Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Dünyanın möcüzələri
Dünyanın möcüzələri == Herodota görə üç möcüzə == Bəlkə də ilk belə siyahı eramızdan əvvəl V əsrdə Herodot tərəfindən tərtib edilmişdir. Yazılarında "tarixin atası" antik zamanlarda İon mədəniyyətinin mərkəzi olan Samos adasının üç möcüzəsini sadalayır. Həmən möcüzələr bunlardır: Evpalin tuneli (Samos akveduku) — (bir kilometr uzunluğunda su kəməri şəhəri təmiz su ilə təmin edirdi) Adanın limanındakı damba — (sahilləri qorumaq üçün nəzərdə tutulmuşdur, günümüzə qədər qalmamışdır) Heraion — Samos adasındakı Hera ilahəsinin məbədi == Antik dünyanın yeddi möcüzəsi == Təqribən eramızdan əvvəl III əsrdə dünyanın yeddi möcüzəsindən ibarət klassik bir siyahı meydana gəldi: Xeops ehramı (Cizə, bizim e.ə. 2550-ci il) Semiramidanın asma bağları, (Babil, bizim e.ə. 600-cü il) Olimpdə Zevsin heykəli, (Olimpiya, bizim e.ə. 435-ci il) Artemida məbədi, (Efes, bizim e.ə. 550-ci il) Halikarnas mavzoleyi, (Halikarnas, bizim e.ə. 351-ci il) Rodoslu Koloss, (Rodos, bizim e.ə. 292–280-ci illər arası) İsgəndəriyyə mayakı, (İsgəndəriyyə, bizim e.ə. III əsr) == Müasir dünyanın yeddi möcüzəsi == 2001-ci ildə qeyri-kommersiya təşkilatı New Open World Corporation tərəfindən dünyanın müasir yeddi möcüzəsini ortaya çıxarmaq üçün hazırlanmış bir layihə başladıldı.
Dünyanın mənşəyi
Dünyanın mənşəyi (fr. l'Origine du monde) — fransız rəssamı Qüstav Kurbe tərəfindən 1866-cı ildə yağlı boya ilə kətan üzərində çəkilmiş rəsm əsəri. Əsərdə yataqda uzanaraq ayaqlarını aralamış qadının cinsiyyət üzvü və qarnı geniş planda təsvir edilmişdir. Baş, qollar və ayaqların çılpaq bədənlə birlikdə təsvir olunmaması əsərin erotisizmini daha da qabardır. Əsərə münasibət birmənalı olmadığından, mümkün təcavüzün qarşısını almaq məqsədilə o, daim gözətçi nəzarətində saxlanılır. == Tarixi == === Modelin müəyyənləşdirilməsi === Əsər üzərində işlədiyi dövrdə Kurbenin sevimli modeli Co (Jo) ləqəbi ilə tanınan Coanna Hiffernan olmuşdur. Coannanın sevgilisi Kurbenin dostu olan amerikan rəssamı Ceyms Uistler idi. 1866-cı ildə Kurbenin işlədiyi "Gözəl irlandiyalı" (La belle Irlandaise) (Conun portreti — Portrait of Jo) əsərinin də modeli Hiffernan olmuşdur. Bütün yaradıcılığı boyu Kurbe Hiffernanın dörd portretini işləmişdir. Ehtimal ki, "Dünyanın mənşəyi" əsərinin modeli də Hiffernan olmuşdur və bu əsərin təqdim edilməsindən qısa müddət sonra Kurbe ilə Uistlerin münasibətləri kəskin şəkildə pisləşmişdir.
Dünyanın xatirəsi
Dünya xatirəsi (ing. Memory of the World) — Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatı (YUNESKO) dünya irsini qoruma proqramı. 1992-ci ildə qurulub. == Proqramın məqsədi == dünya sənədli irsinin qorunması; istifadəçilərin sənədli irsə bərabər imkanlarını təmin etmək; sənədli irsin mövcudluğu və əhəmiyyəti barədə ümumi şüurun yayılması; proqramı tanıtmaq və əsərlərini geniş ictimaiyyətə təqdim etmək.1997-ci ildən bəri proqram çərçivəsində sənədli irs qeydləri (beynəlxalq, regional və milli səviyyədə) aparılır. Abidənin beynəlxalq reyestrə daxil edilməsi proqramın ali rəhbər orqanı olan Beynəlxalq Məşvərət Komitəsi tərəfindən təsdiqlənmək və YUNESKO-nun Baş direktoru tərəfindən təsdiqlənməklə həyata keçirilir.
Dünyanın xilaskarı
Dünyanın xilskarı (isp. Salvator Mundi) — Məşhur rəssam Leonardo da Vinçinin əsəri. == Haqqında == Leonardo da Vinçi "Salvator Mundi" rəsmini 1506–1513-cü illərdə Fransa kralı XII Lüdovik üçün çəkib. XVII əsrdə əsərin sahibləri İngiltərə kralları I Karl və II Karl olub. Ancaq əsər XIX əsrin ikinci yarısında itib. Uzun müddət bu əsərin Leonardo da Vinçinin şagirdlərindən birinə məxsus olduğu ehtimal edilsə də, restavrasiyadan sonra mütəxəssislər əsərin dahi rəssama məxsus olduğu qənaətinə gəliblər. Əvvəllər "Salvator Mundi"nin sahibi amerikalı bir diller olmuşdur. Əsərin 2011-ci ilin noyabrında London milli qalereyasında auksiona çıxarılması gözlənilirdi. "Salvador Mundi" 2017-ci ilin noyabrında "Kristis" auksionunda 450 milyon dollara satılmaqla, ən bahalı rəsm əsəridir. == Həmçinin bax == Ən bahalı rəsm əsərlərinin siyahısı == İstinadlar == == Mənbə == Qiyməti 201 milyon dollar olan portret!
Dünyanın yaddaşı
Dünya xatirəsi (ing. Memory of the World) — Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatı (YUNESKO) dünya irsini qoruma proqramı. 1992-ci ildə qurulub. == Proqramın məqsədi == dünya sənədli irsinin qorunması; istifadəçilərin sənədli irsə bərabər imkanlarını təmin etmək; sənədli irsin mövcudluğu və əhəmiyyəti barədə ümumi şüurun yayılması; proqramı tanıtmaq və əsərlərini geniş ictimaiyyətə təqdim etmək.1997-ci ildən bəri proqram çərçivəsində sənədli irs qeydləri (beynəlxalq, regional və milli səviyyədə) aparılır. Abidənin beynəlxalq reyestrə daxil edilməsi proqramın ali rəhbər orqanı olan Beynəlxalq Məşvərət Komitəsi tərəfindən təsdiqlənmək və YUNESKO-nun Baş direktoru tərəfindən təsdiqlənməklə həyata keçirilir.
Nil Dünyası
Nil Dünyası Nil Karaibrahimgil'in ilk studio albomudur. Albomun üz şəkili bir jurnal kimi dizayn edilmişdir. CD'də "Madonna Olacakmış" mahnısından sonra "Aptal Kovboy" adlı gizli bir mahnı vardır. Diskdə bu gizli mahnı yoxdur.
Qərb dünyası
Qərb dünyası, Qərb sivilizasiyası və ya sadəcə Qərb — dünyanın digər mədəniyyətlərinə nisbətən Avropa və Şimali Amerikanı göstərmək üçün istifadə olunan siyasi konsepsiya. Soyuq müharibə dövründə Qərb termini, Avropa və Şimali Amerikadakı kommunist olmayan ölkələri göstərmək üçün Qərb bloku olaraq istifadə edilmişdir. == Tərifləri == Soyuq müharibə dövründə kommunist olmayan ölkələrdə kommunist ölkələrə nisbətən daha çox hüquq və azadlığın olduğu iddiası ilə yaradılan Azad dünya konsepsiyası zamanla xüsusi ilə, Qərb ölkələri tərəfindən Qərb dünyası mənasında istifadə olunur. Bununla birlikdə, azad dünya tərifi ümumiyyətlə Yaponiya kimi Avropalı olmayan, ancaq müttəfiq demokratik ölkələri də əhatə edirdi, lakin demokratik olmayan, lakin soyuq müharibə dövründə Qərblə müttəfiq olan, xüsusilə Cənubi Amerika, Asiya və Afrikadakı ölkələri əhatə etmirdi. == Tarixçə == Bir çox tarixçilərə görə, Qərb sivilizasiyasının kökü Qədim Yunan və Roma mədəniyyətlərinə əsaslanır. Avropalıların Yeni dünyaya gəlişi ilə Avropa sivilizasiyası ABŞ və Kanada mədəniyyətlərinin də əsasını təşkil etdi. == Din == Bu gün Qərb dünyasının əksəriyyəti xristian dininə mənsubdur və bu dindən gələn mədəniyyətə mənsubdur.
Sofinin dünyası
Sofinin dünyası (Norveçcə: Sofies verden) 1991-ci ildə Norveç yazıçısı Yusteyn Qorder tərəfindən yazılmış roman. Roman Norveçdə yaşayan Sofi Amundsen adlı yeniyetmə qız və onu fəlsəfə tarixi ilə tanış edən Alberto Knoks adlı ortayaşlı filosofdan bəhs edir. Sofinin dünyası orijinalda norveç dilində yazılmış və bestsellerə çevrilmişdi. Roman sonralar 53 dilə tərcümə olunmuş və 3 milyondan çox tirajla çap edilmişdir. Roman yazıçı Günel Mövlud tərəfindən Azərbaycan dilinə də tərcümə edilmişdir. Bu, ölkədən kənarda böyük uğur qazanmış Norveç romanlarından biridir. Roman əsasında film çəkilmiş və kompüter oyunu yaradılmışdır. == Məzmun == Sofi Amundsen 1990-cı ildə Norveçdə yaşayan 14 yaşlı qızdır. O, anası və Şerekan adlı pişiyi, bundan başqa, balıq, tısbağa və iki tutuquşusu ilə birlikdə yaşayır. Onun atası neft tankerində kapitan işləyir və ilin çox hissəsini evindən uzaqda olur.
Türk dünyası
Türk xalqları və ya türkdilli xalqlar — Avrasiya ərazisində yaşayan etnolinqvistik qrup. Dünyada türk xalqlarının sayı 150 milyondan çoxdur. "Türk" sözünə ilk dəfə VII əsrin "Orxon-Yenisey" abidələrində rast gəlinir. Türk xalqlarının dinləri fərqlidir. Böyük bir hissə İslam dininə etiqad edərkən, çuvaşlar və qaqauzlar — Xristian, yakutlar, dolqanlar və xakaslar — Şamanizm, karaimlər və qrımçaklar — İudaizm dininə inanır. Türk xalqlarının hazırda 6 müstəqil dövləti vardır. (Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə, Türkmənistan). Türk dünyası ölkələrinin hamısı, demək olar ki, çoxmillətlidir. Türklər Asiya qitəsində Əfqanıstanda (əfşarlar, qızılbaşlar və s.), İraqda (türkmənlər), Suriyada (əsasən Türkiyə ilə sərhəddə), Gürcüstan və İranda (azərbaycanlılar) yaşayırlar. Avropa qitəsində isə türklər Bolqarıstanda (bolqar türkləri), Ruminiyada (qaqauz-qıpçaq), Yunanıstanda, Ukraynada (Krım tatarları), Litvada (kəraimlər) və Rusiyada yaşayırlar.
İslam dünyası
İslam dünyası — adətən müsəlman cəmiyyətinə (Ümmət) aid edilir; İslam dinini və ya İslamın tətbiq etdiyi cəmiyyətlərə riayət edənlərin hamısından ibarətdir.
Xristian dünyası
Xristian dünyası — xristian dövlətlərinə, xristianların çoxluq təşkil etdiyi ölkələrə və xristianlığın üstünlük təşkil etdiyi, mədəni və ya tarixən iç-içə olduğu ölkələrə aid edilən tarixi termin. Roma imperiyasının son dövrlərində xristianlığın Levantdan Avropaya və Şimali Afrikaya yayılmasından sonra xristian dünyası Yunan Şərqi və Latın Qərbinə bölünmüşdür. Nəticə eetibarilə xristianlığın daxilində Roma və Konstantinopol şəhərləri ətrafında mərkəzləşmiş, öz inancları və əməlləri olan sektalar yaranmışdır. XI–XIII əsrlərdə latın kilsəsi Qərb dünyasının mərkəzi roluna yüksəlmişdir.
Dünyanın 7 möcüzəsi
Dünyanın yeddi möcüzəsi — Qədim dünyada inşa edilmiş Xeops ehramı, İsgəndəriyyə mayakı, Semiramidanın (Babilin) asma bağları, Artemis məbədi, Rodos heykəli, Halikarnas mavzoleyi adlı altı bina və Olimpdə Zevsin heykəli. Bunlar müxtəlif müəlliflər tərəfindən insanın etdiyi inanılmaz strukturlar olaraq "möcüzə" adlandırıldı. == 7-Möcüzələrin siyahısı == == Xeops ehramı == E.ə 2500-cü illərdə inşa edildiyi təxmin edilən Xeops ehramı, dünyanın yeddi möcüzəsi arasında indiki dövrə çatan tək əsərdir. Misir fironu Xeops üçün mavzoley olaraq inşa edilmişdir. Təəssüf ki, quldurlar fironun dəfn olduğu otağa girməyi bacarıb, hökmdarın mumiyasını və qiymətli əşyalarını oğurlayıb qaçıblar. Ehramın sahəsi 2.6 milyon kubmetr, hündürlüyü isə 146,6 metrdir. Piramida 2,3 milyon əhəng daşından kəsilmiş daş bloklarla tikilib və ümumi çəkisinin isə 6,75 milyon ton olduğu ehtimal edilir. Herodotun verdiyi məlumata görə Xeops ehramı 20 ilə tikilmişdir. Xeops ehramı XX əsrə qədər dünyanın ən böyük binası idi. == Semiramidanın (Babilin) asma bağları == Semiramidanın asma bağları qədim Şərqin ən böyük və zəngin şəhəri olan Babildə yerləşirdi.
Dünyanın Yeddi Möcüzəsi
Dünyanın yeddi möcüzəsi — Qədim dünyada inşa edilmiş Xeops ehramı, İsgəndəriyyə mayakı, Semiramidanın (Babilin) asma bağları, Artemis məbədi, Rodos heykəli, Halikarnas mavzoleyi adlı altı bina və Olimpdə Zevsin heykəli. Bunlar müxtəlif müəlliflər tərəfindən insanın etdiyi inanılmaz strukturlar olaraq "möcüzə" adlandırıldı. == 7-Möcüzələrin siyahısı == == Xeops ehramı == E.ə 2500-cü illərdə inşa edildiyi təxmin edilən Xeops ehramı, dünyanın yeddi möcüzəsi arasında indiki dövrə çatan tək əsərdir. Misir fironu Xeops üçün mavzoley olaraq inşa edilmişdir. Təəssüf ki, quldurlar fironun dəfn olduğu otağa girməyi bacarıb, hökmdarın mumiyasını və qiymətli əşyalarını oğurlayıb qaçıblar. Ehramın sahəsi 2.6 milyon kubmetr, hündürlüyü isə 146,6 metrdir. Piramida 2,3 milyon əhəng daşından kəsilmiş daş bloklarla tikilib və ümumi çəkisinin isə 6,75 milyon ton olduğu ehtimal edilir. Herodotun verdiyi məlumata görə Xeops ehramı 20 ilə tikilmişdir. Xeops ehramı XX əsrə qədər dünyanın ən böyük binası idi. == Semiramidanın (Babilin) asma bağları == Semiramidanın asma bağları qədim Şərqin ən böyük və zəngin şəhəri olan Babildə yerləşirdi.
Dünyanın geosentrik sistemi
Dünyanın geosentrik sistemi — dünyanın quruluşu haqqında ilk təlimlərdən biri. Bu təlimə görə Yer dünyanın mərkəzində tərpənməz durur və bütün göy cisimləri onun ətrafında fırlanır. Bu sistemi Ptolomey "Almagest" əsərində müntəzəm şərh etmişdir. Təlim XVI əsrə qədər hökm sürmüşdür. Dinin müqavimətinə baxmayaraq, bu təlimi dünyanın heliosentrik sistemi təlim ilə əvəz olunmuşdur.
Dünyanın heliosentrik sistemi
Heliosentrik sistem — Yer və başqa planetlərin öz oxu ətrafında fırlanması və həmçinin Günəş ətrafında orbit üzrə hərəkət etməsi təlimidir. Təbiət elmlərinin inkişafında geniş rol oynamışdır. O dünyanın geosentrik sistemi təlimini ləğv etmişdir. Banisi polyak alimi Nikolay Kopernikdir. O, "Göy sferalarının fırlanması" (1543) əsərində Yerin hərəkətini riyazi əsaslandırmış, Yer və digər beş planetin (XVI əsrdə 6 planet məlum idi) Günəş ətrafında eyni zamanda dolandığını sübut etmişdir. Kopernik planetlərin yerləşmə ardıcıllığını təyin etmiş, Günəşdən nisbi məsafələri təxmini hesablamışdır. Təlimi Cordano Bruno və Qalileo Qaliley inkişaf etdirmişlər.
Dünyanın hüquq coğrafiyası
Hüquq coğrafiyasının elm olmasını fransız komparativisti M.Ansel iki istiqamətdən, bir-birindən fərqlənən, eyni zamanda bir-birini tamamlayan iki nöqteyi-nəzərdən izah edir. Birinci istiqamət hər hansı bir ölkənin hüquq institutlarının və problemlərinin öyrənilməsi zamanı müqayisəli rnetoddan istifadə ilə bağlıdır. Bu halda konkret bir hüquqi problem müxtəlif həcmli müqayisəli-hüquqi əsasda öyrənilir. Bu amil, bir qayda olaraq, ayrı-ayrı hüquq sahələri daxilində, mikrosəviyyədə müqayisə aparılmasını əhatə edir. İkinci istiqamət, xarici ölkə hüququnun bütövlükdə hüquq sis- temi səviyyəsində əlahiddə öyrənilməsidir. Bura, həmçinin hüququn ayrı-ayrı sahələrinin və ya institutlarının da öyrənilməsi daxil edilir. Bu istiqamətdə məqsəd, əvvəllər müqayisə əsasında hüquq tarixini canlandırmaq üçün göstərilən cəhd kimi dünyanın "hüquq coğrafiyasını" yaratmaqdır. Mikrosəviyyədə aparılan belə müqayisədən məqsəd dünyanın hüquq xəritəsində baş verənləri, müasir dövrün əsas hüquq sistemlərinin inkişafının necəliyini, ayrı-ayrı dövlətiərin milli hüquq sistemindəki dəyişiklikləri üzə çıxarmaqdır. Hüquq coğrafiyasının predmetini müxtəlif hüquq sistemlərinin tarixən yaranmasındakı ümumi qanunauyğunluqlar, prinsiplər, fərqli cəhətlər, onların formalaşması və inkişafı sahəsindəki tədqiqatlar təşkil edir. Obyektini isə dünyanın hüquqi gerçəkliyinin tədqiqi təşkil edir.
Dünyanın qədim şəhərləri
Qədim şəhər iddiası şəhər anlayışında fərqli baxışlara görə mübahisəli ola bilər. Qədim şəhər dedikdə ilk növbədə daima məskunlaşma başa düşülür.
Dünyanın xatirəsi (Afrika)
Dünyanın xatirəsi Layihəsinin Afrika mirası yerlərinin siyahısı.
Dünyanın yaddaşı (Afrika)
Dünyanın xatirəsi Layihəsinin Afrika mirası yerlərinin siyahısı.
Dünyanın ən yaxşıları
Dünyaların ən yaxşıları (ing. Worlds Finest) – “Supergörl” teleserialının CBS telekanalında yayımlanmış birinci mövsümünün 28 mart 2016-cı ildə efirə verilmiş on səkkizinci seriyası. Seriyanın ssenarisi Endryu Kraysberq və Maykl Qrassi tərəfindən yazılmış, rejissor kürsüsüni isə Nik Qomez tutmuşdur. Seriyada The CW telekanalında yayımlanan “Fleş” teleserialının (həmçinin Qreq Berlanti və Endryu Kraysberq tərəfindən yaradılmış və inkişaf etdirilmişdir) əsas personajı iştirak etmiş və beləliklə də, “Dünyaların ən yaxşıları” Ox Kainatı personajının iştirak etdiyi ilk “Supergörl” seriyası, Barri Allen isə serialın The CW telekanalına keçməsindən əvvəl “Supergörl”də rol almış ilk personaj olmuşdur. Seriyanın hadisələri “Fleş” teleserialının II mövsümünün “Versus Zoom” adlı seriyası ilə əlaqəlidir. Seriyada Melissa Benoyst daha əvvəl “Xor” serialında birlikdə rol aldığı Barri Allen rolunun ifaçısı Qrant Qastinlə yenidən birləşmişdir. Seriya, Supermenin Fleş də daxil olmaqla digər DC qəhrəmanları ilə bir komandada birləşdiyi “World's Finest Comics” seriyasından ilhamlanaraq yaradılmışdır. == Məzmunu == Kara özünü Ceymslə necə aparmağı bilmir, Ket ona daha passiv mövqe tutub Ceymsin müstəqil qərar verməsinə imkan yaratmağı məsləhət görür. O, həm də qırmızı kriptonitin təsiri altında etdiklərinə görə şəhər sakinlərinin gözündə günahını necə yumağı bilmir. Heç kimin ona kömək edə bilməyəcəyini anlayan Şivon D.E.O.-nu tərk edir, lakin, qəzəbi onu işdən çıxarılmasına görə qisas almaq üçün yenidən işə gələrək Karanı öldürməyə məcbur edir.
Çoxlu dünyalar təfsiri
Kvant mexanikasının təfsirlərindən biri olan Çoxlu Dünyalar təfsirinə görə reallığın özü olaraq bütün kainat üçün yeganə və universal bir dalğa funksiyası mövcuddur. Bu universal dalğa funksiyası hər şeyin dalğa funskiyası olaraq, bildiyimiz dünyamızdakı bütün ehtimalları və hətta bunun xaricində təkmilləşməsi mümkün bütün dünyaları ehtiva etməkdədir. Çoxlu Dünyalar təfsiri, hər kəsin fərqli bir ssenaridə alternativ qərarlarla hərəkətə keçdiyi incoherent reallıq fikrini daşıyır. Buna görə hər fərqli qərarla budaqlanan dünya, hər ehtimalın var olduğu sonsuz sayda paralel dünyalar təşkil edir. Bu təfsir ilk dəfə Prinston Universitetində bir doktorluq tələbəsi olan Hugh Everett III tərəfindən 1957-ci ilində irəli sürüldü. Nəzəriyyə illər sonra eyni universitetdən Max Tegmark tərəfindən təfsiri dəstəkləyən kvant intiharı və kvant ölümsüzlüyü təcrübəsi ilə birgə populyarlıq qazandı.
Dənyalın dörd padşahlığı
Dənyalın dörd padşahlığı və ya Danielin dörd padşahlığı — Dənyalın kitabına görə, "axırzaman" və "Rəbbin padşahlığı"ndan əvvəl gələn dörd padşahlıq. == Tarixi zəmin == Dənyalın kitabı Əhəməni və erkən ellinizm dövrlərdə (e.ə. V–III-cü əsrlər) Babil və Mesopotamiyada mövcud olan yəhudi icmasında yayılan əfsanələr toplusundan formalaşmış, daha sonra makkaveylər dövründə (II əsrin ortaları) 7–-12-ci fəsillər ilə genişləndirilmişdir."Dörd padşahlıq" mövzusu Dənyal 2 və Dənyal 7-də açıq şəkildə müşahidə edilir, Daniel 8-in təsvirində gizlidir. Danielin ardıcıl dörd dünya imperiyası konsepsiyası yunan mifoloji tarixi nəzəriyyələrindən götürülmüşdür. 2-ci fəsildə haqqında bəhs edilən heykəldə dörd metalın simvolizmi farsca yazılardan götürülmüş, 7-ci fəsildəki dörd "dənizdən gələn heyvan" isə Huşə 13:7-8-i əks etdirir, burada tanrı İsraili ona aslan, bəbir, ayı və ya vəhşi heyvan kimi davranmaq ilə hədələyir. Alimlər arasında yekdil fikir ondan ibarətdir ki, 7-ci fəsildə haqqında bəhs edilən dörd nəhəng heyvan, 2-ci fəsildə qeyd edilən metallar kimi, Babil, Midiya, Persiya və Selevki dövlətlərini simvollaşdırır. Bundan başqa, IV Antiox digər üç tərəfi kökündən çıxaran "kiçik buynuz" kimi simvollaşdırılır (Antiox bir neçə başqa iddiaçının padşah olmaq hüququnu qəsb etmişdi). == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Collins, John J. Daniel: With an Introduction to Apocalyptic Literature. Eerdmans. 1984.
Mədəniyyət dünyası (məcmuə)
Ozan dünyası (jurnal)
Ozan dünyası jurnalı — Azərbaycan Aşıqlar Birliyinin mətbu orqanı. Baş redaktoru Musa Nəbioğludur. == Haqqında == Jurnalın təsisçisi Azərbaycan Aşıqlar Birliyidir. Baş redaktoru Musa Nəbioğlu, məsləhətçilər isə xalq şairi Zəlimxan Yaqub və professor Məhərrəm Qasımlıdır. == Jurnalın redaksiya heyəti == Zəlimxan Yaqub, Məmməd Aslan, Həsən Mirzə, Nizami Cəfərov, Məhərrəm Qasımlı, Qənirə Paşayeva, Qara Namazov, Bəhlul Abdulla, Sədnik Paşayev, Elxan Məmmədli, İlyas Tapdıq, Ədalət Nəsibov, İsfəndiyar Rüstəmov, Seyfəddin Altaylı (Türkiyə), Nizaməddin Onk (Almaniya), Çingiz Mehdioğlu (İran), İrfan Nəsrəddinoğlu (Türkiyə), Osman Əhmədoğlu (Gürcüstan) Jurnal Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyata alınmışdır. Qeydiyyat sayı 2736. == Əlaqə == e-mail. [email protected] e-mail. [email protected] tel. 012 493 69 14 ünvan.
Qambolun heyrətamiz dünyası
Qambolun heyrətamiz dünyası (ing. The Amazing World of Gumball) — Ben Bokle(en) tərəfindən yaradılmış cizgi serialı. Serialda Kaliforniyanın uydurma şəhəri Elmorda yaşayan 12 yaşlı insanabənzər mavi pişik Qambol Uotterson və ögey qardaşı qızıl balıq Darvin Uottersonun sərgüzəştlərindən bəhs olunur. Serial 3 may 2011-ci ildən etibarən Cartoon Network telekanalında yayımlanır. Serialın yaradıcısı Ben Bokle yeni televiziya şousu hazırlamaq istəyirdi. Beləliklə o, ailə və məktəbdə keçən əyləncəli cizgi serialı ideyasını Cartoon Network telekanalına təqdim etdi. Onlar bu ideyanı çox bəyəndilər və layihə üzərində işləməyə başladılar. Cizgi serial "Cartoon Network Studios Europe(en)", "Boulder Media(en)" və "Studio Soi" animasiya studiyalarının iştirakı ilə hazırlandı.Cizgi serial müxtəlif animasiya üslublarından istifadə edilərək hazırlanmışdır. Səhnələrin əksəriyyəti kuklalar, kompüter animasiyası, stop-motion, real kadrlar və s. üsulların qarışığı ilə yaradılıb.
Aleksey Dunyaşin
Aleksey Dunyaşin, Alek Dunyaşin(tam adı: Aleksey Vasileviç Dunyaşin, rus. Алексей Васильевич Дуняшин; 8 fevral 1904, Böyük Tolkay[d] – 1931) — erzyan əsilli yazıçı, publisist, tənqidçi, ilk Erzya yazarlarından biri. == Həyatı == Aleksey Dunyaşin 8 fevral 1904-cü ildə indiki Samara vilayəti, Poxvistnev rayonu, Böyük Tolkay kəndində kəndli ailəsində anadan olmuşdur. Rus və Erzya dillərində oçerklər, feletonlar, publisistik məqalələr və hekayələr yazmışdır. Fəaliyyətinin ən səmərəli dövrü Sibirdəki xüsusi müxbir kimi fəaliyyətini qeyd edilir. "Od eryamo" qəzetində onun Sibir erzyanlarının həyatı ilə bağlı publisistik hekayələri dərc edilir. 1925–29-cu illərdə 30-dan çox feilleton yazmışdır. Bu feillotonlar "Pitsi-palakst" ("Gicitkən") kolleksiyasına daxil edilmişdir. 1927-ci ildən "Kirvi tol" ("Məşhəl") romanının üzərində işləmişdir. Bu romanda mordva xalqının 1914–1930-cu illər dövründəki həyatı əks olunmuşdur.
Dünyamin Tağızadə
Dünyamin Ramin oğlu Tağızadə (21 yanvar 2001, Beyləqan rayonu – 30 sentyabr 2020, Cəbrayıl rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Dünyamin Tağızadə 2001-ci il yanvarın 21-də Beyləqan rayonunun Günəş qəsəbəsində anadan olmuşdur. Əslən Şuşadan idi. 2007–2016-cı illərdə Beyləqan rayon 6 saylı tam orta məktəbdə, 2016–2018-ci illərdə Beyləqan rayon 22 saylı tam orta məktəbdə təhsil almışdır. 4 ay Göyçayda kollecdə oxuduqdan sonra hərbi xidmətə yollanmışdır. Ailədə onunla birlikdə 1qardaşı var idi. Subay idi. == Hərbi xidməti == Dünyamin Tağızadə 2019–2020-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. Hərbi xidmət müddətində Tovuz rayonunun Əlibəyli kəndi istiqamətində Ermənistan Silahlı Qüvvələrinin atəşkəsi pozması nəticəsində başlanan əməliyyatda iştirak etmişdir. İştirakına görə hərbi hissə tərəfindən fəxri fərman ilə təltif olunmuşdur.
Dünyamin Xəlilov
Dünyamin Zakir oğlu Xəlilov (11 dekabr 1961, Tbilisi) — Azərbaycan Respublikasının Milli Məclisi III çağırış deputatı. == Həyatı == Dünyamın Xəlilov 11 dekabr 1961-ci il tarixində Tiflis şəhərində anadan olmuşdur. O, Azərbaycan Neft və Kimya İnstitutunun elektromexanika fakültəsini və Azərbaycan Universitetinin hüquq fakültəsini bitirmişdir. Dünyamın Xəlilov 1984-cü ildən "Xəzərdənizneftqazsənaye" Ümumittifaq Sənaye Birliyində mühəndis, mühəndis-sazlayıcı, "Şelfqazavtomatika" İdarəsində mühəndis-sazlayıcı, mühəndis-dispetçer, 1991-ci ildən "İntexsentr" mərkəzində şöbə rəisi, Azərbaycan Kinematoqrafçılar İttifaqının "Damla" təşkilatında sərəncamçı menecer, direktor müavini işləmişdir. Dünyamın Xəilov 1992-ci ildən Azərbaycan Respublikasının Xarici İqtisadi Əlaqələr Nazirliyinin "Vneşekspertservis" şirkətində şöbə rəisi, direktor müavini, 1994-cü ildən "Avant" Məhdud Məsuliyyətli Cəmiyyətinin meneceri, 1997-ci ildən "Nurimpeks" Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru, 1998-ci ildən "Vneşekspertservis" Məhdud Məsuliyyətli Cəmiyyətinin baş meneceri vəzifələrində çalışmışdır. 2004–2005-ci illərdə "General Construction" Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru olmuşdur. Rus, gürcü və ingilis dillərini bilir. Evlidir, 1 övladı var == Siyasi fəaliyyəti == Azərbaycan Respublikasının Milli Məclisi III çağırış deputatı seçilmişdir. O, Milli Məclisin İqtisadi siyasət daimi komissiyasının, Azərbaycan-Amerika Birləşmiş Ştatları, Azərbaycan-Bolqarıstan, Azərbaycan-Gürcüstan, Azərbaycan-Latviya, Azərbaycan-Mərakeş, Azərbaycan-Sloveniya parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvü olmuşdur.
Dünyamin Yunusov
Dünyamin Yunusov (tam adı: Dünyamin Yunusov Nurqələm oğlu) — filologiya elmləri doktoru, professor. == Həyatı == Dünyamin Nurqələm oğlu Yunusov 1951-ci il yanvarın 10-da Şəki rayonunun Böyük Dəhnə kəndində anadan olmuşdur. Evlidir, iki övladı və üç nəvəsi vardır. 28 Mart, 2017-ci il tarixdə vəfat etmişdir. == Təhsili == 1957-1967-ci illərdə həmin kənddə orta məktəbi əla qiymətlərlə başa vurmuş və 1968-1973-cü illərdə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunda təhsil almışdır. == Karyerası == Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunu 1973-cü ildə fərqlənmə diplomu ilə bitirərək Elmi Şuranın qərarı ilə İngilis dilinin qrammatikası kafedrasında müəllim saxlanılmışdır. 1973-cü ilin noyabrından 1974-cü ilin noyabr ayınadək ordu sıralarında xidmət etmiş və 1975-ci ilin yanvar ayından İngilis dililnin qrammatikası kafedrasında müəllimlik fəalliyyətini davam etdirməyə başlamışdır. 1985-ci ildə Tbilisi şəhərində "Müasir ingilis dilində "that" bağlayıcılı və onsuz tamamlıq budaq cümləli tabeli mürəkkəb cümlələrin intonasiya variativliyi" adlı namizədlik dissertasiyası işini müvəffəqiyyətlə müdafiə etmiş və qısa müddətdə filologiya elmləri namizədi alimlik dərəcəsi adını almışdır. D.N.Yunusov 1988-ci ildə dosent vəzifəsinə seçilmişdir. 2007-ci ildə "Müxtəlifsistemli dillərdə mürəkkəb sintaktik vahidlərin variativliyi" adlı doktorluq dissertasiyasını müdafiə etmiş və elə həmin ildə Azərbaycan Respublikası Prezidenti yanında AAK-nın qərarı ilə ona filologiya elmləri doktoru alimlik dərəcəsi verilmişdir.