Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bəzəkli
Bəzəkli — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Başkeçid rayonunun inzibati-ərazi vahidində kənd. 1 yanvar 2010-cu il vəziyyətinə görə Hamamlı kənd inzibati-ərazi dairəsinə daxildir. == Coğrafiyası == Kənd rayonun inzibati mərkəzi olan Başkeçid şəhərindən 8 km cənub-qərbdə, Qarasu çayının sol sahilində yerləşir. == Tarixi == "Bəzəkli" toponiminin Bozox oğuz boylarının adı ilə əlaqədar olduğu, tədricən deyiliş təhrifinə uğrayaraq Bəzəkli halına gəldiyi ehtimal edilir. == Əhalisi == Kənddə 1870-ci ildə 19 ailədə 159 nəfər, 1926-cı ildə 70 ailədə 405 nəfər azərbaycanlı yaşayırdı.17–24 yanvar 2002-ci il Ümumgürcüstan əhali siyahıyaalınmasının rəsmi yekunlarına əsasən kənddə yaşayan 763 nəfər əhalinin 97 %-i etnik azərbaycanlılardan ibarətdir.1 yanvar 2010-cu il tarixinə olan rəsmi təxminə əsasən kənddə 778 nəfər əhali yaşayır. == Təhsil == Kənddə bir baza məktəbi (doqquzillik) fəaliyyət göstərir. Azərbaycandilli olan məktəbdə 113 nəfər şagird təhsil alır.
Dibəkli
Dibəkli (dağ)
Düyərli
Düyərli (Şəmkir) — Azərbaycanın Şəmkir rayonunda kənd. Düyərli (Tərtər) — Azərbaycanın Tərtər rayonunda kənd.
Düzəliş
Düzəliş – nəyinsə qismən dəyişilməsinə, ona əlavələr edilməsinə yönələn hərəkət. Məsələn, "qanuna qüzəlişlər", "fikirdə düzəlişlər", " layihəyə düzəlişlər" və s.
Düzənlik
Düzənlik — yüksəklik fərqi çox az olan geniş sahə. == Ümumi məlumat == Düzənliklərin ayrı-ayrı hissələrini yüksəklik fərqi bəzən 100-200 metrə çatır. Lakin bu fərq tədricən və çox geniş sahədə dəyişdiyindən hiss olunmur. Məsələn, dünyanın ən geniş düzənliklərindən biri olan Qərbi Sibir düzənliyinin sahəsi 2mln.km²-ə yaxındır. Şimalda Karsk dənizi sahələrindən başlayaraq cənubda Altay dağlıq ölkəsinin ətəklərinə qədər 1500 km məsafədə uzanmış düzənlik cəmisi 150–170 m-ə qədər qalxır. Düzənliklər tam üfiqi vəziyyətdə olmayıb, hər hansı bir tərəfə meyl edir. Düzənlik çayları bu meyllikdən istifadə edərək axır. Dağlıq ölkələrdə denudasiya prosesləri hakim rol oynadığı kimi, düzənliklərdə də akkumulyasiya prosesləri hakimdir. Düzənliklər bir tərəfdən dağlara söykəndikdə akkumulyasiya prosesləri daha sürətlə gedir. Bununla yanaşı olaraq düzənliklərdə zəif də olsa denudasiya prosesləri də gedir.
Kürəkli
Kürəkli (Karbi) — 1728-ci ildə İrəvan əyalətinin Karbi nahiyəsində məzrə adı
Abissal düzənlik
Abissal düzənlik — çökəkliyin dibində zəif maili, akkumulyativ, horizontal səthli, dərin dəniz düzənliyi. Onun yaranması suspenzion axınlar vasi­təsilə dib çöküntülərinin yerdəyiş­məsi prosesi ilə əlaqədardır. Abisal düzənlikləri okean dibinin sahəsinin təqribən 40%-ni əhatə edir və 2,500–5,500 metr dərinlikdə yerləşir. Onlar qitənin ətəyi ilə Orta-Okean silsiləsi arasında yerləşirlər.
Abrazion düzənlik
Abrazion düzənlik - dalğaların və ləpədöyənin abrazion fəaliyyəti nəticəsində əmələ gəlmiş düzənlik. Sahillərin qalxması, çöküntü çatışmazlığı şəraitində və abraziya zamanı çoxlu miqdarda çöküntü əmələ gətirməyən ana suxurların əlverişli litoloji tərkibə (əhəngdaşı, mergel və s.) malik olduğu halda formalaşır. Eni, adətən, bir neçə kilometr, uzunluğu onlarla kilometr olur. Səthi xırda heykələbənzər relyef formaları ilə mürəkkəbləşir. Abrazion düzənliklər Şimal Buzlu okeanı sahillərində daha geniş inkişaf etmişdir. == Mənbə == Azərbaycan Milli Ensiklopediyası, I cild.
Allüvial düzənlik
Allüvial düzənlik ― çay dərələrində, onların mənsəb hissələrində və ya yer səthinin çökək sahələrində çay çöküntülərindən əmələ gəlmiş düzənlik. Allüvial düzənliklərə misal olaraq Volqa, Dnepr çaylarının geniş allüvial terraslarını: dərə düzənliklərini, Xuanxe, Nil, Volqa, Hind və s. çayların mənsəb hissələrindəki delta düzənliklərini, Lombardiya, Mesopatamiya, Böyük Çin, Kür- Araz və başqa ovalıqları göstərmək olar.
Bəzəkli dağı
Bəzəkli dağı - Kəngərli rayonu ərazisində dağ (hünd. 1978,0 m). Dərələyəz silsiləsinin suayırıcısında, Çalxanqala kəndindən 2,5 km qərbdə yerləşən zirvə. Üst Triasın Karni və Nori mərtəbələrinə aid Tənənəm lay dəstəsinin dolomit və əhəngdaşılarından təşkil olunmuş günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Şərur-Culfa qalxım zonasının Şərur seqmentinin cənub-şərq batım hissəsində müşahidə edilən eyniadlı qılıcvari antiklinalın şimal-şərq qanadında yerləşir. Zirvə hissəsi və şimal-şərq yamacından cənub-şərq istiqamətli üstəgəlmə keçir.
Bəzəkli qalası
Bəzəkli qalası, Naxçıvan Muxtar Respublikası Kəngərli rayonunda arxeoloji abidə. == Bəzəkli qalası I == Qalanın mərkəzində narınqala yerləşir. Qala üçbucaq formalı quruluşa malikdir. O bir tərəfdən iri qaya parçalarından hörülmüş divarla əhatə olunmuşdur. Divar qalıqları bəzi yerlərdə 1 m hündürlükdə qalmışdır. Divarlar yanlarda iri daşlardan tikilmiş, onların arası isə kiçik həcmli qaya parçalan ilə doldurulmuşdur. Qala cənub tərəfdən iki qat divarla əhatə olunmuşdur. Sahəsi 1125 m2-dir. Sahəsi kiçik olduğu üçün onun gözətçi məntəqəsi kimi istifadə olunduğunu söyləmək olar. Qala kənd yerinə gedən yolun üzərində strateji cəhətdən əlverişli mövqedə yerləşdirilmişdir.
Bəzəkli qərənfil
Parlaq qərənfil (lat. Dianthus superbus) — qərənfilkimilər fəsiləsinin qərənfil cinsinə aid bitki növü.
Dibəkli (Bostanabad)
Dibəkli (fars. ديبكلو‎) — İranın Şərqi Azərbaycan ostanının Bostanabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə yaşayışı yoxdur.
Dibəkli (Heris)
Dibəkli (fars. ديبگلو‎) - İranın Şərqi Azərbaycan ostanının Heris şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 193 nəfər yaşayır (35 ailə).
Dibəkli (Sərab)
Dibəkli (fars. ديبكلو‎) - İranın Şərqi Azərbaycan ostanının Sərab şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 92 nəfər yaşayır (19 ailə).
Dibəkli (dağ)
Dibəkli dağı – Şahbuz rayonu ərazisində dağ (hünd. 2678,0 m). Zəngəzur silsiləsinin suayırıcısındakı Aracı yüksəkliyindən (3071,6 m) cənub-qərbə ayrılan eyniadlı qolun suayırıcısında zirvə. Alt Pliosen yaşlı Biçənək lay dəstəsinin andezit, andezit-dasit, bazalt lavaları və piroklastlarından təşkil olunmuş günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Şahbuz seqmentinin şimal-şərq cinahına aid Toğluqaya-Üçqardaş maili əyilməsinin hüdudlarında yerləşir.
Dibəkli (Çaroymaq)
Dibəkli (fars. ديبكلو‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 35 nəfər yaşayır (6 ailə).
Dibəkli dağı
Dibəkli dağı – Şahbuz rayonu ərazisində dağ (hünd. 2678,0 m). Zəngəzur silsiləsinin suayırıcısındakı Aracı yüksəkliyindən (3071,6 m) cənub-qərbə ayrılan eyniadlı qolun suayırıcısında zirvə. Alt Pliosen yaşlı Biçənək lay dəstəsinin andezit, andezit-dasit, bazalt lavaları və piroklastlarından təşkil olunmuş günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Şahbuz seqmentinin şimal-şərq cinahına aid Toğluqaya-Üçqardaş maili əyilməsinin hüdudlarında yerləşir.
Dirəkli (Qürvə)
Dirəkli (fars. ديركلو‎) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 137 nəfər yaşayır (26 ailə). Əhalisini azərbaycan türkləri təşkil edir.
Düyərli (Tərtər)
Düyərli — Azərbaycan Respublikasının Tərtər rayonunun Düyərli kənd inzibati ərazi vahidində kənd. == Tarixi == Düyərli kəndi Qarabağ düzündədir.
Düyərli (Şəmkir)
Düyərli – Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Şəmkir rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Zəyəm çayının (Kurun qolu) sahilində, Gəncə-Qazax düzənliyindədir. Oykonim oğuzların düyər tayfasının adını əks etdirir. Səlcuq oğuzlarının yürüşlərində fəal iştirak etmiş düyərlərin adı Türkiyə və Türkmənistan toponimiyasında da əks olunmuşdur. == Əhalisi == Kənd əhalisi 7920 nəfərdir ki, onunda 3956 nəfəri kişi, 4964 nəfəri isə qadınlar təşkil edir. === Etimologiyası === Düyərli adının mənşəyi Ağqoyunlu kondefederasiyasına aid olan Döger/Döyer tayfalarından gəlir. Azərbaycan türkçəsində g-y səsləri arasında keçid çox yayılıb, igirmi-iyirmi sözündə olduğu kimi. Düyərli sözünün etimologiyası ilə bağlı üç fərziyyə var. Bunlardan birinə görə "dü" iki, "ər" isə mərd, igid mənalarında işlənir.
Düzənlik (coğrafiya)
Düzənlik — yüksəklik fərqi çox az olan geniş sahə. == Ümumi məlumat == Düzənliklərin ayrı-ayrı hissələrini yüksəklik fərqi bəzən 100-200 metrə çatır. Lakin bu fərq tədricən və çox geniş sahədə dəyişdiyindən hiss olunmur. Məsələn, dünyanın ən geniş düzənliklərindən biri olan Qərbi Sibir düzənliyinin sahəsi 2mln.km²-ə yaxındır. Şimalda Karsk dənizi sahələrindən başlayaraq cənubda Altay dağlıq ölkəsinin ətəklərinə qədər 1500 km məsafədə uzanmış düzənlik cəmisi 150–170 m-ə qədər qalxır. Düzənliklər tam üfiqi vəziyyətdə olmayıb, hər hansı bir tərəfə meyl edir. Düzənlik çayları bu meyllikdən istifadə edərək axır. Dağlıq ölkələrdə denudasiya prosesləri hakim rol oynadığı kimi, düzənliklərdə də akkumulyasiya prosesləri hakimdir. Düzənliklər bir tərəfdən dağlara söykəndikdə akkumulyasiya prosesləri daha sürətlə gedir. Bununla yanaşı olaraq düzənliklərdə zəif də olsa denudasiya prosesləri də gedir.
Düzənlik kələzi
Düzənlik kələzi (lat. Trapelus) — Kələzlər fəsiləsinə aid cins. Orta ölçülərə malik kərtənkələlərdir. Əsasən onurğasızlarla və bəzən bitkilərlə qidalanır. Əvvəllər bu cinsə daxil olan kələzlər, Kələzlər cinsinə daxil edilirdi. == Yayılması == Düzənlik kələzi Avropanın arid cənub-şərq hissəsi, Asiya cənub-qərb hissəsi, Orta və mərkəzi Asiya, Çin, İran, Əfqanıstan, Ərəbistan yarımadası, kimi ərazilərdə yayılmışdır.
Düzənlik kələzləri

Düzənlik tapiri
Düzənlik tapiri; Yəhərli tapir; Braziliya tapiri (lat. Tapirus terrestris)) — Təkdırnaqlılar dəstəsinin tapirkimilər fəsiləsinin tapir cinsinə aid məməli heyvan növü. == Yarımnövləri == T. t. aenigmaticus T. t. colombianus T. t. spegazzinii T. t. terrestris == Yayılması == Düzənlik tapirinə Cənubi Amerikanın And dağlarının şərqində böyük bir ərazidə rast gəlinir. Onların arealı Kolumbiya və Venesueladan Braziliyanın cənubuna kimi, Paraqvay və Argentinanın şimal hissələrində olan əraziləri əhatə edir. Yaşayış yerləri meşələr, ilk növbədə onların həmişə su hövzələrinə yaxın yerlərdə olmağa çalışdıqları tropik meşələrdir.