Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Düyün
Düyün — hər cür iplərin birləşdirilməsi, bərkidilməsi və bağlanması üsulu. Düyünlər müxtəlif olur. Adi və tez açılan düyünlər və qəliz düyünlər. Adi düyünlərdən gündəlik həyatda (ayaqqabı və başqa geyimlərin bağlanması, paltar qurudulması zivələrində və sairə) istifadə olunur. Qəliz düyünlər bağlamaq üçün müəyyən vərdişlər və peşəkarlıq gərəkdir. Belə düyünlər əsasən yelkənli dənizçilikdə, balıqçılıqda, dağ və paraşüt idman növlərində, kaskadörluqda və b. istifadə olunur. 2. Düyün — nikah mənasında.
Dağ düyünü
Fars düyünü
Assimetrik ilmə (Farsbaf ilmə) — olama və ya farsbah adlanıb və xovlu xalça toxunuşunda istifadə edilən ilməyə 1980-ci illərdən sonra mütəxəssislər tərəfindən verilən addır. Assimetrik sözü uyğunsuzluq, assimmetriyasızlıq mənasında da işlənir.
Limfa düyünü
Limfa düyünləri – lat. nodi lymphatici s. lymphonoid (lymphoqlandulae – BNA) girdə vəya oval şəklində açıq çəhrayı rəngdə olub limfa damarları gedən yollarda, xüsusən boyük qan damarlarının və daxili üzvlərin ətrafında və bədəndə olan çuxurlarda yerləşmişdir. Bədəndə olan limfa düyünlərinin ümumi miqdarı beş yüzdən yeddi yüzə çatır. Limfa düyünləri özlərinə uyğun üzvlərdən və ya nahiyyələrdən limfanı qəbul etdikləri üçün nahiyə və ya regionar düyün adını alırlar. Hər bir üzvdən və ya nahiyyədən limfa gətirici damarlar – lat. vasa afferentia vasitəsilə limfa düyünlərinə axır; bu damarlar limfa düyününə çatarkən əvvəlcə bir çox şaxələrə bölünürlər və sonra onun çıxıq səthini dələrək, daxilində olan limfa cibləri ilə birləşirlər. Limfa həmin cibləri keçərkən zərərli maddələrdən və ya infeksiya amillərindən təmizlənir; beləliklə limfa düyünləri süzgəc kimi, limfada olan zərərli maddələri və ya mikrobları özündə saxlayaraq vücudü bir çox xəstəliklərdən mühafizə edirlər. Limfa düyünlərinin topoqrafiyasını bilmək cərrahlıqda artıq dərəcədə əhəmiyyət kəsb edir. Limfa düyünlərinə yığılan limfa, onların basıq səthindən aparıcı damarlar – lat.
Qarabağ düyünü
Qordi düyünü
Qordi düyünü — əfsanəyə görə Finikiya dövlətinin hökmdarı Qordion tərəfindən vurulmuş müşkül bir düyün olub Makedoniyalı İsgəndər tərəfindən çözülmüşdür. Buradan da məcazi mənada "Qordi düyününün açılması" ifadəsi meydana gəlmişdir. Rəvayətə görə Finikiyada Zevs məbədinin kahini xəbər verir ki, ilk kim şəhər qapısından içəri daxil olarsa, o da ölkənin ən möhtəşəm hökmdarı olacaqdır. Şəhərə ilk öz arabasında naməlum kəndli Qordion daxil olur və onu Finikiya hökmdarı elan edirlər. Bu hadisəyə şükranlığını bildirmək üçün Qordion öz arabasını Zevs məbədinə bəxşiş edir. Qordon öz arabasını zoğal ağacının liflərindən hazırlanmış kəndirlə məbədin qurbangahına bağlayaraq elə düyün vurur ki, onu heç kim aça bilməsin. Bunu görən kahin bəyan edir ki, bu düyünü açan kəs bütün Asiyaya sahib olacaqdır. Asiyanı özünə birləşdirib böyük bir imperiya quracaqdır. Belə ki, Finikiyanın paytaxtını fəth edən böyük sərkərdə Makedoniyalı İsgəndər məbədə daxil olaraq qılıncı ilə düyünü söküb atır. Kahin buna belə bir məna verir: "O, cahana sahib olacaq!
Qordion düyünü
Qordi düyünü — əfsanəyə görə Finikiya dövlətinin hökmdarı Qordion tərəfindən vurulmuş müşkül bir düyün olub Makedoniyalı İsgəndər tərəfindən çözülmüşdür. Buradan da məcazi mənada "Qordi düyününün açılması" ifadəsi meydana gəlmişdir. Rəvayətə görə Finikiyada Zevs məbədinin kahini xəbər verir ki, ilk kim şəhər qapısından içəri daxil olarsa, o da ölkənin ən möhtəşəm hökmdarı olacaqdır. Şəhərə ilk öz arabasında naməlum kəndli Qordion daxil olur və onu Finikiya hökmdarı elan edirlər. Bu hadisəyə şükranlığını bildirmək üçün Qordion öz arabasını Zevs məbədinə bəxşiş edir. Qordon öz arabasını zoğal ağacının liflərindən hazırlanmış kəndirlə məbədin qurbangahına bağlayaraq elə düyün vurur ki, onu heç kim aça bilməsin. Bunu görən kahin bəyan edir ki, bu düyünü açan kəs bütün Asiyaya sahib olacaqdır. Asiyanı özünə birləşdirib böyük bir imperiya quracaqdır. Belə ki, Finikiyanın paytaxtını fəth edən böyük sərkərdə Makedoniyalı İsgəndər məbədə daxil olaraq qılıncı ilə düyünü söküb atır. Kahin buna belə bir məna verir: "O, cahana sahib olacaq!
Qafqaz Düyünü
Kavkazskiy Uzel (rus. Кавказский узел; ing. Caucasian Knot), bəzi azərbaycandilli mənbələrdə Qafqaz Düyünü — Qafqaz regionu haqqında ingilis və rus dillərində xəbərlər yayımlayan onlayn xəbər saytı. 2001-ci ildə yaradılan saytın baş redaktoru Qriqori Şvedovdur. Sayt siyasətə və insan hüquqları məsələlərinə, o cümlədən mətbuat azadlığına xüsusi diqqət yetirir. 2001-ci ildə sayt "Memorial" hüquq müdafiə təşkilatı ilə əlaqəli layihə kimi fəaliyyətə başlamış, lakin daha sonra müstəqil jurnalistika saytına çevrilmişdir. 2003-cü ildə ingilis dilli versiyası açılıb. Sayt ABŞ və Qərbi Avropadakı bir sıra xeyriyyə təşkilatları tərəfindən maliyyələşdirilir. 2011-ci ildə aylıq təxminən 1,8 milyon oxucusu var idi. Saytın təhlükəsizlik səbəblərinə görə redaksiyası yoxdur.
Heberden düyünü
Heberden düyünü (ing. Heberden´s node) – OA-da əlin DİF-da, ilk növbədə klimakterik dövr qadinlarda ağrılı (sinovitə bağlı), simmetrik, hərəkəti məhdudlaşdıran düyünlər əllənir, çox vaxtı Buşar düyünləri ilə birlikdə olur.
Aşağı Düyün
Aşağı Düyün - İrəvan xanlığında kənd adı. == Tarixi == Aşağı Düyün - İrəvan xanlığında kənd adı. Düyün kəndindən bir qrup ailənin kənar yerdə məskunlaşması nəticəsində yaranmışdır. 1935-ci ildə kənd Dvin adlandırılmış və onun əsasında Dvin inzibati rayonu yaradılmışdır.
Düyün (ədəbiyyat)
Düyün — bir aktın başlanğıcını təşkil edən hadisə. Bu, ya artıq mövcud olan ziddiyyətləri aşkar edir, ya da özbaşına münaqişələr yaradır. Belə ki, Vilyam Şekspirin "Hamlet" faciəsində düyün baş qəhrəmanın ruhla görüşü və ondan sonra atasının qətlinə görə xain kraldan qisas almaq qərarından ibarətdir. Düyün süjetin əsas elementlərindən biridir. Завязка // Литературная энциклопедия терминов и понятий. Институт научной информации по общественным наукам РАН: Интелвак. Под ред. Николюкин, Александр Николаевич. 2001. ISBN 5-93264-026-X. Завязка // Словарь литературоведческих терминов.
Primitiv düyün
Primitiv düyün (və ya primitiv buğum) — Onurğalıların rüşeyminin qastrula mərhələsinə meydana gələn qalınlaşma.
Əzazil: Düyün
Əzazil: Düyün rejissorluğunu Özgür Bakarın, ssenari müəllifliyini Alper Qığılcım və Özgür Bakarın birlikdə etdiyi, baş rolları Duyğu Paracıqoğlu, Eylül Su Sapan, Dilşah Dəmir, Ozan Akbaba və Burak Sarımolanın paylaşdığı türk istehsalı bir qorxu filmidir. Film Türkiyə sinemalarında 72.133 nəfər tərəfindən seyr edilib. Sinem adında bir gənc ailesindən miras qalan evdə xalası ilə yaşayırdı. Bir gün universitetdə tanışıb sevgili olduğu Akınla avtomobildə gedərkən bir itin ölümünə səbəb olurlar. O gündən sonra Sinem üçün qorxu dolu saniyələr yavaş-yavaş axmağa başlayır.
Salmas
Salmas (fars. سلماس‎, az-əbcəd. سلماس، دیلمقان‎), Səlmas[mənbə göstərin] və ya digər tarixi adı Dilməqan — İranda şəhər və Qərbi Azərbaycan ostanında yerləşən Salmas şəhristanının Mərkəzi. E'timad-ü səltənə bu şəhərin adının Assuriya hökümdarı Salmanasardan iqtibas olduğunu iləri sürmüşdür. Övliya Çələbi Salmas haqqında yazır: Tohid Məlikzadə Salmas adının iki bəxşdən təşkil tapdığını irəli sürür, bunlar Salma və as sözləridir. Salma salmaq feilindən törəmişdir, As isə Kültigin kitabələrində adı qeyd olunan As ve ya Az mədəniyyətindən alınmışdır. As/Az sözü məntəqədəki adlarda dəfələrcə qeyd ounub; Azərbaycan (Az+ərbaycan), Sivas (Siva+as), Astara (As+tara), Minas (Min+as) və s. Nəticədə Salmas sözünün mənası; "As elinin yurdu" şəklində özünü əks edir. 9 min illik Kültəpə (Əhrivan təpəsi)Yaxın şərqin ən qədimi yaşayış məskənlərindən biri olan Əhrivan təpə, Salmas şəhərinin şimal Qərb bölgəsində yer almışdır. Kültəpənin qazıntılarında tapılmış arxeoloji materiallar, salmasın qədim yaşayış mərkəzi olduğunu sübut edir.
Saltaq
Saltaq (əvvəlki adı: Saltax) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Saltax kənd inzibati ərazi dairəsi tərkibindəki Saltax kəndi Saltaq kəndi, Saltax kənd inzibati ərazi dairəsi Saltaq kənd inzibati ərazi dairəsi adlandırılmışdır. Əlincə çayının sahilindədir. Saltax dağının ətəyindədir. Yaşayış məntəqəsi eyni adlı dağın adını daşıyır. dağın adı isə sal "hamar daş" və taq (dağ sözünün qədim forması) komponentlərindən ibarət olub. "sıldırım qayalı dağ" mənasındadır. Əhalisi 1680 nəfərdir.
Qarabağ düyünü (kitablar)
Düyün (film, 2008)
Düyün — Rejissor Əli İsa Cabbarovun filmi. Filmin qəhrəmanı 15 ildir atasını görmür. Ölüm ayağında olan atası ilə vidalaşmaq üçün ailəsini götürüb ucqar kəndlərinə tələsir. Uşaq ikən belə atası ilə ünsiyyəti az olan qəhrəman vidalaşmaq üçün yetişə bilmir, ancaq dəfnə çatır. Atasının vəfatından psixoloji şok keçirən qəhrəman bunun nəticəsində etiraflarını dilə gətirir, katarsis keçirir, mənəvi saflaşır. Beləcə, filmdə ümumbəşəri atalar və övladlar probleminə toxunulur. Film Asif Rüstəmovun "Albalı" hekayəsi əsasında çəkilmişdir. Film poetik ovqat filmidir. Sözdən çox təsvirə üstünlük verilib. Geniş – ümumi çəkiliş planları üstünlük təşkil edir.
Düyün (ölçü vahidi)
Düyün — sürəti ölçmək üçün vahid. 1 düyün 1 NM/saata bərabərdir. Dənizçilikdə və aviasiyada istifadə edilir. 1 NM(ing.
Qarabağ düyünü (film, 1993)
Qarabağ düyünü — 1993-cü ildə istehsal olunmuş Azərbaycan filmi. Film Azərbaycan Respublikasının ayrılmaz bir hissəsi olan Dağlıq Qarabağın tarixindən, keçmişdən ta bu günədək siyasi oyunlar burulğanında keçdiyi çətin və mürəkkəb yoldan bəhs edir. Film "Azərkinovideo" İstehsalat Birliyinin sifarişi ilə çəkilmişdir. Rejissor: Tofiq İmirli Ssenari müəllifi: Həsən Quliyev, Tofiq İmirlinin iştirakı ilə Operator: Rövşən Quliyev Səs operatoru: Marat İsgəndərov "Azərkinovideo" İstehsalat Birliyi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 348.
Deləzi (Salmas)
Deləzi (fars. دلزي‎) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 2.020 nəfər yaşayır (310 ailə).
Derik (Salmas)
Derik (fars. دريك‎‎) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə‎ 194 nəfər yaşayır (38 ailə).
Derəli (Salmas)
Deyr Əli (fars. ديرعلي‎‎) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 520 nəfər yaşayır (85 ailə).
Dustan (Salmas)
Dustan (fars. دوستان‎) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 609 nəfər yaşayır (109 ailə).
Dərmandek (Salmas)
Dərmandek (fars. درماندك‎‎) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə‎ 103 nəfər yaşayır (16 ailə).
Dərzəkünan (Salmas)
Dərzəkonan (fars. ‎درزه‌کنان‎) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 272 nəfər yaşayır (64 ailə).
Düylün
Düylün — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda bir kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Düylün kəndi Aza kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Düylün kənd inzibati ərazi dairəsi yaradılmışdır. Rayonun mərkəzindən 17 km şimal-qərbdə, Ordubad-Naxçıvan avtomobil yolunun kənarındadır. Əhalisi meyvəçilik, əkinçilik və taxılçılıqla məşğuldur. Orta məktəbi, kitabxanası, mədəniyyət evi, məscidi, piri var. Duylun Ordubad rayonunun Aza inzibati ərazi vahidində kənd. Duylun çayının (Arazın qolu) sahilində, dağətəyi ərazidədir. XIX əsrin ortalarında burada Duylun və Düylündizə adlı iki kənd vardı. Düylündizə kəndi hazırda Dizə adı ilə mövcuddur. Tədqiqatçıların fikrincə, oykonim du (fars.
Düşüncə
Düşüncə — müqayisələr etmə, ayırma, birləşdirmə nəticəsində başa düşülən anlam. Aristotelə görə insanı heyvandan ayıran əsaslı fərq düşüncədir. Descarles "Düşünmək, var olmaqdır deyər". Kant'a görə "Düşünmək mühakimə etməkdir". Locke, düşünməyi ruhun öz üstünə yönələrək öz əməliyyatları haqqında məlumat əldə etməsi olaraq görər. Düşünmə müxtəlif şəkillərdə ortaya çıxar. Düşüncə tipik olmayan bir vəziyyəti dərhal qavrarsa buna zəka adı verilər. Düşüncə müəyyən problemləri hazırlayar, onu fikirlərlə ifadə edər, bunlar üzərində düşünməyə əsaslanan şərhlər etsə, buna da ağıl deyilir. Düşünmə-real obyektlərə yönəlsə konkret düşünmə, ideal obyektlərə yönəlsə mücərrəd düşünmə adını alır. Düşüncənin bəzi vəzifələri var.
Düymə
Düymə (geyim)— geyim aksesuarı. Düymə (tumurcuq) — qönçə, puçur, tumurcuq. Düymə (ölçü vahidi) — ölçü vaidi.
Düyüm
Düyüm — maşınqayırmada iki və daha artıq, aşağı səviyyəli maşın hissəsindən ibarət olan, hər hansı bir funksiyanı yerinə yetirən mexanizmdir. Düyüm bir neçə kiçik düyümlərdən və hissələrdən ibarət olub, yığma prosesi nəticəsində hazırlana bilər. Yığma zamanı istifadə olunan hissələr müəyyən cədvəl şəklində verilir. Bu istər texnoloji, istərsə də alqı-satqı məqsədilə işlədilir. Maşınqayırmada düyüm bütöv qurğunun bir hissəsini təşkil edir. Buraya misal kimi ayrıca silindr və ya kompleks mexaniki və elektrik hissələri aid etmək olar. Hissələrin düyüm şəklində hazırlanması konstruksiya və planlama ərəfəsində işlərin qruplaşdırılmasına imkan yaradır. Təmir zamanı sıradan çıxmış hissə aid olduğu düyümlə birlikdə dəyişməklə maşının dayanma vaxtını azaltmaq olur. Bütöv qurğuya nisbətən kiçik düyümlərdə onların funksionallığını təmin etmək daha asandır.
Düşünən adam
Düşünən Adam — Ogüst Roden tərəfindən yaradılan bədii əsər, heykəl. Parisdə yerləşən Rodin Muzeyində sərgilənən “Düşünən Adam” heykəli bürünc və mərmər qarışığından hazırlanmış və fəlsəfi düşüncəni izah edən bir simvol olaraq istifadə edilməkdədir. Orijinal əsər 1,85 metr ölçüsündə çılpaq kişi modelidir, fəlsəfi yanaşmalara görə, oturan və dərin düşüncə halında görünən fiqurun eyni zamanda ruhi bir dinclik içində olduğu da qəbul edilir. Kiçik ölçüdə ilk dəfə gips forması 1880-ci hazırlandı. Böyük ölçüdəki ilk halına bürünc tökmə olaraq, 1902-ci ildə başlayan Rodin bunu 1904-ci ildə tamamladı. İndiki halını 1906-cı ildə tapan “Düşünən Adam” heykəli 1922-ci ildə o dövrün Hoteli olan Rodin Muzeyinə köçürülüb. Heykəlin yaradılma fikri isə bir komissiya tərəfindən Parisə yeni bir qapı təsvirinin hazırlanması istəyiylə doğulmuşdur. Rodin müasir Avropanın fikir atalarından sayılan Dantenin İlahi Komediya adlı əsərindəki Cəhənnəm və Cənnət hissələrindən xüsusilə, Cəhənnəm təsvirinin təsirində qalaraq və onlardan ilham alaraq işlərə başlamışdır. İlk olaraq, Cəhənnəm qapıları təsvirini ön planda tutan Rodin bu mərhələdə əvvəllər daha kiçik və fərqli heykəl fiqurları yaratmağı planlamışdır. Rodinin yaratdığı heykəlin çılpaq olması ciddi mənada müstəqillik göstərməsi, bəzi reaksiyalara səbəb olsa belə, heykəltəraşa olduqca məşhurluq qazandırmışdır.
Hamar güyənə
Hamar toyçiçəyi, Hamar güyənə (lat. Polygonatum glaberrimum) - toyçiçəyi cinsinə aid bitki növü. Polygonatum mischtschenkoanum Greuter Polygonatum odoratum subsp. glaberrimum (K.Koch) Elenevsky & Zernov Polygonatum ovatum Miscz. ex Tamanian Polygonatum pruinosum Boiss. Hündürlüyü 30-60 sm olan çoxillik bitkidir. Gövdəsi düzdür, sərt tillidir, şırımlıdır. Yarpaqıları enli-oval, bəzən neştərvari-oval olub, uzunluğu 9-12 sm, eni 3-6 sm-dir, çılpaqdır, alt tərəfdən tünd-göy, təpə hissədə tədricən sivriləşən və yaxud kütdür, qaidə hissəsində uzunluğu 10 mm-ə qədər olan qısa saplağa sərt daralmışdır. Çiçəkləri yarpaq qoltuğunda 1-2 ədəd olmaqla sallaq çiçək saplağında yerləşmişdir. Çiçəkyanlığı iridir, slindrikdir, hamardır.
Düylün hamamı
Düylün hamamı — Ordubad rayonunun Düylün kəndində memarlıq abidəsi. Abidə yarım dağılmış vəziyyətdədir. Planlaşdırma quruluşuna görə orta əsr hamamlarının təkrarıdır. Hamam girişdə böyük vestübüldən ibarətdir. Dar keçidlə hamamın soyunma zalına girilir. Hamamın mərkəzi soyunma zalı kəsik küncləri olan kvadrat formaya (4,5x4,5m) malikdir. Mərkəzi salon səkkizbucaqlı formadadır. Zalın divarları boyunca 3 ədəd dərin (1,5x2m, 1,5x1,5m) taxçalar yerləşdirilib. Taxçaların üstü çatmatağ formasında, zalın tavanı isə dairəvi günbəzlə örtülüb. Soyunma zalı ilə yuyunma zalını düzbucaqlı formalı vestübül birləşdirir.
Dyone
Dyone (fr. Dionay) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Syud Qrezivodan kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38145. Kommunanın 2012-ci il üçün əhalisi 119 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 392 ilə 625 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 460 km cənub-şərqdə, Liondan 70 km cənub-şərqdə, Qrenobldan 40 km qərbdə yerləşir.