"Mədəniyyət dünyası" (ing. «The world of culture»; rus. «Мир культуры») - Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin təsis etdiyi elmi-nəzəri məcmuə. Məcmuə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının “Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən elmi nəşrlər”in siyahısına daxil edilmişdir.[1][2][3]
Mədəniyyət dünyası (məcmuə) | |
---|---|
| |
Baş redaktor | professor Gülşən Əliyeva-Kəngərli |
Redaktor: dosent Sədaqət Əliyeva | |
Məsul redaktor | dosent Gülşən Qafarova |
Növ | elmi-nəzəri məcmuə |
Dövrilik | yarımillik |
Təsisçi | Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti |
Təsis tarixi | 1996 |
İlk buraxılışı | 1996-cı il |
Ölkə | Azərbaycan |
Qərargah | Bakı şəhəri, İnşaatçılar prospekti 39, AZ 1065 |
Dil | Azərbaycan dili, İngilis dili, Rus dili |
ISSN | (Print)2221-7584 |
medeniyyetdunyasi.com |
"Mədəniyyət dünyası" elmi-nəzəri məcmuəsi 1996-cı ildə təsis olunub. Məcmuədə Azərbaycan, ingilis və rus dillərində məqalələr dərc olunur. Məcmuə 25.12.2019-cu il tarixində №4279 saylı əmr ilə Ədliyyə Nazirliyində yenidən qeydə alınmışdır. Məcmuənin baş redaktoru professor Gülşən Əliyeva-Kəngərli, redaktoru ADMİU-nun elmi işlə üzrə prorektoru dosent Sədaqət Əliyeva, məsul katibi (redaktoru) isə dosent Gülşən Qafarovadır.
• Kino, televiziya və digər ekran sənətləri;
• Teatr sənəti;
• Musiqi sənəti;
• Fəlsəfə;
• Psixologiya;
• İlahiyyat.