcüstan Respublikasının Borçalı mahalı bölgəsində kənd. İnzibati cəhətdən Bolnisi rayonunun tabeçiliyindədir. 90-cı illərin əvvəllərində rayonun digər 32 azərbaycanlı kəndində olduğu kimi adı dəyişdirilərək Çapala halına salınmışdır. Faruq Sümərin məlumatına görə XVI əsrin sonu XVII əsrin əvvəllərində Qoçulu Ustaclı oymağının obalarından biri idi.[1]

Qoçulu
41°26′07″ şm. e. 44°37′50″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 480 m
Xəritəni göstər/gizlə
Qoçulu xəritədə
Qoçulu
Qoçulu
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Coğrafi mövqeyi

[redaktə | mənbəni redaktə et]

Qoçulu kəndi Maşavera çayının sağ sahilində dəniz səviyyəsindən 430–440 m. yüksəklikdə yerləşir. Ərazi baxımdan rayonun İmirhəsən, Daşlıqullar, Hasanxocalı, CəfərliƏsmələr kəndləri ilə qonşuluqdadır. Kənd rayon mərkəzindən 14 km şərqdə yerləşir. Coğrafi koordinatları 41° 26' 14" şimal enliyi, 44° 37' 51" şərq uzunluğudur.Kənddə məktəb yerləşir. Kənddə xüsusi körpü vardır ki, deyilənlərə görə yumurta qabığından inşa edilib.[mənbə göstərin]

2002-ci il əhali siyahıyaalmasının nəticələrinə əsasən Qoçulu kəndində 1623 nəfər sakin (rayon əhalisinin 2,2%-i) yaşayır. Əhalinin 48,6%-i kişilər, 51,4%-i isə qadınlardır. Rəsmi statistikaya əsasən əhalisinin hamısı etnik azərbaycanlılardan ibarətdir. 2004-cü ildən etibarən Qoçulu Arıxlı kənd bələdiyyəsinin tərkibindədir.

Şəxsiyyətləri

[redaktə | mənbəni redaktə et]
  1. Ulu baban kim olub ? III kitab (Faxralı, Saraçlı, İmirhasan və Qoçulu kəndləri - XIX yüzilə aid kameral təsvirlər). Tərtib edənlər: V. Hacılar, F. Valehoğlu. Bakı: "Kooperasiya" nəşriyyatı, 2019, 64 s.
  1. IV. Bölüm Şah Abbas Devri (995 – 1037 = 1587 – 1628). A — Büyük Oymaklar. 2 — Ustacalu. e) Koçulu, sayfa 162, 166.// Safevi Devletinin Kuruluşu ve Gelişmesinde Anadolu Türklerinin Rolü (Şah İsmail ile Halefleri ve Anadolu Türkleri). — Pr. Dr. Faruk Sümer. Selçuklu Tarih ve Medeniyeti Enstitüsü Yayınları, Tarih Dizisi No 2. Ankara: Güven Matbaası, 1976, 265 sayfa.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]